Dialektik coğrafiya
191
müxtəlif mənbələrə, o cümlədən beynəlxalq hesabatlara
istinad olunmaqla
Economic Intelligence Unit tərəfindən hazırlanan “Həyat Keyfiyyəti İndeksi”
aşağıdakı doqquz göstəricini ehtiva edir: - sağlamlıq; - ailə həyatı; - ictimai
həyat; - maddi rifah; - siyasi stabillik və təhlükəsizlik; - coğrafi mühit; - iş
təhlükəsizliyi; - siyasi azadlıqlar; - gender bərabərliyi.
Bir sıra ölkələrdə hər nəfərə düşən ÜDM-in həcminin yüksək olmasına bax-
mayaraq, yaşayış keyfiyyətinin aşağı olması iqtisadi artımının
iqtisadi in-
kişafla dəstəklənmədiyini ortaya qoyur.
Həyat standartlarını ölçmək üçün alternativ yanaşmalardan biri də, Cənubi
Afrikanın İctimai Tədqiqatlar Fondu (South African Audience Research Foun-
dation, SAARF) tərəfindən hazırlanmışdır və marketinq araşdırmalarında ge-
niş istifadə edilir. Bu metodun digərlərindən əsas fərqi ondadır ki, bu zaman
gender
bərabərliyi, urbanizasiya səviyyəsi və s. kimi indikatorların əvəzinə hə-
yat standartı baxımından daha konkret göstəricilərindən istifadə edilir.
Həyat keyfiyyəti və yoxsulluğun coğrafiyası
Yoxsulluğun coğrafiyası - sadəcə iqtisadi yanaşma deyil, sosial və əxlaqi
xüsusiyyətləri ilə birlikdə kompleks problemdir. Qeyd edək ki, BMT-nin
“Minilliyin İnkişaf Məqsədlər” proqramlarının ən
birincisi məhz ifrat yoxsul-
luğun və aclığın aradan qaldırılmasından ibarətdir.
BMT-nin ekspertlərinin üzünmüddətli təhlil və araşdırmalarının əsasında
həyat keyfiyyətinin coğrafiyasına dair tövsiyələrinə əsasın
üç hədəf yoxsullu-
ğun önəmində məqsədli olaraq aşağıdakı kimi qəbul edilir:
Ümumiyyətlə, yoxsulluq anlayışını izah etmək üçün vahid yanaşma möv-
cud deyil və əsasən aşağıdakı yanaşmalarının tərzinə uyğun elmi mənbələrində
rast gəlmək mümkündür.
Mütləq yoxsulluq. Bu mənbədə yoxsulluq coğrafiyasının səviyyəsi Dünya
Bankı tərəfindən irəli sürülən yoxsulluq səviyyəsi kimi təyin olunmuşdur:
•
Zəif inkişaf etmiş ölkələr üçün alıcılıq qabiliyyəti
paritetinə görə bir
nəfər üçün gündəlik 1,25 ABŞ dolları həcmində təyin olunmuşdur.
•
İnkişaf etməkdə olan ölkələr üçünsə 2 ABŞ dolları səviyyəsində müəy-
yənləşdirilmişdir.
Gündəlik gəliri - 1
ABŞ dollarından az
olan əhalinin nisbətini
yarıyadək azaltmaq.
Qadınlar və gənclər də daxil
olmaqla hər kəsə layiqli iş tə-
min etməklə tam və məhsul-
dar məşğulluğa nail olmaq.
Aclıqdan əziyyət
çəkən əhalinin nis-
bətini yarıyadək
azaltmaq.
Ağazeynal A. Qurbanzadə
192
Bu metod vasitəsi ilə yoxsullua dair məlumatlarının əldə edilməsi və ölçül-
mə baxımından asan olsa da, real mənzərəni tam əks etdirmir. Öz növbəsində,
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) iş qabiliyyətinin bərpa olunması
ilə bağlı əsas ehtiyacların ödənilməsi məqsədilə bir nəfər üçün gün ərzində
tələb olunan qida istehlakının enerji dəyərinin 2100
kilokalori səviyyəsində
olduğunu bildirir.
Nisbi yoxsulluq. Bu tip yoxsulluq yanaşmasına görə isə bir ölkədə həyat
standartları üçün tələb olunan xərclərin səviyyəsi gəlirlərindən yüksək olan
fərdlər (və ya ailələr) yoxsul sayılırlar. Ona görə də nisbi yoxsulluq standartı
hər bir cəmiyyət üçün fərqli olmaqla birlikdə, həm də ümumi rifah səviyyəsi-
nin dəyişməsindən asılıdır.
Subyektiv yoxsulluq. Təyin olunmuş bu yanaşmada fərdlərin öz rəyləri (sor-
ğu) əsasında müəyyən edilir. Subyektivlik
amilinə baxmayaraq, sosial bir prob-
lem kimi yoxsulluğun qiymətləndirməsində nisbətən daha məqbul yanaşmadır.
Məhrumiyyət yanaşması yoxsulluğu sosial təcridin bir növü kimi qəbul edi-
lir. Yəni, yaşayış səviyyələri həm fiziki, həm də sosial baxımdan yaşadıqları
cəmiyyətdə hakim olan həyat standartlarından əhəmiyyətli dərəcədə aşağı
olanlar yoxsul hesab edilir.
İnsan həyatına yoxsulluğun birbaşa və dolayı yollarla təsirlərini (savadsız-
lıq, aclıq, qidalanma, xəstəliklərlə mübarizə və s.) nəzərə alan və 1997-ci ildən
etibarən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının İnsan İnkişafı
Hesabatında öz əksini tapan insani yoxsulluq anlayışı Amartya Sen tərəfindən
irəli sürülən qabiliyyət yanaşmasına əsaslanır.
İnsan inkişafı ilə bağlı 2010-cu ilin hesabatında
Oxford Universiteti ilə bir-
likdə insani yoxsulluq yanaşması daha da inkişaf etdirilərək Çoxfaktorlu Yox-
sulluq İndeksi təqdim olunmuşdur. Məlum olduğu kimi, İnsan İnkişafı İndeksi
üç alt indeksə əsaslanır ki, bunlardan biri yaşayış standartlarıdır. Yaşayış stan-
dartları da öz növbəsində adambaşına ÜDM göstəricisi ilə müəyyən edilir. Di-
gər tərəfdən Çoxfaktorlu Yoxsulluq İndeksi təhsil illəri, içməli su kimi İnsan
İnkişafı İndeksinin əhatə etdiyi bir sıra alt göstəricilərini də ehtiva edir.
Bu baxımdan çoxfaktorlu yoxsulluq yanaşmasının ortaya qoyulması ilə bir-
likdə “yoxsulluğa qarşı mübarizədə iqtisadi artıma, yoxsa insan inkişafına fo-
kuslanmalı?” sualı da xüsusi əhəmiyyət qazanmışdır. Yoxsulluq səviyyəsinin
ölçülməsində ən yeni yanaşma olan Çoxfaktorlu Yoxsulluq İndeksi (ÇYİ)
fərdlərlə bağlı səhiyyə, təhsil və yaşayış standartı üzrə bir sıra çatışmazlıqlarını
da nəzərə alır.
Ümumilikdə isə, yoxsulluqla mübarizədə milli infrastruktur formalaşdırıl-
malı, bir sıra beynəlxalq qurumlar tərəfindən dəstəklənən
müəyyən layihələr