Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə43/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   39   40   41   42   43   44   45   46   ...   60

_____________Milli Kitabxana________________ 
216 
 
 
Q o r x m a z o v. Aha, səs yan otaqdan gəlir. Deyəsən orda siçan var. 
D ə m i r o v. Necə? Siçan?! 
Q o r x m a z o v. Adə birdən parçaları çeynəyib tökərlər, düşərik 
qana, tez gir otağa, qov siçanları. 
D ə m i r o v, Xeyr atam... mən uşaqlığımdan siçandan qorxuram. Qoy 
həyətdən pişik çağırım tutsun, piş-piş... piş... 
Q o r x m a z o v. Xərifləmə... Tez ol, özün tut. 
D ə m i r o v. Ya həzrət Fatma, yahəzrət bibi... (Qorxa-qorxa otağa 
girir, uşağı gətirir.) Nə zorba siçandır... 
Q o r x m a z o v. Bu nədir, adə... 
D ə m i r o v. Möcüzədir, möcüzə. 
Q o r x m a z o v. Bu sənin kələyindir,  əclaf! Hamıdan qabaq sən 
burda olmusan. 
D ə m i r o v. Vallah xəbərim yoxdur. 
Q o r x m a z o v. Tez ol, al uşağı boynuna! 
D ə m i r o v. Boynuma alım? 
Q o r x m a z ov . Əlbəttə, boynuna. 
D ə m i r o v. Baş üstə. (Uşağı boynuna qaldırır.) 
Q o r x m a z o v. Qoy yerə... Mən vicdanının boynuna deyirəm, öküz 
boynuna yox... 
D ə m i r o v. Aləm bilir ki, mən sonsuzam... İnsaf yaxşı şeydir axı... 
Q o r x m a z o v. Yaxşı, bəs onda bunu mənim otağıma kim qoyub, 
kim? (Fikirləşir.) 
D ə m i r o v. Nə bilim, səhər tezdən Gülara burda qurdalanırdı... 
Q o r x m a z o v. Aha, tapdım, tapdım! 
D ə m i r o v - Kim qoyub? 
Q o r x m a z o v. Bunu bir sən bil, bir də mən... 
D ə m i r o v - Sən bilirsən ki, mən sirr dağarcığıyam. 
Q o r x m a z o v. Bn Gülaranın işidir, Gülaranın. O, bizə şər atmaq 
istəyir. Öz körpəsini atıb bizim üstümüzə. Bu yaxında kurorta getməsi də 
fırıldaqdır. 
D ə m i r o v. Görəsən kimdəndir? 
Q o r x m a z o v. Allah bilir, hələlik səs-küy qoparmaq lazım deyil. 
Başa düşdün? Bu bizə  gələcək üçün lazım olacaq. Tez əyalını, o Fatma 
xalanı çağır görüm. 
D ə m i r o v (pəncərədən Fatmanı səsləyir). Ay qız, Fatma! 
Q o r x m a z o v. Yaxşı Gülara... 
 
  
 


_____________Milli Kitabxana________________ 
217 
 
 
F a t m a (gəlir). Salaməleyküm!.. Bıy, bu körpə kimindir? 
Q o r x m a z o v. Onu sonra sənə Dəmirov deyər. (Dəmirov Fatmanın 
qulağına pıçıldayır.) Deyin görüm ikiniz ər-arvad mənim rəhbərliyim 
altında nə qədər maaş alırsınız? 
D ə m i r o v. 120manat. 
Q o r x m a z o v. Sizə bir o qədər də mən Qorxmazov verərəm. Oldu? 
(Dəmirova pul verir.) Çox da bəzi atalar, tfu, atalar yox, analar 
vicdansızlıq eləyib öz gül kimi körpələrini atırlar çölə. Bəs bizim 
namusumuz harda qaldı?! Bu günlərdə  nəvəniz olmuşdur. Qoy gəlin bu 
körpəyə də baxsın. Bunun tərbiyəsini sizə tapşırıram. Hələlik bir siz bilin, 
bir də mən... 
D ə m i r o v  və  F a t m a. Arxayın olun! 
Q o r x m a z o v. Aparın! 
F a t m a. Sizə bir kəlmə sözüm vardır. 
Q o r x m a z o v (diksinir). Nə söz? 
F a t m a. O söz ki, mən qocalmışam, mənə yazığınız gəlsin. Siz 
idarəni yaman zibilləyirsiniz. Bir az... (Yerdən papiros kötüklərini yığır.) 
Q o r x m a z o v. Artıq danışma, get! 
 
Dəmirov və Fatma gedir. 
 
Q o r x m a z o v. Malades sənə Qorxmazov. Bu tələ, kimin ağlına 
gələrdi?! Məni məğlub eləyən hələ anadan olmayıb.  (Ayna qabağında 
sifətində gah ciddi, gah mülayim hərəkətlər göstəri., Sonra stol arxasında 
oturub əl və sifat hərəkəti ilə məşq eləyir.) Yaxşı Gülara, görüm əlimdəki 
bu canlı dakumentin qabağına necə çıxacaqsan? 
B a y r a m a l ı  (gəlir). Salam, yoldaş Qorxmazov. Gəldim ki, sizi 
xəbərdar eləyim ki, siz rəhbərliyə  gələn gündən bağçılıq işlərimiz öz 
yoluyla gedir. Deyirəm vallah təbiətin də özünə görə qanacağı var. Sizin 
mərhəmətinizlə bostanımızda xiyarımız da, pomidorumuz da, 
badımcanımız da xeyli tərəqqi etmişdir. Bircə buyurun baxın!  (Portfeli 
açıb meyvəcatı stolun üstə tökur.) 
Q o r x m a z o v. Əhsən... Bəs qovun-qarpızırmzın kefi necədir? 
B a y r a m a l ı  (qulağına pıçıldayır), On-on beş pud nübarlıq 
göndərmişəm. 
Q o r x m a z o v. Malades. Bax varam belə can yandıran çesni 
rabotniklərə. 
 
  
 


_____________Milli Kitabxana________________ 
218 
 
 
B a y r a m a 1ı. Buyurun, bu kağızlara qol çəkin. 
Q o r x m a z o v. Bəri ver... (Kağızlara qol çəkir.) Bostanımızm 
inkişaf və  tərəqqisini təsdiq edirəm. Aha, yaxşı yadıma düşdü... 
Qorxuram mən evə gedənəcən Dünya xanım qohumlara qonşulara 
göndərə. 
B a y r a ma l ı. Rəfiqəniz elə qadınlardan olmasın gərək. 
Q o r x m a z o v. Elədir, elədir! Azadsan... 
B a y r a m a l ı. Hörmət və ehtiram. (Gedir.) 
 
İçəri iki qadın girir. 
 
D e m i r o v. Analar qırğom, bacılar qırğom. 
M ü ş t ə r i  q a d ı n. Ağıllı danış. (Qorxmazova) Yoldaş direktor, 
mənim şikayətim var. 
Q o r x m a z o v. Necə, mənim rəhbərliyim altında şikayət? 
M ü ş t ə r i  q a d ı n. Burda da üz gördülük? Siz allah baxın görün 
usta onunçün necə tikib, mənimçin necə? (Ayna qabağında fırlamır.) 
A k t r i s a. Yoldaş direktor, mən aktrisayam. Bu paltarı öz zövqümə 
görə tikdirmişəm. Bu qadın yapışıb yaxamdan, deyir ki, gəl bu saat gedək 
müdirin yanına, sən nəçisən ki, üz görüb səninçin belə  qəşəng paltar 
tikiblər. Daha nə bilim nələr, nələr... 
Q o r x m a z o v. Heç bir şey başa düşmürəm. 
M ü ş t ə r i  q a d ı n (güzgü qabağında əda ilə öz fiqurasını nümayiş 
etdirir). Siz allah mənimkinə də baxın, onunkuna da... 
U s t a (Qorxmazovun qulağına pıçıldayır). Günah məndə deyil. 
Q o r x m a z o v. Ay arvad, nahaq, napras yerə skandal eləyib şum 
salma... Aldığım sveji məlumata görə sizdə yerli-dibli fiqura yoxdur. 
M ü ş t ə r i  q a d ı n. Necə, məndə fiqura yoxdur... (Güzgü qabağında 
fırlanır.) Bəs bu nədir? 
Qorxmazov. Canım, mən demirəmki, ıısta deyİr də... 
M ü ş t ə r i q a d ı n. Aha, başa düşürəm... O, aktrisadır-nədir, ustanı 
razı salıb, odur ki, o da onun xeyirə-şərə yaramaz fiqurasına tərəfdar çıxır. 
Mən ustaya artıq bir şey vermədiyimçin mənim gül kimi fiquramı yerə 
vurur. Belə də haqsızlıq olar? 
Q o r x m a z o v. Yoldaş fiqura, siz lap qranitsani keçdiniz ha...Mənə 
Qorxmazov deyərlər. Qəprizbazın biri qəprizbaz... Təvəqqe eləyirəm 
bayıra... 
D ə m i r o v. Anam qırğom, xalam qırğom. 
  
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə