109
cisim və hadisələrin beyində inikasından ibarət olan prosesdir.
Təsəvvür qavrayışla sıx surətdə bağlıdır. O, qabaqlarda
qavranılmış əşya və hadisələrin şüurumuzda iz salmış surətidir.
Bəlkə elə buna görə də uşaq vaxtı öyrənilənlər daş üstünə həkk
olunmuş yazıya bənzədilir. “Məsələn biz müəllimin stolunun
üstündə təyyarə modeli gördükdə onda bizim şüurumuzda
təyyarə qavrayışı mövcud olur. Bu təyyarə modelini götürdükdə
qavrayış da qurtarır. Lakin təsəvvür bizim şüurumuzda izsiz itib
getmir. Indiki anda biz o modeli görməyə bilərik. Lakin biz onu
stolun üstündə durmuş şəkildə təsəvvür edə bilərik. Çünki onun
surəti şüurumuzda qalmışdır. Belə psixi prosesə təsəvvür deyilir.
... Beləliklə məfhum... əşya və hadisələrin mühüm
əlamətlərinin əsas xüsusiyyətlərinin insan şüurunda ümumiləşmiş
inikasıdır.” (səh7)
Azərbaycan dilinin tədrisi metodikası sahəsində çox
dəyərli tədqiqat əsərlərindən biri olan “Qrammatik məfhumların
mənimsənilməsi” əsəri öz dövrünün metodikası sahəsində irəli
doğru atılmış bir addım hesab olunur. Bu kitabın sanballı
tədqiqat əsəri olmasını qeyd etməklə yanaşı həmçinin
göstərməliyik ki, müasir təlim texnologiyalarının prinsipləri ilə
yanaşdıqda onun irəli sürdüyü ideyaların böyük bir hissəsinin bu
gün əhəmiyyətdən düşmüşdür.
“Qrammatik məfhumların mənimsənilməsi şagirdlərin
bütün elmi məfhumları
mənimsəmələrinin ümumi
qanunauyğunluqlarına tabe olsa da, onların özünə məxsus
mənimsəmə xüsusiyyətləri vardır. Qrammatik məfhumlar, hər
şeydən əvvəl, digər elmi məfhumlardan özlərinin son dərəcə
abstraktlığı və ümumiliyi ilə fərqlənir. Bu cəhətdən o, həndəsi
məfhumlara yaxınlaşır. Belə məfhumların mənimsənilməsi
şagirdlərin nisbətən inkişaf etmiş mücərrəd təfəkkürünə əsaslanır.
Digər tərəfdən qrammatik qaydalar sisteminin ümumiləşmiş
şəkildə inikası olduğundan, onların mənimsənilməsi eyni
110
zamanda dilin müxtəlif sahələrinə aid biliklərin abstraklaşması və
ümumiləşməsi prosesi deməkdir”. (səh13)
Bunlar doğrudur. Lakin müasir təhsil ana dili tədrisinin
qarşısında yeni vəzifələr qoyur. Müasir təhsil əvvəl qrammatik
məfhumları öyrənib sonradan onun tətbiqini tələb etmir. Bu gün
biz bədii mətni elə öyrətməliyik ki, dil qanunları şagirdə
özlüyündə tam aydın olsun. O nitq hissələrinin, cümlə üzvlərinin
və digər qrammatik məfhumların bədii mətndəki yerini tapmaq
işində çətinlik çəkməsin. Yeni təlim texnologiyalarının əsasında
dayanan fikir budur. Buna görə də biz ana dilinin zənginliyini
bağçalarda uşaqlara bədii mətnlərin öyrədilməsi yolu ilə
çatdırmalıyıq.
Uşaqların anadangəlmə linqvistik intellektinin inkişaf
etdirilməsi və gələcəkdə dil qanunlarının daha dərindən dərk
olunması üçün bağça yaşlı uşaqların bədii ədəbiyyat
nümunələrini çox mütaliə etməsinə və ya eşitməsinə nail
olmalıyıq.
Burada şagird intellektinin şüurluluğu problemi ortaya
çıxır. Şagird çox faktları bilən, elmdən və ədəbiyyatdan tam
məlumatı olan bir insan kimi yox, öz intellektini cəmiyyətin
inkişafına yönəldən bir şəxsiyyət kimi yetişməsi problemi qarşıya
çıxır. “İntellekt-ümumi halda psixi mexanizmlər sistemidir, hansı
ki, baş verənlərin (hadisə və təzahürlərin) fərdin (individin)
daxilində subyektiv mənzərəsini əks etdirmək (qurmaq)
imkanlarını müəyyənləşdirir. Belə subyektiv mənzərə özünün ali
formalarında şüurlu ola bilər, yəni hər bir əşya, hadisə və təzahür
haqqında onun mahiyyətindən irəli gələn universal fikir
müstəqilliyini özündə etiva edə bilər. Beləliklə, deyilənlərdən
belə bir nəticə çıxır ki, şüurluluğun eləcə də, ağılsızlığın psixoloji
köklərini intellektin quruluş
və
fəaliyyət (işləmə)
mexanizmlərində axtarılması təbiidir”. (A.
Mehrabov, E.
Bəylərov. “Şagird intellektinin inkişafı”. Bakı, 2006. 191 səh.
Səh 11)
111
Dünya təhsil sistemi bizim bu günün “müasir təlim
texnologiyaları” adlandırdığımız metodika ilə çoxdan tanışdır.
Bu gün həmin metodikanın yalnız mövcud qaydalarını öyrənib
tətbiq etməklə kifayətlənsək bunu məqbul saymaq olmaz. Deməli
biz bu texnologiyaları tam mənimsəməklə yanaşı, ona yeni, daha
optimal versiyalar əlavə etməkdən də çəkinməməliyik.
Qloballaşan dünyada yalnız bu yolla getmək uğur gətirər.
Müasir dünya təcrübəsi göstərir ki, şagirdin hər hansı bir
problemi həll etməsi üçün şüurlu olması vacibdir. Lakin bu azdır.
Şagirdə özünün şüurunu təmizləməyi və ona nəzarət etməyi
öyrətmək lazımdır. Buna özünüdərk deyirlər. Şagirdə özünün
düşünmək qabiliyyətlərini yoxlamaq vərdişləri də aşılamaq
lazımdır.
Öyrənilən problemin əsaslı araşdırılması təlim prosesinə
yanaşmanın xüsusi bir formasıdır. Bunun “xüsusiliyi” ondan
ibarətdir ki, şagird məlumat və informasiyaları terminləri və
qaydaları yadda saxlamaqdan daha çox oxuduqlarını real həyatı
problemlərin həllinə yönəltməyi bacarmalıdır. O, mətn, mövzu
üzərində ənənəvi qaydada işləməməli, biliklərinin konkret
probleminin əsas cəhətlərinin aydınlaşdırılmasına yönəltməlidir.
Yuxarıda misal gətirdiyimiz kitablarda verilən sualların və
tapşırıqların uğurlu olması da bununla bağlıdır.
112
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ
Qiymətləndirmənin əsas məqsədi təlim və tədris
prosesini istiqamətləndirməkdir.
Qiymətləndirmənin nəticələrindən təhsilin səviyyəsini
yüksəltmək, əldə olunmuş nailiyyətlər haqqında məlumat
toplamaq, müəllimin, şagirdin, kurrikulum uğurlarını müəyyən
etmək, şagird nailiyyətlərini müqayisə etmək üçün istifadə
olunur.
Ənənəvi olaraq şagirdlərin qiymətləndirilməsində
onların əldə etdikləri bilik, bacarıq və vərdişlər götürürlür.
Bunların qiymətləndirilməsi üçün istifadə olunan əsas formalar
yoxlama yazı işləri və şifahi cavablardır. Ənənəvi təhsildə iki
qiymət növü var: cari və yekun qiymət. Cari (gündəlik) qiymət
ayrı-ayrı mövzu və bölmələrin şagird tərəfindən mənimsənil-
məsini yoxlayır. Yekun qiymət isə tədrisin nəticələrini ümumi-
ləşdirir. qiymətləndirmə daha çox kəmiyyətcə aparılır.
Yeni qiymətləndirmə sistemi şagirdin yalnız biliyinin
qiymətləndirilməsini nəzərdə tutmur. Yeni sistemdə şagird
nailiyyətlərinin qiymətləndirilməsi, biliklərə yiyələnmə qabiliy-
yəti, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarığı haqqında
məlumatların toplanması və təhlili prosesidir. Şagird nailiyyət-
lərinin qiymətləndirilməsində məqsəd şagirdin irəliləyişlərinin
(eləcə də geriləmələrinin) izlənilməsi və nəticələrinə əsasən təlim
prosesində qərarların qəbul edilməsi və bu nəticələr barədə
valideynlərə informasiya verilməsidir.
Yeni qiymətləndirmə sistemində yalnız şagird nailiy-
yətləri (onlar nəyi bilir, bacarır və ya nəyə qadirdir) deyil, həmçi-
nin bu nailiyyətlərə çatmaq üçün şagirdin fəaliyyəti (şagird necə
öyrənir, düşünür, davranır) qiymətləndirilir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox geniş və
əhatəli prosesdir. Bu proses sadəcə şagirdin nail olduğu təlim