Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə41/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   37   38   39   40   41   42   43   44   ...   60

_____________Milli Kitabxana________________ 
209 
 
 
K o l x o z ç u l a r. Danışsın, danışsın.  
M u r a d. Bu gözlərim üstə! 
 
Ona saz verirlər. 
 
Gözəl Moskvada mahəbbətlə mən  
Gəzib addım-addım bər yeri, gördüm.  
Ellər paytaxtında, doğma şəhərdə  
Gülür insanlığın səhərı, gördüm. 
 
Sülhün beşiyidir torpağı, daşı,  
Hər zaman göylərə ucalır başı.  
Doğma Bakımızın böyük qardaşı  
Paytaxtlar paytaxtı şəhər gördüm. 
 
                                                  Kütləvi rəqs başlanır. 
 
      Xor 
 
Sülhün xoş nəğməsilə açılır hər gün səhər,  
Vətənin bayrağına yazılır sonsuz zəfər.  
Təbiət dəyişir, qüdrətimizlə,  
Həyat gözəlləşir, zəhmətimizlə.  
Sevinir nəsillər, gülür candan, ürəkdən  
Var olsun bu ellər, var olsun azad vətən  
Günəşi salamlayır kəndi, şəhəri,  
Gülür kommunizmin al şəfəqləri. 
 
Hamı rəqs edir. 
 
P Ə R D Ə 
1947 
 
 
 
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
210 
 
 
GƏLDİ-GEDƏR 
 
Dörd pərdəli komediya 
 
İŞTİRAK EDƏNLƏR 
 
Q o r x m a z o v 
- 55 yaşında 
D ü n y a 
              - 40 yaşında 
D i l a v ə r                - 60 yaşında 
B a y r a m a l ı - 
45 
yaşında 
G ü l a r ə 
              - 25 yaşında 
D ə m i r o v                - 50 yaşmda 
N a d i r 
              - 30 yaşında 
F a t i 
              - 45 yaşında 
R ə h i l ə 
              - 25 yaşında 
M i l i s i o n e r 
- 35 yaşında 
 
BİRİNCİ PƏRDƏ 
 
Modalar atelyesi. Qorxmazovun kabineti. Otağın iki qapısı var. Ustalar, 
işçilər, müştərilər gəlib Qorxmazovu soruşurlar. Otağın koridora 
pəncərəsi də vardır. Qapıçı Dəmirov Qorxmazovu soruşanları 
bayıra çıxarır. Qorxmazovun başı üstündə bu şüar yazılmışdır: 
 
"Əyninə paltar zakaz vermə çasni mastera
Pullarını vozduxa sovurma napras yerə". 
 
D ə m i r o v. Yoldaş qırğom, tavariş qırğom, başına dönüm qırğom, 
qadanı alım qırğom! 
M ü ş t ə r i l ə r. Canım, bizə müdir gərəkdir. 
D ə m i r o v. Anam qırğom, bacım qırğom, bayıra, bayıra... 
D i l a v ə r (gəlir). Hanı bu Qorxmazov? 
D ə m i r o v. İndicə gələr. Müavini Gülara öz otağındadır ki... 
D i 1 a v ə r. Çün arvad tayfasilə alış-verişim yoxdur. (Gedir.) 
  
 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
211 
 
 
 
Müştərilər yenə içəri girmək istəyirlər. 
Dəmirov onları bayıra çıxarır. 
 
D ə m i r o v. Qadanızı alım bayıra, başınıza dönüm bayıra. 
B a y r a m a l ı  (gəlir). Salam! (Əlində zağarası getmiş yekə bir 
portfel vardır.) 
D ə m i r o v. Əleykəssalam. 
B a y r a m a 1 ı. Qorxmazov gəlib? 
D  ə m i r o v. Hələ yox... Aşna bazar günü bostanımıza gedirik? 
Nəyimiz var bostanda? 
B a y r a m a l ı. Xiyarımız da var, pomidorumuz da... Ancaq unutma 
ki, bostanda araq bitmir ha. (Gedir.) 
Baş usta (əlindəpaltar bir neçə adamla içərigirir). Qorxmazov yoldaş 
hanı? 
 
Gülara da gəlir. 
 
G ü l a r a. Hanı bu Qorxmazov? 
D ə m i r o v. Gəlməyib, səhərdən aləm onu axtarır. 
G ü l a r a. Onu telefonda vacib bir yerdən soruşurdular... 
Daha bir neçə müştəri gəlir. 
M ü ş t ə r i. Belə də iş olar... Saat on ikidir. Direktor hələ də yerində 
deyil. 
D ə m i r o v. Buyurun onun sağ əli Gülara xanımla danışın. 
G ü l a r a. Sözünüzü mənə də deyə bilərsiniz, qulaq asıram. 
M ü ş t ə r i 1 ə r (bir səslə). Yoldaş direktor, mənim kostyumum, 
mənim paltom, mənim şlyapam, nıənim tumanım... 
G ü l a r a (Qorxmazovun stolunun dalında oturur). Ancaq bir-bir 
danışın. 
M ü ş t ə r i. Mən keçən il bu vaxt sizin atelye modaya... 
D ə m i r o v (pəncərədən baxaraq). Aha, odur, Qorxmazov gəlir. 
Q o r x m a z o v (içəri girir).  Dəmirov! Sənə min kərəmlə 
deməmişəm ki, mən olmayanda kabinetimə heç kəsi buraxma? Hanı sənin 
nizamlı-intizamlı kulturan, hanı? 
D ə m i r o v. Deyirəm qulaq asmırlar. 
 
  
 
 


_____________Milli Kitabxana________________ 
212 
 
 
 
Q o r x m a z o v. Necə  yəni qulaq asmırlar?! Məndən  əvvəlki 
direktorun başına çıxmışdılar, istəyirsiniz indi də  mənim başıma 
çıxsınlar?.. Hamı bayıra... priyomu növbə ilə başlayacağam. 
D ə m i r o v. Qardaşlar, bayıra, bacılar bayıra!.. 
 
Hamı bayıra çıxır. 
 
Q o r x m a z o v. Gülara, məgər mən ölmüşəm ki, sən mənim 
stolumun dalında oturub rəhbərlik eləyirsən? 
G ü l a r a. Nə rəhbərlik? Sizinlə vacib işim vardı. Birdən müştərilər 
başladılar ki... 
Q o r x m a z o v. Onları bilmirəm... Amma sən yaman başlamısan. 
Onu bil ki, adamın iki başı olmadığı kimi, bu idarənin də iki başı yox,  
bir başı var... O baş da mənəm, mən! 
G ü l a r a. Bəs biz nəçiyik? 
Q o r x m a z o v. Siz mənim əmrlərimin qulu. 
G ü l a r a. Lakin unutmayın ki, yalnız özü ilə məşğul olan bir baş  
bu işlərin öhdəsindən gələ bilməz. 
Q o r x m a z o v. Gələ bilər Gülara, gələ bilər. Bu kərənlik keçdim  
günahından, ancaq bir də mənim stolumun dalında oturma. 
 
Dəmirov stulda oturur. 
 
G ü l a r a. Çalışıram, yoldaş direktor... (Gedir.) 
Q o r x m a z o v. Dəmirov, Marksı ordan mənə ver görüm. (Dəmirov 
şkafin içindən Marksın bir tomunu ona verir.)  Bəzi ağzı göyçəklər 
deyirlər ki, mən öz üzərimdə işləmirəm. Böhtançılar, bəs bu nədir? Qoy 
bu kitab burda, göz qabağında olsun. Qoy bunu tamamlayım, sonra 
keçecəyəm yuxarı... (Mürgüləyir.) Düz demirəm adə? 
D ə m i r o v (diksinir). Ha? Bəli. 
Q o r x m a z o v. Adə  Dəmirov, yatırsan? Mən sizə  kərənlərlə 
demişəm ki, fizik kulturası eləməmiş işə gəlməyin? 
D ə m i r o v. Demisiniz... ancaq gecə... 
Q o r x m a z o v. Bizim kimi adamlarda sağlam bədən, sağlam ailə, 
sağlam dostbazlıq olmalıdır. Yox, gərək mən özüm sizinlə məşğul olam. 
Gündə radio deyir ki, məmə yeyəndən, pəpə deyəncən fizik kulturası 
eləməlidir. Bunsuz adamın ürəyi, beyni kif atar. Əslinə baxsan mənim 
 
  


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə