Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   22   23   24   25   26   27   28   29   30

 

97 


Müasir təhsilin mahiyyətini dərk etməyən “öyrətmək” 

yox, “öyrənmənin yollarını öyrənmək” anlayışlarını yaxşı başa 

düşməyən bəzi müəllimlər köhnə  təhsilə daha çox üstünlük 

verirlər. Çünki həmin sistemdə müəllimin fasiləsiz təhsili 

anlayışı yoxdur. Müəllim nə zamansa öyrəndiyi faktları 

öyrətməyə daha çox üstünlük verir. Həmin yol asandır. Lakin 

məqbul deyil. Çünki uşaq  əzbərlədiyini bir neçə gündən sonra 

unudur və müəllimin zəhməti hədər gedir. Müasir təlim 

müəllimin də fasiləsiz təhsilinə daimi tədqiqatçı olmağa  şərait 

yaradır. Yeni tipli müəllim daim axtarışda olur,  yenilikləri tətbiq 

edir, köhnə üsullardan asanlıqla imtina edə bilir. Bu proses təkcə 

şagird intellektini deyil, həm də müəllim düşüncəsini 

zənginləşdirir.  

Bu prosesdə “bilik qazanmaq”, “biliyi əldə etmək” 

deyil, şagird bacarıqlarının yaradılması mühüm bir amildir.  

Əşyanın adının, onun ümumi və xüsusi keyfiyyətlərinin 

olmasını, ad bildirən sözlərin hallanmasını müəyyənləşdirmək 

bacarığını  əldə edən uşaq onun elmi adının “isim” olduğunu 

sonra bilməsinin elə bir qorxusu yoxdur. Əsas məsələ ismə 

ayrılan keyfiyyətlərin  şagird tərəfindən duyulması, onu başqa 

nitq hissələrindən seçmək bacarığının təmin olunmasındadır. 

Həmin bacarığın tədris prosesində  vərdişə çevrilməsi yaddaşda 

həmişəlik qalmasını təmin edir.  

 

 



 

 

 



98

MÜASİR DƏRS, YENİ TƏLƏBLƏR 

 

Müasir dövrdə  təhsilimizin yeniləşməsini tələb edən 



mühüm amillərdən biri fənlərin həddindən artıq  muxtariyyətləş-

məsidir. Yəni fənlər bir-birindən o qədər uzaq düşüb ki, onların 

arasında keçilməz sədlər yaranmışdır. Hətta bir fənnin müxtəlif 

bölmələri arasında da sərhədlər mövcuddur. Indi ali məktəbdə 

Azrbaycan dilindən dərs deyən müəllimin konkret elm sahəsi var. 

Ədəbiyyat fənni də belədir. Hətta bir bölməni mükəmməl bilən 

bir alim o biri bölmələri ya zəif bilir, ya da bilmir. Qədim 

ədəbiyyat mütəxəssisi XX əsr  ədəbiyyatını, müasir dövr 

mütəxəssisi isə  qədim dövrü bilmir. Bu, sovet təhsil sisteminin 

lüzumsuz ixtisaslaşmasıdır. Elmi ədəbiyyatın inkişafı  təhsilə, 

praktikaya yönəlmədiyinə görə onun elmi nəticələri də yalnız bir-

iki mütəxəssisə lazım ola bilir. Müasir təlim isə  tələb edir ki, 

nəinki dilin və  ədəbiyyatın ayrı-ayrı  şöbələri, dil və  ədəbiyyat 

bütöv bir ixtisas olmalıdır. Orta məktəbdə ana dili və ədəbiyyatın 

müəllimi olduğu kimi, ali məktəbin mütəxəssisi də  hər iki elm 

sahəsini dərindən bilməlidir. Belə olmasa dilin incəliklərini, onun 

məntiqi, emosional, obrazlı keyfiyyətlərini öyrətmək mümkün 

deyil. Müasir orta məktəbdə dil və  ədəbiyyatın inteqrasiyası ilə 

yanaşı ibtidai siniflərdə tarix, təbiət,  ətraf aləmlə tanışlıq və s. 

kimi fənlərin koordinasiyası həyata keçirilir.  

Ana dilinin tədrisi prosesində intellektlərin kooperativ-

liyi bir problem kimi qarşıya çıxır. Burada kooperativlik sözünü 

həmrəylik kimi də qəbul etmək olar. Müəllim linqvistik intellektə 

malik olan uşaqları digərlərinə qarşı qoya bilməz. Deməli, digər 

intellektlərə meylli uşaqların həmin qabiliyyətləri ilə dilçilərin 

düşüncələri birləşdirilməli, ortaq bir məxrəc tapmalıdır.  

Göründüyü kimi digər intellektlər öz qabiliyyətlərini 

linqvistik intellektə kömək etməyə yönəltmişlər.  Şübhəsiz ki, 

konkret bir sinifdə bu qədər intellektin mövcudluğu mümkün 

deyil. Müəllim onların neçəsini müəyyənləşdirirsə, onların 



 

99 


hamısını linqvistik intellektin ətrafında qruplaşdırır. Bir növ dilin 

öyrənilməsində riyazi məntiqin, tarixi məntiqin, idmançının 

intellektini birləşdirməyə  səy göstərir.  Əgər belə qruplar yarat-

maq müyəssər olarsa onda müəllim hər bir qrup üçün onun öz 

maraqlarına uyğun tapşırıqlar verər. Nümunə üçün Bakı şəhəri, 9 

saylı orta məktəbin ibtidai sinif müəllimi Nailə Abdulovanın bir 

dərsini təqdim edirik.  

Ana dili (I sinif) 

Mövzu: Vətən 

Məqsəd: Şagirdlərə vətən, yurd sevgisi aşılamaq. Onlar-

da diyarımızın hər qarışına doğmalıq, torpağımızın qədimliyi, 

sərvətlərimizin bolluğu, dövlətimizin yenilməzliyi barədə veril-

miş bilikləri daha da dərinləşdirmək.  

Standart: 1.1.1; 1.1.2; 2.1.2; 2.1.4. 

Inteqrasiya: Mus.; Fiz.tərb. 

Iş forması: Böyük və kiçik qruplarla iş. 

Iş üsulu: Müzakirə. 

Resurslar:  Şəkillər, iş  vərəqləri, rəngli karandaşlar, 

yapşqan, tapşırıq kartları. 

Dərsin gedişi 

Motivasiya, problemin qoyuluşu 

Rəşid Behbudovun ifasında “Azərbaycan” mahnısı 

səsləndirilir. 

Yardımçı sual: Bu mahnı sizdə hansı hissləri oyadır? 

Şagirdlərin fikirlərini dinlədikdən sonra müəllim 

tədqiqat sualını elan edir.  

Tədqiqat sualı:  Vətənimizi tanımaq üçün nələri 

bilməliyik? 

Tədqiqatın aparılması 

Indi isə  gəlin vətənimizi daha dərindən tanımaq üçün 

qruplar üzrə iş aparaq. 

 

100



Uşaqlar 3 qrupa bölünür və qruplara ad verilir. I qrup 

“Liderlər”, II qrup “Tarixçilər”, III qrup “Təbiətçilər”. Hər qrup 

öz fəaliyyət sahəsinə aid klaster hazırlayır.  

Informasiya mübadiləsi 

Hər qrup öz işinin nəticəsini təqdim edir. Qrupların işi 

lövhədən asılır.  

Refleksiya. 

Yenidən tədqiqat sualına qayıdırıq: 



Azərbaycanı tanımaq və tanıtmaq nə üçün vacibdir? 

- Azərbaycanı tanımaq onun düşmənlərinə, ona xəyanət 

edənlərə sanballı bir cavabdır. Azərbaycanın dünəni və bugünü 

haqqında danışdınız, onun sabahını necə görmək istərdiniz? 

Qiymətləndirmə.  Hər qrupun təqdimatında sonra 

meyar cədvəli əsasında qiymətləndirmə aparılır.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə