Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   ...   22   23   24   25   26   27   28   29   30

 

113 


nəticələrinin səviyyəsini müəyyənləşdirməyə deyil, bütövlükdə 

təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Başqa sözlə, 

qiymətləndirmə keyfiyyəti idarə edən mühüm bir amil kimi 

meydana çıxır.  



Qiymətləndirmənin obyektivliyinin təmin olunması 

Qiymətləndirmənin  əsas problemlərindən biri obyektiv 

qiymətin təmin edilməsinin çətinliyidir: tədris prosesinin real 

tənzimləyicisi olmaq üçün qiymətin obyektivliyinə  şagird  əmin 

olmalı və onun nəyə görə verildiyini dəqiq təsəvvür etməlidir. 

Obyektiv qiymət verilməsinə mane olan amillər 

aşağıdakılardır: 

*kəmiyyət xarakterli qiymətlərin verilməsi üçün dəqiq 

olmayan (şərti) normativlərin mövcudluğu; 

*qiymətləndirmənin kəmiyyətin meyarlarının  şagirdlə 

daha obyektiv əks-əlaqə yaratmağa imkan verən, daha 

diferensiallaşdırılmış  və daha dəqiq sisteminin işlənib 

hazırlanması. Belə bir sistemin olması  şagirdin nailiyyətlərini 

dəqiq və müvafiq surətdə  səciyyələndirməyə imkan verər və 

şagirdin irəliyə doğru hərəkətini təmin edə biləcək lazımi 

tapşırıqları müəyyən etməyə şərait yarada bilər; 

*şagirddə (bir çox hallarda müəllimdə) təlim prosesinin 

hansı  məqsədləri və ya nəticələri (bilik, bacarıq və  vərdişlər 

kompleksi şəklində) olması təsəvvürlərinin zəifliyi. 

Obyektivliyin təmin edilməsi yollarından biri 

qiymətləndirmə prosesində  şəffaflıq və  aşkarlıq prinsipinin 

aşağıdakı kimi gözlənilməlidir: 

*şagirdlərin müəllimin istifadə etdiyi qiymətləndirmə 

meyarları ilə tanışlğı; 

*qiymətləndirmə prosesinin aşkarlığı; bu zaman 

müəllim qiymət verərkən onu əsaslandırılır; 

*qarşılıqlı qiymətləndirmə  və özünüqiymətləndirmə 

prosedurlarından istifadə edilməsi. 



Qrup işinin qiymətləndirilməsi 

 

114



Fəal (interaktiv) təlimdə daha çox maraqlandıran 

məsələlərdən biri qrup işinin qiymətləndirilməsidir. Bu zaman 

çoxlu suallar yaranır:  

1.  Qrup işini hansı yollarla qiymətləndirmək olar? 

2.  Qrupun qiymətləndirilməsində fərdi yanaşmanı necə 

tətbiq etmək olar? 

3.  Hansı meyarlar əsasında qrup işini qiymətləndirmək 

olar? 


4.  Qrup işinin qiymətləndirilməsi meyar əsasında və 

müxtəlif vasitələr (qrafik, cədvəl, simvol, söz və üsullarla 

(müəllim tərəfindən,  şagirdlərin qarşılıqlı qiymətləndirilməsi, 

qruplararası qiymətləndirmə) keçirilə bilər.  



1. Qrafik. Lövhədə qrafik çəkilir: qiymətlər və 

qrupların nömrələrini  əks etdirir. Qrupun nailiyyətlərindən asılı 

olaraq qrafikdəki xətt ya qalxar, ya da enə bilər.  

2. Meyar cədvəli.  Cədvəlin sətirlərində qrupların 

nömrələri və sütunlarında qiymətləndirmə meyarları qeyd edilir. 

Qiymətləndirmə zamanı müəllim hər qrupun qarşısında meyara 

müvafiq olaraq “+”, “-“ işarələrilə  və ya balla qrupun 

nailiyyətlərini qeyd edir, yekunda ümumi bal hesablanır.  

3. Qrupdaxili qiymətləndirmə. Qrupun hər bir 

nümayəndəsinə qrup şagirdlərinin adları  və qiymətləndirmə 

meyarları qeyd edilmiş  cədvəl paylanır. Hər nümayəndə  həm 

özünü, həm də yoldaşlarını meyarlar əsasında “+” və ya “-“ 

işarələrilə (və ya rəqəmlərlə) qiymətləndirir.  

Qrup işini qiymətləndirilməsi üçün meyar cədvəli  

Məktəbdaxili qiymətləndirmə Milli Kurrikulumun 

məzmun standartlarına  əsaslanır,  şagird fəaliyyətinin təhsil 

standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə 

və 

nailiyyətlərinin monitorinqinə xidmət edir. 



Məktəbdə  şagird nailiyyətlərinin qiymətləndirilməsini 

həyata keçirmək üçün diaqnostik, formativ və summativ 

qiymətləndirmədən istifadə olunur.  



 

115 


Dioqnostik qiymətləndirmə şagirdlərin indiyədək malik 

olduğu bilik və bacarıqları üzə  çıxarmaq, sonrakı  fəaliyyət 

dövründə ondan təməl kimi istifadə etmək məqsədi ilə şagirdlər 

haqqında sistematik məlumatların toplanılması prosesidir. 

Diaqnostik qiymətləndirmə yeni dərs ilinin əvvəlində və ya yeni 

bölmənin tədrisinin başlanğıcında aparılır.  

Şagird naiiyyətlərinin monitorinqi, yəni formativ 

qiymətləndirmə (müntəzəm, davamlı) müəllimlər və  məktəb 

rəhbərləri tərəfindən, məktəb səviyyəsində həyata keçirilir.  

Formativ qiymətləndirmə interaktiv və planlı prosesdir. 

Ondan mövcud prosesi və fəaliyyəti formalaşdırmaq və dəyişmək 

üçün istifadə olunur. Bu qiymətləndirmənin  əsas məqsədi 

inkişafda olan prosesə  nəzarət etmək və onu istiqamətləndir-

məkdir.  

Şagirdlərin siniflər və  təhsil pillələri üzrə müəyyən 

olunmuş ümumi nəticələrə necə nail olduqlarını müəyyən etmək 

üçün summativ qiymətləndirmədən istifadə edilir. Summativ 

qiymətləndirmə  şagirdlərin müəyyən müddət  ərzində  əldə 

etdikləri nailiyyətləri ümumiləşdirmək və qiymətləndirmək 

məqsədi daşıyır. Hər altı  həftədən gec olmayaraq tədris olunan 

mövzular üzrə müəllim tərəfindən hazırlanmış testlər və 

standartlaşdırılmış prosedurlar vasitəsilə  şagird nailiyyətlərinin 

kiçik summativ (bəhslər üzrə yekun) qiymətləndirilməsi aparılır. 

Eyni zamanda yarımilin və ilin sonunda yekun qiymətləndirmə 

aparılır ki, bu da böyük summativ qiymətləndirmə adlandırılır.  

Yeni fənn kurrikulumlarının tətbiqinə başlayan 

ümumtəhsil məktəblərinin 1-ci sinif müəllimlərinin ehtiyaclarını 

nəzərə alaraq formativ qiymətləndirmə  və onun metodları 

haqqında bir qədər geniş məlumat verməyi məqsədəuyğun hesab 

edirik.  



Formativ qiymətləndirmə 

Formativ qiymətləndirmə ayrı-ayrı mövzu və ya tədris 

vahidlərinin mənimsənilməsi ilə bağlı  fəaliyyət haqqında 

 

116



məlumat toplamaq məqsədi ilə aparılır. Bunun üçün əvvəlcədən 

hazırlanmış qiymətləndirmə vasitələrindən istifadə olunur.  

Formativ qiymətləndirmə gündəlik dərs prosesində 

həyata keçirilir. Təlim prosesində  şagirdin fəaliyyətini izləmək 

məqsədi ilə müəllim müntəzəm olaraq monitorinqlər aparır. Bu 

monitorinqlər vasitəsilə  şagirdin zəif və güclü tərəfləri aşkar 

edilir, ehtiyacları öyrənilir, uğur qazana bilməməsinin səbəbləri 

müəyyən olunur və onun inkişafının təmin olunması, tədrisin 

keyfiyyətinin yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir.  

Beləliklə, bu sistem hər bir şagirdin inkişafı  və  təlimi 

üçün əlverişli şərait yaradır, eyni zamanda uğur qazana bilməyən 

şagirdlər  əlavə köməklə  təmin olunur. Müəllim  şagirdin 

fəaliyyətini izləməklə valideynlərə onların irəliləyişi və inkişafı 

haqqında məlumatlar verir.  

Formativ qiymətləndirmə zamanı istifadə olunan 

vasitələr seçilərkən qarşıya qoyulan təlim məqsədləri (şagird 

nəyə nail olmalıdır) nəzərə alınır. 

Müəllim tapşırığın yerinə yetirilməsi üçün vaxt 

müəyyənləşdirərkən təlim nəticələrinin qısa, orta və ya 

uzunmüddətli olduğunu, istifadə etdiyi vasitələri və  şagirdlərin 

sayını nəzərə alır.  

Formativ qiymətləndirmə  məlumatlarından aşağıdakı 

məqsədlərlə istifadə olunur: 

- tədris və  təlim prosesini yaxşılaşdırmaq və 

dəyişdirmək; 

- işin təşkilini planlaşdırmaq və metodları 

təkmilləşdirmək; 

-şagirdlərin nailiyyətləri haqqında məlumata sahib 

olmaq; 

-hesabat hazırlamaq. 

Formativ qiymətləndirmə zamanı, adətən, aşağıdakı 

metodlardan istifadə olunur: 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə