Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə54/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   50   51   52   53   54   55   56   57   ...   60

_____________Milli Kitabxana________________ 
249 
 
 
Q o r x m a z o v. Deməli, cananın mənə axotu var?  
D i 1 a v ə r. Bəli, var. Çün piş əz vaxt bərayi-məlumat, sizi möhkəm 
tənqid etməsi də nazdır, naz! 
 
Bu deyil tənqidi-şəxsi, bu olur tənqidi-nazi.  
Məni qoyma, ey gözəl qız, o camalına tamarzı. 
 
Odur, müqəvvaffiruş xanım gəlir. 
Q o r x m a z o v. Maska satan qız? Deyirsən biz də maskalanaq? 
D i l a v ə r. Əlbəttə, bərayi-ehtiyat... 
Q o r x m a z o v. Ay qız, maskaları bura gətir görək.  (Qız 
gəlir.)Hansını taxsam yaxşıdır? 
Q ı z. Maskalar püşk ilə satılır. 
Q o r x m a z o v. Qoy elə olsun, ya bəxt! (Torbadan nömrə çıxarır), 
Nömrə 7-ni ver. 
Q ı z (ona ayı müqəvvası verir). Buyurun! 
Q o r x m a z o v. Boyunu yerə soxum belə bəxt! (Hamı maska taxır. 
Musiqi çalınır.) Mən ölüm ora baxın, yenə aləm qarışdı bir-birinə. 
 
Rəqs edənlərin arasında bir qiz oxuyur. 
 
Canan! Bütün aləm bilir eşqimdə düzəm mən,  
Məndən uzaq olsan belə üstündə gözəm mən.  
İşdir sən əgər özgəni sevsən, onu bil ki,  
Od parçasıyam, yandıraram, sanki közəm mən.  
Gördüm səni qarşımda dünən, söylədim ey bəxt  
Alqış sənə cananla yenə üzbəüzəm mən.  
Sənsizliyi az bilmə, gülüın rəngimə bir bax,  
Hicranın ilə gör necə solğun bənizəm mən.  
Yox, yox, dözərəm dərdinə, hicranına canan,  
Hicran seli neylər mənə, coşqun dənizəm mən.  
Gəl sanma özün tək bu Süleymanı vəfasız,  
Qarşmda yenə körpə uşaq tək təmizəm mən! 
 
Dünya Nadirlə söhbət edə-edə gəlir. 
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
250 
 
 
D ü n y a. Sözümü kəsmə, mənə qulaq as, zəmanə yaman dəyişib. Biz 
də  qız olmuşuq, belə  qələtər eləməmişik...  Ərimin pamoşniki Gülaranı 
deyirəm ey... Kişini yoldan eləməyib? 
N a d i r. Buraxın bu dolaşıq söhbətləri. 
D ü n y a. Bizi dolaşığa o salıb... gecə yarıya kimi evimizə zəng olur. 
N a d i r. Nə dediniz? (Fikri dağınıqdır) 
D ü n y a. O gecə yuxusunda Gülara, Gülara deyib gur-guruppaz 
kravatdan endi yerə... Mən də  nə yemisən - turşulu aş, o ki döyməliydi 
döydüm onu. İndi də bütün aləm deyir ki, bir bala doğub verib 
Dəmirovgilə saxlamağa... Guya körpəni Dəmirovun  əliuşaqlı  gəlini 
əmizdirir. 
N a d i r. Uşaq?! Dəmirovgildə!.. 
D ü n y a. Hə, hə, başına çarə qıl, cavan oğlan! 
N a d i r (pərişan). Çarə, əlbəttə çarə. (Dağınıq fikirli yavaşdan bu şeri 
deyir) 
Bir körpə uşaq tək məni əyləndirib oynat,  
Aldat məni, aldat məni, aldat məni, aldat.  
Mən könlümü verdim sənə, heyhat!  
Dedin azdır. Rüşvət deyil əlbəttə könül, sən məni azdır.  
Hər doğru sözüm oldu yalan söz nəzərində,  
Aldandm əzizim yenə sən öz nəzərində.  
Vaxtilə tutardın məni dünyalara üstün,  
Anlat mənə, məndən niyə qaçdın, niyə küsdün? 
 
(Gedərkən Dünya gəlməkdə olan Gülaranı görüb Nadirə süni 
mehribanlıq göstərir.) 
G ü l a r a. Mən nələr görürəm! 
D ü n y a. Gedək, Nadir, sənə sözüm var. 
 
(Gedirlər.)  
 
G ü l a r a. Gedin, artıq mən sizə mane olmuram. 
 
Mən söyləmərəm boş yerə cananə vəfasız,  
Axır məni saldın yenə sən qanə, vəfasız,  
Var məndə vəfa, səndə, gülüm, zərrə vəfa yox,  
Gəl söyləmə sən bir də Gülaranə vəfasız. 
 
 
  


_____________Milli Kitabxana________________ 
251 
 
 
Q o r x m a z o v (tələsik gəlib özünü Gülaraya yetirir). Ay qız!  
G ü l a r a (diksinir:) Bıy, bu kimdir? 
Q o r x m a z o v. Napras yerə qorxursan, mənəm, Qorxmazov.  
G ü l a r a. Çəkilin... rica edirəm. 
Q o r x m a z o v. Gülara, daha bağışlayıram səni. (Gülü iyləyir.)  
Sənin tənqidinin mənasını indi başa düşürəm. 
 
Bu deyil tənqidi-şəxsi, bu olur tənqidi-nazi,  
Məni qoyma, ey gözəl qız, o camalına tamarzı. 
 
G ü 1 a r a. Deyəsən tənqid sizi şair eləyib. 
Q o r x m a z o v. Bəs nə, bu gül məni bir sayaq eləyib ey... 
G ü l a r a. Təbiətin sirri böyükdür. 
Q o r x m a z o v. Təbiət, məhəbbət... Deməli siz də sevirsiniz... 
G ü l a r a. Əlbəttə sevirəm, bu gizli deyil. Lakin vəfasız məni... 
Q o r x m a z o v. Vallah mən də sevirəm. vəfassz zad deyiləm. Bir  
hə de, gör səninçin neyləyirəm, nə!.. 
G ü l a r a. Ona nə edə bilərsən ki?  
Q o r x m a z o v. Qovaram eşqimizə meşat eləyən biganələri. 
G ü l a r a (gülür). Mən nə hayda, siz nə hayda... 
Q o r x m a z o v (fikirləşir). Belə sənin maskanı yeyim, maskanı...  
G ü l a r a, özün görürsən ki, rəhbərliyi necə bacarıram. Ancaq bu 
şoqərib qalstuk bağlamağı bacarmıram ki, bacarmıram.  (Cibindən bir 
qalstuk çıxarır.) Al keçirt boynuma, bağla məni... 
G ü 1 a r a (başını bulayıb gülür). Ver görüm. (Qalstuku 
Qorxmazovun boynunda bağlayır.) 
N a d I r (gəlir). Bağışlayın, mane oldum. 
Q o r x m a zo v. Çalağanturist! 
G ü l a r a. Yoldaş Qorxmazov, rica etdi qalstukunu bağlayım. 
N a d I r (əsəbi). Bərk bağla, qırılıb əlindən qaçmasın. (Gedir.) 
Q o r x m a z o v. Adə, heyvan-zadam ki, kənidiri qırıb qaçam?! 
(Gülara Nadirin dalınca getmək istərkən Qorxmazov əlindən tutub 
dartır.) Bivəfadır, qoy getsin! Gəl oynayaq, gör nə qəşəng havadır. Bunu 
yazanın barmaqlarına əhsən! 
G ü 1 a r a. Belə axmaq zarafatları heç də xoşlamıram. (Onu itələyir, 
Oorxmazov yıxılır.) 
Q o r x m a z o v. Bu havanı yazan, görüm barmaqların qırılsın! 
(Ayağa  qalxır.) Bu qarğaturist nə yaman vaxtda gəldi.  (Qalstuku öpür.) 
Sənə 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə