Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   22   23   24   25   26   27   28   29   30

 

109 


cisim və hadisələrin beyində inikasından ibarət olan prosesdir. 

Təsəvvür qavrayışla sıx surətdə bağlıdır. O, qabaqlarda 

qavranılmış  əşya və hadisələrin  şüurumuzda iz salmış surətidir. 

Bəlkə elə buna görə də uşaq vaxtı öyrənilənlər daş üstünə həkk 

olunmuş yazıya bənzədilir. “Məsələn biz müəllimin stolunun 

üstündə  təyyarə modeli gördükdə onda bizim şüurumuzda 

təyyarə qavrayışı mövcud olur. Bu təyyarə modelini götürdükdə 

qavrayış da qurtarır. Lakin təsəvvür bizim şüurumuzda izsiz itib 

getmir. Indiki anda biz o modeli görməyə bilərik. Lakin biz onu 

stolun üstündə durmuş şəkildə təsəvvür edə bilərik. Çünki onun 

surəti şüurumuzda qalmışdır. Belə psixi prosesə təsəvvür deyilir.  

... Beləliklə  məfhum...  əşya və hadisələrin mühüm 

əlamətlərinin əsas xüsusiyyətlərinin insan şüurunda ümumiləşmiş 

inikasıdır.” (səh7)  

Azərbaycan dilinin tədrisi metodikası sahəsində çox 

dəyərli tədqiqat əsərlərindən biri olan “Qrammatik məfhumların 

mənimsənilməsi”  əsəri öz dövrünün metodikası sahəsində irəli 

doğru atılmış bir addım hesab olunur. Bu kitabın sanballı 

tədqiqat  əsəri olmasını qeyd etməklə yanaşı  həmçinin 

göstərməliyik ki, müasir təlim texnologiyalarının prinsipləri ilə 

yanaşdıqda onun irəli sürdüyü ideyaların böyük bir hissəsinin bu 

gün əhəmiyyətdən düşmüşdür.   

“Qrammatik məfhumların mənimsənilməsi  şagirdlərin 

bütün elmi məfhumları 

mənimsəmələrinin ümumi 

qanunauyğunluqlarına tabe olsa da, onların özünə  məxsus 

mənimsəmə xüsusiyyətləri vardır. Qrammatik məfhumlar, hər 

şeydən  əvvəl, digər elmi məfhumlardan özlərinin son dərəcə 

abstraktlığı  və ümumiliyi ilə  fərqlənir. Bu cəhətdən o, həndəsi 

məfhumlara yaxınlaşır. Belə  məfhumların mənimsənilməsi 

şagirdlərin nisbətən inkişaf etmiş mücərrəd təfəkkürünə əsaslanır. 

Digər tərəfdən qrammatik qaydalar sisteminin ümumiləşmiş 

şəkildə inikası olduğundan, onların mənimsənilməsi eyni 

 

110



zamanda dilin müxtəlif sahələrinə aid biliklərin abstraklaşması və 

ümumiləşməsi prosesi deməkdir”. (səh13) 

Bunlar doğrudur. Lakin müasir təhsil ana dili tədrisinin 

qarşısında yeni vəzifələr qoyur. Müasir təhsil  əvvəl qrammatik 

məfhumları öyrənib sonradan onun tətbiqini tələb etmir. Bu gün 

biz bədii mətni elə öyrətməliyik ki, dil qanunları  şagirdə 

özlüyündə tam aydın olsun. O nitq hissələrinin, cümlə üzvlərinin 

və digər qrammatik məfhumların bədii mətndəki yerini tapmaq 

işində  çətinlik çəkməsin. Yeni təlim texnologiyalarının  əsasında 

dayanan fikir budur. Buna görə  də biz ana dilinin zənginliyini 

bağçalarda uşaqlara bədii mətnlərin öyrədilməsi yolu ilə 

çatdırmalıyıq.  

Uşaqların anadangəlmə linqvistik intellektinin inkişaf 

etdirilməsi və  gələcəkdə dil qanunlarının daha dərindən dərk 

olunması üçün bağça yaşlı  uşaqların bədii  ədəbiyyat 

nümunələrini çox mütaliə etməsinə  və ya eşitməsinə nail 

olmalıyıq.  

Burada  şagird intellektinin şüurluluğu problemi ortaya 

çıxır.  Şagird çox faktları bilən, elmdən və  ədəbiyyatdan tam 

məlumatı olan bir insan kimi yox, öz intellektini cəmiyyətin 

inkişafına yönəldən bir şəxsiyyət kimi yetişməsi problemi qarşıya 

çıxır. “İntellekt-ümumi halda psixi mexanizmlər sistemidir, hansı 

ki, baş verənlərin (hadisə  və  təzahürlərin) fərdin (individin) 

daxilində subyektiv mənzərəsini  əks etdirmək (qurmaq) 

imkanlarını müəyyənləşdirir. Belə subyektiv mənzərə özünün ali 

formalarında şüurlu ola bilər, yəni hər bir əşya, hadisə və təzahür 

haqqında onun mahiyyətindən irəli gələn universal fikir 

müstəqilliyini özündə etiva edə bilər. Beləliklə, deyilənlərdən 

belə bir nəticə çıxır ki, şüurluluğun eləcə də, ağılsızlığın psixoloji 

köklərini intellektin quruluş 

və 

fəaliyyət (işləmə) 



mexanizmlərində axtarılması  təbiidir”. (A. Mehrabov, E. 

Bəylərov. “Şagird intellektinin inkişafı”. Bakı, 2006.  191 səh. 

Səh 11) 



 

111 


Dünya təhsil sistemi bizim bu günün “müasir təlim 

texnologiyaları” adlandırdığımız metodika ilə çoxdan tanışdır. 

Bu gün həmin metodikanın yalnız mövcud qaydalarını öyrənib 

tətbiq etməklə kifayətlənsək bunu məqbul saymaq olmaz. Deməli 

biz bu texnologiyaları tam mənimsəməklə yanaşı, ona yeni, daha 

optimal versiyalar əlavə etməkdən də  çəkinməməliyik. 

Qloballaşan dünyada yalnız bu yolla getmək uğur gətirər.  

Müasir dünya təcrübəsi göstərir ki, şagirdin hər hansı bir 

problemi həll etməsi üçün şüurlu olması vacibdir. Lakin bu azdır. 

Şagirdə özünün şüurunu təmizləməyi və ona nəzarət etməyi 

öyrətmək lazımdır. Buna özünüdərk deyirlər.  Şagirdə özünün 

düşünmək qabiliyyətlərini yoxlamaq vərdişləri də  aşılamaq 

lazımdır.  

Öyrənilən problemin əsaslı araşdırılması təlim prosesinə 

yanaşmanın xüsusi bir formasıdır. Bunun “xüsusiliyi” ondan 

ibarətdir ki, şagird məlumat və informasiyaları terminləri və 

qaydaları yadda saxlamaqdan daha çox oxuduqlarını real həyatı 

problemlərin həllinə yönəltməyi bacarmalıdır. O, mətn, mövzu 

üzərində  ənənəvi qaydada işləməməli, biliklərinin konkret 

probleminin  əsas cəhətlərinin aydınlaşdırılmasına yönəltməlidir. 

Yuxarıda misal gətirdiyimiz kitablarda verilən sualların və 

tapşırıqların uğurlu olması da bununla bağlıdır.  



 

 

 

 

 

 

 

 

 

 

112



ŞAGİRD NAİLİYYƏTLƏRİNİN 

QİYMƏTLƏNDİRİLMƏSİ 

 

Qiymətləndirmənin  əsas məqsədi təlim və  tədris 



prosesini istiqamətləndirməkdir.  

Qiymətləndirmənin nəticələrindən təhsilin səviyyəsini 

yüksəltmək,  əldə olunmuş nailiyyətlər haqqında məlumat 

toplamaq, müəllimin,  şagirdin, kurrikulum uğurlarını müəyyən 

etmək,  şagird nailiyyətlərini müqayisə etmək üçün istifadə 

olunur.  



Ənənəvi olaraq şagirdlərin qiymətləndirilməsində 

onların  əldə etdikləri bilik, bacarıq və  vərdişlər götürürlür. 

Bunların qiymətləndirilməsi üçün istifadə olunan əsas formalar 

yoxlama yazı  işləri və  şifahi cavablardır.  Ənənəvi təhsildə iki 

qiymət növü var: cari və yekun qiymət. Cari (gündəlik) qiymət 

ayrı-ayrı mövzu və bölmələrin  şagird tərəfindən mənimsənil-

məsini yoxlayır. Yekun qiymət isə  tədrisin nəticələrini ümumi-

ləşdirir. qiymətləndirmə daha çox kəmiyyətcə aparılır.  



Yeni qiymətləndirmə sistemi şagirdin yalnız biliyinin 

qiymətləndirilməsini nəzərdə tutmur. Yeni sistemdə  şagird 

nailiyyətlərinin qiymətləndirilməsi, biliklərə yiyələnmə qabiliy-

yəti, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarığı haqqında 

məlumatların toplanması  və  təhlili prosesidir. Şagird nailiyyət-

lərinin qiymətləndirilməsində  məqsəd  şagirdin irəliləyişlərinin 

(eləcə də geriləmələrinin) izlənilməsi və nəticələrinə əsasən təlim 

prosesində  qərarların qəbul edilməsi və bu nəticələr barədə 

valideynlərə informasiya verilməsidir.  

Yeni qiymətləndirmə sistemində yalnız  şagird nailiy-

yətləri (onlar nəyi bilir, bacarır və ya nəyə qadirdir) deyil, həmçi-

nin bu nailiyyətlərə çatmaq üçün şagirdin fəaliyyəti (şagird necə 

öyrənir, düşünür, davranır) qiymətləndirilir.  

Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox geniş  və 

əhatəli prosesdir. Bu proses sadəcə  şagirdin nail olduğu təlim 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə