5
Yeni təlim sisteminə keçməyin nəzəri və əməli
cəhətlərini öz üzərinə götürən Azərbaycan respublikasının təhsil
nazirliyi olsa da onun nəzəri əsasları XX əsrin sonu, XXI əsrin
əvvəllərində yaranmağa başlamışdır. Bu prosesdə yalnız qabaqcıl
müəllimlər və pedaqoqlar deyil, filosoflar, psixoloqlar, qabaqcıl
düşüncəli müxtəlif elm sahəsinin nümayəndələri fəal iştirak
etdilər.
Təhsilin müasirləşdirilməsi prosesi həm strategiya, həm
də taktika xətti ilə paralel həyata keçirilməyə başladı.
Təhsil strategiyasının ilk məhsulu “Ümumtəhsil məktəb-
lərinin I-IV sinifləri üçün fənn kurrikulumları” sənədi oldu.
Tarixin bütün mərhələlərində “Ana dili” tədrisi sırf
linqvistik tərəfdən deyil, sözun qiymətini, onun insana təsir
etmək cəhətlərini, daha dəqiq desək, şagirdin obrazlı təfəkkü-
rünün inkişaf etdirməyə yönəldilməsini nəzərdə tutmuşdur. Zən-
gin tarixə malik olan məktəblərimizdə dil və ədəbiyyat dərsləri
insanın mənəvi cəhətdən kamilləşməsinə, daxilən zənginləşmə-
sinə xidmət edən qoşa qanad rolunu oynamışdır. Buna görə də
“Ana dilinin tədrisi” deyərkən yalnız dilin fonetikası, morfolo-
giyası ,sintaksisi və s. kimi istilahlar deyil bədii sözün imkanları,
insana təsir etmək keyfiyyətləri də nəzərdə tutulmuşdur.
Hələ məktəblər yaranmamışdan əvvəl xalq özünün
yaratdığı ədəbi nümunələrlə uşağına dilinin zənginliyini,
gözəlliyini, məna çalarlarını öyrətmişdir. Deməli ana dilinin
tədrisi bədii ədəbiyyatın öyrədilməsi ilə sıx bağlıdır. Bu bağlılıq
ilk növbədə uşağın obrazlı təfəkkürünə və düşünmə qabiliyyətinə
təsir etməyi başlıca məqsəd kimi qarşıya qoyur.
Təhsil sisteminin daimi təkmilləşməsi cəmiyyətin ümu-
mi inkişafının tələb etdiyi mühüm amıllərdən biridir. Hətta təhsil
sistemi dünyanin ən inkişaf etmiş sistemlərindən sayılan Ameri-
kada da onun təkmilləşməsini dövlət daim nəzərdə saxlayır.
Texnologiyaların daim inkişaf etdiyi bir zamanda,
qloballaşmanın dünyanı əhatə etdiyi bir dövrdə bu işə ciddi
6
nəzarət etmək onu təkmilləşdirməyin bütün imkanlarından
istifadə etmək, hətta ən yüksək təhsil sisteminə malik olan
Amerika kimi bir ölkənin başçısı B.Klintonun diqqət etdiyi bir
sahə idi. B.Klinton yazırdı: “...Əgər biz hamı üçün təhsil almaq
imkanını və təhsil sisteminin yüksək keyfiyyətini təmin edə
bilməsək XXI əsrdə biz vahid Amerika ola bilmərik. Bizdən hər
bir amerikalıya dünyanın ən yaxşı təhsil müəssisələrində ən yaxşı
müəllimlərdən ən yaxşı təhsil almaq üçün təhsil sistemi
yaratmaq tələb olunur. Bu isə o deməkdir ki, bizdə yüksək
standartlar, böyük ümidlər və təhsil sahəsiylə bağlı olan hər bir
kəsdə yüksək məsuliyyət hissi olmalıdır. (14; 135)
Əgər nəhəng bir ölkənin prezidenti təhsil sisteminin
daimi təkmilləşməsi barədə bəhs edirsə, onda dünyanın kiçik
dövlətlərinin, o cümlədən, Azərbaycanın qabaqcıl təhsil sistem-
ləri inteqrasiya etmək arzuları tamamilə təbiidir. Eyni zamanda
onu da nəzərə almaq lazımdır ki, əsasən şərq mentaliteti ilə
formalaşan Azərbaycan təhsilinə dünyanın başqa təhsil sistemlə-
rini korkoranə tətbiq etmək olmaz.
Ulu öndərimiz H.Əliyev yazırdı: “Biz müstəqil dövlət
olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq.”
(14, 12)
7
ANA DİLİ FƏNNİNİN ƏHƏMİYYƏTİ VƏ
VƏZİFƏLƏRİ
XXI əsrin ilk on illiyi Azərbaycan təhsil sistemində
köklü dəyişikliklərin baş verdiyi bir dövr kimi səciyyələnir.
Mübaliğəsiz demək olar ki, bu prosesdə ana dilinin tədrisi üçün
yeni bir era başlayır. Çünki respublikamızda təhsil islahatları
ibtidai siniflərdən başlamışdır. 2003-2013-cü illər dünya bankı
ilə II kredit sazişi əsasında islahat proqramının həyata keçirilməsi
dövrü kimi səciyyələnir.
Ibtidai siniflər və onlar üçün kadr yetişdirən ali məktəb-
lərə hazırlanan fənn kurrikulumları 2008-ci ildən tətbiq edilməyə
başlanmışdır. İbtidai siniflər üçün müasir tələblərə cavab verən
dərsliklər yaranmağa başlamışdır. Hər bir dərslik üçün müəllimə
kömək məqsədi ilə metodiki ədəbiyyat yaranması dövlətin bu işə
çox ciddi bir sahə kimi əhəmiyyət verdiyini şərtləndirir.
“Kurrikulum” ümumtəhsil məktəblərində ana dilinin
tədrisi milli maraqlar və dövlətçilik baxımından vacib məsələlər-
dən biri hesab edilir. Dünya ölkələrində ana dilinin öyrədilməsi
milli təfəkkürün formalaşmasında mühüm vasitə kimi yüksək
dəyərləndirilir. Milli Kurrikulumlar, bir qayda olaraq, ana dili ilə
başlanır. Təhsilin ümumi inkişaf səviyyəsini müəyyənləşdirmək
üçün keçirilən beynəlxalq və milli qiymətləndirmələrdə ana dili
üzrə standartların mənimsənilməsinə xüsusi diqqət yetirilir.
Bütün bunlar isə bir fənn kimi ana dilinin şəxsiyyətin formalaş-
masındakı müstəsna rolu ilə bağlıdır. Firidun bəy Köçərlinin
fikrincə, “Ana dili millətin mənəvi diriliyidir... Ananın südü
bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır”.
Ana dilinə yiyələnmə ailədən başlayır. Uşaq məktəbə
gələnədək ana dilinin köməyi ilə ətraf aləm haqqında müəyyən
təsəvvürlər əldə edir. Bu onun lüğət ehtiyatını zənginləşdirir,
dəqiqləşdirir, əşya və hadisələr haqqında fikirlərini formalaşdırır,
başqalarının dediklərini anlamağa imkan yaradır. Məktəbdə isə
8
həmin iş sistemli, ardıcıl, mütəşəkkil davam etdirilir. Məhz buna
görə də ana dilinin öyrənilməsi Milli kurrikulumda özünəməxsus
yer tutur.
Ana dilinin öyrənilməsi şagirdlərin ünsiyyət imkanlarını
genişləndirir, onlarda nitq fəaliyyətinin növləri ilə yanaşı,
düşünmə, öyrənmə və danışma bacarıqlarını formalaşdırır.
Nəticədə bu dil düşünmə, öyrənmə, danışma vasitəsinə çevrilir.
Ana dili ümumtəhsil məktəblərində tədris olunmaqla
şagirdlərdə nitq mədəniyyətinin formalaşmasına xidmət edir.
Şagirdlər bu fənnin vasitəsilə milli mədəniyyət nümunəsi kimi
ana dilini öyrənir, onun səs sisteminə, lüğət ehtiyatına, üslubi-
qrammatik xüsusiyyətlərinə yaxından bələd olur, elmi, bədii
publisistik və digər üslublarda yaradılmış ədəbiyyat nümunələri
ilə tanış olmaq imkanı qazanırlar. Eyni zamanda bu dildən
istifadə edərək öyrənəcəkləri digər fənlərin daha yaxşı
mənimsənilmə potensialını genişləndirirlər.
Orta məktəbi başa vuran gənclər təhsilini davam
etdirmək, müxtəlif sahələrdə işləmək üçün müasir dövrün
iqtisadi, hüquqi və texnoloji çətinliklərinə hazır olmalı, onların
aradan qaldırılmasında təşəbbüskarlıq və fəallıq göstərməlidirlər.
Bunun üçün təkcə elmi-nəzəri hazırlıq deyil, həm də yüksək
əxlaqi-mənəvi keyfiyyətlər, o cümlədən, dil və ünsiyyət
bacarıqları əldə olunmalıdır. Hər bir şəxs müxtəlif formalı və
məzmunlu mətnləri səlis, şüurlu oxumağa, yazılı və şifahi şəkildə
səmərəli və yaradıcı ünsiyyət qurmağa qadir olmalıdır. Bu
baxımdan, Ana dilinin bir fənn kimi təlim əhəmiyyəti böyükdür.
Ana dili qüdrətli tərbiyə vasitəsidir. Şagirdlər onun
vasitəsilə milli-mənəvi sərvətlərimizi öyrənir, əxlaqi dəyərlərə və
yüksək insani keyfiyyətlərə yiyələnirlər.
Ümumtəhsil məktəblərində Ana dili təliminin məqsədi
ümumi nitq və dil bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq
mədəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir. Buna
görə də: