Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə55/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   52   53   54   55   56   57   58   59   60

_____________Milli Kitabxana________________ 
252 
 
  
canan  əli dəyib, canan... Ədə, görəsən bu dostlar yenə niyə  pərən-pərən 
düşdü? (Bu dəmdə arxadan gələn Dünyanı görür.) Aha, bu nazənin kim 
ola? Əcəb bürüştə yerişi var. (Dünya da skamyada oturub tum çırtlayır.) 
Əcəb quşdur, özü də  gəlib qonub mənim məhəbbət ağacımın  şah 
budağına. Padxod eləyək görək başımıza nə  gəlir. Malağankalar kimi 
simişkə  çırtlaması bir az məni  şübhələndirir. Birdən domarabotnitca-zad 
olar a!.. 
D ü n y a. Görəsən bu oğlan kimdir? Mənə nə həsrətlə baxır. Bəs niyə 
yaxınlaşmır. Eh, hamı bizim kişi kimi sırtıq olmaz ki... 
Q o r x m a z o v. Ehtiyat igidin yaraşığıdır. Səsimi dəyişməliyəm. 
Yoxsa Dünya iyimi duyub gəlib üstümüzə çıxar. 
D ü n y a. O mənimlə tanış olmaq istəyir. Səsimi dəyişim. Tanıyan-
falan olmasın. 
Q o r x m a z o v (başqa səslə). Xanım, müqəddəs yanınızda oturmaq 
olar? 
D ü n y a. Niyə olmur ki. 
Q o r x m a z o v. İcazənizlə... (Yanında oturur.) 
D ü n y a (kənara). Nə tərbiyəli oğlandır. 
Q o r x m a z o v. Nə üzüyola xanımdır...  (Dünyaya) Xanım inci, 
mirvari dişlərinizə heyfiniz gəlmir ki, tum çırtlayırsınız? 
D ü n y a. Dərddən çırtlayıram, dərddən. 
Q o r x m a z o v (kənara). Deyəsən bu da mənim kökdədir. 
(Dünyaya) Xanım, bu baği cənnətdə kimi gözləyirsiniz? 
D ü n y a. Heç kimi, bəs siz? 
Q o r x m a z o v. Mən də heç kimi. 
D ü n y a. Bəs arvadınız?.. 
Q o r x m a z o v. Həm var, həm yox. Kaş dünən öləydi bu gün ikinci 
günü olaydı. 
D ü n y a. Mən də  ərim haqqında siz deyəni deyə bilərəm. Sizinki 
gözəldirmi? 
Q o r x m a z o v. İfritədir. Ata atsan at yeməz, itə atsan it... Bəs sizin 
əriniz necə? 
D ü n y a. Üzünə baxsanız qusmağınız gələr. 
Q o r x m a z o v. Pah atonnan, bəxtimiz beləymiş xanım. Mənim 
nəzəri noxtamca buna çarə tapmalıyıq. 
D ü n y a. Nə çarə? 
Q o r x m a z o v. Deyirəm indi ki, ikimiz də bir dərddəyik, gəlin 
yaxından dost olaq. 
 
  


_____________Milli Kitabxana________________ 
253 
 
 
 
D ü n y a. Nə deyirəm ki... 
Q o r x m a z o v. Xanım, sənin o illahi gözəlliyin məni çəkib apardı 
eşqimin detski malçik dövrünə...  (Dünyanın  əllərini ovuşdurur.) Can, 
pambıqdır, pambıq. Yoxsa bizim arvadın  əlləri kimi, elə bil mişardır-
mişardır... 
D ü n y a. Ehtiyatlı olun. 
Q o r x m a z o v. Eşqə, məhəbbətə  nə ehtiyat canım. Sən mənim 
canımsan, ciyərimsən. 
D ü n y a (kənara). O nanəcibdən, ərimdən belə şirin söz eşitmədim. 
(Qorxmazov) Nə buyurdunuz, cavan oğlan? 
Q o r x m a z o v. Heç. (Kənara)  Nə  həyalı arvaddır!  (Dünyaya) 
Xanım, gərək bizim bu dostluğumuz ömürlük, yəni pastayannı olsun. 
Odur ki, bir insafa gəl, götür maskanı, ta o ay camalının nuru mənim 
tomnı qara qəlbimi çadrovı küçəmiz kimi işıqlandırsın. 
D ü n y a. Əvvəlcə siz götürun... 
Q o r x m a z o v. Yox, əvvəlcə sən aç. 
D ü n y a. Olmaya arvadınızdan qorxursunuz? 
Q o r x m a z o v. Kişi də arvaddan qorxar? Bəlkə sən ərindən... 
D ü n y a. Necə, necə, arvad da kişidən qorxar?.. 
Q o r x m a z o v. Onda niyə uzadırıq axı. 
 
Tez ol aç o gül camalını,  
Görüm üzündəki xalını,  
Soruşum sənin əhvalını. 
 
D ü n y a. Saxla, onda gəl ikimiz də birdən açaq. 
Q o r x m a z o v. Açaq qadası, açaq. Bax, mən üç deyən kimi ikimiz 
də birdən mübarək üzümüzü açırıq. 
Sayıram... bir... iki... (kənara) ürəyim nə yaman döyünür. Allah əliyə  
Dünya zalımın qızı üstümüzə çıxmaya. (Dünyaya) iki... iki... 
D ü n y a. Uzatmayın görək. 
Q o r x m a z o v. Bir, iki, bir, iki... 
D ü n y a. Ürəyim suya döndü ki, tez! 
Q o r x m a z o v. Can, bu da sənə üç!.. 
 
Hər ikisi müqəvvasını çıxarır. Hər ikisi lapdan yerə yıxılır. 
 
                                                   P Ə R D Ə 
 


_____________Milli Kitabxana________________ 
254 
 
 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
Qorxmazovun kabineti. Dəmirov başının altına kiçik bir  
yastıq qoyub uzanmışdır. Dəmirov əsnəyir, gərnşir. 
 
D ə m i r o v (yuxulu). Nə, danışan kimdir? Cecurnadır! (Hərəkətsiz)  
(Yenə zəng) Necə, bakalları qaldıraq padxalimlərin sağlığına? Axmaq... 
Burda padxalim nə gəzir... (Hərəkətsiz). 
 
Yenə zəng vurulur. Fatma gəlib divardakı saata baxır və  
Dəmirovu silkələyərək zorla ayıldır. 
 
F a t m a. A kişi, bəsdir xoruldadin, dur ayağa! 
D ə m i r o v (diksinir). Necə, prikazım gəldi? 
F a t m a. Bir qazın yox, iki qazın gəldi... Umsunma, şişərsən, qalx  
ayağa! 
D  ə m i r o v. Arvad, bu dəqiqə yuxuda görürdüm ki, məni Qorx-
mazovun yerinə itələyiblər. (Stol arxasında oturur.) Bax gör yaraşır, hə?.. 
F a t m a. Eh... cavan ömrümü gör kimlə çürütdüm. Ata, anama nə 
deyim. 
D ə m i r o v. Yenə şikayət? Məndən artığına gedəcəkdin? Sən bir gör 
ərin kimin yanında işləyir! 
F a t m a. Uşaq-uşaq danışma! 
D ə m i r o v. Yaxşı yadıma saldm, uşaq necədir? 
F a t m a. Nigaran qalma, yaxşıdır. Kürəkənimiz səfərdən gələnə kimi 
saxlarıq. 
D  ə m i r o v. Uşaq deyil, çörək ağacıdır, çörək ağacı... Uşağın  əsil 
atası tapılsaydı daha dərdimiz oimazdı. 
F a t m a. Allah Qorxmazova ömür versin ki, özgənin uşağına bu 
qədər can yandırır. 
D  ə m i r o v. Hə, hə, görürsən necə kişidir. Sən isə  həmişə onun 
dalınca deyinirsən. (Səbir gətirir, asqırır.) 
F a t m a. Ürəyimizi bulandırma... Üz-gözündən kifirlik yağır. Tez get 
əl-üzünü yu... 
D əm i r o v. O da baş üstə! (Getmək istəyir.) 
F a t m a. Kişi günorta bazara sən gedəcəksən. 
D ə m i r o v. Nə deyirəm ki. (Gedir.) 
Gülara (gəlir). Salam, Fatma xala! 
  


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə