Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

 

93 


misallarla belə bir nəticəyə gəldilər ki, insan, heyvan, dağ, çiçək 

və s. adlarının olması nitqin vacib elementlərindən biridir. 

Bu prosesdə müəllim öz nüfuzunu uşaqlara zorla qəbul 

etdirməmək üçün əsas fikrini daim gizlində saxlayırdı. Bu, şagird 

və müəllim bərabərliyini təmin edir. Bu bərabərlik həm şagirdləri 

cəsarətləndirir, onları mübahisələrdə  fəal iştirak etməyə 

ruhlandırır, həm də mübahisə prosesində demokratiyanı  təmin 

edir. Təhsil müvəffəqiyyətinin  əsası düşüncənin demokratik-

liyidir. Bu prosesdə müəllim özü də öyrənən rolunda görünür. 

Lakin dərsin  əsas qayəsini bir an belə yaddan çıxartmır. Dərs 

prosesində müzakirələrin istiqamətinə ustalıqla təsir edib ki, 

uşaqlar məqsəddən uzaq düşməsinlər. Müəllim bələdçilik 

funksiyasını bir an yaddan çıxarmamalı, elə etməlidir ki, şagird, 

məsələn, adların nitqdəki  əhəmiyyətini bütün təfərrüatı ilə  dərk 

etsin. Bu zaman həmin nitq hissəsinin ümumi və xüsusi hallarını, 

şəkilçilərini və s. kimi digər elmi tərəflərini ikinci plana 

keçirmək lazımdır.  Əsas cəhət budur ki, uşaq mətnlərdə adların 

sonuna artırılacaq  şəkilçilərin  əhəmiyyətini dərk etsin, onun 

məqamını duya bilsin. Dil faktorlarının elmi terminlərini 

öyrətməzdən  əvvəl, onu duymağa yönəldən bədii mətnlərdən 

geniş istifadə etmək zəruridir.  Şagird elmi müddəalara qədər 

ismin  əsas xüsusiyyətlərini duymalı, onu “kəşf etməli”dir. Bu, 

tədris prosesinin ən  əhəmiyyətli nöqtəsidir. Məhz bu cəhətinə 

görə  fəal təlim texnologiyasından bəhs edən alimlər  şagirdlərin 

“tədqiqatçı olması”nı tələb edirlər.  

Dərsdə qoyulan problemlə  şagirdin “tədqiqatçı” kimi 

üz-üzə qalması müasir dərs tipajlarının  ən mühüm elementidir. 

Avropanın bir sıra ölkələrində olduğu kimi Azərbaycanda da bu 

cür dərs metodlarından istifadə edən yeni tipli müəllimlər çoxdur. 

Bu təhsil ocaqlarının içərisində XXI əsr  məktəbi, Avropa litseyi, 

6, 7, 18, 20, 23 saylı məktəblərin bəzi ibtidai sinif müəllimlərinin 

adlarını  çəkmək olar. Avropa litseyinin müəllimləri dərsdə 

problem yaratmaqla kifayətlənmirlər. Onlar həmin problemin 

 

94



davamını ev tapşırıqları kimi verirlər. Uşaqlar hər hansı problem-

lə bağlı internetdən, müxtəlif kitablardan, ensiklopediyalardan 

əlavə materiallar seçilməsini tapşırırlar. Beləliklə sinifdə 

başlayan diskussiya evlərə yol açır, valideynlər bu işə qarışır, 

mövcud məlumat qaynaqları işə düşür.  

Bu prosesdə bir cəhət də  nəzərə alınmalıdır.  Şagird nə 

axtardığını, niyə axtardığını  və bu axtarışların nəticəsi olacaq 

tapıntıların əhəmiyyətini dərk etməlidir. 

Sonra müəllim belə bir cümləyə diqqəti cəlb etdi: 

YADDA SAXLAYAQ: Hər  şeyin öz adı var. Adlar 

həm xüsusi, həm də ümumi olur.  



XÜSUSİ ADLAR: Anar, Zərifə, Bakı, Göygöl 

ÜMUMİ ADLAR: Heyvan, quş, ağac və s. 

Adlar kim, nə, hara suallarına cavab verir.  

Müəllim fikrini bədii sözlə  əsaslandırmaq üçün 

aşağıdakı hekayəni qruplara payladı. 



 

 

DOVŞANIN ADI 

Canavar dövşanı necə qovmuşdusa adı yadından 

çıxmışdı. Onun qabağına bir kirpi çıxdı: 

- Kirpi, ay kirpi bilmirsən mənim adım nədir? Kirpi 

dayanıb dərin fikrə getdi. Iynələrini qabardıb dedi: 

- Sənin adın Yekəqulaqdır. Bilirsənmi, səni niyə belə 

çağırırlar? Axı, qulaqların hamınınkından böyükdür.  

Dovşan kirpinin sözlərinə inanmadı. Heç belə  də ad 

olar? Yekəqulaq!  

Birdən dələni gördü.  

- Səncə mənim adım nədir? – deyə ondan soruşdu.  

Dələ cavab vermək üçün heç fikirləşmədi də. Dedi: 

- Çəpgöz! Sənə ona görə belə deyirlər ki, qəşəng 

gözlərin çəpdi. 

Dovşan onun da sözlərinə inanmadı.  



 

95 


Birdən kolların dibində söhbət edən iki çaqqalın səsini 

eşitdi. Çaqqallardan biri o birinə deyirdi: 

- Sən dovşansan. Lap ondan da qorxaqsan.  

- Dovşan sənsən-deyə o biri çaqqal cavab verdi.  

Elə bu zaman dovşanın adı yadına düşdü.  

- Dovşan!  Əlbəttə, mənim adım dovşandır. O, sevinə-

sevinə yoluna davam etdi.  

Qruplara aşağıdakı suallar paylandı. 



I qrup  

Bu hekayənin müəllifi sən olsaydın onun sonuna 

aşağıdakı cümlələrdən hansını artırardın? Niyə?  

1. Adı yadına düşəndə qanı qaraldı. Axı dovşan 

“qorxaq” deməkdir.  

2. Adını eşidəndən sonra dovşan fikirləşdi: Adım aslan 

olsaydı necə də gözəl olardı.  

3. O, adını yaddan çıxartmamağa söz verdi.  

4. Hər kəsə öz adı əzizdir.  

 

II qrup 

Hekayədə hansı suala cavab yoxdur: 

1. Canavar dovşana nə dedi? 

2. Dovşan kirpidən nə soruşdu? 

3. Dələ dovşana nə cavab verdi? 

 

III qrup  

Mətndə hansı suala cavab var? 

1.Necə oldu ki, dovşan adını unutdu?  

2. Kirpi nə üçün hirslənmişdi? 

3. Necə oldu ki, dələ ağacdan yıxıldı? 

   

           IV qrup  

Dovşan ümumi addır. Aşağıdakı adlardan hansını 

hekayədəki dovşana xüsusi ad kimi vermək olar? 

 

96



1. Qoçaq 

 2. 


Xallı 

3. Qorxaq 



 

  

Test 

 

“Kirpi, ay kirpi bilmirsən mənim atamın adı  nədir?” 

cümləsində hansı söz mətndə yoxdur.  

1. Kirpi 

 2. 

Mənim  


3. Atamın  

V qrup  

Hansı tapmacanın cavabı dovşandır? 

1.  Yatanda yumru yatar, 

  Ətinə dərman qatar 

Kim istəsə tutmağa 

Tikanı ələ batar 

2.  Gözləri açıq yatar, 

Güllə tək qaçmağı var 

Qulaqları yekədir, 

Hər şeydən qorxmağı var. 

3.  Özü dəmirdən, 

Quyruğu kəndirdən 

Beləliklə bədii sözün gücü ilə uşaqlarda adlar haqqında 

təsəvvürlər möhkəmləndi 



 

Ev tapşırığı  

İnternetdən, ensiklopediyalardan və ya digər kitablardan 

xoşunuza gələn adam adlarını seçin. Ev heyvanlarına qoyulan 

xüsusi adları müəyyənləşdirin.  



Qiymətləndirmə 

Nəticə:  Uşaqlar xüsusi və ümumi adları bir-birindən 

ayırmağı bacarırlar. Xüsusi adların böyük hərflə yazıldığını 

bilirlər. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə