Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə50/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   46   47   48   49   50   51   52   53   ...   60

_____________Milli Kitabxana________________ 
237 
 
 
Bu dəqiqə başıma bir fikir gəldi. Bu axır vaxtlarda mən çox qorxuram 
ki, düşmənlərim, həriflər mənim suyuma qəsd eləsinlər. Olmaz ki, bundan 
sonra sən xüsusi mükafatla məni evdən işə gətirib, işdən evə aparasan ki
düşmənlər qara niyyətlərinə nail olmasınlar? 
M i 1 i s i o n e r. Sizin başınıza hava gəlib, nədir? 
Q o r x m a z  o v. Gəlməyibsə də, bundan sonra gələr inşallah. 
D ü n y a. Uzun sözün qısası, kişi, əmr elə artıq adamlar çıxsın bayıra. 
M i 1 i s i o n e r. Görünür, bu otaqda yox, o biri otaqda şahidlərin 
əliliə akt bağlamalı olacağam. (Digər otağa keçir.) 
Q o r x m a z o v (Dəmirova). Dəmirov... Siz allah çalışın milisioneri 
dilə tutun akt bağlamasın. 
D ə m i r o v. Görək də. (Dəmirov gedir.) 
D ü n y a (birdən şəkli görür). Bıy, bıy, bayaqdan bunu görmürdüm, A 
kişi, bu ayı kimdir, hə? 
Q o r x m a z o v. Mənəm, ay arvad, ayı nədir? 
D ü n y a. Yaxşı, mənim başım o biri otaqda milisionerlə qanşıq 
olanda sən kabinetinə heç kəsi buraxmayıb öz zamınla nə  pıç-pıç 
eləyirdin hə! 
Q o r x m a z o v. İşdən danışırdıq. 
D ü n y a. Hansı işdən? 
Q o r x m a z o v. Mejdunarodnı  məsələlərdən. Yaxşı  işçi olmasına 
baxma, yaman kəmsavaddır. Axı gərək kadromuzu tərbiyələndirək də. 
D ü n y a. Əcəb müəllimsən. Vallah məəttələm ki, cavan-cavan gözəl-
göyçək qızlar bunun par-par parıldayan tüksüz kəlləsində nə görürlər. 
Q o r x m a z o v (gülərək). Arvad, qaydadır pərvanə işığa gələr. 
D ü n y a. Yaxşı, mən o pərvanələri sənin başında ağcaqanada 
döndərməsəm Dünya deyiləm. 
Q o r x m a z o v. Niyə  qısqanırsan axı. Gülarayla bizim Nadir 
şanlanıblar ey. 
D ü n y a. Cəhənnəmə, gora nişanlanıblar. 
Q o r x m a z o v. Sən canımı  yığdın lap boğazıma. Məndən nə 
istəyirsən, ay mənim ömürlük qazamatım, nə?.. 
D ü n y a. Mənə deyirsən ömürlük qazamat? Yoxsa beş il qabaq 
ayaqlarıma düşüb dediyin sözlər yadından çıxıb? Görünür sənin dərsini 
yaxşı verməmişəm. Tez bu dəqiqə  təzədən düş ayaqlarıma və de: "Ey 
Dünya, dünya, mənə sənsiz zindandır, zindan!". 
 
  
 
 


_____________Milli Kitabxana________________ 
238 
 
 
Q o r x m a z o v (oyan-buyana baxır), A Dünya Bu zülmü Allah 
götürməz axı... 
D ü n y a. Bu dəqiqə dediyimə əməl eləməsən... 
Q o r x m a z o v (tez pəncərəni örtür, üzündə  əzab  əlamətləri). 
Yaxşı... (Dünyaya yaxınlaşır, bu dəmdə Dəmirov tələsik içəri girir.) 
D ü n y a. Tfu, gəlməyə vaxt tapdın? 
Q o r x m a z o v. Allah üzümə baxdı, nə vaxtında gəldi. 
D ə m i r o v. Şey... milisioneri yola gətirmək olmur. Sonra Bayramalı 
və Dilavər deyir ki, bizimlə  işi yoxsa bir saatlığa nahara gedək, varsa 
qalaq. 
D ü n y a. İtilib getsinlər. 
Q o r x m a z o v. Yox, qalsınlar. 
D ü n y a. Dedim ki, getsinlər! 
Q o r x m a z o v. Qalsınlar! 
D  ə m i r o v. Baş üstə, deyərəm həm getsinlər, həm də qalsınlar. 
(Çıxır.) 
D ü n y a (ayna qabağında məşq eləyir). A kişi, bilirsən nə var? 
Parkdakı karnavalda istəyirəm hamının gözünü çıxaram. 
Q o r x m a z o v. Birinkini çıxarmısan, bəs deyil? 
D ü n y a. Yaxşı, yaxşi, de görüm, karnavalda sən də olacaqsan? 
Q o r x m a z o v. Yə bilim, hardan... vaxtım hanı. (Kanara) Deyəsən, 
zalımın qızı karnavalı  mənə haram eləyəcək. Dəli  şeytan deyir nitqmi 
maska altında elə... 
D ü n y a. Başqalarıyçın yerin dibindən vaxt taparsan. 
Q o r x m a z o v. Dünya, burax bu qəprizləri. O biri otaqda 
priyomnımda saatlarla gözləyənlər var. Get, gəlib evdə doyunca 
danışarıq. 
D ü n y a. Yaxşı... onda mindir məni maşınına, tez yola sal görüm. 
Q o r x m a z o v. Mənim maşınım hardaydı, ay arvad! 
D ü n y a. Ay kişi, demirdin ki, bu gün-sabah verəcəklər? Hələ ala 
bilməmisən, ay fərsiz? Xalqın arvadları hamama, bazara, partnixaya, 
manikyura, pedikyura - hər yerə maşınla getsin, mən Dünya xanım 
piyada! Onların nəyi məndən artıqdır. hə? 
Q o r x m a z o v. Heç nəyi, çox çalışdım, ancaq... 
D ü n y a. Acizin biri, aciz! 
Q o r x m a z o v. Arvad, qurtardın, ya yox? 
D ü n y a. Yox, bu saat o paltar şəkli çəkən oğlanı çağır gəlsin. 
Karnaval paltarımı ona başa salım. 
 
  


_____________Milli Kitabxana________________ 
239 
 
 
Q o r x m a z o v (zəngi tez-tez basır, tok olmur). Buna nə oldıı... Adə 
Dəmirov, Dəmirov, Dəmirov...  (Özü bayıra çıxır səhvən asılqandan 
Dünyanın şlyapasını başına keçirir.) 
D ü n y a (ətrafı  nəzərdən keçirir. Qorxmazovun yeşiklərini axtarır
Bir neçə məktub çıxarıb sumkasına qoyur). Bunlara evdə baxaram. 
N a d i r (gəlir). Salam, xanım! 
D ü n y a. Cavan oğlan... amma allah... (Kresloya yıxılır.) 
N a d i r. Sizə nə oldu, xanım? 
D ü n y a. heç, yenə yadıma düşdü... 
N a d i r. Nə, kim? 
D ü n y a. O, o, ilk məhəbbətim, belə də bənzəyiş olar, siz nə qədər də 
ona bənzəyirsiniz. Bəs mən niy bura belə tez-tez gəlirəm? 
N a d i r. Heç nə başa düşmürəm, canım. 
D ü n y a. EIə gərək açam sandığı, "tökəm pambığı! (Nadir diqqəllə, 
təəccüblə Dünyaya baxır.) Elə baxma, insafsız! 
N a d i r. İnsafsız kimdir, canım? 
D ü n y a. Qulaq as! Mənim ikinci ərim pis adam deyildi. Özü də sizin 
direktorunuzla tamojnada işbrdi, yaxın dostdular. Bu fərsiz o qədər bizə 
gəldi getdi, o qədər mənə dil tökdü ki, axırda mənim kimi nəcib, həyalı, 
abırlı, namuslu qadını yoldan çıxarıb özünə arvad elədi. Birinci ərim 
bunun yanında qızıla tutulası adamdı. Heyfi siz, bilirsiniz nə qədər də ona 
oxşayırsınız. Mən buna davam gətirə bilməyəcəyəm, aman, of... 
(Yalandan ürəyi gedir. Divana yıxılır, Nadir qrafindən stəkana su tökür... 
Dünyanın başını qaldırıb ona su içirən dəmdə Qorxmazov və Gülara içəri 
girir.) 
Q o r x m a z o v. Adə, indi də mənim arvadıma əl atırsan, qarğaturist? 
(Gülaraya) mey vidu! 
G ü l a r a. Belə... (Nadiri süzüb kabinetdən çıxır.) 
N a d i r. Xanımınızın ilk məhəbbəti yadına düşüb, ürəyi getmişdi. 
D ü n y a. A kişi, bu cavan oğlan rəhmətlik qardaşımla elə bil bir 
almadır bölünüb. Hə, qardaş, sohbətimiz yarımçıq qaldı... Mən istəyirəm 
ki, bütün parkın gözü məndə olsun. Tez ol, mənə yaxşı parça nümunələri 
göstər görüm. 
N a d i r (bir dəftərçədə ona parça nümumləri göstərir). Bax, bu sizin 
nəcib fiquranıza çox uyğundur. (Parça çox şit və duzsuzdur.) 
D ü n y a. Sağ ol, cavan oğlan. (Dünya onu süzür.) 
Q o r x m a z o v. Az sağollaşın... 
 
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə