Microsoft Word Shelale Nebiyeva doc


ANA DİLİ TƏDRİSİNƏ DAİR MÜASİR TƏHSİL



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

 

37 


ANA DİLİ TƏDRİSİNƏ DAİR MÜASİR TƏHSİL 

NƏZƏRİYYƏLƏRİ 

 

Öyrənmə  nəzəriyyəsi dünya pedaqoji fikrinin və 



psixoloqlarının daim diqqət mərkəzində dayanan problemlərdən 

biridir. Anlatmanın doğru yolunu izləyən metodikanı da eyni 

problem düşündürür. Təhsilin ilk bünövrə daşları qoyulan birinci 

sinifdə müəllimin işi daha gərgin olur. Nəzərə alsaq ki, 2008-ci 

ildən başlayaraq Azərbaycanın bütün birinci siniflərində 

məşğələlər yeni strukturlu dərsliklərlə  və metodiki ədəbiyyatla 

həyata keçirilir və bu prosesi uzun illər ənənəvi təlimin sirlərinə 

bələd olan müəllimləri icra edir. Bu işin nə qədər çətin olduğunu 

təsəvvür etmək mümkündür.  

Belə bir şəraitdə ibtidai sinif müəlliminin daha dərin 

hazırlığa malik olması, öyrənmə nəzəriyyəsinin əsas elementləri 

ilə tanışlığı böyük əhəmiyyət kəsb edir.  

Əlifbanı öyrənməyə başlayan  şagirdə  mənalı  dərs 

situasiyası yaratmağın zəruriliyi meydana çıxır. Mənalı 

öyrənməni həyata keçirmək sahəsində  nəzəriyyələr çoxdur. Bu 

nəzəriyyələrin içərisində ABŞ - da daha geniş yayılmış 



konstruktivizm və intellektin müxtəlifliyi ilə bağlı 

nəzəriyyələrdir. Dünya praktikasında bu nəzəriyyələrin 

əhəmiyyəti müxtəlif eksperimentlər vasitəsilə təsdiq edilmişdir.  

Bu nəzəriyyənin  əsas mahiyyətini bir qədər sonra 

araşdıracağıq. Lakin əvvəlcədən onu qeyd etməyi vacib bilirik ki, 

bir sıra Avropa ölkələrində  həmin nəzəriyyələrin  əsas aparıcı 

cəhətlərindən istifadə etsələr də müəllimlər öz fərdi qabiliyyətləri 

ilə onları daha da zənginləşdirirlər. Başqa sözlə, dünyanın  ən 

böyük nəzəriyyəsi yalnız istedadlı müəllimlər üçün hesablanır. 

Müəllimlər bu nəzəriyyələrin mahiyyətini tam dərk etdikdən 

sonra onu daha da təkmilləşdirir və müasirləşdirir. Hər bir dərs 

müəllimin təzə  əsəri hesab olunur. Onun motivasiyasından 

 

38

başlamış qiymətləndirmə  mərhələsinə  qədər müəllimin fərdi 



yaradıcılığı ilə zənginləşir. 

Bunları  nəzərə alaraq qeyd edək ki, hər bir nəzəriyyə 

tam ehkam kimi qəbul oluna bilməz. Müəllim ondan öz bacarığı 

daxilində bir nəzəri impuls alır, lakin onu keyfiyyətlərlə 

zənginləşdirir. Əslində bu nəzəriyyələr müəllim üçün kompas və 

ya mayak rolunu oynaya bilər. 

Bu nəzəriyyələrin içərisində  şagird nailiyyətlərini 

zənginləşdirmək sahəsində başlanğıc sayılan  əlifba təlimi 

dövründə Qardnerin “Çoxşaxəli 

əqli qabiliyyətlər” 

nəzəriyyəsindən istifadə etmək mümkündür.  

Bu nəzəriyyə ilk baxışda çox mürəkkəb görünür. Həm 

də biz qətiyyən o fikirdə deyilik ki, bu möhtəşəm nəzəriyyənin 

bütün cəhətlərini sinfə gətirmək lazımdır.  

Azərbaycan Təhsil Sistemində gedən yeniləşmə prosesi 

məktəbin həmçinin ayrı-ayrı  fənlərin tədrisi metodikasının da 

qarşısında yeni vəzifələr qoyur. Indiyə  qədər hər bir fənn 

avtonom qanunlarla, yalnız həmin fənnin tədrisinə aid olan 

problemlərlə  məşğul olurdusa, indi daha qlobal xarakter almaq 

məcburiyyətindədir. Məsələn, Azərbaycan dilinin tədrisi ilə 

məşğul olan müəllim təkcə  həmin fənlə bağlı elmi və metodk 

ədəbiyyatla deyil, müasir psixologiyanın nailiyyətlərinə, digər 

elm sahələrin təcrübəsinə əsaslanmalıdır. 

Müasir dünyanı düşündürən intellekt qabiliyyətli 

şagirdlərin hazırlanması üçün təkcə elm sahələrinin məşğul 

olması kifayət deyil. Humanitar elm sahələrini tədris edən 

müəllimləri də  həmin problem eyni dərəcədə düşündürməlidir. 

Indiyə kimi elmi-tədqiqat işlərində bu problemlər sadəcə 

sadalanırdısa bu günkü mərhələdə hər bir ana dili və digər fənn 

sahələrinin müəllimləri filosof və psixoloqlarının elmi fikirlərini 

dərindən öyrənib onu öz dərslərində  tətbiq etməyi bacarmalıdır. 

Əgər bu gün test tapşırıqları qiymətləndirmənin hələlik  ən 

düzgün meyarı hesab olunursa, hər bir müəllim bunun sirrini, 




 

39 


başqa sözlə “niyə”sini elmi cəhətdən dərk etməlidir. Çünki bunu 

dərk etmədən kor-koranə tətbiq etmək heç bir effekt verməz. Bu 

gün müasir təlim texnologiyalarının çoxlu sayda inkarçılarının 

olması da onun əsil mahiyyətinin dərk olunmaması ilə bağlıdır. 

“Dərsi oyuncağa çevirirlər”, “Belə  də  dərsmi olar, uşaq sənə 

danışmağa imkan vermir?”, “İlahi, özün hifz elə!” Bu nidaların 

yeganə qaynağı müasir dərsin mahiyyətini başa düşmək istəyinin 

olmamasıdır.  

Bir  şeyi anlamaq zəruridir: Dünyanın hər yerində  və 

bütün zamanlarda insanlar tədrisin daha kamil formasını 

axtarmışlar. Amma bu işi təkcə müəllimlərin öhdəsinə 

buraxmamışdılar.  

Bütün zamanlarda şagird-ustad münasibətləri olub. 

Ustad biliklərini  şagirdinə öyrədib. Çox zaman bu iş zopasız 

keçməzdi. Ustad yanına qoyulan şagirdin anası bu sözü deyib: 

“Əti sənin, sümüyü mənim”. Bu sözün arxasında çox mətləblər 

dayanır. Yəni döy, söy, öldür, istismar et, amma sənətini öyrət. 

Bu gün dünyanın ən sivil ölkələrinin də keçmişi belə olub.  

Lakin insanlar öyrətmənin və öyrənmənin digər 

yollarını da daim araşdırıblar. Dünyanın nəhəng alimləri uzun 

illərdir ki, belə bir suala cavab axtarırlar: Müəllim uşağı passiv 

məlumatla yükləməlidir, yoxsa həmin məlumatların cüzi bir 

hissəsini  şagirdin özü “kəşf etməli”dir. Axı, “kəşf” sözündə 

tapmaq, qələbə çalmaq sevinci var. Bu sevinc tonqalı yandıra 

biləcək qığılcım qədər  əhəmiyyətlidir. Biliyin kəşf olunması, 

yaranması anlayışının elmi adı  konstruktivizmdir. Onun əsas 

əlaməti uşağın müəllimdən passiv məlumat alması deyil, şagirdin 

dərsin aktiv üzvü kimi bilikləri özünün qazanmasıdır.  

Biliyin uşağın özünün anlaması, kəşf etməsi bəzilərinin 

iddia etdiyi kimi son əsrlərin elmi məhsulu deyil. Azərbaycan 

xalqı min illər bunda əvvəl belə deyib: Yüz dəfə  eşitməkdənsə 

bir dəfə görmək yaxşıdır. Bir dəfə görmək, onu praktik şəkildə 

dərk etmək, öyrənənin özünün başa düşməsi deməkdir. Qədim 

 

40



çinlilərin də maraqlı sözü var: “Mənə de – unudum, göstər – 

yaddan çıxarım. Cəlb et- öyrənim!”  İnsan özü müstəqil 

öyrənməyi həmişə başqalarının öyrətməyindən çox istəyir. Bu 

cəhət uşaqların psixologiyası üçün daha çox səciyyəvidir. Qəzet 

və jurnalların səhifələrində verilən “düşün, tap” rublikası uşaqları 

çox cəlb edir. Çünki burada onu öyrədən yoxdur. Kəşf olunmalı 

biliklə uşaq təkbətək qalır. Onun öz gücünü yoxlamaq imkanları 

yaranır.  Əgər axtarılan cavabı tapa bilməsə  qınaq obyekti 

olmayacaq. Kimsə ona “bacarmadın, düz deyil, bir yaxşı-yaxşı 

fikirləşsənə” kimi töhmət dolu sözlərlə müraciət etməyəcək.  

Qədim yunan filosofları da öyrənmənin bu yoluna 

üstünlük vermişlər.  

Lakin bu gün dünya alimləri elmi cəhətdən 

əsaslandırılmış konstruktivizm nəzəriyyəsinin  əsasını  İsveç 

bioloqu Jan Piajenin və fransız psixoloqu Alfred Binenin 

intellekt qabiliyyətlərinin müəyyənləşdirilməsinə  həsr etdikləri 

əsərləri ilə əlaqələndirirlər.  

Piajenin fikrincə uşaqların ətraf aləmi dərk etməsi işində 

onların sərbəst və azad olmaları başlıca amildir. Dərslər elə 

maraqlı qurulmalıdır ki, başqa heç bir əyləncə  uşaqları sinifdə 

baş verənlər qədər cəlb etməsin. Yeri gəlmişkən deyək ki, Səməd 

Vurğun hələ 40-cı illərdə yazdığı “Balalarımız üçün gözəl əsərlər 

yaradaq” məqaləsində Piajenin elmi müəddəalarına əsaslanan bu 

fikirlərini emosional bir düşüncə şəklində ifadə edirdi. S. Vurğun 

yazırdı ki, sinifdə  dərs gedərkən uşaq pəncərədən quşların 

uçuşuna tamaşa edirsə  təqsir həmin uşaqda yox, sinifdəki 

müəllimdədir. O, dərsi elə maraqlı qurmalıdır ki, uşaq ora-bura 

boylanmasın. J. Piajenin konstruktivzm nəzəriyyəsinə görə 

dərslər eksperiment xarakterində olmalıdır. Belə dərslər yaradıcı 

müəllimlərə geniş şans verir. Hər növbəti dərs əvvəlkindən daha 

təkmilləşmiş formada olmasına şərait yaradır. 

Piaje nəzəriyyəsinin  əsas ideyalarından biri qazanılan 

biliklərin dərk olunmasıdır. Biz şagirdə  hər dəfə yeni bir bilik 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə