Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə48/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   44   45   46   47   48   49   50   51   ...   60

_____________Milli Kitabxana________________ 
231 
 
 
 
Q o r x m a z o v. Çək görüm necə çəkirsən! Tez bayıra!..  
G ü l a r a. Yoldaş, rica edirəm, buyurun gedək. Hər şey düzələr. 
 
                                                 Gedirlər. 
 
Q o r x m a z o v. Yanıram, Dilavər... rəhbər mənəm, yoxsa o Gülara? 
D i l a v ə r. Bişək siz. 
Q o r x m a z o v. Dilavər, mən onun başını əkməsəm, o mənim başımı 
əkəcək. O çoxdan mənim yerimə göz dikib... İşçilərimizin çoxu da ona 
meyl bağlayıb. Belə söhbətlər də gedir ki, guya onu mənim yerimə 
qoyacaqlar. Yox, yox, mən hələ ölməmişəm. Mən onu ləkələr, çirkablar 
içində boğmasam o məni boğacaq. Yaxşı... (Telefon eləyir.) Kombinatın 
kadr  şöbəsidir? Abbas Əli Baxşəliyeviç, sənsən? Salam. Mənəm, mən... 
Arvadınız paltosunu dünən apardı, razıdır? Çox şadam. O gecə niyə bizə 
gəlmədin, sənsiz içdik, sənin sağlığına. Ürəyimdə böyük dərdim var, sex 
müdiri Gülara Sadıqzadə yenə  məni qurdalayır axı... Mənim kimi bir 
vətənbaza badalaq gəlir, özü də  əxlaqdan. Necə, məşğul olan var? Mən 
ölüm orden məsələsində sən də göz-qulaq ol, qorxuram. Telefonun milləri 
vasitəsilə öpürəm səni. Sağ ol! (Telefon dəstəyini asır.) Dilavər, gördün 
gücümün zərbi-dəstini?! 
D i l a v ə r. Pəh, pəh, ölmə-ölmə... comərdsiniz, comərd! 
D ə m i r o v (tələsik gəlir). Yoldaş Qorxmazov, gələn malları yığdılar 
anbara. Sizin ikinizi də çağırırlar. 
Q o r x m a z o v. Gedək Dilavər...  (Gedirlər. Pəncərə qarşısında 
Nadiri görür.) Nadir, get kabinetimdə məni gözlə! Saninlə sözüm var. 
 
Nadir  içori girir. Qorxmazovun şəklinə baxıb gülümsünür.  
Gülara da gəlir. 
 
G ü 1 a r a. Nadir, kimi gözləyirsən? 
N a d i r. Qorxmazovu. Gülara, sən Qorxmazova necə baxırsan? 
G ü 1 a r a. Bura gələni ancaq özüylə məşğuldur. 
N a d i r. Tək özüylə məşğul olsaydı dərd yarıdır. Deyəsən, səninlə də 
məşğul olmaq fikrindədir. 
G ü l a r a. Qoy bizi görək... Sən də qısqanmağa adam tapdın. Mənim 
qəlbimdə yalnız bir ad yaşayır ki, onu sən özun məndən yaxşı tanıyırsan. 
Elə deyilmi, Nadir? 
 
  


_____________Milli Kitabxana________________ 
232 
 
 
N a d i r. Elə də olmalıdır. Ancaq mən istəyirəm ki, sənin adına güldən 
ağır bir söz deməsinlər. 
G ü l a r a. Necə məgər? 
N a d i r. Heç... 
G ü l a r a. Bilirəm... yenə də... nəzərində Qorxmazovu tutursan. 
N a d i r. Yox, yox, Gülara, bax gör Qorxmazovun karikaturasını necə 
çəkmişəm. Özü də  məndən çox razı qalıb. Bu karikatura bizə lazım 
olacaq. 
G ü l a r a (gülür). Başa düşürəm. Onu nişanımıza çağırmadığımıza 
görə yaman pərtdir. 
N a d i r. Onun bizim məclisdə nə işi var. 
G ü 1 a r a. Onun haqqında mən  əlaqədar təşkilatlara müraciət 
etmişəm.  İş,  əlbəttə, bizim xeyrimizə olacaq. Lakin hələlik onu müdafiə 
edənlər də var. 
N a d i r. Bilirəm. 
G ü l a r a. Mən getdim. Sonra hər şeyi söz eləyərlər. (Gedir.) 
Q o r x m a z o v (gəlir).Hə, yoldaş qarğaturist, karnaval dəm-dəsgahı 
hanı? 
N a d i r. Buyurun. (Paketi açıb müqəvva eskizlərini nümayiş etdirir.) 
Q o r x m a z o v. Pah atonnan. Adə, sən burda heyvanxana aşmısan 
ki... Bu nədir adə?.. (Müqəvvaları sifətində yoxlaytr.) 
N a d i r (gülərək). Ta qədimdən qayda belədir... Karnavalda gərək 
hərə bir heyvan şəklinə girə! 
Q o r x m a z o v. İnteresni, adə, yəni bu it-pişik, at-eşşək maskasını 
utanmayıb taxan olacaq?! 
N a d i r. Əlbəttə... 
Q o r x m a z o v. Nə bilim vallah... Daha adamlarda həya, abır 
qalmayıb. Yoldaş  rəssam, karnaval dəm-dəsgahını  təsdiq eləyirəm. 
(Eskizlərə itnza atır.) 
N a d i r. Mən getdim. 
Q o r x m a z o v. Bir dəqiqə! Bayaq qanmı qaraltmaq istəmədim. 
Gülaranı çoxdanmı tanıyırsan? 
N a d i r. Üç ay olar, necə məgər? 
Q o r x m a z o v. Heç... 
N a d i r. Sözlü adama oxşayırsınız. 
Q o r x m a z o v. Sözüm odur ki, sizdən qabaq başqasıyla gəzib-
eləməyib ki? 
 
  
 


_____________Milli Kitabxana________________ 
233 
 
 
N a d i r. Gəzəndə nə olar ki? 
Q o r x m a z o v. Çox şey... Yaxşı, o, kurorta niyə getmişdi? 
N a d i r. Xəstə idi. 
Q o r x m a z o v. Xəstəliyi nə idi axı... 
N a d i r. Bir az açıq danışın. 
Q o r x m a z o v. Sözün açığı odur ki, dünən bi rməktub almışam. 
N a d i r. Kimdən? 
Q o r x m a z o v. Naməlum bir Allah bəndəsindən...  (Stolun 
yeşiyindən bir məktub çıxarır.) Yazır ki, sizin sex müdiri Gülara 
Sadıqzadə əxlaqdan... 
N a d i r. Sus!.. 
Q o r x m a z o v. Adama yaxşılıq yoxdur. 
N a d i r. Ver məktubu, özüm oxuyum. 
Q o r x m a z o v. Onu görməyəcəksən. 
N a d i r. Mən onu yazanı və yayanı məsuliyyətə çəkdirərəm. (Əlindən 
almaq istəyir.) 
Q o r x m a z o v. Geriyə çəkil, sən bir bundakı cürətə bax. Mən heç 
məktub almamışam. (Məktubu cırıb səbətə atır.) 
N a d i r. Sən onu ləkələyə bilməzsən! (Hirsli gedir.) 
Q o r x m a z o v. Yavaş yeri... 
 
Gülara gəlir. 
 
G ü 1 a r a. Yoldaş Qorxmazov, bu nədir, bunu kim yazıb? 
Q o r x m a z o v. Ver baxım. (Oxuyıır.) Bəli, hamısı düzdürdə. Mən 
prikaz vermişəm. Dilavər də yazıb. 
G ü l a r a. Planı 90 faiz doldurduğumuz halda, 130 faiz yazmağa nə 
ixtiyarınız var? 
Q o r x m a z o v. Ay qız, əlimizdə hələ 20 gün var, ya yox? Əvvəl-
axır mənim rəhbərliyim altında bir 40 faiz də artıracağıq, ya yox? 
G ü l a r a. Bunu siz yox, vicdanlı işçilərimiz artıracaq. 
Q o r x m a z o v. Bəs mənim rəhbərliyim? Başa düş, yuxarıya burda 
yazdığımızın yekunu lazımdır, itoq yekunu ... 
G ü l a r a. Mən yuxarı təşkilatlara yalançı, saxta sənəd göndərməyə 
yol verməyəcəyəm. 
Q o r x m a z o v. Sən kimsən ki, yol verməyəsən? Bir də başa düş, bu 
gün-sabah orden əhvalatı olacaq deyirlər... Belə lazımdır. Sən mən deyənə 
qulaq as... Sən gərək mənim avtoritetimi yerə vurmayasan. 
 
  


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə