_____________Milli Kitabxana________________
249
Q o r x m a z o v. Deməli, cananın mənə axotu var?
D i 1 a v ə r. Bəli, var. Çün piş əz vaxt bərayi-məlumat, sizi möhkəm
tənqid etməsi də nazdır, naz!
Bu deyil tənqidi-şəxsi, bu olur tənqidi-nazi.
Məni qoyma, ey gözəl qız, o camalına tamarzı.
Odur, müqəvvaffiruş xanım gəlir.
Q o r x m a z o v. Maska satan qız? Deyirsən biz də maskalanaq?
D i l a v ə r. Əlbəttə, bərayi-ehtiyat...
Q o r x m a z o v. Ay qız, maskaları bura gətir görək. (Qız
gəlir.)Hansını taxsam yaxşıdır?
Q ı z. Maskalar püşk ilə satılır.
Q o r x m a z o v. Qoy elə olsun, ya bəxt! (Torbadan nömrə çıxarır),
Nömrə 7-ni ver.
Q ı z (ona ayı müqəvvası verir). Buyurun!
Q o r x m a z o v. Boyunu yerə soxum belə bəxt! (Hamı maska taxır.
Musiqi çalınır.) Mən ölüm ora baxın, yenə aləm qarışdı bir-birinə.
Rəqs edənlərin arasında bir qiz oxuyur.
Canan! Bütün aləm bilir eşqimdə düzəm mən,
Məndən uzaq olsan belə üstündə gözəm mən.
İşdir sən əgər özgəni sevsən, onu bil ki,
Od parçasıyam, yandıraram, sanki közəm mən.
Gördüm səni qarşımda dünən, söylədim ey bəxt
Alqış sənə cananla yenə üzbəüzəm mən.
Sənsizliyi az bilmə, gülüın rəngimə bir bax,
Hicranın ilə gör necə solğun bənizəm mən.
Yox, yox, dözərəm dərdinə, hicranına canan,
Hicran seli neylər mənə, coşqun dənizəm mən.
Gəl sanma özün tək bu Süleymanı vəfasız,
Qarşmda yenə körpə uşaq tək təmizəm mən!
Dünya Nadirlə söhbət edə-edə gəlir.
_____________Milli Kitabxana________________
250
D ü n y a. Sözümü kəsmə, mənə qulaq as, zəmanə yaman dəyişib. Biz
də qız olmuşuq, belə qələtər eləməmişik... Ərimin pamoşniki Gülaranı
deyirəm ey... Kişini yoldan eləməyib?
N a d i r. Buraxın bu dolaşıq söhbətləri.
D ü n y a. Bizi dolaşığa o salıb... gecə yarıya kimi evimizə zəng olur.
N a d i r. Nə dediniz? (Fikri dağınıqdır)
D ü n y a. O gecə yuxusunda Gülara, Gülara deyib gur-guruppaz
kravatdan endi yerə... Mən də nə yemisən - turşulu aş, o ki döyməliydi
döydüm onu. İndi də bütün aləm deyir ki, bir bala doğub verib
Dəmirovgilə saxlamağa... Guya körpəni Dəmirovun əliuşaqlı gəlini
əmizdirir.
N a d i r. Uşaq?! Dəmirovgildə!..
D ü n y a. Hə, hə, başına çarə qıl, cavan oğlan!
N a d i r (pərişan). Çarə, əlbəttə çarə. (Dağınıq fikirli yavaşdan bu şeri
deyir)
Bir körpə uşaq tək məni əyləndirib oynat,
Aldat məni, aldat məni, aldat məni, aldat.
Mən könlümü verdim sənə, heyhat!
Dedin azdır. Rüşvət deyil əlbəttə könül, sən məni azdır.
Hər doğru sözüm oldu yalan söz nəzərində,
Aldandm əzizim yenə sən öz nəzərində.
Vaxtilə tutardın məni dünyalara üstün,
Anlat mənə, məndən niyə qaçdın, niyə küsdün?
(Gedərkən Dünya gəlməkdə olan Gülaranı görüb Nadirə süni
mehribanlıq göstərir.)
G ü l a r a. Mən nələr görürəm!
D ü n y a. Gedək, Nadir, sənə sözüm var.
(Gedirlər.)
G ü l a r a. Gedin, artıq mən sizə mane olmuram.
Mən söyləmərəm boş yerə cananə vəfasız,
Axır məni saldın yenə sən qanə, vəfasız,
Var məndə vəfa, səndə, gülüm, zərrə vəfa yox,
Gəl söyləmə sən bir də Gülaranə vəfasız.
_____________Milli Kitabxana________________
251
Q o r x m a z o v (tələsik gəlib özünü Gülaraya yetirir). Ay qız!
G ü l a r a (diksinir:) Bıy, bu kimdir?
Q o r x m a z o v. Napras yerə qorxursan, mənəm, Qorxmazov.
G ü l a r a. Çəkilin... rica edirəm.
Q o r x m a z o v. Gülara, daha bağışlayıram səni. (Gülü iyləyir.)
Sənin tənqidinin mənasını indi başa düşürəm.
Bu deyil tənqidi-şəxsi, bu olur tənqidi-nazi,
Məni qoyma, ey gözəl qız, o camalına tamarzı.
G ü 1 a r a. Deyəsən tənqid sizi şair eləyib.
Q o r x m a z o v. Bəs nə, bu gül məni bir sayaq eləyib ey...
G ü l a r a. Təbiətin sirri böyükdür.
Q o r x m a z o v. Təbiət, məhəbbət... Deməli siz də sevirsiniz...
G ü l a r a. Əlbəttə sevirəm, bu gizli deyil. Lakin vəfasız məni...
Q o r x m a z o v. Vallah mən də sevirəm. vəfassz zad deyiləm. Bir
hə de, gör səninçin neyləyirəm, nə!..
G ü l a r a. Ona nə edə bilərsən ki?
Q o r x m a z o v. Qovaram eşqimizə meşat eləyən biganələri.
G ü l a r a (gülür). Mən nə hayda, siz nə hayda...
Q o r x m a z o v (fikirləşir). Belə sənin maskanı yeyim, maskanı...
G ü l a r a, özün görürsən ki, rəhbərliyi necə bacarıram. Ancaq bu
şoqərib qalstuk bağlamağı bacarmıram ki, bacarmıram. (Cibindən bir
qalstuk çıxarır.) Al keçirt boynuma, bağla məni...
G ü 1 a r a (başını bulayıb gülür). Ver görüm. (Qalstuku
Qorxmazovun boynunda bağlayır.)
N a d I r (gəlir). Bağışlayın, mane oldum.
Q o r x m a zo v. Çalağanturist!
G ü l a r a. Yoldaş Qorxmazov, rica etdi qalstukunu bağlayım.
N a d I r (əsəbi). Bərk bağla, qırılıb əlindən qaçmasın. (Gedir.)
Q o r x m a z o v. Adə, heyvan-zadam ki, kənidiri qırıb qaçam?!
(Gülara Nadirin dalınca getmək istərkən Qorxmazov əlindən tutub
dartır.) Bivəfadır, qoy getsin! Gəl oynayaq, gör nə qəşəng havadır. Bunu
yazanın barmaqlarına əhsən!
G ü 1 a r a. Belə axmaq zarafatları heç də xoşlamıram. (Onu itələyir,
Oorxmazov yıxılır.)
Q o r x m a z o v. Bu havanı yazan, görüm barmaqların qırılsın!
(Ayağa qalxır.) Bu qarğaturist nə yaman vaxtda gəldi. (Qalstuku öpür.)
Sənə
Dostları ilə paylaş: |