_____________Milli Kitabxana________________
252
canan əli dəyib, canan... Ədə, görəsən bu dostlar yenə niyə pərən-pərən
düşdü? ( Bu dəmdə arxadan gələn Dünyanı görür.) Aha, bu nazənin kim
ola? Əcəb bürüştə yerişi var. (Dünya da skamyada oturub tum çırtlayır.)
Əcəb quşdur, özü də gəlib qonub mənim məhəbbət ağacımın şah
budağına. Padxod eləyək görək başımıza nə gəlir. Malağankalar kimi
simişkə çırtlaması bir az məni şübhələndirir. Birdən domarabotnitca-zad
olar a!..
D ü n y a. Görəsən bu oğlan kimdir? Mənə nə həsrətlə baxır. Bəs niyə
yaxınlaşmır. Eh, hamı bizim kişi kimi sırtıq olmaz ki...
Q o r x m a z o v. Ehtiyat igidin yaraşığıdır. Səsimi dəyişməliyəm.
Yoxsa Dünya iyimi duyub gəlib üstümüzə çıxar.
D ü n y a. O mənimlə tanış olmaq istəyir. Səsimi dəyişim. Tanıyan-
falan olmasın.
Q o r x m a z o v (başqa səslə). Xanım, müqəddəs yanınızda oturmaq
olar?
D ü n y a. Niyə olmur ki.
Q o r x m a z o v. İcazənizlə... (Yanında oturur.)
D ü n y a (kənara). Nə tərbiyəli oğlandır.
Q o r x m a z o v. Nə üzüyola xanımdır... (Dünyaya) Xanım inci,
mirvari dişlərinizə heyfiniz gəlmir ki, tum çırtlayırsınız?
D ü n y a. Dərddən çırtlayıram, dərddən.
Q o r x m a z o v (kənara). Deyəsən bu da mənim kökdədir.
(Dünyaya) Xanım, bu baği cənnətdə kimi gözləyirsiniz?
D ü n y a. Heç kimi, bəs siz?
Q o r x m a z o v. Mən də heç kimi.
D ü n y a. Bəs arvadınız?..
Q o r x m a z o v. Həm var, həm yox. Kaş dünən öləydi bu gün ikinci
günü olaydı.
D ü n y a. Mən də ərim haqqında siz deyəni deyə bilərəm. Sizinki
gözəldirmi?
Q o r x m a z o v. İfritədir. Ata atsan at yeməz, itə atsan it... Bəs sizin
əriniz necə?
D ü n y a. Üzünə baxsanız qusmağınız gələr.
Q o r x m a z o v. Pah atonnan, bəxtimiz beləymiş xanım. Mənim
nəzəri noxtamca buna çarə tapmalıyıq.
D ü n y a. Nə çarə?
Q o r x m a z o v. Deyirəm indi ki, ikimiz də bir dərddəyik, gəlin
yaxından dost olaq.
_____________Milli Kitabxana________________
253
D ü n y a. Nə deyirəm ki...
Q o r x m a z o v. Xanım, sənin o illahi gözəlliyin məni çəkib apardı
eşqimin detski malçik dövrünə... (Dünyanın əllərini ovuşdurur.) Can,
pambıqdır, pambıq. Yoxsa bizim arvadın əlləri kimi, elə bil mişardır-
mişardır...
D ü n y a. Ehtiyatlı olun.
Q o r x m a z o v. Eşqə, məhəbbətə nə ehtiyat canım. Sən mənim
canımsan, ciyərimsən.
D ü n y a (kənara). O nanəcibdən, ərimdən belə şirin söz eşitmədim.
(Qorxmazov) Nə buyurdunuz, cavan oğlan?
Q o r x m a z o v. Heç. (Kənara) Nə həyalı arvaddır! (Dünyaya)
Xanım, gərək bizim bu dostluğumuz ömürlük, yəni pastayannı olsun.
Odur ki, bir insafa gəl, götür maskanı, ta o ay camalının nuru mənim
tomnı qara qəlbimi çadrovı küçəmiz kimi işıqlandırsın.
D ü n y a. Əvvəlcə siz götürun...
Q o r x m a z o v. Yox, əvvəlcə sən aç.
D ü n y a. Olmaya arvadınızdan qorxursunuz?
Q o r x m a z o v. Kişi də arvaddan qorxar? Bəlkə sən ərindən...
D ü n y a. Necə, necə, arvad da kişidən qorxar?..
Q o r x m a z o v. Onda niyə uzadırıq axı.
Tez ol aç o gül camalını,
Görüm üzündəki xalını,
Soruşum sənin əhvalını.
D ü n y a. Saxla, onda gəl ikimiz də birdən açaq.
Q o r x m a z o v. Açaq qadası, açaq. Bax, mən üç deyən kimi ikimiz
də birdən mübarək üzümüzü açırıq.
Sayıram... bir... iki... (kənara) ürəyim nə yaman döyünür. Allah əliyə
Dünya zalımın qızı üstümüzə çıxmaya. (Dünyaya) iki... iki...
D ü n y a. Uzatmayın görək.
Q o r x m a z o v. Bir, iki, bir, iki...
D ü n y a. Ürəyim suya döndü ki, tez!
Q o r x m a z o v. Can, bu da sənə üç!..
Hər ikisi müqəvvasını çıxarır. Hər ikisi lapdan yerə yıxılır.
P Ə R D Ə
_____________Milli Kitabxana________________
254
ÜÇÜNCÜ PƏRDƏ
Qorxmazovun kabineti. Dəmirov başının altına kiçik bir
yastıq qoyub uzanmışdır. Dəmirov əsnəyir, gərnşir.
D ə m i r o v (yuxulu). Nə, danışan kimdir? Cecurnadır! (Hərəkətsiz)
(Yenə zəng) Necə, bakalları qaldıraq padxalimlərin sağlığına? Axmaq...
Burda padxalim nə gəzir... (Hərəkətsiz).
Yenə zəng vurulur. Fatma gəlib divardakı saata baxır və
Dəmirovu silkələyərək zorla ayıldır.
F a t m a. A kişi, bəsdir xoruldadin, dur ayağa!
D ə m i r o v (diksinir). Necə, prikazım gəldi?
F a t m a. Bir qazın yox, iki qazın gəldi... Umsunma, şişərsən, qalx
ayağa!
D ə m i r o v. Arvad, bu dəqiqə yuxuda görürdüm ki, məni Qorx-
mazovun yerinə itələyiblər. (Stol arxasında oturur.) Bax gör yaraşır, hə?..
F a t m a. Eh... cavan ömrümü gör kimlə çürütdüm. Ata, anama nə
deyim.
D ə m i r o v. Yenə şikayət? Məndən artığına gedəcəkdin? Sən bir gör
ərin kimin yanında işləyir!
F a t m a. Uşaq-uşaq danışma!
D ə m i r o v. Yaxşı yadıma saldm, uşaq necədir?
F a t m a. Nigaran qalma, yaxşıdır. Kürəkənimiz səfərdən gələnə kimi
saxlarıq.
D ə m i r o v. Uşaq deyil, çörək ağacıdır, çörək ağacı... Uşağın əsil
atası tapılsaydı daha dərdimiz oimazdı.
F a t m a. Allah Qorxmazova ömür versin ki, özgənin uşağına bu
qədər can yandırır.
D ə m i r o v. Hə, hə, görürsən necə kişidir. Sən isə həmişə onun
dalınca deyinirsən. (Səbir gətirir, asqırır.)
F a t m a. Ürəyimizi bulandırma... Üz-gözündən kifirlik yağır. Tez get
əl-üzünü yu...
D əm i r o v. O da baş üstə! (Getmək istəyir.)
F a t m a. Kişi günorta bazara sən gedəcəksən.
D ə m i r o v. Nə deyirəm ki. (Gedir.)
Gülara (gəlir). Salam, Fatma xala!
Dostları ilə paylaş: |