53
nəzəriyyəsinin daha geniş planda tətbiqi müşahidə olunmaqdadır.
Təlimin müasir metodları adlı kitabda oxuyuruq:
Şagirdlərin təfəkkürünü inkişaf etdirmək üçün
müəllimlər təfəkkür prosesi və onun xüsusiyyətlərinə bələd
olmağa çalışırlar. Məlumdur ki, təfəkkür müxtəlif növlərə
malikdir. Məsələn:
1. Tənqidi təfəkkür.
Hər hansı hadisəyə şübhə ilə yanaşmaq, etiraz etmək, fikir
söyləmək və s. tənqidi təfəkkürdür.
2. Dialektik təfəkkür.
Dialektik təfəkkür dedikdə-hadisələrdə ziddiyətlərin
vəhdətini və mübarizəsini, yeniliklərin necə yarandığını görmək
və onların inkişaf istqamətlərini aşkar etmək nəzərdə tutulur.
3. Məntiqi təfəkkür
Məntiqi təfəkkür dedikdə biliklərin əqli şəkildə
qavranılması, köhnə biliklərlə yeni biliklər arasında sıx bağlılıq
başa düşülür.
4. Ümumiləşmiş təfəkkür.
Ümumiləşmiş təfəkkür dedikdə elmi biliklərin fərqli və
oxşar cəhətlərini aşkar etmək başa düşülür.
5 .Kateqoriyalı təfəkkür.
Bu, oxşar əlamətləri qruplar, siniflər üzrə birləşdirməyi
nəzərdə tutulur.
6. Nəzəri təfəkkür.
Bu, ən yüksək ümumiləşdirilmiş hadisələrin ən vacib
qanunauyğunluqlarını dərk etdirməkdir.
7. Deduktiv təfəkkür.
Bu, fikrin ümumi haldan xüsusi hala, kokret fikrə doğru
inkişafıdır.
8. İnduktiv təfəkkür.
Bu fikrin xüsusi haldan ümumi hala keçməsi və nəticə
çıxarılmasıdır.
9.Alqoritmik təfəkkür.
54
Bu, göstəriciləri ardıcıl, sistemli yerinə yetirməkdir.
10. Texniki təfəkkür.
Bu, texniki yeniliklər üçün fikri fəallıq, şagirdi texniki
əməyə hazırlamaqdır.
11. Reproduktiv təfəkkür.
Bu, mənimsənilmiş bilikləri aktivləşdirməyə çalışan
fikri fəallıqdır.
12. Produktiv təfəkkür (yaradıcı)
Bu, yeni elmi tapşırıqları, məsələləri müstəqil həll
etmək imkanı verir.
13. Sistemli təfəkkür
Bu, təbiət və cəmiyyətin qanunauyğunluqlarını düzgün
inkişaf etdirmək, elmi dünyagörüşü formalaşdırmaqdır.
Müəllimlər şagirdlərin fəallığını inkişaf etdirmək üçün
hansı növ təfəkkürün çatışmadığını müəyyən etdikdən sonra
onun inkişaf etdirilməsi qayğısına qalmaqla keyfiyyət əldə
edilməsinə, şagirdin irəliyə doğru inkişafına imkan yaradırlar.
Şagidlərin təfəkkürünün inkişaf etdirilməsi üçün
müəyyən prinsiplərin nəzərə alınması məsləhət görülür.
Göründüyü kimi kitab müəllifləri Qardner nəzəriyyəsini
yeni şəraitdə daha kiçik detallarına gedib çıxmışlar. Bunun isə
başlıca səbəbi şagird intellektinə təsir etməyin yeni metod və
yollarını axtarmaqdan ibarətdir. Yəhudi xalqının müdrik bir sözü
var: “Bütün çıxılmaz vəziyyətlərdən iki çıxış nöqtəsi var”. Bu,
ağlın çevikliyinə, bütün vəziyyətlərdə alternativ yol axtarmaq
zəruriyyətinə işarədir. Hər bir fikrə alternativ axtarmaq, mütləq
ideyaları hazır standart fikirlərlə yeniləşdirmək ideyası müasir
təhsilin qarşısında duran əsas vəzifələrdəndir. Bu gün dünya
şöhrətli alimlərdən Lütfizadənin, R. Əliyevin nəzəriyyələri
mövcud elmi kəşflərin alternativi kimi diqqəti cəlb edir.
Alternativ düşüncə inkişafın əsasıdır. Əgər elmdə alternativ
55
düşüncə yaranmasa onun inkişafı olmayacaq.
Çünki mövcud
elmi nailiyyətlər ümumi qanunauyğunluqları müəyyənləşdirir.
Buna görə də biz tərtib etdiyimiz testlərdə sualları elə şəkildə
qurmalıyıq ki, şagirdin konkret intellektinə yönəlsin. Test
cavablarını hazır biliklərin yoxlanmasından məntiqi düşüncəyə
istiqamətləndirmək daha çox əhəmiyyətlidir. Tam bildiyimiz
şeylərin içindən bilmədiklərimiz cəhətləri araşdırmaq bacarığı
yaratmalıyıq.
O şey ki, bizlərə tam aşikardır,
Orda da gizli bir xəzinə vardır.
N. Gəncəvi bu beyt ilə deyir ki, bildiyimiz bir şeyin
içində minlərlə bilmədiyimiz sirlər vardır. həmin sirləri
öyrənməyə səy etməliyik. Bu kəlam müasir təlim strategiyasının
əsasını təşkil edə bilər. Bizim bildiklərimizin içərisində
bilmədiyimiz minlərlə cəhət mövcuddur. Əgər müəllim öz
dərsinə bu məntiqlə yanaşsa elmin tərəqqisi yolunda şagirdləri
düzgün istiqamətləndirmiş olar.
56
ANA DİLİNİN ÖYRƏNİLMƏSİNİN MƏRHƏLƏLƏRİ
Məktəbəqədər dövrdə dilin mənimsənilməsi imkanları
Çox zaman alimləri belə suallar maraqlandırır. Uşaq ana
dilini öyrənməyə nə vaxtdan başlayır? Yəqin ki, bu suala hər kəs
asanlıqla belə cavab verər: ana laylalarından! Biz də bu
fikirdəyik. Lakin bu sadə sual-cavabın arxasında ana dilini
öyrənməyin çox vacib bir sirri gizlənir. Uşaqlar məktəbə gələnə
qədər kifayət qədər şeir əzbərləyir, nağıl bilirlər. Onlar məktəbə
böyük bir həvəslə gəlirlər. Lakin bir sıra hallarda məktəb
körpələrin poeziyaya olan bu həvəsini konkret bir qəlibə salır,
onu məhdudlaşdırır. Nəticədə dünən şeiri çox asanlıqla
əzbərləyən bir uşaq birdən-birə passivləşir. 4-5 yaşında uzun
uzadı foklor nümunələrini birnəfəsə deyən körpə sanki çevrilib
başqası olur. Axı, nə olmuşdur?! Nə üçün bu gün o, müəllimin
ciddi şəkildə tapşırdığı bir əsəri əzbərləyə bilmir, və ya
əzbərləmək istəmir?
Bir şey tam aydındır: qaydalar varsa orada qaydaların
qorunması da var. Başqa sözlə dil qanunlarınının pozulmaz
sərhədləri var. Deməli haradasa məhdudiyyət var. Dil
qanunlarının tətbiq olunması qaydaları var. Sanki uşaq birdən-
birə foklor dünyasından ilk baxışda qanun-qaydası olmayan azad
bir dünyadan ölçülü-biçili bir aləmə düşür.
Oturmuşdum divanda,
Qarmonum da yanımda.
Birdən qapı döyüldü,
Açdım gördüm canavar.
Canavarı öldürdüm
Başım dəydi divara.
Divardan bir qız çıxdı
Adını qoydum Tamara.
Çox uzun olan bu folklor nümunəsini əzbər bilməyən
uşaq yoxdur. Şeirə diqqət edək. Bəndlər arasında heç bir məntiqi