Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   22   23   24   25   26   27   28   29   30

 

117 


Müşahidə.  Müşahidə  şagirdin fəaliyyətini izləməyi və 

ya onun danışığına, oxumasına və məsələləri müzakirə etməsinə 

qulaq asmağı nəzərdə tutur. Təsadüfi şəraitdə baş verən və tədris 

təlim prosesindəki irəliləyişlər üçün əhəmiyyət kəsb edən 

müşahidələr təsadüfi müşahidələr adlanır. Sistematik müşahi-

dələr isə bir qrup şagirdin fəaliyyətinin müəyyən məqsədlər üçün 

izlənilməsidir.  

Özünüqiymətləndirmə.  Şagirdin qiymətləndirmə prose-

sinə  cəlb olunması  təlim prosesinin çox vacib hissəsini təşkil 

edir.  şagirdlər öz nailiyyətləri üçün məsul olurlar. Onların öz 

işləri haqqında düşünə bilmələri üçün müəllimlər təlim 

məqsədlərini çatdırmaqla, müvəffəqiyyətin nümayiş etdirilməsi 

üçün tələb olunan meyarları birgə müəyyənləşdirməklə onlara 

kömək edə bilər.  

Fəaliyyətin qiymətləndirilməsi. Bu zaman şagirdlər 

öyrəndiklərini nümayiş etdirmək üçün fəaliyyətlər həyata 

keçirirlər. fəaliyyətin qiymətləndirilməsi aşağıdakı sahələr üzrə 

şagirdin öyrəndiklərini müəyyənləşdirmək üçün məqsədəuy-

ğundur: 

Kommunikativ (ünsiyyət) bacarıqlar oxu, yazı  və 

danışma. 

Psixomotor bacarıqlar (qayçı ilə kəsmə. Yapma). 

Atletik bacarıqlar (tullanma, topu atma, üzmə). 

Anlayışın mənimsənilməsi (həmin anlayışı real 

məsələlərdə tətbiq etmə). 

Emosional xüsusiyyətlər (qrupda əməkdaşlıq etmə, 

qaydalara əməl etmə, özünənəzarət). 

Manipulyativ vərdişlər (əl hərəkətləri və s.). Digərlərinə 

qarşı münasibət (davranış) və emosional reaksiya. 

Müsahibələr.  Şagirdlərin nə düşündüyünü öyrənmək 

üçün onlara sual vermək həm zəruri, həm də faydalıdır. Qeyri-

formal sual-cavab üçün müəllim hər hansı  fəaliyyəti ilə bağlı 

şagirdlərə aşağıdakı kimi suallar verə bilər: 

 

118


-  O, nəticəni necə əldə edib? 

-  Nə üçün problemlə üzləşib? və s.  



Yazılı sorğu.  Buraya suallara, məsələyə, test və 

tapşırıqlara yazılı cavab vermək, layihə, referat işləri hazırlamaq, 

müqayisə  cədvəllərini doldurmaq, şagirdlərin bir-birinin yazı 

işlərinə  rəy verməsi, yoxlama və reytinq vərəqini doldurmaq, 

nəzarətli yazı işi yazmaq və s. aiddir.  

Kağız üzərindəki tapşırıqlar.  Şagirdlər suallara və ya 

problemlərə dair öz cavablarını yazırlar. Suallar və ya tapşırıqlar 

müəllimlər və eləcə  də  dərslik müəllifləri tərəfindən hazırlana 

bilər. Kağız-qələm vasitəsilə məlumat toplanması üçün iki metod 

mövcuddur: 

*Təchizat metodu. 

*Seçmə metodu. 

Təchizat metodu şagirddən verilmiş suala cavab 

verməyi tələb edir: 

*inşa ilə bağlı suallar; 

*qısa cavablı və ya açıq suallar; 

*layihə işləri 

Seçmə metodunda şagirddən verilmiş variantların 

içərisindən düzgün cavabı seçmək tələb olunur: 

*çoxseçimli; 

*səhv-düz; 

*uzlaşdırma ilə bağlı suallar. 

 

İbtidai siniflərdə qiymətləndirmə 

Məktəb hər bir uşağa həyatın ən əsas tələbatı olan özünü 

tam mənada  şəxsiyyət kimi hiss etmək istəyini gerçəkləşdirmək 

üçün yol açmalıdır. Bütün uşaqların müvəffəqiyyətlə oxuya 

bilməsi və öz imkanlarını  aşkara çıxarması üçün müəllim və 

tədris prosesinin başqa iştirakçıları  tərəfindən nailiyyətlərə 

həvəsləndirən dayağın olması, onların xeyirxahlığının, uşağın 

uğrunda şəxsən maraqlı olmasının əhəmiyyəti az deyildir. 



 

119 


Qiymətləndirmə ilk növbədə uşaqda müsbət emosiyalar 

yaratmalıdır. Fəal (interaktiv) təlimdə müəllim  ən çox şagirdin 

səhvlərini deyil, nailiyyətlərini vurğulamalı, cəzadan çox dəstək 

verməyə arxalanmalıdır. Qiymətləndirmə  səhv cavablar olmur, 

sadəcə, onlar müxtəlif olur” prinsipi əsasında qurulur. Çox 

vacibdir ki, müəllim səhv cavaba “Sən düz demirsən”  əvəzinə 

“Bir daha fikirləş”, “Bu maraqlı fikirdir, lakin sualımız başqadır” 

kimi  əks-əlaqə yaratsın. Cəzalandırmağa gəldikdə isə, müəllim 

çalışmalıdır ki, aqressiv cəzanın  əvəzinə  şagirdə  həm özünün, 

həm də sinfin münasibətini çatdırsın və bununla onda müsbət 

münasibət qazanmaq ehtiyacını cəzalandırsın.  

Təlimdə  şagirdlərin nailiyyətlərinin qiymətləndirmə 

obyektləri sırasına  şagirdin  şəxsi keyfiyyətləri  əlavə olunur. 

Ənənəvi olaraq şagirdlərin təlim nəticələrini müəyyən edən şəxsi 

keyfiyyətləri  əlavə olunur. Ənənəvi olaraq şagirdlərin təlim 

nəticələrini müəyyən edən  şəxsi keyfiyyətlərin qiymətləndiril-

məsi sistemi mövcud deyildir. Təlimin məqsədlərini  əks etdirən 

ənənəvi sənədlərin hamısında  şəxsiyyətin təlim və  tərbiyə 

prosesində formalaşmalı olan müxtəlif keyfiyyətləri haqqında 

danışılır. Ola bilsin bu onunla əlaqədardır ki, şəxsi keyfiyyətlərin 

kəmiyyətcə qiymətləndirilməsi praktiki olaraq həyata keçirilməsi 

çətin olan bir məsələdir. Buna baxmayaraq bilik, bacarıq və 

vərdişlərlə yanaşı,  şəxsi keyfiyyətlərin qiymətləndirilməsinin 

nəticələrinin də  nəzərə alınması  təlim prosesinin yekunları 

haqqında tam təsəvvür yaratmağa imkan verə bilər.  

Qiymətləndirmə  və refleksiya dərsin müxtəlif mərhə-

lələrinə daxil edilə bilər, bunun özü də  təlim prosesinin daha 

uğurlu keçməsinə kömək edir. Birinci sinifdə qiymətləndirmənin 

şagirdlərin tədqiqat işinin başa çatdıqdan dərhal sonra keçirilməsi 

daha məqsədəuyğundur.  Şagirdlərin işinin effektivlik dərəcəsi 

kimi kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirilə bilər və 

müxtəlif metodlarla müxtəlif formalarda həyata keçirilə bilər.  



 

 

120



 

 I Qiymətləndirmə üsulları  

Məlumdur ki, birinci sinifdə qiymətləndirmə “kəmiy-

yət” üsulları ilə aparılmır. Birinci sinifdə müəllimin qiymətləndi-

rilmədirilməsi ilk növbədə  şagird üçün özünüqiymətləndirmə 

özününəzarətin inkişafına təsir edən amil kimi çıxış edir. Bunun 

üçün təlim prosesində “keyfiyyətcə qiymətləndirmə” üsulların-

dan istifadə olunur:  

 

1. Yazılı işlərdə və yoxlamalarda qeydlər. 



2.  “Portofilo” sistemi. “Portofilo” sistemi ibtidai 

məktəbdə  ən səmərəli qiymətləndirmə mexanizmi kimi sayıla 

bilər. “Portfilo” hər şagirdin xüsusi qeydlər toplusudur ki, burada 

şagirdə aid olan və  aşağıdakı adları  çəkilənlərlə birlikdə bütün 

məlumat və sənədlər qeydə alınır: 

*cari qiymətlər; 

*şagirdin dərs fəaliyyəti, onun əhval-ruhiyyəsi, iş 

qabiliyyəti, yaşıdları  və yaşlılarla münasibəti üzərində gündəlik 

müşahidələr; 

*meydana çıxan problemlərin təsviri və onların təhlili; 

*müəllimin bu şagirdə yanaşmaya düzəlişlər edilməsi 

haqqında, onun təliminin fərdiləşdirilməsi istiqamətləri haqqında 

qeydləri və proqnozları; 

*valideynlərin gəlib-getmələrinin qeydiyyatı, müəllimin 

onlarla müzakirə etdiyi mövzular, şagirdin ailə  şəraiti haqqında 

qeydləri; 

*psixoloqların psixoloji tədqiqatın nəticələri  əsasında 

rəyi. 


Bununla  şagird müəyyən dövr ərzində  dərs işləri 

toplanır və sonra onun nəticələrini müəyyən edilməsi, həm 

nailiyyətlərin, həm də problemlərin keyfiyyətcə  təhlili aparılır. 

Bundan sonra şagirdin inkişafının fərdi proqramı tərtib olunur.  




 

121 


“Portofilo”nu hazırlayarkən şagirdlər də fəal iştirak edir. 

Bu iş şagirdləri xüsusi ruhlandırır. Onun zəruriliyini və əhəmiy-

yətini başa düşən müəllimlər və şagirdlər gördükləri bütün işləri 

portofiloya daxil edirlər. Əlbəttə burada şagird müstəqilliyi yad-

dan çıxmamalıdır. Portofiloları düzgün qiymətləndirmək müəl-

limlər üçün xeyli zəhmət tələb etsə də onlar qiymətləndirilərkən 

şagirdlərə xüsusi ləzzət verir. Bu qiymətlər daha əyani xarakter 

daşıyır.  



3.Verbal (sözlə) qiymətləndirmə. Yaddan çıxarmaq 

olmaz ki, qiymətləndirmənin ən mühüm üsullarından biri sözdür: 

o, müəllimin psixoloji dayağını, təqdirini və  tənbehi ifadə edə 

bilər.  Şagirdin ancaq bilik, bacarıq və  vərdişlərinin deyil, onun 

şəxsi keyfiyyətlərinin də sözlə (tərif və iradlarla, məsləhət və 

təkliflərlə) qiymətləndirmə mümkündür. Bu üsuldan əsasən 

ibtidai siniflərdə istifadə olunur, lakin bu yanaşmanın orta 

məktəbdə tətbiqi də realdır və məqsədəuyğundur. Verbal (sözlə) 

qiymətləndirmənin rolu yalnız  şagirdin bilik, bacarıq və 

vərdişləri deyil, onun şəxsi keyfiyyətlərinin də sözlə 

qiymətləndirilməsi mümkündür. Bu vasitə yalnız kəmiyyəti yox, 

o cümlədən keyfiyyəti qiymətləndirmək imkanını artırır.  

Şagirdlərin qiymətləndirməyə  cəlb olunması üçün 

aşağıdakı üç mümkün strategiya nəzərdən keçirilə bilər: 

1.  Şagirdlərin mövcud dövrə  qədər  əldə etdikləri 

irəliləyişləri nəzərdən keçirmək və onları  təqdim olunan suallar 

vasitəsilə fikir söyləməyə sövq etmək: 

- Bu il nələri yaxşı həyata keçirmişəm? 

- Mən gördüyüm işlərin hansı hissəsini daha yaxşı 

həyata keçirmək istərdim?  

- Növbəti rübdə hansı işlər üzərində gərgin işləyəcəm? 

- Mən işimi təkmilləşdirmək üçün daha nələr edə 

bilərəm? 

2.  Şagirdlərdən xahiş oluna bilər ki, onların fərdi 

irəliləyişləri ilə bağlı müəllimlərin apardığı qeydlərə dair fikir 

 

122



bildirsinlər. Bu zaman onlar aşağıdakı kimi suallara cavab yaza 

və ya müzakirə apara bilərlər: 

- Müəllimin işim haqda söylədiyi hansı fikir məni 

məmnun etdi? 

- Müəllimin rəyində  məni narahat edən hər hansı 

məqam varmı? 

- Müəllim üzərində  işləməli olduğun hər hansı  məsələ 

təklif etdimi? 

- Mən nələri etməyə çalışmalıyam? 

- Müəllimlə müzakirə etmək istədiyim hər hansı məsələ 

mövcuddurmu? 

3.  Şagird müəllim ilə birlikdə növbəti fəaliyyət 

mərhələlərini müəyyənləşdirəməyə  və qarşıda duran məsələləri 

həll etmək üçün hansı strategiyaların daha münasib olduğunu 

müzakirə etməyə cəlb oluna bilərlər.  

Qiymətləndirmə zamanı meyarların  əvvəlcədən hazır-

lanması  əsas  şərtdir. Meyarlar təlim məqsədlərinə  əsasən tərtib 

edilir və hər hansı mövzunun tədrisi zamanı reallaşdırılacaq stan-

dartlara söykənir. Qiymətləndirmə apararkən meyarlar müxtəlif 

qiymətləndirmə  cədvəlləri, qrafikləri, vərəqləri və digər forma-

larda tərtib oluna bilər. Yuxarıda deyilənləri aydınlaşdırmaq üçün 

bəzi nümunələr göstərməyi məqsədəuyğun hesab edirik.  

4. Rənglərlə qiymətləndirmə 

5. Şəkillərlə qiymətləndirmə. 

6. Emosional münasibət yolu ilə qiymətləndirmə. 

7. Meyar cədvəli əsasında qiymətləndirmə. 

 

II Qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə  

üsulları 

Özünüqiymətləndirmə vərdişlərini yaratmaq üçün bütün 

sinif və müəllimin iştirakı ilə qiymətin  şagirdin özü tərəfindən 

qoyulmasını  və eləcə  də  şagirdlərin bir-birinin işinə qiymət 

qoymasını tətbiq etmək olar. Bununla yarış həvəsinin oyadılması, 



 

123 


təbii nailiyyət tələbatının (yəni daha yüksək bilik zirvələrinə 

qalxma istəyi) formalaşması mümkün olur. Nəticədə  təlimə 

müsbət motivasiyanın yaradılması müşahidə olunur.  

“Keyfiyyətcə qiymətləndirmə”nin uyğun, çevik və 

fərqləndirici meyarlarının işlənib hazırlanması və meyar cədvəli 

vasitəsilə istifadəsi,  şagirdin nailiyyətlərinin keyfiyyətcə 

qiymətləndirməsinin adekvat meyarlarının olması çox vacibdir. 

Obyektivliyin təmin edilməsi yollarından biri qiymətləndirmə 

prosesində  şəffaflıq və  aşkarlıq prinsipinin aşağıdakı kimi 

gözlənilməsidir: 

*şagirdlərin müəllimin istifadə etdiyi qiymətləndirmə 

meyarları ilə tanışlığı; 

*qiymətləndirmə prosesinin aşkarlığı: bu zaman 

müəllim qiymət verərkən onu əsaslandırır; 

*qarşılıqlı qiymətləndirmə  və özünüqiymətləndirmə 

prosedurlarından istifadə edilməsi. 

 

III Qrup işinin qiymətləndirilməsi 

Fəal (interaktiv) təlimdə müəllimləri daha çox maraq-

landıran məsələlərdən biri qrup işinin qiymətləndirilməsidir. 

Qrup işinin qiymətləndirilməsi meyar əsasında və müxtəlif 

vasitələr (qrafik, cədvəl, simvol, söz və üsullarla (müəllim 

tərəfindən,  şagirdlərin qarşılıqlı qiymətləndirilməsi, qruplararası 

qiymətləndirmə) keçirilə bilər.  

1. Qrafik. Lövhədə qrafik çəkilir: şkalalar qiymətlər və 

qrupların nömrələrini  əks etdirir. Qrupun nailiyyətlərindən asılı 

olaraq qrafikdəki xətt ya qalxa, ya da enə bilər.  

2. Meyar cədvəli.  Cədvəlin sətirlərində qrupların 

nömrələri və sütunlarında qiymətləndirmə meyarları qeyd edilir. 

Qiymətləndirmə zamanı müəllim hər qrupun qarşısında meyara 

müvafiq olaraq “+” və ya “-“ işarələrilə qrupun nailiyyətlərini 

qeyd edir. Yekunda ümumi bal hesablanır.  

 

124



3. Qrupdaxili qiymətləndirmə. Qrupun hər bir 

nümayəndəsinə qrup şagirdlərinin adları  və qiymətləndirmə 

meyarları qeyd edilmiş  cədvəl paylanır. Hər nümayəndə  həm 

özünü, həm də yoldaşlarını meyarlar əsasında “+” və ya “-

“ işarələrilə (və ya rəqəmlərlə) qiymətləndirir. 

 

 



 

 

 

 



 

 

 



 


 

125 


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1. Azərbaycan uşaq  ədəbiyyatı müntəxabatı. II cild, B, 2008. 445 



səh. 

2. Cəfərov N, Yusifoğlu R, Soltanqızı R, Əliyev E, Veysova Z, 

Məcidova A, Adıgözəlova S. “Ana dili” I sinif üçün dərslik, B, 

2008. 150 səh. 

3. Əfəndiyev A. “Müdriklik səlahiyyəti”. Bakı, Gənclik, 1976. 191 

səh. 


4.  Əliyeva T.M. “Fənlərarası  əlaqənin reallaşması prosesinin 

tələbələrin ümumi inkişafına təsiri”. ADPU-nun xəbərləri.  №1, 

1997-ci il. 

5. Əhmədova M. Əliyeva M, Qasımlı M..., Müəllim hazırlığının və 

orta təhsilin yeni perspektivləri. (Qərb təhsili sisteminin təcrübələri 

əsasında) Bakı, 2008, 475 səh. 

6. Əmrahlı L. Uşaqlarda koqnitiv proseslərin inkişaf xüsusiyyətləri.. 

“Kurrikulum” jurnalı №4 2008. 

7. Fərəcov  Ə. Qrammatik məfhumların mənimsənilməsi. Bakı, 

Gənclik, 1967, 200 səh. 

8. Füzuli M. “Leyli və  Məcnun” – Azərbaycan Ensiklopediyası 

nəşriyyatı, B. 1995, 517 səh.  

9. Gəncəvi N. “Sirlər xəzinəsi” – Lider nəşriyyatı. Bakı, 2004. 262 

səh.  


10. Hacıyeva T. Yeni qiymətləndirmə sistemi: formativ 

qiymətləndirmə. “Kurrikulum” jurnalı №4, 2008. 

11. Həmidov S.S. “Təlim prosesində kompleks yanaşma”, ADPU-

nun xəbərləri. №1, 1997. 

12.Hikmət çələngi, (tərtib edəni: X.Məmmədov) Gənclik, 1997, 294 

səh. 


13. Hüseynova F. İbtidai siniflərdə ingilis dilindən dərs planlarının 

hazırlanması. Kurrikulum jurnalı. №4, 2008. 

14. Xəlilov S. Təhsil sistemi: nəzəriyyə  və praktika. Azərbaycan 

universiteti nəşriyyatı, 1999, 170 səh. 

 

126


15. Xəlilov S. Mənəviyyat fəlsəfəsi. B, 2007. Azərbaycan 

universiteti nəşriyyatı, 518 səh. 

16.  İlin A.M, XXI əsrin  əlifbası, Sankt Peterburq, 1998,120 səh. 

(rus dilində) 

17.  İsgəndərov  İ,  Əhmədov A, Abbasov Ə. “Şəxsiyyətyönümlü 

kurrikulumlar  əsasında yaradılan dərsliklərin xüsusiyyətləri, 

“Kurrikulum” jurnalı, №4, 2008. 

18. Levi V. Fikir ardınca, Bakı, Gənclik, 1972, 311 səh. 

19. Mehrabov A, Bəylərov E. Şagird intellektinin inkişafı. Adiloğlu 

2006, 191 səh. 

20. Mərdanov M. Ümumi təhsildə yeni məzmun, yeni dərsliklər və 

yeni qiymətləndirmə sistemi. “Kurrikulum” jurnalı №4, 2008. 

21. Məlikbaxış Babayev, “Zəka oyunları” Altunnəşr, Bakı 2005, 45 

səh.  


22. Nəsirov B.  M. Mahmudbəyov və ibtidai təhsilin inkişafı. B, 

2006, 104 səh. 

23.  Şəkilli bilməcələr. B, 2007. Tərtib edəni: Ü. Gülməmmədova. 

104 səh.  

24. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn 

kurrikulumları. Bakı, Təhsil, 2008, 476 səh.   

25. Veysova Z. Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait. Bakı, 

2007, 150 səh.  

26. Təhsil və demokratiya mədəniyyəti. Kiçik yaşlı  uşaqlar üçün 

pedaqoji metodika. Bakı, 2000, 122 səh.  




 

127 


MÜNDƏRİCAT 

 

Ön sözü ............................................................................................ 3 



Ana dili fənninin əhəmiyyəti və vəzifələri ...................................... 7 

Ana dili təliminin nəzəri əsasları ................................................... 11 

Ana dili tədrisinin və dərsliklərinin tarixi ənənələri ...................... 16 

Ana dili tədrisinə dair müasir təhsil nəzəriyyələri ......................... 37 

Ana dilinin öyrənilməsinin mərhələləri. 

Məktəbəqədər dövrdə dilin mənimsənilməsi imkanları ................ 56 

Əlifbaya qədərki dövr .................................................................... 72 

Müasir dərs və qiymətləndirmə ..................................................... 77 

Müasir dərs, yeni tələblər .............................................................. 98 

Müstəqil düşüncəli şagird yetişdirməyin elmi  

istiqamətləri ................................................................................. 101 

İntellektin cəmiyyətdəki mövqeyi və əhəmiyyəti ....................... 104 

Şagird nəaliyyətlərinin qiymətləndirilməsi ................................. 112 

Əlavələr ....................................................................................... 125 

Fənn kurikulumları əsasında təlimin planlaşdırılması ................ 127 

İstifadə olunmuş ədəbiyyat ......................................................... 144 

 

128


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Nəşriyyatın 

direktoru: 

  H.Hacıyev 

Texniki 

redaktor: 

   R.Əliyeva 

Korrektorlar:    G.İsmayılova 

G.Məmmədova 

 

______________________________________________ 



 

 

 

 

 

 

 

Çapa imzalanmış  11.11.2009-cu il 

Kağız formatı 60x84 1/16, çap vərəqi 9 

Sifariş 290, sayı 200, qiyməti sərbəst 

ADPU-nun mətbəəsi 

Bakı, Ü.Hacıbəyov küçəsi, 34 



Tel: 493-74-10 

 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə