13
Biz yuxarıda dərsin standartlara
uyğun məqsədlərinin,
dərsin metodikasının müəyyənləşdirilməsi haqqında bəhs etdik.
Dərs planında motivasiyaya hazırlıq görülməsi də nəzərdə
tutulur.
Motivasiya əslində dərsin problemidir. Dərsin
məqsədindən asılı olaraq müəllim problemi müəyyənləşdirir:
müzakirəyə nəyi çıxaracaq? Əsl problem çoxlu fərziyyələr
doğurur. Fərziyyənin bolluğu problemin tutumundan asılıdır.
Həmin fərziyyələri bir məxrəcə gətirmək üçün tədqiqat sualı
tapılmalıdır. Tədqiqat sualı sehrli çıraqdır. Yeni biliyin kəşf
olunmasına doğru gedən yolu işıqlandıracaq gücə malikdir.
Tədqiqat sualı uşağın idrak mexanizmini fəaliyyətə gətirir.
Dərsin gedişində hamını özünə cəlb edən də məhz tədqiqat
sualıdır. Buna görə də psixoloqlar dərsin bu mərhələsini
“motivasiya” – müzakirəyə cəlb edən səbəb adlandırırlar. Bu
həm dərsə, həm də şagird təfəkkürünə təsir edən güclü bir
amildir. Sualın qoyuluşu elə olur ki, ona bir cümlə ilə cavab
vermək mümkün olmasın. “Hə” və “yox” sözləri də kara
gəlməsin. Sual düşünməyə, idraka təsir etməlidir. Bu da əslində
şagirdin müstəqilliyinə, sərbəstliyinə gətirib çıxarır. Uşaq öz
fikrini “mənə elə gəlir ki..,” “belə fikirləşirəm ki,” “məncə..,”
“dərindən düşünəndə..,” “mənim fikrimcə” kimi sözlərlə
başlayır. Onun cavabları şagirdi müəllimin: “düz fikirləş-
mirsən!”, “doğru deyil!”, “bəlkə bir az da fikirləşərsən” kimi
təhqiramiz ifadələrindən xilas edir. Dərsin bu mərhələsinin
lazımi səviyyədə başlaması onun sonrakı uğurlarının əsası olur.
Müəllimlər üçün metodik vəsaitdə “Uşaq və buz”
şeirinin motivasiyası belədir. “Müəllim şagirdlərə tapmacalar
söyləyir:
1) Odda yanmaz,
Suda batmaz.
(buz)
14
2)
O nədir ki, kökü yuxarı bitər.
(sırsıra)
3) İşım-işım işıldar,
Xəzəl kimi xışıldar.
(qar)
4) Adi halda axaram
Oda qoysam qaynayaram
Göyə qalxsam uçaram
Soyuq olsa donaram.
(su, buxar, buz)
Müəllim şagirdlərə bu tapmacaların cavabını tapmağı
tapşırır. Cavablar yazı taxtasında qeyd olunur. Müəllim
şagirdlərə dərslikdən M.Ə.Sabirin “Buz” şeirini oxumağı təklif
edir. Bu motivasiya şagirdlərə suyun təbiətdə üç halda olduğunu
öyrətmək üçün məqbuldur. Lakin əgər müəllim yuxarıda misal
gətirdiyimiz məqsədlərdən hər hansı birini seçsə şübhəsiz
motivasiyanı da dəyişmək olacaq. Məsələn, əgər “insan çətinə
düşərsə, (buzda sürüşüb yıxılarsa) özünü necə aparmalıdır?” Bu
tezisi müzakirəyə çıxarmağı qarşısına məqsəd qoyubsa onda
dərsin motivasiyası da dəyişməlidir. Müəllim tədqiqat sualını
planda qeyd etməli, ona müvafiq motivasiya hazırlamalıdır.
Dərsin növbəti mərhələsi tədqiqatın aparılmasıdır. Tədqiqat sualı
qoyulan kimi onun aparılması mərhələsi gəlir.
Müasir təlim texnologiyalarında seçim üçün kifayət qədər
metodikanın olması. Ən vacib texnologiyanın seçilməsinin
zəruriliyi.
Tədris prosesində şagirdi və müəllimi belə bir sual
düşündürür: “Məqsədə çatdıqmı?” Müəllimi isə belə bir sual
düşündürür: şagird standartlara uyğun biliklər qazandımı? Şagird
düşünür: “Biliklərim kifayətdirmi? Bu suallara qiymətləndirmə
cavab verir. Yeni qiymətləndirmə bizim adət etdiyimiz və
rəqəmlərlə işarələdiyimiz nəticə deyil. Tədris olunan mövzu üzrə
mövcud biliklərə və bacarıqlara çatmaq üşün optimal yolları
15
müəyyənləşdirən vasitədir. Qiymətləndirmənin nəticəsini şagird
bir cavabdeh kimi gözləmir. O, prosesin içində müəllimlə birgə
fəaliyyətdə olur. Onu analiz edir, bu zaman intellektini itiləyir və
nəticələrə özü gəlir. Əgər bir şeyi bu prosesdə öyrənirsə, onu
tədqiqatçı kimi başa düşür. Qiymətləndirmə ana dilinin zərifli-
yini, özünəməxsusluğunu öyrənmək yolunda şagird üçün bir
xəritə rolunu oynayır. Müəllim bu xəritəni hələ dərsi planlaş-
dırarkən çəkir. Əslində dərsin planlaşdırılması, onun metodikası
qiymətləndirməyə gedən yolun ən etibarlı magistralı olur.
16
“ANA DİLİ” TƏDRİSİNİN VƏ
DƏRSLİKLƏRİNİN TARİXİ ƏNƏNƏLƏRİ
İlk ibtidai məktəb dərsliklərimizin yarandığı gündən
dilin sadəliyi, məntiqliliyi, obrazlılığı əsas məqsəd kimi qarşıda
dururdu. İlk dərsliklərimizdən birinin müəllifi olan A.Bakıxanov
yazırdı:”Mən nə qədər axtardımsa uşaqların təlimi üçün elə bir
kitab tapa bilmədim ki, o asan anlaşılan bir dil ilə onların əxlaq
gözəlliyinə dəlalət etsin... Bu kitablarda “Uşaqlıqda öyrənilən
elm daşa qazılmış şəkil kimidir” zərbül-məsəlinin məzmunundan
qəflət olunur. Uşaq yaşlarında hər zamandan daha artıq əxlaq
gözəlliklərini onlara öyrətmək lazımdır.” (12, 5)
Dərslik müəllifi insan ağlının böyük əhəmiyyətini qeyd
edirdi.Uşaqları başa salırdı ki, insan özündən qat-qat güclü olan
heyvanlara və ya təbiətin başqa qüvvələrinə yalnız öz ağlı ilə
qalib gəlir: ” Ey mənim əzizim! Sən insansan, Allah insanı
dünyada hər şeydən yaxşı yaratmışdır. Görmürsənmi kı,
heyvanlar o qədər böyük bədən və güc ilə insanın əlində əsirdilər.
Bu isə işi yaxşı bacarmaq səbəbindəndir. İnsanlar arasında hər
kəs çox bilikli və iş bilən olsa, həmişə hörmətli olar. Deməli,
gərək iş bilmək və yaxşılıq etmək qaydalarını o adamlardan
öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli
olmuşlar.” (12, 5)
A.Bakıxanov şagirdlərin intellekt qabiliyyətlərinə təsir
etməyə xüsusi əhəmiyyət verirdi. Ona görə də onun
nəsihətnamələrində elmin əhəmiyyəti haqda deyimlər xüsusi yer
tuturdu. Bakıxanovun nəsihətnamələrindən oxuyuruq:
“-Elm və kamalı əldə etməyi hər şeydən daha əziz tut.
Çünki hər şeyi onların vasitəsilə əldə edirlər.” (11, 7)
“-Hər ürəyin istəyəni eləmə, bəlkə ağlın istəyəni icra et.
Çünki ağıl yaxşı və pisi bir-birindən ayıra bilər. (12, 9)