Dialektik coğrafiya
193
və lokal qeyri-hökumət təşkilatlarının fəaliyyətləri
yoxsulluq probleminə
kompleks yanaşma çərçivəsində əlaqələndirilməlidir.
Yoxsulluğa qarşı qlobal mübarizədə beynəlxalq təşkilatlar tərəfindən ön
plana çəkilmişdir. Problemini həllinin əsas vəzifəsi yoxsulluqla mübarizə olan
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı hesab edilir və bu qurum
yoxsulluqla əlaqədar demək olar ki, bütün sahələrdə lokal
təşəbbüsləri dəstək-
ləyir. Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Beynəlxalq Valyuta Fon-
dunun da təşəbbüsü ilə bir sıra ölkələr tərəfindən yoxsulluq səviyyəsinin azal-
dılması ilə bağlı strategiya sənədləri, dövlət proqramları (Poverty Reduction
Strategy Papers) qəbul olunmuşdur. Bu sənədlər Minilliyin İnkişaf
Məqsədlə-
rinin reallaşdırılması baxımından mühüm vasitə hesab edilir və onlar hazırla-
narkən ölkənin spesifik iqtisadi, sosial və coğrafi şraiti və s. şərtləri, dövlətlə
maraqlı tərəflər arasında əməkdaşlıq imkanları nəzərə alınmalı, uzunmüddətli
yanaşma çərçivəsində əhatəli olmaqla birlikdə nəticələrə əsaslanmalıdır.
BMT-nın hesablamalırına əsasən yoxsulluğun coğrafiyası ölkələr arasında
qeyri-bərabərdir.Yoxsulluğun təqribən 40%-i Cənubi və Cənubi-Şərqi Asiya,
22%-i Tropik Afrikada ölkələrinin payına düşür.
Yoxsulluq özünü kənd yerlə-
rində daha çox özünü göstərir (Hindistanın Qanq çayı vadisində, Cənubi Ame-
rikada And dağlıq massivlərində, Afrikanın Qərb zonalarında və s.).
Həyat keyfiyyəti və iqtisadi artım coğrafiyası
Həyat keyfiyyətinin formalaşması prosesində iqtisadi artım funksiyası elmi
mərkəzlərində aktual məsələ kimi qəbul olunmuşdur. Problemin əsas məqsədi
insanlara sağlam və yaradıcı həyatlarında kompleks mühitinin yaradılmasın-
dan ibarətdir. İnsan inkişafı bu baxımdan insanların seçim imkanlarının artırıl-
ması prosesi kimi aktual məsələlərini özündə birləşdirmək imkanına malikdir.
Amartya Sen qeyd edir ki, “İnkişafın məqsədləri ilə vasitələri arasındakı
əsas fərqin bilinməsi zəruridir. Bütün fəaliyyətlərin son məqsədi insanlardır və
inkişaf insanların
nailiyyətləri, azadlıqları və bacarıqları üzərində qurulmalıdır.
Əsl əhəmiyyətli olan, fərdlərin yaşadığı həyatdır, əldə etdikləri mallar ya da
gəlirləri deyil.”
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən (1990-cı ildən
etibarən nəşr edilən) İnsan İnkişafı Hesabatları, “iqtisadi artıma, yoxsa insan
inkişafına fokuslanmalı?” sualının aktivləşməsinə öz töhfəsini vermişdir. İqti-
sadi artım insan inkişafının davamlı yaxşılaşması üçün zəruri resurslarını tə-
min edir. Digər tərəfdən, əmək resurslarının keyfiyyətinin yaxşılaşması iqtisa-
di artım baxımından mühüm əhəmiyyətə malikdir.
Ağazeynal A. Qurbanzadə
194
Araşdırmalar
göstərir ki, həyat keyfiyyəti ilə iqtisadi artım arasında qarşı-
lıqlı əlaqə mövcuddur. Alıcılıq qabiliyyəti paritetinə (AQP) əsasən 96 ölkə üz-
rə hazırlanan proqramlar bu əlaqənin kompleks şəkildə müşahidə etmək müm-
kün olmuşdur
150
.
Məsələn, ərzaq, təhsil xərcləri və s. gəlirlərin səviyyələrinin arasında bölgü-
sündən, təsərrüfat daxilində xərclərə kimin nəzarət etməsindən asılı olaraq də-
yişir. Ümumilikdə, əhalinin yoxsul təbəqəsinin gəlirləri artdıqca, gəlirin nisbi
olaraq daha böyük hissəsi insan inkişafı ilə əlaqədar xərclərə yönəldilir. İnsan
inkişafı xərcləri əhalinin yoxsul təbəqəsinin gəlirləri artdıqca yüksəlir. Beləlik-
lə, daha yüksək və bərabər paylanan iqtisadi artım həyat keyfiyyətinin inkişafı
xərclərini də artırır. Empirik araşdırmalara görə, ev təsərrüfatı xərcləri üzərin-
də qadın nəzarəti yüksək olduqda həyat keyfiyyətin inkişafı ilə əlaqədar mal
və xidmətlərə daha çox vəsait ayrılır.
Dövlət sektoru xərclərinin nə qədərinin və hansı kanallarla
həyat keyfiyyə-
tinin inkişafına yönəldilməsi mühüm əhəmiyyətə malikdir. Elmi mənbələrdə
151
bu baxımdan əsasən üç göstəricinin əhəmiyyətini xüsusi ilə qeyd edilir:
•
dövlət xərclərinin ÜDM-ə nisbəti;
•
dövlət xərclərində həyat keyfiyyətin inkişafı ilə əlaqədar sosial ayırmala-
rının payı;
•
dövlət xərclərində bu sektoru üzrə prioritet sahələrinin payı.
Həyat keyfiyyətinin inkişafı sektoru üzrə prioritet sahələr anlayışı iqtisadi
arımın irəliləyişlərə nail olmaq baxımdan daha məhsuldar sahələrini özündə
ifadə edir. Ümumilikdə, hər bir ölkənin iqtisadi və sosial inkişafına uyğun hə-
yat keyfiyyəti və iqtisadi artım arasında qarşılıqlı əlaqənin mövcud olmasına
baxmayaraq, bu rabitə öz-özünə yaranmır
və iqtisadi-sosial strukturu, gəlirlə-
rin bölgüsü, həyata keçirilən siyasət tədbirləri kimi bir sıra amillərdən asılıdır.
Həyat keyfiyyətinə qoyulan xərclərin səmərəliliyinin artırılmasında əhə-
miyyətli gerçəkliklərdən biri də “həyat keyfiyyəti və iqtisadi artımın dayanıqlı
funksiyası”dır. Məsələn, bu gerçəklik də səmərəli istehsal sahələrinin komp-
leksliyinin təminatında insan kapitalının rolu və təsiri mühüm şərtlərdən biri-
dir. İnsan kapitalının yüksək səviyyəsinin imkanlarının genişlənməsi,
nəticədə
onların yaradıcılığı və məhsuldarlığı sayəsində iqtisadiyyata təsir göstərir.
Texnologiya və yüksək ixrac potensial sahələrinin təsiri də iqtisadi artıma da-
ha çox yardım edir. Həyat keyfiyyəti və iqtisadi inkişafın coğrafiyası arasında
müəyyən ziddiyyətlərinin olması da nəzəri cəlb edir.
150
Ходжсон Дж. Экономическая теория и институты. М., 2003.
151
Введение в развивающего экономики. М., 2003.