97
Müasir təhsilin mahiyyətini dərk etməyən “öyrətmək”
yox, “öyrənmənin yollarını öyrənmək” anlayışlarını yaxşı başa
düşməyən bəzi müəllimlər köhnə təhsilə daha çox üstünlük
verirlər. Çünki həmin sistemdə müəllimin fasiləsiz təhsili
anlayışı yoxdur. Müəllim nə zamansa öyrəndiyi faktları
öyrətməyə daha çox üstünlük verir. Həmin yol asandır. Lakin
məqbul deyil. Çünki uşaq əzbərlədiyini bir neçə gündən sonra
unudur və müəllimin zəhməti hədər gedir. Müasir təlim
müəllimin də fasiləsiz təhsilinə daimi tədqiqatçı olmağa şərait
yaradır. Yeni tipli müəllim daim axtarışda olur, yenilikləri tətbiq
edir, köhnə üsullardan asanlıqla imtina edə bilir. Bu proses təkcə
şagird intellektini deyil, həm də müəllim düşüncəsini
zənginləşdirir.
Bu prosesdə “bilik qazanmaq”, “biliyi əldə etmək”
deyil, şagird bacarıqlarının yaradılması mühüm bir amildir.
Əşyanın adının, onun ümumi və xüsusi keyfiyyətlərinin
olmasını, ad bildirən sözlərin hallanmasını müəyyənləşdirmək
bacarığını əldə edən uşaq onun elmi adının “isim” olduğunu
sonra bilməsinin elə bir qorxusu yoxdur. Əsas məsələ ismə
ayrılan keyfiyyətlərin şagird tərəfindən duyulması, onu başqa
nitq hissələrindən seçmək bacarığının təmin olunmasındadır.
Həmin bacarığın tədris prosesində vərdişə çevrilməsi yaddaşda
həmişəlik qalmasını təmin edir.
98
MÜASİR DƏRS, YENİ TƏLƏBLƏR
Müasir dövrdə təhsilimizin yeniləşməsini tələb edən
mühüm amillərdən biri fənlərin həddindən artıq
muxtariyyətləş-
məsidir. Yəni fənlər bir-birindən o qədər uzaq düşüb ki, onların
arasında keçilməz sədlər yaranmışdır. Hətta bir fənnin müxtəlif
bölmələri arasında da sərhədlər mövcuddur. Indi ali məktəbdə
Azrbaycan dilindən dərs deyən müəllimin konkret elm sahəsi var.
Ədəbiyyat fənni də belədir. Hətta bir bölməni mükəmməl bilən
bir alim o biri bölmələri ya zəif bilir, ya da bilmir. Qədim
ədəbiyyat mütəxəssisi XX əsr ədəbiyyatını, müasir dövr
mütəxəssisi isə qədim dövrü bilmir. Bu, sovet təhsil sisteminin
lüzumsuz ixtisaslaşmasıdır. Elmi ədəbiyyatın inkişafı təhsilə,
praktikaya yönəlmədiyinə görə onun elmi nəticələri də yalnız bir-
iki mütəxəssisə lazım ola bilir. Müasir təlim isə tələb edir ki,
nəinki dilin və ədəbiyyatın ayrı-ayrı şöbələri, dil və ədəbiyyat
bütöv bir ixtisas olmalıdır. Orta məktəbdə ana dili və ədəbiyyatın
müəllimi olduğu kimi, ali məktəbin mütəxəssisi də hər iki elm
sahəsini dərindən bilməlidir. Belə olmasa dilin incəliklərini, onun
məntiqi, emosional, obrazlı keyfiyyətlərini öyrətmək mümkün
deyil. Müasir orta məktəbdə dil və ədəbiyyatın inteqrasiyası ilə
yanaşı ibtidai siniflərdə tarix, təbiət, ətraf aləmlə tanışlıq və s.
kimi fənlərin koordinasiyası həyata keçirilir.
Ana dilinin tədrisi prosesində intellektlərin kooperativ-
liyi bir problem kimi qarşıya çıxır. Burada kooperativlik sözünü
həmrəylik kimi də qəbul etmək olar. Müəllim linqvistik intellektə
malik olan uşaqları digərlərinə qarşı qoya bilməz. Deməli, digər
intellektlərə meylli uşaqların həmin qabiliyyətləri ilə dilçilərin
düşüncələri birləşdirilməli, ortaq bir məxrəc tapmalıdır.
Göründüyü kimi digər intellektlər öz qabiliyyətlərini
linqvistik intellektə kömək etməyə yönəltmişlər. Şübhəsiz ki,
konkret bir sinifdə bu qədər intellektin mövcudluğu mümkün
deyil. Müəllim onların neçəsini müəyyənləşdirirsə, onların
99
hamısını linqvistik intellektin ətrafında qruplaşdırır. Bir növ dilin
öyrənilməsində riyazi məntiqin, tarixi məntiqin, idmançının
intellektini birləşdirməyə səy göstərir. Əgər belə qruplar yarat-
maq müyəssər olarsa onda müəllim hər bir qrup üçün onun öz
maraqlarına uyğun tapşırıqlar verər. Nümunə üçün Bakı şəhəri, 9
saylı orta məktəbin ibtidai sinif müəllimi Nailə Abdulovanın bir
dərsini təqdim edirik.
Ana dili (I sinif)
Mövzu: Vətən
Məqsəd: Şagirdlərə vətən, yurd sevgisi aşılamaq. Onlar-
da diyarımızın hər qarışına doğmalıq, torpağımızın qədimliyi,
sərvətlərimizin bolluğu, dövlətimizin yenilməzliyi barədə veril-
miş bilikləri daha da dərinləşdirmək.
Standart: 1.1.1; 1.1.2; 2.1.2; 2.1.4.
Inteqrasiya: Mus.; Fiz.tərb.
Iş forması: Böyük və kiçik qruplarla iş.
Iş üsulu: Müzakirə.
Resurslar: Şəkillər, iş vərəqləri, rəngli karandaşlar,
yapşqan, tapşırıq kartları.
Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu
Rəşid Behbudovun ifasında “Azərbaycan” mahnısı
səsləndirilir.
Yardımçı sual: Bu mahnı sizdə hansı hissləri oyadır?
Şagirdlərin fikirlərini dinlədikdən sonra müəllim
tədqiqat sualını elan edir.
Tədqiqat sualı: Vətənimizi tanımaq üçün nələri
bilməliyik?
Tədqiqatın aparılması
Indi isə gəlin vətənimizi daha dərindən tanımaq üçün
qruplar üzrə iş aparaq.
100
Uşaqlar 3 qrupa bölünür və qruplara ad verilir. I qrup
“Liderlər”, II qrup “Tarixçilər”, III qrup “Təbiətçilər”. Hər qrup
öz fəaliyyət sahəsinə aid klaster hazırlayır.
Informasiya mübadiləsi
Hər qrup öz işinin nəticəsini təqdim edir. Qrupların işi
lövhədən asılır.
Refleksiya.
Yenidən tədqiqat sualına qayıdırıq:
Azərbaycanı tanımaq və tanıtmaq nə üçün vacibdir?
- Azərbaycanı tanımaq onun düşmənlərinə, ona xəyanət
edənlərə sanballı bir cavabdır. Azərbaycanın dünəni və bugünü
haqqında danışdınız, onun sabahını necə görmək istərdiniz?
Qiymətləndirmə. Hər qrupun təqdimatında sonra
meyar cədvəli əsasında qiymətləndirmə aparılır.