Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə36/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   32   33   34   35   36   37   38   39   ...   60

_____________Milli Kitabxana________________ 
189 
 
  
N i s ə. Hə, hə, anan sənə qurban! De görək atanın soruşduğu şey nə 
deyən şeydir? Dərsüıin əsil mayası nədir? 
K  ə r i m. Arvad, gəl qanmadığın işə baş qoşma.  (Durnaya)  Hə, 
qızım... 
D u r n a. Bu qəliz sualı birinci dəfədirki, sizdən eşidirəm. 
K ə r i m. Başqasından eşitməyibsən? 
D u r n a. Xeyr, ata! 
K ə r i m. Nə əcəb? Təəccüblü işdir. 
D u r n a. Ata, siz bilirsinizsə deyin öyrənim. Bəlkə gərəyim oldu. 
K ə r i m. Bu vaxtadək gərəyin olmayıb? 
D u r n a. Sən allah, ata, dediyin o beş-altı mərtəbə qəliz şey nədir? 
Yeməlidir, içməlidir. 
K  ə r i m. Ay şeytan! Utanma, yenə ucundan, bucağından bilməmiş 
olmazsan. 
N i s ə. Qızım Durna, olmaz ki, birinci əsas imtahanı elə öz atana 
verəsən, canımız qurtara. 
K ə r i m. Qorxma, səhvin olsa biz ölməmişikki, düzəldərik. De görək
eşqin məğzi, cövhəri, mayası, müəmması, mənası nədir axı? 
D u r n a. Qoy bir fikirləşim! 
K ə r i m. İmtahanda da belə eliyəcəksən? 
D u r n a. Dediyiniz odur ki, odur ki... 
K ə r i m. Zəhrimarın adını de də. 
D u r n a. Adını siz demisiniz də, mənası isə odur ki. 
K ə r i m və N i s ə. Hə, nədir ki? 
D u r n a (gülərək). Çox ləzzətli şeydir. 
K ə r i m. Dadmısan? 
D u r n a. Əlbəttə. 
N i s ə. Necə, necə? 
K ə r i m. Nə olar ki? De görək şirindir, yoxsa acı. 
D u r n a. Həm şirindir, həm acı. 
K ə r i m (Nisəyə). Barakallah qız doğan! (Durnaya) Hə, deməli həm 
şirindir, həm də acı. Sonra? 
D u r n a. Əsil mənası odur ki, insan gərək öz ata-anasını... 
K ə r i m. Aldada? 
D u r n a. Xeyr, ürəkdən sevə. 
K ə r i m. Aha, daha kimi sevə? 
D u r n a. Öz vətənini, elini! 
  
 
 


_____________Milli Kitabxana________________ 
190 
 
 
K ə r i m. Daha kimi? 
D u r n a. Heç kimi. 
K ə r i m. Bu olmadı ki. 
D u r n a. Sözün qısası insan gərək ataya, anaya məhəbbət yetirə... 
Daha bundan şirin nə ola bilər ki. 
K ə r i m. Onun acılığından, heç nə demədin axı? 
D u r n a. Acılığı da odur ki, bir də görürsən dünyalar qədər sevdiyin... 
K ə r i m. Oğlandan? 
D u r n a. Xeyr, atadan haqsız məzəmmətlər eşidirsən. 
N i s ə. Gəl öpüm səni, mənim ağılli, kamallı balam! Səni görüm min 
yaşayasan. 
K ə r i m. Yaxşı, bu eşq dərsini sənə kim öyrədib? 
D u r n a. Orta məktəbi qurtaranda Xasay müəllim... 
K ə r i m. Barakallah Xasay müəllm!.. (Kənara) Görünür, mən səhv 
eləmişəm.  (Durnaya)  Qızım, Leyli Məcnun imtahanını bu sayaq rəvan 
verə bilsən, heç şəkkim yoxdur ki, əla qiymət alacaqsan. Əla! Nisə, 
xörəyin hazırdır? 
N i s a. Bu saat! 
D u r n a. Bəs siz qonaq getməyəcəksiniz? 
K  ə r i m. Afərin! Yaxşı ki, yadımiza saldın. Ay arvad, Heybət kişi 
bizi gözləyir. Getməsək, yaxşı düşməz. (Kənara) Fürsətdir. Əsil imtahan 
indi başlanacaq. Nisə, düş qabağıma, gedək! 
D u r n a (sevincək). Tez qayıdacaqsınız? 
Kə r i m. Necə, tez qayıtsaq məsləhətdir, yoxsa gec? 
D u r n a. Gec də qayıtsaz eybi yoxdur, evdən xatircəm olun! 
K ə r i m. Qızım sən deyən kimi, çalışarıq tələsmiyək. Sənki, evdəsən. 
 
Bayıra çıxırlar. 
 
D u r n a. Nə yaxşı oldu? Lap Muradın gələn vaxtıdır.  (Səs eşidir.) 
Deyəsən gələn Muraddır. Gedim görüm. (Həyətə çıxır.) 
 
Kərim və Nisə pəncərədən otağa atılırlar. Fit səsi gəlir. 
 
K ə r i m. Arvad, deyəsən hava həyəcanı başlandı axı... (Bayırdan səs 
eşidilir.) Gəlirlər, gəlirlər. 
  
 
 
 


_____________Milli Kitabxana________________ 
191 
 
 
N i s ə. Bıy, başımıza xeyir!  
K ə r i m. Yaxşı, indi biz harada gizlənəcəyik.  
N i s ə  (mizin arxasında oturub yumruğunu mizə vurur.)  Mən 
gizlənməyəcəyəm... Qoy gəlsin ona iki kəlmə söz deyəcəyəm. 
K ə r i m. Qalx, ay arvad!.. Tez ol gir bu şkafa, mən də sandığa. 
N i s ə. Ay kişi, mən şkafa yerləşə billəm? 
K ə r i m - Tez ol. Daha ayrı çarəmiz yoxdur. 
N i s ə. Bismillah rəhman əlhərim... (Şkafa girir.) 
Kərim (sandığa girir). Buda məniınki. 
N i s a. Ay kişi, qabiliyyotin yoxdur. Gül kiıni paltarlan əzişdirdin ki... 
Kərim (sandıqdan). Nisə, ay Nisə! 
N i s ə. Nə var, a kişi? 
K ə r i m. Deyirəm yuxuya-zada getməyəsən ha... 
 
Durna və Murad otağa girirlər. Muradın əlində budaq var. 
 
D u r n a. O nədir, Murad? 
M u r a d. Bunu sizin ərik ağacından qırmışam. Cavanlar bu yarpaqları 
bir-bir yolub "sevir, sevmir" deyə öz bəxtlərini sınayırlar. 
D u r n a. Yəni bundan bir şey öyrənmək olur? 
M u r a d. Buna inanmasam da, yenə öz bəxtimi yoxlamaq istəyirəm. 
(Yarpaqları yolur.) Sevir, sevmir, sevir, sevmir. Sevir. 
K ə r i m (sandıqdan). Arvad, ay arvad! 
N i s ə (şkafdan). Nə var, a kişi! 
K ə r i m. Bunlar ki, belə başlayıb, qorxuram bu il meyvə üzünə həsrət 
qalaq. 
D u r n a. Ürəyim suya döndü ki, sevir, yoxsa sevmir? 
M u r a d. Sevir, Durnacan sevir. (Oxuyur.) 
 
Qəlbimi vermişəm, sənə əmanət,  
Onu yaxşı saxla amandır, Durna! 
 
D u r n a 
 
Heç nədən qorxmuram eşqin yolunda,  
Məni qorxudan şey hicrandır, Murad! 
 
  
 
 


_____________Milli Kitabxana________________ 
192 
 
 
M u r a d 
 
Sinəmdə doyünən ürək sənindir, Durna!  
Eşqinlə döyünən ürək sənindir, Durna! 
 
D u r n a və M u r a d (birlikdə) 
 
Qızılgül sənindir, çiçək sənindir,  
Varlığım adına qurbandır, Murad (Durna)  
Qurbandır, Murad (Durna)  
Sənsiz nə mənası gülün, çiçəyin, Murad!  
Eşqinlə döyünür təmiz ürəyim, Durna!  
Sənsən həyatımın mənası Durna (Murad!)  
Eşqimin günəşli dünyası Durna (Murad!) 
 
M u r a d. Durnacan, de görüm sən həqiqi, səmimi eşqin nə olduğunu 
heç dərindən düşünmüsənmi? 
D u r n a. Düşünmüşəm. 
M u r a d. Səncə, eşq nədir? 
K ə r i m (sandıqdan). Arvad, bu da mənim sualımı verdi ki. 
D u r n a. Eşq, eşq odur ki. 
K ə r i m (sandıqdan). Adam gərək öz ata, anasını sevə. 
D u r n a. Eşq iki qəlbin bir döyünməsi,  ən gözəl, nəcib arzuların 
çiçəklənməsi, bir-birinin həsrətilə yanan iki gəncin bir-birinə qovuşması 
deməkdir. 
K ə r i m (sandıqdan uca səslə). Barakallah Xasay müəllim! 
M u r a d. Durnacan, görəsən biz öz arzumuza nail ola biləcəyikmi? 
Atan, anan bu barədə nə deyir? 
D u r n a. Atam səndən bir az incikdir. Yarışda ona üstün gəlmisən. 
Yaman  əsəbiləşib...  Əvvəllər belə deyildi. Hərdən özündən çıxıb fağır 
anamı yerli-yersiz danlayır. 
N i s ə (şkafdan). Bax, kişi bunu lap düz deyir. 
M u r a d. Amma anan Nisə çox gözəl arvaddır. Ürəyi açıq, təmiz, 
səmimi. 
D u r n a. Düzdü. 
N i s ə  (şkafdan). Sağ ola belə kürəkən! Kişi, Durna Muradındır 
vəssalam. 
M u r a d. Durnacan, mən həm kənd təsərrüfatı  sərgisində, həm də 
olimpiadada iştirak etməkçin sabah Moskvaya yola düşürəm. 
  


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə