Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə45/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   41   42   43   44   45   46   47   48   ...   60

_____________Milli Kitabxana________________ 
222 
 
 
 
D ə m i r o v. Baş üstə. 
Q o r x m a z o v. Adə Dilavər gəlib? 
D ə m i r o v. Bəli, öz otağında zad yazır, şeir daklad... (Stol üstündən 
bir şey götürüb cibinə qoyur.) 
Q o r x m a z o v (Nadirə). Yoldaş  rəssam, bu Dəmirovu bir o 
əlidüzlüyünə görə saxlarmşam, yoxsa... 
N a d i r. Siz yaxşı bilərsiniz. 
D  ə m i r o v (Nadirə). Qorxmazovun paltosunu tuturam, tuturam... 
Cib yaylığımla çəkməsinin tozunu silirəm, silirəm. (Əyilib Qorxmazovun 
çəkməsini və balağını təmizləyir). Ancaq öldürsələr də əyilən deyiləm. 
N a d i r (gülür). Görürəm. 
D ə m i r o v. Mənim başıma nə bəla gəlirsə, əyilməzliyimdən gəlir. 
Q o r x m a z o v. Varam bu sədaqətə. 
D ə m i r o v. Müavinin Gülara xanım isə deyir ki, bu şeydir, yaltaqlıq. 
Q o r x m a z o v. Napras yerə...  (Nadirə) Yoldaş qarğaturist, adam 
harda işləyirsə  işləsin, gərək öz xüsusi kadrosunun qədrini bilə. And 
içmişəm ki, bu Dəmirovu lap qəbrəcən özümlə aparım. 
D  ə m i r o v. Bağışlayın, oracan gedə bilməyəcəyəm... Ancaq mən 
dost yolunda canmdan keçən adamam. Yoldaş Qorxmazov, istəmirəm ki, 
qanınızı qaraldım. Xəbərçilik  əclaflıqdır. Amma bayaq dərzi Heydərlə 
paltar biçən barənizdə  ağızlarına gələni dedilər... Biri dedi ki, sən 
boşboğazsan... 
Q o r x m a z o v. Sən, yoxsa mən? 
D ə m i r o v. Nə mən, nə sən... siz... 
Q o r x m a z o v. Yaxşı, ay səmimi dost, sən onlara nə cavab verdin? 
D ə m i r o v. Hə... dedim nankorlar! 
Q o r x m a z o v. Bərəkallah... 
D ə m i r o v. Alçaqlar! 
Q o r x m a z o v. Afərin. 
D ə m i r o v. Əclaflar! 
Q o r x m a z o v. Maşallah! 
D ə m i r o v. Sonra dedimki... 
Q o r x m a z o v. Yaxşı, bəs bu ağır sözlərdən sonra onlar sənə heç nə 
demədilər? 
D ə m i r o v. Xeyr. 
Q o r x m a z o v. Nə əcəb? 
D ə m i r o v. Çünki, ona görə ki, mən onları ürəyimdə söydüm. 
 
  


_____________Milli Kitabxana________________ 
223 
 
 
 
Q o r x m a z o v. Qorxağın biri, qorxaq, tez get Dilavəri yanıma çağır. 
(Dəmirov gedir. Qorxmazov əsəbiləşir.) Canım, bu zəhrimar qurtarmadı? 
Mən fotoqrafların qədrini indi bilirəm. Bir sekuntda çıq-çıq qurtardı getdi. 
Sən isə acı bağırsaq kimi uzadırsan bu şoğəribi. 
N a d i r. Bu sənət əsəridir. Bu dəqiqə qurtarıram. 
Q o r x m a z o v. Bu əziyyəti ki, mənə verirsən, olmaz ki, bir iş də 
görəsən? 
N a d i r. Nə iş? 
Q o r x m a z o v. Deyirəm yavan şəkildən şey çıxmaz, avtoritetimi 
qaldırmaqçın olmaz ki, döşümdə heç olmasa bir-iki orden və beş-altı 
medal da çəkəsən? 
N a d i r. Onda gərək ordenlərinizi taxıb gələydiniz. 
Q o r x m a z o v. Hələ verməyiblər axı... avanson deyirəm. 
N a d i r. Bağışlayın, mənim orden paylamağa ixtiyarım yoxdur. 
Q o r x m a z o v. Danışdı da... Bu sayaq ki, mən işləyirəm, gec-tez 
alacağam. 
D i 1 a v ə r (gəlir). Salam! Həyatın bu müəmmalı, mənalı dəmlərində 
bəndə pişəzvaxt hüzuri mübarəkinizdə hazır. 
Q o r x m a z o v. Paho, paho... Dilavər, otur görək. 
N a d i r. Mən qurtardım. 
Q o r x m a z o v. Yaxşı, get, sonra karnaval şəkillərilə yanıma 
gələrsən... (Nadir gedir.) Düz demirəm Dilavər? Parkdakı sərgilər zamanı 
mənim də nitqim olacaq, sonra da karnavaldır, qoy camaat bizim 
sayəmizdə özüyçün kefə baxsın. Bəs canlı təbliğat necə olar, canım! 
D i l a v ə r. Əlbəttə. 
Q o r x m a z o v. Dilavər, bir dəqiqə bağışla.  (Zəng vurur.)  Ədə, 
Nəqdəli, mənəm ey, salam. Ürəyim yaman səksəkidədəir axi. Orden 
barədə deyirəm ey... Vallah qorxuram ki, burda partkom, mestkom mənə 
badalaq gələ! Qorxmaym? Gözümü bir ona dikmişəm, sənin nazirliyə 
xodun var axı. Mən ölüm göz-qulaqda ol! Xatircəm olum, öpürəm... 
Necə? Yaxşı malımız var. Nəinki köç-külfətini, lap bütün qohum-
əqrəbanı, dost-aşnalarını göndər, ölməmişəm ki, sağ ol! (Dəstəyi yerinə 
qoyur.) Ordenimiz də belə. Dilavər, vallah sən hər yanıma gələndə 
cavanlığımız yadıma düşür. 
D i l a v ə r. Mənim də. 
Q o r x m a z o v. Adə, Novxanı bağları yadındadır? 
D i l a v ə r. Bəs yox? 
  
 


_____________Milli Kitabxana________________ 
224 
 
 
 
 
Q o r x m a z o v. Bağırsaq qovurması, qutab, kabab, şərab... araq... 
D i l a v ə r. Pəh-pəh... (Zümzümə eləyir.) 
Q o r x m a z o v. Adə məsciddə mərsiyə deməyin yadına gəlir? Onda 
səndə küpdən çıxan səs vardı ha... 
D i l a v ə r. Söhbəti dəyişsək yaxşıdır. 
Q o r x m a z o v. Dilavər, gözümə bir təhər görünürsən, aşna. Yenə 
mənsiz harda vurmusan? 
D i 1 a v ə r. Çün əz qəza təsadüfi oldu. Canınçin bu saat dönmüşəm 
şirə, pələngə, əjdahaya, hərif  istəyirəm çıxsın qabağıma. 
Q o r x m a z o v. Bir söz demirəm ki, bu araq şoğərib ki var, ondan 
siçanın da boğazına töksən pişikdən ştraf istər. 
D i l a v ə r. Pəh-pəh, ölmə, ölmə... tapmısan. (Oxuyur.) 
 
Sənin eşqinlə əzəldən elə sərməstəm ki,  
Zərrə təsir edə? bilməz gözəlim vodka mənə.  
İştaham xeyli kasıbdır, nə gərəkdir ki, plov,  
Yetər ey sevgili canan quru selyodka mənə.  
Gər yıxılsam küçədə, tez tut əlimdən qaldır,  
Durma başdan-başa çək eşq ilə sətı şotka mənə. 
 
Q o r x m a z o v. Varam sənin belə məzəli sözlərinə. 
D i 1 a v ə r. Üzünüzə demirəm, həqiqətən siz çox böyük vücudsunuz. 
Heyf, səd heyf, özünüz özünüzü tanımırsınız.  Əz qəza bir az əvvəl 
Bayramalı ilə əsnayi müsahibədə ərz eləyirdim ki, bu mənsəb sizin kimi 
nadir bir vücud üçün çox balacadır, bəli. 
Q o r x m a z o v. Sağ ol qədir bilən dostum, sağ ol! Məsələ yerdə 
deyil. Yadından çıxartma ki, mənim kimi adam balaca bir yeri böyüdə 
bilər. 
D i l a v ə r. Sizdə düz deyirsiniz, o da. Ancaq ürəyim yaman yanır. 
(Bu an Bayramalı podnosda dilim-dilim kəsilmiş qovun-qarpız gətirir.) 
Pəh, pəh, ölmə, Bayramalı, ölmə!  
B a y r a m a l ı. Borcumdur. 
Q o r x m a z o v (zəngi basır, Dəmirov götürür). Adə Dəmirov... 
D ə m i r o v. Salam! 
Q o r x m a z o v. Uzun eləmə, get! Yanıma heç kəsi buraxma... Biz 
millət işiyəo məşğuluq. Nitqə hazırlaşırıq.  (Dəmirov gedir.) Varam belə 
zavxoza... 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə