Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə58/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   52   53   54   55   56   57   58   59   60

_____________Milli Kitabxana________________ 
261 
 
 
B a y r a m a l ı. Biz ölmüşük məgər? 
Q o r x m a z o v. Ölməsəydiniz məni hədələyə bilərdilər? 
Ölmüsünüz? Çarı tapın görək, çarə, ölürəm. 
D i l a v ə r. ölmə, ölmə... fikir vermə, çün o cahildir. 
Q o r x m a z o v. Görürəm sizdən mənə kömək olmayacaq.Tapdım. 
(Zəng  vurur.) Milis idarəsidir? Danışan qonşuluğunuzdakı Qorxmazov... 
Bəli, bəli, atelya modnı Qorxmazovdur. Tez-tez bir milisioner göndərin! 
Nə üçün? Məni öldürəcəklər... Haçan? Lap elə bu dəqiqə. Zarafat nədir 
canım! Seryoznı deyirəm. Milisioner geciksə, mənim üstümdə özünüz də 
qana düşərsiniz, qana! Tez olun, daha dilim söz tutmur. (Trubkanı asır.) 
Dostlar! Siz də göz-qulaq olun! Daha bundan sonra mənə teloxranitelsiz 
gəzmək yaramaz. 
D i 1 a v ə r. Yoldaş Qorxmazov, biz sizi çox igid adam kimi tanıyırıq. 
Nahaq yerə bu qədər təlaş büruzə verirsiniz. 
Q o r x m a z o v. Adə, sən də belə? Yoxsa onu istəyirsiniz ki
gözünüzün qabağında diri-diri dərimi o qədim  şair Nəsimov kimi 
dabanımdan soysunlar? Adə, mən ölsəm, yetim qalarsınız ki... 
 
Bu dəmdə Gülara bir müştəri ilə içəri girir. 
 
G ü l a r a. Bu yoldaş... 
Q o r x m a z o v. Hə!.. Tapança? İntiqam? Hə, hə, nə olub? 
M ü ş t ə r i. Sizin atelya modaya gözəl bir parça vermişdim. Kostyum 
tikisin, sonra da əlli-ayaqlı yox olmuşdur. 
Q o r x m a z o v. Ay rəhmətlik oğlu, sən nə danışırsan az qalmışdı 
bayaq mən özüm əlli-ayaqlı yox olam. 
M ü ş t ə r i. Bu cavab olmadı, yoldaş direktor. 
G ü l a r a. Yoldaş haqlıdır. Onun kostyumunu aparanı tapıb ağır 
cəzalandırmaq lazımdır. 
Q o r x m a z o v. Tapaq da... yoldaş, kostyumunu aparan qardaşım da 
olsa padsud verəcəyəm, padsud. 
B a y r a m a 1 ı (büzüşür). Yoldaş Qorxmazov, vacib işim var. İcazə 
verin mən gedim. 
Q o r x m a z o v. Get. 
M ü ş t ə r i (onu yaxalayır). Aha, yoldaş, bir dəqiqə... 
B a y r a m a l ı (müştəriyə yavaşdan). Mən ölüm burda yox... bayırda. 
Q o r x m a z o v. Adə deyəsən tanış çıxdınız axı? 
 
  
 


_____________Milli Kitabxana________________ 
262 
 
 
M ü ş t ə r i. Özüylə yox, bu kostyumla tanışam. Axır ki, tapıldı. 
Budur mənim kostyumum. 
Q o r x m a z o v. Adə Bayramalı... 
B a y r a m a l ı. Vallah... bir günlüyə götürdüm ki, sabah sizin şərəfli, 
təntənəli mübarək ad gününüzdə xəcil olmayım. 
Q o r x m a z o v. Tez get soyun kişinin kostyumunu qaytar özünə. 
B a y r a m a l ı. İndi? 
Q o r x m a z o v. Əlbəttə indi. 
B a y r a m a l ı. Lüt qalım deyirsən? 
Q o r x m a z o v. Axmaq, lüt niyə? Onunkini qaytar özünə. Bir 
başqasınkini keçirt əyninə, qurtarsın getsin. Yoldaş, bağışla, səhv olub. 
Hamınız gedin. Gülara, sən qal, səninlə vajnı söhbətim var. 
G ü l a r a. Qulaq asıram, buyurun. 
Q o r x m a z o v. Gülara, gəl barışaq. (Ona əl uzadır.) 
G ü l a r a. Başa düşmürəm. 
Q o r x m a z o v. Bu uşaq məsələsinə görə gözümdən yaman 
düşmüşdün. Bayaqkı əhvalatdan sonra gözümdə yenə ucaldın göylərə... 
G ü l a r a. Gəlin bu barədə danışmayaq. 
Q o r x m a z o v. Niye axı... Bayaq öz gözlərinlə görüb, qulaqlarınla 
eşitmədin məgər? Yoxsa yenə şübhən var? 
G ü l a r a. Bilmirəm. 
Q o r x m a z o v. Çox yaxşı bilirsən, görürəm, yaman pərtsən. Mən 
əvvəldən səni xəbərdar eləmişdim. Bu şairdir, bu artistdir, bu rəssamdır... 
nədir. Bu tayfa... 
G ü l a r a. Dedim ki, bu barədə danışmayaq, vəssalam. Gəlin  əsas 
işdən danışaq. 
Q o r x m a z o v. Aaz, əsası elə budur də. Biz bununla da məşğul 
olmasaq, bəs nə ilə məşğul olacağıq. Planımızı da doldurmuşam... 
G ü 1 a r a. Bəli, fədakar işçilərimizin sayəsində. 
Q o r x m a z o v. Xeyr, mənim rəhbərliyim sayəsində. Xalqın 
gözündən pərdə asmaq olmaz. 
G ü l a r a. Düzdür... Bayramalı, Dilavər sizin gözünüzdən elə qalın 
pərdə asmışdır ki, onu yırtmaq çox çətindir. 
Q o r x m a z o v. Bilin ki, məni öz səmimi dostlarımdan ayırmaq çox 
çətindir. 
G ü l a r a. Doğrusu, siz həyatdan çox geri qalmısınız. 
Q o r x m a z o v. Uşaq-uşaq danışma, mən həyatdan geri qalmış 
olsaydım, bu zorbalıqda uçrejdenini mənə tapşırmazdılar. Gülara, gəl daşı 
 
  


_____________Milli Kitabxana________________ 
263 
 
 
ətəyindən tök yerə, əl çək o qarğaturistdən. (Kənara) Tapança, intiqam... 
(Gülaraya) O səni almayacaq. Bayaqkı qızın gününə sahb bütün zemnoy 
şarda bədnam eləyəcək... Yoxsa inanmırsan? 
G ü l a r a. Bilmirəm. Bəlkə də... 
Q o r x m a z o v. Gülara, onun adını ürəyindən poz getsin. 
G ü 1 a r a. Əvvəla mən onun adını ürəyimə tabaşirlə yazmamışam ki, 
asanlıqla poza bilim. İkinci... Bayaqkı hadisəni, soyuq qanlılıqla yoxlayıb, 
sonra bir qərara gəlməliyəm. 
Q o r x m a z o v. Daha buna sözüm yoxdur. O, qudurğan hələ məni 
öldürmək fikrinə də düşüb. (Diksinir.) Tapança, intiqam! Yox, yox, mən 
belə  şəraitdə  işləyə bilmərəm. Biri əxlaqsızlıqla məşğul, o biri stoluma 
göz dikib. O biri də, yəni sən... 
G ü l a r a (gülür). Stol nə sizindir, nə mənim. 
Q o r x m a z o v. Yox, bu stol mənimdir, mənim! Qoy bu saat 
yuxarıya bir zəng vurum... Görərsiniz mənim gücümü... (Telefonu 
götürür.) Allo... zanitdir. 
G ü l a r a. Siz özünüz özünüzü ifşa edirsiniz. Bundan xəbəriniz 
varmı? 
Q o r x m a z o v. Məni ifşa eləyəcəksən. Tez mənim kabinetimdən 
bayıra çıx, yoxsa bu dəqiqə ürəyim partlar... Vay, vay... 
G ü l a r a. Oyunbaz! (Gedir.) 
Q o r x m a z o v. Yox, bunlar məni hərtərəfdən okrujeniyaya alıblar. 
Yox, mən də intiqam alacağam!.. 
D ə m i r o v (gəlir). Gəldilər. 
Q o r x m a z o v. Milisionerler? 
D  ə m i r o v. Yox... iki nəfər keçdi Gülaranın yanına. Dedilər ki, 
yanımıza heç kimi buraxmayın. 
Q o r x m a z o v. Qocaydılar, yoxsa cavan? 
D ə m i r o v. Nə o, nə o. Yəqin qəmissiyadan-zaddandır. 
Q o r x m a z o v. Bayquş, ağzını xeyirliyə açsan olmaz? 
D ə m i r o v. Nadir də bayaq məndən o Rəhilə xanımı soruşurdu. 
Q o r x m a z o v. Demədin ki, heç nə bilmirəm? 
D ə m i r o v. Dedim. İnanmadı. 
Q o r x m a z o v. Dəmirov, get göz-qulaqda ol, mən yaman 
yorulmuşam. Gedim bir kəlləmi bərkidim. 
D ə m i r o v. Xatircəm ol. (Gedir.) 
Q o r x m a z o v. Başıma nə kül töküm. Hara zəng vurum? Raykoma? 
Yox, ora mənim xodum yoxdur, yox... (Portfelini qapıb qapı ağzına 
 
  


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə