Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə60/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   52   53   54   55   56   57   58   59   60

_____________Milli Kitabxana________________ 
267 
 
 
D i l a v ə r . Sansız təşəkkür... Çün bir saniyə... xamuş... 
Q o r x m a z o v. Tişi!.. 
D i l a v ə r 
 
Sən ey insan kimi hər bir zadı yaxşı qanan stol!  
Səni harda doğubdur söylə rəhmətlik anan, stol?  
Vəfasızsan, sürüşkənsən, yenə sənsən mənə imdad,  
Edirsən piri sən bir an içində nocavan, stol!  
Elər arzu bütün dostlar bu gün bu yomialidə,  
Otursun Qorxmazov yoldaş dalında hər zaman, stol! 
 
Q o r x m a z o v. Sən məni ağlatdın, gəl öpüm səni, mehriban 
dostum! (Dilavəri öpüb ağlayır.) 
D i 1 a v ə r. Sansız təşəkkür. Bəs sən bizə nə hazırlamısan?  
Q o r x m a z o v. Quzu ətindən kabab, yanında da al şərab.  
D i l a v ə r. Ötürrük, olar səvab.  
Q o r x m a z o v. Nə tez tapırsan cavab?  
D i l a v ə r. Pəh pəh, ölmə! Ölmə! Siz xalis şairsiniz ki, var.  
Q o r x m a z o v. Mən sənin yanında bir qələt eləyə bilmərəm.  
D I l a v ə r. Sansız təşəkkür! İcazənizlə şəxsinizə yazdığım qəzələ guş 
edin, xamuş! 
Q o r x m a z o v. Tişi!  
D i l a v ə r 
 
Mübarəkdir sənin bu ad günün alicənab dostum,  
Yedirdən hər qonaqlıqda bizə bollu kabab dostum.  
Bilir aləm ki, içməzsən, yeməzsən bir kərə mənsiz,  
Sənə ad qoymuşam çoxdan araq dostum, şərab dostum.  
Gələn həftə həmin burda, bizi cəm eylə xudmani,  
Səhər cızbız yeyək. Axşam yeyək yağlı qutab, dostum! 
 
Q o r x m a z o v (əl çalır). Malades, mənim yağlı qutab dostum!  
D ə m i r o v (gəlir). Salam, necəsən, yaxşısan? Gecikməmişəm ki?           
Q o r x m a z o v. Deyirsən sənin də yolunu gözləyək? Dəmirov (ona 
bir  daimi ruçka verir). Buyur, bu da mənim hədiyyəm. Ancaq camaat 
dağlışandan sonra açıb baxarsınız. 
Q o r x m a z o v (kağızı açıb baxır). Adə, bura mənim öz ruçkamdır 
ki... 
 
  


_____________Milli Kitabxana________________ 
268 
 
 
D ə m i r o v. Zaddır, şeydir... 
Q o r x m a z o v. İki gündür bunu axtarırdım. 
D ə m i r o v. Əldən almşam. 
Q o r x m a z o v. Ayrı qiymətli bir şey tapa bilmədin? 
D ə m i r o v. Bunun mənası ən böyük hədiyyələrdən də böyükdür.  
Mən, nəinki mən, bütün biz dost-aşnaların istəyirik ki, siz həmişə bu 
ruçka ilə prikazlara qol çəkib hamımıza rəhbərlik eləyəsiniz. (Onun üst-
başını çırpır.) Ancaq öldürsələr də əyilməyəcəyəm! 
      Q o r x m a z o v. Adə bu padarkaların hamısında dərin, yekə bir mısıl 
varmış ki. (Çalğı  səsləri gəlir. Qorxmazov özünü kabinetdə hesab edir, 
masada  zəng yeri axtarıb barmağıyla basır.) Adə, bunun zəng yerisi 
yoxmuş ki Dəmirov, tez keç qapıya. 
D ə m i r o v. Burda da qapıçı olacağam? 
Q o r x m a z o v. Yox adə, qonaqlarımın qabağına çıx deyirəm. 
D ə m i r o v. Nə deyirəm ki. (Qapıya gedir.) 
Q o r x m a z o v. Gəl Dilavər bir vuraq. (İçirlər.) 
D ə m i r o v (qayıdır). Muştuluğumu ver. Sizi götürdülər. 
Q o r x m a z o v (udqunur. Stola oturur). Necə? Məni işdən 
götürdülər? Nə ixtiyarla? 
D ə m i r o v. Şeydir, zaddır... Sizi götürdülər. 
Q o r x m a z o v. İşdən? 
D ə m i r o v. Yox, sizi gətirdilər bura. (Qorxmazov sakit olur.) 
Q o r x m a z o v. Götürmədilər, gətirdilər, hə? Adə  dəli olmusan, 
nədir? Mən burda ola-ola məni bura kim gətirə bilər axı? 
D ə m i r o v. Bu gözlərimlə gördüm. Başınıza örpək də salıblar. 
Q o r x m a z o v. Deyirsən bu ağsaqqal vaxtında məni gəlin 
köçürürlər? İtil gözümdən... (Dəmirov qapıya gedir.) Dilavər, bu nə işdir? 
Yoxsa ikinci bir Qorxmazov çıxıb? 
D i l a v ə r. Çün cəfəng söyləyir. 
Q o r x m a z o v. Sən öləsən, bir də gördün ki, mənə oxşamayanın biri 
oturub stolumun dalında deyir ki, mənəm nastoyaşşı Qorxmazov, sən 
kimsən? 
Bu an vağzalı havası müşayiətilə bir dəstə qonaq həyətə girir. 
Bayramalnın qucağında bir qarpız var. Dəmirov u n başında örtüklü 
bir büst. Dəmirov rəqs edərək gəlir, Qorxmazovun qabağında dayanır. 
D ə m i r o v. İndi ver muştuluğumu. 
 
  
 


_____________Milli Kitabxana________________ 
269 
 
 
Q o r x m a z o v. Adə bu kəllə qəndi hardan tapdınız? 
D ə m i r o v. Qənd deyil, boş kəllədir. 
Q o r x m a z o v. Ay lotu, bəs o dediyin adam hanı? 
D ə m i r o v. Budur ey... (Örpəyi açıb Qorxmazovun büstünü nümayiş 
etdirir.) Sizi gətirdilər, ya yox? 
Q o r x m a z o v. Doğrudan da gətirdilər. Adə bu xalis mənəm ki. 
D i l a v ə r. Ölmə, ölmə... Əcibülheykəl, əcibülheykəl. 
Q o r x m a z o v. Əcəb kəldir, nədir adə? Ay dost, gözünü aç yaxşı 
bax. Bu kəl-zad deyil, mənəm ey... 
B a y r a m a l ı. Bnu sizin anadan olan gününüz münasibətilə şəxsən 
öz tərəfimdən adınıza qayitdırmışam. Qoy gələcəkdə  nəvə-nəticələriniz 
buna baxıb sizi yad eləsinlər. 
Q o r x m a z o v. Adə, sonsuz adamın da nəvə-nəticəsi olar? 
B a y r a m a l ı. Onda camaat baxar. 
Q o r x m a z o v. Aşna, qızıldandır, yoxsa gümüşdən? 
B a y r a m a lı. Kirəcdən. 
D ə m i r o v. Adə, vurrey, yaşasın kirəc Qorxmazov. 
D i l a v ə r. Xamuş! 
Q o r x m a z o v. Tişi! 
D i l a v ə r 
 
Qəbrə girənəcən dostuq səninlə,  
Bu sol əlin, mən də sağ əlin, sənin!  
Araq dostlarına arxayın ol ki,  
Yadigar qalacaq heykəlin sənin! 
 
Q o r x m a z o v. Əlbəttə, qalacaq. Daba tez oturun. Əlli yaşımı 
tamam eləyək. 
D i l a v ə r. Kəsin bu nalələri, doldurun piyalələri. Xamuş! 
Q o r x m a z o v. Tişi! 
D i l a v ər. Birinci piyaləni qaldıraq, alicənab, təvazökar, ürəyi  əli 
kimİ, əli ürəyi kimi açıq aşnamız Qorxmazovun sağlığına. 
D ə m i r o v. Vurrey... 
 
İçirlər. 
 
D i l a v ə r. Çün pişi əz vaxt tarzən qələyanə gəlsin. Xanəndə tüğyan 
etsin. Biz də guş edək. 
 
 


_____________Milli Kitabxana________________ 
270 
 
 
Q o r x m a z o v. Prostoy danışsana, biz də başa düşək.  
B a y r a m a l ı. Çalın, oxuyun... Mən ölüm ürək yandıran. 
 
Çalıb oxuyurlar. 
 
Q o r x m a z o v. Bu saat təbiətin xolodelnikindən görün sizə  nə 
çıxaracağam. (Kəndirlə quyudan içki çıxarır.) 
D i 1 a v ə r. Badələri doldurun, piyalələri qaldırın. İçək ən namuslu, 
ən nəcib, ən həyalı, ən səxalı, ən vəfalı... 
Q o r x m a z o v. Ən cəfalı. (Dünya gəlir.) 
D i l a v ə r. Ən səfalı, Dünyamızın sağlığına! 
D ü n y a. Var olun! 
D i l a v ə r. İlham gəldi. Xamuş! 
D ə m i r o v. Tişi!.. 
Q o r x m a z o v. Mənim sözümün duzunu qaçırtma. Tişi!.. 
D i l a v ə r 
 
Şəkərdən də şirindir ta əzəl gündən dilin, Dünya,  
Sevin ki, qarğudan da xeyli nazikdir belin, Dünya.  
Fərasətdə, nəcabətdə, gözəllikdə tayın yoxdur,  
Yanında kaftara bənzər Gülara tək gəlin, Dünya!  
Sənin sayəndə tez-tez cəm olur dostlar bu xəlvətdə,  
Çinardan da uzundur çüm səxavətdə əlin, Dünya! 
 
H a m ı. Vurrey... 
D ü n y a. Şair belə olar. Yoxsa o... 
Q o r x m a z o v. Zəmanə  şairlərini deyirsən?  (Telefon zəngi, 
Qorxmazov  telefon dəstəyini götürür. Bir əlində piyalə var.) Qulaq 
asıram. Necə? Təcili, yay klubuna gəlim? Əvvala otdıxım mənimçün hər 
şeydən vajnıdır.  İkinci,  əlimdə çox vacib işim var. (Piyaləni vurur 
telefona.) 
B a y  r a m  a 1 ı. Yoldaş Qorxmazov, siz bir qədər uzansanız 
yaxşıdır. 
D i 1 a v ə r. Vətənbaz da yorular? Mən frontlarda vuruşanda siz 
bilmirəm hansı siçan deşiyini satın almışdınız. Mənim gəzmədiyim şəhər, 
kənd qalmayıb, mən necə bir partirot... Adə hanı o kart? 
B a y r a m a 1ı (cəld cibindən oyun kartını çıxarıb əlində oynadır). Bu 
dəqiqə... Aşna çəkirik? 
Q o r x m a z o v. Ay lotu, o kartı yox. Cümlə cahan kartını deyirəm. 
Dünya, sən atanın goru o dünya kartını gətir bura... (Dünya ona xəritə 


_____________Milli Kitabxana________________ 
271 
 
 
verir. Qorxmazov xəritəni açıb ağacdan asır. Sonra manqalın üstündən 
kabab şişini qapır.) Yaxşı-yaxşı baxın. Mən ata müharibəsində. 
D i l a v ə r. Çün dərk etmədik. 
Q o r x m a z o v. Ata müharibəsi, ay nadanlar, yəni oteçestki voyna. 
O vaxt mən burda, xüsusilə burda elə işlərdən çıxmışam ki. (Xəritədə bir 
nöqtəni göstərir.) 
D i l a v ə r. Çün... Yoldaş Qorxmazov, bura ki Həmədandır. 
Q o r x m a z o v. Həmədan olsun. Coğrafiyadan həmişə beş alardım, 
arvad mənd huş qoydu ki... 
D ü n y a. Əvvəldən varındı ki!.. (Qapı  zəngi vurulur, Dünya gedib 
qəzetləri alır.) Al, bu da sənin qəzetlərin. 
Q o r x m a z o v. Axır ki, ordenlərimiz öz əl-ayağıyla gəlib çıxdı. 
B a y r a m a l ı. Sizi avansom təbrik. 
H a m ı. Avansom, avansom. 
Q o r x m a z o v. Mənim nəqdimi nisyəyə nə üçün döndərirsiniz axı? 
D i l a v ə r. Susdurun naxalları, qaldırın bakalları. 
Q o r x m a z o v. Mən ölüm! Ürəyim suya döndü. Oxu görək mənə 
hansından veriblər. 
D i l a v ə r. Qorxma, çün meydan genişdir, durma çap at, Qorxmazov! 
Q o r x m a z o v. Əhsən! Öz başma iş görüb aldın mükafat, 
Qorxmazov! 
D i l a v ə r. Çün iqdam edirəm qəzeti mütaliəyə. (Qəzetə göz gəzdirir. 
Gah  çiynini dartır, gah başını bulayır.)  Təqazeyi cahandır də. Eləyirlər 
də. 
Q o r x m a z o v. Tez da ordenlərimizi ver taxaq. 
D i l a v ə r (oxuyur). Lenin ordeni ilə. Lenin adına fabrikin 
staxanovçusu. 
Q o r x m a z o v. Özgələrdə nə işin adə. Bizimkiləri oxu. 
D i l a v ə r. Qızıl əmək bayrağı ordeni ilə Sadıqzadə Gülara. 
D ə m i r o v. Can, can, vurrey!.. 
Q o r x m a z o v. Zəhrimar vurrey, çor vurrey!.. Dalını tez, tez dalını 
oxu! 
D i l a v ə r. Rəsulzadə Nadir. 
Q o r x m a z o v. Bağrımı yarma. 
D i 1 a v ə r. Qor, qor, qor. 
Q o r x m a z o v. Adə növbə çatdı mənə. 
 
  
 
 


_____________Milli Kitabxana________________ 
272 
 
 
Piyalələri bir-birinə vurub içirlər. 
 
D ə m i r o v. Vurrey, vurrey!.. 
Q o r x m a z o v. Dilavər, sən məni təzədən dünyaya gətirdin. Az 
qalıb şadlığımdan başımı itirim. 
D ə m i r o v. Qorxma, itirsən axtarıb taparıq. 
Q o r x m a z o v. Vallah uçuram ey, uçuram. 
D ü n y a. Çox yuxarılarda uçma, uçularsan. 
D i l a v ə r. Çün ərz eləyirəm ki, mabədinə qulaq asın. 
Q o r x m a z o v. Adə, indicə Qorxmazov demədin? 
D i l a v ə r. Çün Qorda qaldım. 
Q o r x m a z o v. Onda tez ol tamamla məni. 
D i l a v ə r. Sansız təşəkkür...Qor,qor,qor... (Qorxa-qorxa oxuyur.) 
D ə m i r o v. Güc elə! 
Q o r x m a z o v. Mənim familimdə  nə  qədər qor var ki, bu qədər 
höccələyirsən! 
D i l a v ə r. Qornastayeva Lida. 
Q o r x m a z o v. Necə? Dalını oxu. 
D i l a v ə r. Dalı qeyri-şəxslərdir. 
Q o r x m a z o v. Adə  bəlkə  məni rəhbəriniz kimi ayrıca ukazla 
naqradıt eləyibiər. Birinci səhifəyə baxmısan? 
D i l a v ə r. Bəli, orda da yoxsunuz. 
Q o r x m a z o v. Axırıncı səhifədə necə? 
D i l a v ə r. Odra da bir şey görmürəm. 
Q o r x m a z o v. Axırıncı səhifənin lap axırına necə, baxmısan? 
D i 1 a və r. Çün orda arvadından boşananların, rəhmətə gedənlərin 
elanları var. 
Q o r x m a z o v. Deyirsən mən rəhmətə gedənlərin siyahısında da 
yoxam? 
D ü n y a. Yıxdı bu arvadlar kişinin evini. 
Q o r x m a z o v. Belə, dostlar, siz öləsiniz, daha dünyanın zibili 
çixdı. 
D ü n y a. Nə dedin? Zibilim çıxdı? 
Q o r x m a z o v. Sənin yox, cümlə cahan dünyasının. Aman, ürəyim 
bir təhər oldu. Dostlar, yuxum çin çıxdı. 
B a y r a m a l ı. Yuxuda nə görmüşdünüz? 
Q o r x m a z o v. Qulaq asın! 
D i l a v ə r. Xamuş! 
  
 


_____________Milli Kitabxana________________ 
273 
 
 
Q o r x m a z o v. Tişi!.. Görürəm ki, ölmüşəm. Tabutumu çiyninizə 
alıb məni qəbiristanlığa aparırsınız. Orkestr bir tərəfdə, qoşa zurna o biri 
tərəfdə çalır.  (Dəmirov məclisdəki çalanlara işarə edir. Onlar ahəstə 
matəm havası  çalır. Dəmirov bir şiş qapıb dirijorluq eləyir.) Arxamca 
venok götürən gözəl, göyçək qızların bir ucu burda, o biri ucu 
qəbiristanlıqda. 
D ü n y a. Əclafın ölüsü də qızlardan əl çəkmir. 
Q o r x m a z o v. Görürəm ki, şəhərdə maşın, trolleybus, tramvay 
gediş-gəlişi kəsilib. 
D ə m i r o v. Səni basdırıb evə piyada qayıdacağıq? 
Q o r x m a z o v. Görürəm ki, qəbrim hazırdır. Əli lapatkalı Dilavər 
və Bayramalı ağlaya-ağlaya üstümə torpaq tökürlər. 
Dilavər və Bayramalı ağlamsınır. 
D  ə m I r o v (onu silkələyir).  Bəs mən nə qayırıram? Mən də 
ağlayıram? 
Q o r x m a z o v (xəyal aləmindən ayılır).  Hə, necə?.. Avansom 
ağlaşmayın!  (Çalğıçılara)  Kəsin! Mən seryoznı ölmüşəm ki, paxaronnı 
çalırsınız? Yox, mən ölməmişəm, ölməyəcəyəm də, yox, yox... 
D i l a v ə r. Ölmə, ölmə... Çün qəm yemə... qalibiyyət yenə sizinlə 
olacaq. Qoy müğənni bir təğənni etsin. 
 
Çalğıçılar çalır, Qorxmazov ah-uf eləyir. 
 
Q o r x m a z o v (əsəbi). Adə, bağrım çatladı ki... Burda barmaq var... 
barmaq. Mənim cibimdə daşdan, poladdan keçən elə xarakteristikalarım 
var ki, adamın atasını səriyər dalına. Bu bir, bu iki... (Kağızları stol üstə 
atır. Dünya diqqətlə baxır. Bir şəkil götürür.) 
D ü n y a. Budur sənin daşdan, poladdan keçən xarakteristikan? Bu qız 
kimdir? 
Q o r x m a z o v. Staxanovçu qızdır. Məndən qəzetlər istədi, mən də 
qoydum cibimə ki... 
D i l a v ə r. Dünya xanım, sakit ol! Onun cibindən nümayan olan 
afəti-dövranın surəti... 
D ü n y a. Sən də ona həyan çıxırsan? Mən daha bu xarabada qala 
bilmərəm. Mənim kimi namuslu qadına xəyanət... Yox, sən bu evdən rədd 
olmalısan! 
  
 
 
 


_____________Milli Kitabxana________________ 
274 
 
 
D ə m i r o v. Bu dəfəlik onun zadını, günahını bağışlayın mənə.  
 
Bu dəmdə Gülara gəlir. 
 
G ü l a r a. Salam... Deyəsən gəlib məclisin axırına çatmışam. 
D ü n y a. Buyurun, bu da bir nümayan. (Gülaraya). Səni kim çağırıb 
gəlmisən? Tez itilin mənim evimdən! 
G ü l a r a. Qonağı qovmazlar. Bir də  mən Qorxmazovu canlı bir 
hədiyyəylə təbrikə gəlmişəm. 
M i l i s i o n e r (içəri girir. Əlində kağız). Nəhayət, sizi evdə tapdım. 
Buyurun imza atın. Sizi məhkəməyə çağırırlar. 
D ü n y a. Bu nə sözdür, nəyə görə? 
M i 1 i s i o n e r. Mağazindəki hadisəyə göra, atelye modadakı 
hadisəyə görə. 
D ü n y a. Mən məhkəməyə gedən deyiləm. Məhkəməyə  mənim 
istirahətimi pozan bu qızı, bir də bu əclafı aparın. Tez bunları basın 
rayona. 
M i l i s i o n e r. Xanım, imza atınız. 
D ü n y a (milisionerə). Niyə durub baxırsan?  İstəyirsən tapançanı 
belindən açıb bunları rayona mən özüm aparım? 
M i 1 i s i o n e r. Mən sizi bir daha xəbərdar edirəm. Bu dəfə elə 
zarafat yoxdur. Atınız imzanızı! 
D ü n y a. Bütün dünyanın milisionerləri də gəlse Dünya qorxan deyil. 
(Gülaraya) Sən niyə dayanıb durmusan? Get, bir də gözüm səni 
görməsin! 
G ü l a r a. Qoy onda ərinizin qiymətli hədiyyəsini təqdim eləyim, 
sonra. 
Q o r x m a z o v. Malades Gülara... Padarka sənnidir? 
G ü l a r a. Çox. 
M i l i s i o n e r (fit verir). İmza atınız, imza atınız, imza atınız!..  
D ü n y a. Atmıram, atmıram, atmıram, al canın dincəlsin. (İmza atır.)  
M i l i s i o n e r. Məhkəmədə görüşənə qədər (gedir). 
 
Gülara qapıdan səsləyir. Fatı, Rəhilə qucağında uşaq içəri girir. 
 
Q o r x m a z o v. Vay... (Özündən gedir.) Mən doğrudan da öldüm.  
D i l a v ə r. Ölmə, ölmə... 
 
Dəmirov qrafindən ağzına su alıb Qorxmazovun üzünə püfləyir. 
  


_____________Milli Kitabxana________________ 
275 
 
 
G ü l a r a. Hədiyyə o qədər canlı hədiyyədir ki, sevindiyindən ərinizin 
ürəyi getdi. 
D ü n y a. Bu bic balanı nə ixtiyarla mənim evimə gətiribsiniz? 
G ü l a r a. Atasıyla görüşə gətirmişik. (Nadir tez gəlir.) 
Q o r x m a z o v (ayılır). Yalandır, yalan. Uşağı mənim üstümə niyə 
gətirmisən? 
D ü n y a. Atası sənin adamın Nadir ola-ola. 
N a d i r. Biz adresi düz tapmışıq. 
F a t ı. Məni bağışlayın... Uşaq  əvvəl bizdəydi, gəlinim  əmizdirirdi. 
Sonra dünən bu külbaş ərim uşağı alıb ayrı yerə aparmaq istəyirdi. Mən 
qoymadım, uşağı mənə Qorxmazov tapşırmışdı. 
Rə h i 1 ə. Məni o bədbəxt elədi, o... 
D ü n y a. Cavab ver, ağa Qorxmazov. 
N a d i r. Cavaba ehtiyac da yoxdur. Məsələ aydındır. Mən də 
Qorxmazovu iki münasibətilə  təbrikə  gəlmişəm. Biri anadan olması 
münasibətilə... 
Q o r x m a z o v. Təşəkkür. 
N a d i r. O biri də buyurun baxın. "Kirpi"də sizi xüsusi qeyd 
eləyiblər. 
Q o r x m a z o v. Orden veriblər? 
N a d I r. Hətta şəklinizi də vurublar. 
D ə m i r o v. Adə vurrey... 
Q o r x m a z o v (lovğalanır). Adə Dilavər, nankor, məni qəzetdə yox, 
jurnalda naqradit eləyiblər.  (Jurnala baxır.) Adə, bu sənin çəkdiyin 
şəkildirki... 
N a d I r. Bəli, bu mənim çəkdiyim karikaturadır. 
Q o r x m a z o v. Malades sənə qarğaturist! Gördün zəhmətin zay 
olmadı. Dilavər, al oxu görək. Məni necə tərifləyiblər? 
D i l a v ə r (jurnala baxır). Çün piş əz vaxt. Bərayi məlumat, çün... 
Q o r x m a z o v. Uzatma, adə başda nə yazıblar? 
T e a t r. Yazıblar ki, gəldi gedər... 
Q o r x m a z o v. Necə? Nə ixtiyarla? Kim yazıb bu iftiranı? 
G ü l a r a. Mən, Gülara Sadıqzadə. Bu da imzam. (Jurnalı göstərir.) 
D ü n y a (Qorxmazova). Tez ol çıx mənim xarabamdan... Yoxsa... 
(Onun sport şeylərini qapının ağzına tullayır.) Tez ol! 
Q o r x m a z o v. Adamda insaf yaxşı şeydir. Mən hara gedim, hara? 
D ü n y a. İtil gözümdən! 
 
  
 


_____________Milli Kitabxana________________ 
276 
 
 
Q o r x m a z ov (Rəhiləyə). Ay qız, Rəhilə, keç günahımdan. Gedək 
sizə, ver mənim detski malçikimi. 
R ə h i l ə. Çəkil! 
G ü 1 a r a. Atelye modanın müvəqqəti müdirliyi, orada təmizlik 
aparılması mənə tapşırılmışdır. Rəhilə də bizdə işləyəcək. 
D ə m i r o v. Adə vurrey... (Cəld əkilib Gülaranın tuflisini təmizləyir.) 
Öldürsələr də əyilməyəcəyəm. 
D i l a v ə r. Xamuş! 
 
Zamanın qəhrəman, dilbər qızı ancaq Gülaradır,  
Ədalət göylərində çün qızıl bayraq Gülaradır. 
 
Q o r x m a z o v. Deməli mən daha yoxam? Hamıya yer də düzəldi, iş 
də, Dünya! Gülara, Nadir, Dilavər, Bayramalı, adə  Dəmirov...  (Hamı 
ondan üz çevirir.) Belə... Gedək görək başımıza nə gəlir. (Birdən dönür.) 
Bir sual. 
D i l a v ə r. Xamuş! 
Q o r x m a z o v. Mənim evimi yıxan sənin xamuşun olmadı məgər? 
Mənim huşum, yerindən oynayıb. Siz allah, bir deyin görüm o şəklin 
altında nə yazıblar? 
H a m ı. Gəldi-gedər. (Qəhqəhə) 
 
P Ə R D Ə 
 
 
1955-1969 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
277 
 
 
 
 
 
 
 
 
 
MÜNDƏRİCAT 
 
 
PYESLƏR 
 
Çimnaz xanım yuxudadır………………………………………..……7 
 
Qaçaq Nəbi………………………………………………………..…19 
 
Durna…………………………………………………………….…163 
 
Gəldi-gedər………………………………………………………....210 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
278 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SÜLEYMAN RÜSTƏM 
 
SEÇİLMİŞ ƏSƏRLƏRİ 
 
ÜÇ CİLDDƏ 
 
III CİLD 
 
"ŞƏRQ-QƏRB" 
 
BAKI-2005 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
279 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Buraxılışa məsul: 
              Əziz Güləliyev 
 
Texniki redaktor: 
              Rövşən Ağayev 
 
Tərtibatçı-rəssam: 
              Nərgiz Əliyeva 
 
Kompyuter səhifələyicisi: 
Ələkbər Kərimov 
 
Korrektor: 
                            Fəridə Səmədova 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
280 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir 22.10.2004. Çapa imzalanmışdır 22.04.2005. 
Formatı 60x90  
 1
/
16.
  Fiziki çap vərəqi 17,5. Ofset çap üsulu. 
Tirajı 25000. Sifariş 90. 
 
Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur. 
 
 

Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə