Microsoft Word Shelale Nebiyeva doc


MÜSTƏQİL DÜŞÜNCƏLİ ŞAGİRD



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   22   23   24   25   26   27   28   29   30

 

101 


MÜSTƏQİL DÜŞÜNCƏLİ ŞAGİRD 

YETİŞDİRMƏYİN ELMİ İSTİQAMƏTLƏRİ 

 

Müasir dərs anlayışının  əsas mahiyyətini öyrənənin 



“müstəqil  şagird” olmasıdır. Yəni o düşüncələrində, 

mülahizələrində müəllimin  əqli köməyinə ehtiyac duymayan 

öyrənəndir. O, bilikləri hazır qəbul etmir. Onu özü tapır. Mövcud 

anlayışları  əzbərləmir, öyrənir. Düşünmək, yadda saxlamaq, 

tətbiq etmək bacarığına yiyələnir. Şagirdin bu keyfyyətlərə malik 

olması üçün dünya pedaqoji ədəbiyyatında müvəffəqiyyətlə 

tətbiq olunan nəzriyyələr çoxdur. Belə  nəzəriyyələrdən biri 

Qardnerin çoxşaxəli  əqli qabiliyyətlər nəzəriyyəsidir. Qardnerin 

fikrincə müxtəlif növ öyrəncilərin ehtiyaclarına uyğunlaşmaq 

üçün sinif mühitini köklü surətdə yenidən qurmaq ərurəti 

meydana çıxır. Bu gün yeni təlim texnologiyalarına uyğun tədris 

aparan müəllimlərimiz daha çox sinfi qruplara bölməyə üstünlük 

verir.  Əlbəttə bu yaxşıdır. Lakin bu iş kor-koranə  şəkildə “kim 

hansı qrupu istəyirsə otursun” şəklində ola bilməz. Burada 

intellekt  qabiliyyətlərinin nəzərə alınması başlıca  şərtlərdən 

biridir.  

Dünya təhsil praktikasında dil öyrətmək sahəsində çoxlu 

modellər vardır. Bu modellərin hamısı üçün xarakterik olan vahid 

bir cəhət mövcuddur: müəllimin verdiyi sual. Belə suallar 

olduqca müxtəlifdir və onun hərəsi  şagird təfəkkürünü bir 

konkret istiqamətə yönəldir.  

Bizim ənənəvi təhsilimizdə ana dili tədrisi prosesində ən 

çox istifadə olunan suallar belədir: “İsim nəyə deyilir?”, “Fel 

nəyə deyilir?”, “Sayın tərifini de” “Filan nitq hissəsi hansı 

suallara cavab verir” Belə suallar uşaqları  əzbərçiliyə 

meylləndirir. Suallar haqqında gedən elmi müzakirələr belə 

ümumi bir qənaətə gəlir ki, təkcə faktlara əsaslanan belə suallar 

uşaqların tənqidi düşüncəsinə az kömək edir və çox zaman əzbər 

yadda saxladığı bilik mövzunun dərkinə kömək etmir. Uşaq 

 

102



sadəcə olaraq alimlərin yaratdığı  və elmi məntiqə  əsaslanan 

tərifləri əzbərləyir, yalnız kitablarda verilən nümunələrin əsasına 

görə öz fikirlərini izah edirlər. Onlar dərsliklərdən qırağa çıxa 

bilmir. Müstəqil mühakimə yürütməyi bacarmırlar. Beləliklə bu 

tipli suallar şagirdin müstəqilliyini  əlindən alır, onu kitabların 

əsirinə çevirir. Şagird öyrəndiyi biliklərə öz intellekt səviyyəsinə 

uyğun  şəkildə heç nə  əlavə edə bilmir. Buna görə on bir il 

Azərbaycan dili dərsi keçən  şagird sonda onun bir sıra 

məziyyətlərini dərk etmədən orta məktəbi qurtarır.  

Ana dili tədrisi prosesində verilən suallar şagirdi 

düşünməyə, axtarıb kəşf etməyə yönəldən yaradıcı suallar 

olmalıdır. Böyük alman şairi Höte yazır ki, “ağıllı cavab almaq 

üçün ağıllı sual vermək lazımdır”. Biz yadda saxlamalıyıq ki, dil 

öyrənmək sadəcə  nədənsə hali olmaq deyil, həyati bacarıqların 

bir hissəsidir.  Şagird təkcə sözün ifadə etdiyi mənasını 

əzbərləməklə yadında saxlamamalı, onu leksikonunda özününkü 

etməyi bacarmalıdır. O, bildiyi sözü, cümlənin, mətnin daxilində 

hər hansı bir məqamda istifadə etmək bacarığına nail olamalıdır. 

Şagird başa düşməlidir ki, söz onun əlində mum kimi ola bilər. 

Istədiyi məqamda adi bir kəlməni obrazlı ifadəyə, müdrik 

kəlama, ideomatik ifadəyə çevirə bilər.  

Cəmiyyət müxtəlif xarakterli insanların məcmusudur. 

Burada azad düşüncəli, mətin xarakterli müstəqil insanlar da 

olur, yaltaq, ikiüzlü, simasız dələduzlar da. Onların hamısını ana 

doğur, məktəb və cəmiyyət tərbiyə edir.  

Şübhəsiz ki, insanın xarakterinin formalaşmasında 

genetik amillərin rolu böyükdür. Xarakterin əsas ünsürləri ana 

bətnində ikən mənimsənilir. Lakin körpənin sonradan düşdüyü 

şərait – ailə, uşaq bağçası, məktəb xarakterin formalaşmasında 

əhəmiyyətli rol oynayır.  

Məktəbin  əsas məqsədlərindən biri müstəqil, azad, 

demokratik düşüncəyə malik şagirdlər yetişdirməkdir. Bu ümumi 

vəzifənin yerinə yetirilməsində ana dili tədrisinin xüsusi rolu 



 

103 


vardır. Ana dili şagirdlərə  təkcə dil qanunlarını öyrətməklə 

kifayətlənə bilməz. Biz ana dili deyərkən uşağın mütaliə etdiyi 

bədii nümunələri nəzərdə tuturuq. Dilin zənginliyini, məna 

gözəlliyini, başa düşüb müasir texnologiyalardan istifadə edilərək 

keçirilən dərsin rolu misilsizdir.  

Məsələn Bakı  şəhərindəki 9 nömrəli orta məktəbin 

ibtidai sinif müəllimi Nailə Abdulovanın “Vətən” mövzusunda 

keçdiyi dərsi belə nümunələrdən hesab etmək olar.  

                                      

 

     



 

104


İNTELLEKTİN CƏMİYYƏTDƏKİ MÖVQEYİ VƏ 

ƏHƏMİYYƏTİ 

 

İntellekt nə üçündür? Uşaqların intellekt qabiliyyətlə-



rinin inkişaf etdirilməsinin nəticəsi nə ola bilər? Bu iki sualın bir 

konkret cavabı var: Əgər insan nəticədə başqaları  tərəfindən 

idarə olunan mexaniki bir varlığa çevrilmək istəmirsə özünün 

intellektinin qayğısına qalmalıdır.  

İnsanın qəribə xarakteri var: O, pulunun azlığından, 

yaddaşının korlanmasından gileylənə bilər. Amma, kütlüyü 

intellekt cəhətdən zəif olduğunu etiraf etməz. Ağlının azlığından 

gileylənən adam təsəvvür etmək çətindir. Nəzərə almaq lazımdır 

ki, insanı idarə edən onun başıdır. Elə bu sözün özündən də 

məlum olub ki, baş bütün bədən üzvlərinin zirvəsində dayanır və 

deməli həlledici gücə malikdir.  

İnsan yaşadığı  cəmiyyətdə müəyyən problemlərlə 

üzləşir. Qarşılaşdığı problemləri o adamlar həll edir ki, onun ağlı-

yəni intellekti qaydasındadır. Əksinə olanda isə insan qarşılaşdığı 

problemlərin həllində  çətinlik çəkir. Çox zaman cəmiyyəti geri 

çəkən intellekti zəif olan insanlardır. Həmin insanlar təsadüfən 

vəzifəyə  gəldikdə isə  fəlakət daha böyük olur. Deməli, intellekt 

insanın cəmiyyətdəki mvqeyini, bir növ onun taleyini həll edir. 

Alimlər göstərirlər ki, insanın ağlı beyin yarımkürəsində yerləşən 

neyronların sayı  və  fəallığı ilə ölçülür. Beynini daim “diri” 

saxlayan, intellektinin qayğısına qalan insanlar neyronları ölməyə 

qoymur. Yapon alimləri hesablamışlar ki, ağlını passivləşdirən 

insanların beynində 30 yaşdan sonra hər gün 100000 neyron ölür. 

Bir sıra insanların qocaldıqda “xərifləmə”si də bunula bağlıdır.  

İnsan hər gün üz-gözünə qulluq etdiyi kimi intellektinin 

də itiləşməsinin qayğısına qalmalıdır. Tədqiqatçılar sübut 

etmişlər ki, daim yeniliklər axtaran təşəbbüskar insanlar hətta 60 

yaşında belə 30 yaşlı cavanlar kimi düşünə bilir. Beynin daim 

eyni bir şeylə  məşğul olması, başqa sözlə, yeknəsəqlik onun 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə