Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə34/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   30   31   32   33   34   35   36   37   ...   60

_____________Milli Kitabxana________________ 
181 
 
 
X o r 
 
Gülür həyat, gülür bahar,  
Gözəl Durna, dur oyna!  
Aşıq Murad, mizrabını 
                               Sən də saza vur oyna! 
 
Yaşıl geyib bizim dağlar,  
Çiçəklənib bu bağlar.  
Çalın, gülün şadlıq edin,  
Ələ düşməz bu çağlar. 
 
D u r s u n. Hamısını Kərim dayıya deyəcəyəm. 
Q ə m ə r. Hamımız bilirik, atası biləndə nə olar. Bizim yerdə sevgi 
azaddır. 
D u r s u n. Azaddır, azaddır. Onu bilin ki, Durna mənim olacaq, 
vəssəlam! 
Q ə m ə r. Onu boynunun ardını görəndə görərsən. 
D u r s u n. Sən də  mənim üstümə kişilənirsən?  (Ona tərəf hücum 
etmək istəyir.) 
 
Lalə gəlir, Dursun özünü itirir. Adamların arasında gizlənmək istəyir. 
 
L a l ə. Aha... yaxşı əlimə keçmisən... 
D u r s u n. Sansız təşəkkür! (Dursun iki qızı yaxalayıb zorla onların 
qoluna girir.) 
 
Lalə qayıdıb Dursunu yaxalayır. Kolxozçular oxuya-oxuya gəlir. 
 
X o r 
 
Mizrabı tellərə vurduqca aşıq Murad  
Var olsun dünyalar durduqca aşıq Murad!  
Könlümüz açıldı gözəl səsindən,  
Həyata can gəldi xoş nəfəsindən! 
 
P Ə R D Ə 
  
 
 


_____________Milli Kitabxana________________ 
182 
 
 
 
İKİNCİ PƏRDƏ 
 
Kərim kişinin evi. Pancərələrdən bağça görünür.  
Durna otağı səliqəyə salır, gülləri güldanlara qoyur. 
 
D u r n a 
 
Sevgisiz bir ömrün nə mənası var,  
Könlümün könlündən təmənnası var,  
Aç mənə qəlbini, aç varaq-varaq,  
Səninlə əl-ələ bir dünya quraq,  
Ömrümün ən gözəl dəqiqələri  
Sənindir, sənindir, ey vəfalı yar! 
 
Qəmər gəlir. 
 
Q ə m ə r. Salam Durna, evdə kim var? 
D u r n a. Təkəm, kimdən çəkinirsən ki. 
Q ə m ə r. Dedim bəlkə... 
D u r n a. Bəlkə nə? 
Q ə m ə r. Heç... bəxtəvərsən, Durna! 
D u r n a. Sənə baxıb öz-özümə deyirəm ki, kaş mənim gözəl-göyçək 
bir qardaşım olaydı, Qəməri alaydım ona. Sənə heyfim gəlir. Bilmirəm, 
kimə qlsmət olacaqsan, kimə. 
Q  ə m ə r. Mənimçin qorxma... Pisinə qismət olmaram. (Kitabları 
yoxlayır.) Aha, Durna, görürəm qiyabi instituta yaman hazırlaşırsan ha... 
D u r n a. Sənə zarafat gəlməsin. İşdə qabaqcıl olan gərək imtahanda 
da qabaqcıl ola. Bir ay sonra Moskvaya yola düşməliyəm. 
Q  ə m ə r. Məndə huşa bax ey. Moskva dedin yadıma düşdü. Təzə 
xəbərdən xəbərin var? Muştuluğumu verməsən demiyəcəyəm. 
D u r n a. Bilirəm, bilirəm, o, sabah Moskvaya gedir. 
Q ə m ə r. Elədir. Həm kənd təsərrüfatı sərgisinə, həm də olimpiadada 
çıxışa. Bəs sən? Göz dəyməsin, boy-buxun, gözəllik deyirsən səndə, 
könülləri dindirən məlahətli səs deyirsən səndə... 
D u r n a. Əvvəla hələ imtahana hazır deyiləm, ikinci də atama görə. 
Bilirsənmi, atamın könlünü qırmaq istəmirəm. Amma heç bilmirəm, bu 
ayrılığa necə dözəcəyəm. (Qəzeti göstərir.) Budur, bax... Muraddan 
 
 


_____________Milli Kitabxana________________ 
183 
 
 
yazırlar. Bu onun şəkli, bu da qoşmaları, heç bilirsən nə  qəşəng 
mahnılardır. (Oxuyur.) 
 
Ellər yaradıb nə gözəl səni,  
Şümşaddır sənin əllərin, Durna!  
Bulud tək tutub ay camalını  
Sənin o qara tellərin, Durna!  
Sevdim səni gözəl Durnam,  
Sevdim səni can Durnam,  
Sevdim səni maralım.  
Gəlməz sənsiz bir an qərarım, Durna!  
Sevdim səni gözəl Durnam,  
Sevdim səni can Durnam! 
 
Q ə m ə r. Doğrudan nə gözəl sözlərdir. Elə hey səndən deyir. Durna 
sən çox xoşbəxtsən, özünə layiq bir oğlan tapmısan. Özü qəşəng, sözü 
qəşəng, səsi qəşəng... Kolxozda da birincilərin birincisi. Yaxşı, bir de 
görək atanla barışdılar, ya yox. 
D u r n a. Yox, atam onun əlindən yaman acıqlıdır. Deyirki, səndə 
onunla birgə, mənim kökümə balta çalırsan. 
Q  ə m ə r. Balta niyə? Bu yarışdır. Kim qabaqdadırsa hörmət də, 
şöhrət də onundur, onun. 
D u r n a. Əlbəttə, atam əyri yollarla özünə əmək-günü yazdıranlara - 
əvvəl başdan öz qohumlarına güzəştə getməsəydi, bu kökə düşməzdi. 
Təqsir özündədir. Mən də, Murad da vaxtında ona xəbərdarlıq elədik. 
Sözümüzü qulaq ardına vurdu. İndi ayılıb, ancaq gecdir. 
 
Lalə təngnəfəs gəlir. 
 
L a l ə. Hanı o Kərim dayı? 
D u r n a. Salam harda qaldı, ay qız?! 
L a 1 ə (hirsli). Evimizdə. De görüm, hanı Kərim dayı? 
D u r n a. Neyləyirsən onu? 
L a l ə. Onunla davam var, davam. 
D u r n a. Aləm sülhdən danışır, sən dava-dava deyirsən. Yenə nə  
olub ki? 
L a l ə. Nə olacaq? Dursun məndən qaçır. Gecə-gündüz dilindən 
Durna düşmür. 
 
 


_____________Milli Kitabxana________________ 
184 
 
 
 
D u r n a. Mənim günahım nədir? 
L a 1 ə. Sən ona meyl göstərməsən, o bu qələti eləməz. Deyir sənin 
eşqinlə meşədə qırqovulların, turacların nəslini kəsib. 
Q ə m ə r. O getsin öz nəslinin hayına qalsın. 
D u r n a. Yalandır, böhtandır. 
L a l ə. Bəs onda niyə məndən qaçır? Düşüb qalıb barınızın qabağında. 
Məni bədbəxt eləmə, Durna! (Ağlamsınır.) 
D u r n a. Bədbəxt niyə olursan, ay qız?! Ağlama, özünü ələ al. Sən 
niyə onun hər sözünə inanırsan, axı? 
Q ə m ə r. Gör bır özünü nə günə salmısan ki, Dursun da səndən qaçır. 
D u r n a. Əslinə baxsan onu ərköyün böyüdüb bu hala salan ata, 
anasıdır. Eh Lalə, Lalə! 
Q  ə m ə r. Lalə, sən  əvvəllər yaman qoçaq qızdın. Ona qoşulanı 
tamam dəyişmisən. 
L a l ə. Neyləyim, özümlə deyil, sevirəm axı... 
D u r n a. Sənə sevmə deyən kimdir. Sevirsənsə özünü elə aparki, 
ayağa düşməyəsən. Sən niyə, qoy o səni kölgə kimi izləsin. Qoy o 
sevinsin ki, sən onu sevirsən. 
L a 1 ə. Əvvəllər elə idi. Amma indi. 
Q ə m ə r. Sən onun ayağını çayxanalardan, meyxanalardan yığışdıra 
bilsən, onda sənə deyərik, afərin Lalə, afərin! 
D u r n a. Onda sevməyinin də bir mənası olar! 
L a l ə. Yəni deyirsən ki, doğrudan da, Dursunu sevmirsən? 
D u r n a. Mən öz sözümü bayaq dedim. 
L a l ə (sevincək). Durna, vallah hər yerdə, həmişə. Demişəm, yenə də 
deyəcəyəm. Bu mahalda gözəllikdə məndən sonra ikinci yeri sən tutursan. 
Gəl bir öpüm səni. Toyumuza hələəlbət ikinizi də çağıracağam. 
Q ə m ə r. Biz də hələəlbət gələrik. 
L a l ə. Onda mən gedim. (Oxuyur və oynayır.) 
 
O mənim öz yarımdır, öz Dursunumdur,  
Dövlətimdir, varımdır, öz Dursunum.  
Mən onunam, o mənim öz Dursunum,  
Siz də gəlin, qol qoyun, birinci eşqimizə,  
Tuf, tuf, tuf, yaman göz dəyər bizə. 
 
Bayırdan Dursunun səsi gəlir. Lalə diksinir. 
  
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə