Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə51/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   47   48   49   50   51   52   53   54   ...   60

_____________Milli Kitabxana________________ 
240 
 
 
D ü n y a. A kişi, mənim seçdiyim parçadan mənim istədiyim fasonda 
heç kəsə paltar tikilməyəcək ha... Bu fason mənimdir, mənim. 
Q o r x m a z o v. O da baş üstə. 
N a d i r. Bəli. (Kənara) Baxarıq. 
D ü n y a. Gedim baş ustaya əndamımı ölçdürüm. (Dünya getmək 
istsrkən  əlində akt və ruçka milisioner, Bayramalı, Dilavər və başqaları 
otağa girirlər.) 
M i l i s i o n e r. Vətəndaş, bir dəqiqə, akta qol çəkin, sonra. (Aktı ona 
uzadır.) 
D ü n y a. Sən hələ burdasan? 
M i 1 i s i o n e r. Vətəndaş, qanun naminə, sakit. 
D ü n y a. Mən səninçin qanuna yerləşən arvadlardan deyiləm. 
Qırsaqqızın biri qırsaqqız! 
M i l i s i o n e r. Xanın, ədəb yaxşı şeydir. Al, tez aktı oxu, qol çək! 
D ü n y a (aktı alıb cırır). Ver qol çəkim. Dincəldin?.. 
M i 1 i s i o n e r (aktı onun əlindən almaq isiərkən Dünya sumkasını 
fırlayaraq milisionerə hücum çəkir.)  Mən indi səni milisionerlikdən 
dvornikliyə endirməsəm, Dünya adımı dəyişib kənd qoyacağam, kənd! 
Q o r x m a z o v (cibindən ağ yaylıq çıxarıb araya girir, yaylığı 
havada yellədir, Dünyanın zərbələri onun başına dəyir). A Dünya, bütün 
dünya sülhə qol çəkir, sən hələ  də  hərbiyə deyirsən? Dilavər, Dəmirov, 
kömək eləyin, atam yandı! 
M i l i s i o n e r (fışqırıq çalır). Vətəndaş, sakit, sakit! 
Dünya fışqırığı milisionerin əlindən qapıb özü çalır, Sürətlə 
milisionerin üzerinə cumur. 
Q o r x m a z o v. Arvad, lap anadan gəlmə milisionermiş ki... 
M i l i s i o n e r (Dünyaya tərəf gedir. Dünya fıt çalmaqda davam 
edir). Vətəndaş, düşün qabağıma... rayona! 
D ü n y a. Kəs! (Fit çala-çala pəncərədən koridora atılıb gözdən itir.) 
M i l i s i o n e r (pəncərədən küçədəki milisionerləri səsləyir). 
Milisioner, milisioner! Adə Heydər, onu tut! (Gedir.) 
Q o r x m a z o v. Yazıq milisioner! (Qəhqəhə) 
 
P Ə R D Ə 
  
 
 
 
 


_____________Milli Kitabxana________________ 
241 
 
 
 
İKİNCİ PƏRDƏ 
 
Park şüarlarla bəzənmişdir. Bəzi ağaclardan paltar eskizləri və 
modelləri asılmışdır. Pərdə açılarkən rəqs edən gənclər səhnədən 
keçirlər. Qorxmazov alnının tərini silə-silə gəlir. Dilavər, 
Bayramalı və Dəmirov əl çala-çala onu təqib edirlər. 
 
Q o r x m a z o v. Burda niyə, orda əl çalaydınız da. 
D ə m i r o v. Mən sizə partapart əl çalanda dedilər: xuliqanlıq eləmə. 
Q o r x m a z o v. Heç eybi yoxdur, Gülara... Sən məni tribunadan 
aşağı düşürürsən? Gör bir nə deyir a... Qorxmazov azğındır, qudurğandır, 
gəldi gedərdir. Səhvin var, Gülara, mən pastayannıyam, pastayannı... 
D i l a v ə r. Ölmə, Ölmə!.. 
Q o r x m a z o v. Gör nə deyir a. Qorxmazovun atelya modadan başı 
çıxmır. Xeyr, Gülara xanım, mənim çox şeydən başım çıxır. 
B a y r a m a l ı. Adə, niyə durmusunuz, bu gözəl nitqdən sonra gəlin 
hörmətli rəhbərimizi atıb-tutaq. 
D i l a v ə r. Ərşi əlaya, ərşi əlaya. 
D ə m i r o v. Yaşasın aşnamız Qorxmazov, adə vurrey... 
 
Qorxmazovu atıb-tuturlar, onun fəryadına fikir verən olmur. 
 
Q o r x m a z o v. Vay, vay, aman!.. Boğuldum, vay, vay, öldüm!.. 
D i l a v ə r. Ölmə, Ölmə! 
D ə m i r o v. Yaşa, yaşa! 
Q o r x m a z o v. Ay zalımlar, doğrudan ölürəm ey... 
B a y r a m a l ı. Buraxın, birdən ölüb elər, qanı düşər üstümüzə. 
 
Qorxmazovu bihal vəziyyətdə yerə qoydular 
 
D  ə m i r o v (nəfəsini yoxlayır). Adə, deyəsən doğrudan öldü axı. 
Dilavər. Tez su... 
 
Dəmirovbir ağacın dibindən bağça sulayan süzgəci qapıb  
Qorxmazovu sulayır. Qorxmazov ayılıb yavaş-yavaş ayağa qalxır. 
 
Q o r x m a z o v. Adə, ağac-zadam ki, məni sulayırsan?  
B a y r a m a l ı. Bütün bunlar sizə hörmət üçündür.  
Q o r x m a z o v. Napras yerə.  
D i l a v ə r. Adətdir, yaxşı natiqləri atıb-tutarlar. 


_____________Milli Kitabxana________________ 
242 
 
 
D  ə m i r o v (onun paltarını  təmizləyir). Öldürsələr də 
əyilməyəcəyəm. 
Q o r x m a z o v. Dilavər, bir dilin də var danışırsan? Adə, o nə nitq 
idi yazmışdın, hə? 
D i 1 a v ə r. Çün piş əz vaxt, bərayi məlumat... 
Q o r x m a z o v. Sənin məlumat başına dəysin. Adə, o nə zibil nitq 
idi yazmışdın? 
D i l a v ə r. Çün, çün... 
Q o r x m a z o v. Zəhrimar çün, çor çün. Ağzına gələni yazmısan 
mənim nitqimə, mən də çıxmışam tribunaya ki, bu saat həriflərə zorumu 
göstərəcəyəm.  Əcəb göstərdim zorumu. Gördüm həriflər məni nə kökə 
salıb tribunadan aşağı düşürdülər? Barakallah sənə, barakallah! 
D i1 a v ə r. Çün nadanlar şeri nə qanır. 
Q o r x m a z o v. Nadan sənsən ki, məni düşmənlərimin qabağında 
heçə vurdun. Nitqimi zibilləyən sənin o qəliz, ibarəli  şerlərin olmadı 
məgər? Heç eybi yoxdur, onlarla sabah idarədə danışaram. 
D i l a v ə r. Pəh, pəh, ölmə, ölmə! 
Q o r x m a z o v. Bunlar keçər gedər, deyin görüm bizim Dünyanı 
görən olmayıb ki? 
D ə m i r o v. Göz gəzdirmişəm, yoxdur. 
Q o r x m a z o v. Düşmənlərimdən birinci yaranı aldım, Dünyadan 
ikinci yaranı almaq istəmirəm, gedək dostlar, gedək! 
 
Qorxmazov ve Bayramalı gedir. 
 
D ə m i r o v (Dilavəri bir kənara çəkərək qulağına pıçıldayır). Sən öl 
düz deyirəm. Ancaq bir sən bil, bir də mən... 
 
Gülüşürlər. 
 
B a y r a m a l ı (onlara yaxınlaşır). Mən ölüm deyin nə olub? Deyin 
biz də gülək də... 
D  ə m i r o v. Bir dəqiqə...  (Kənara çəkib onun da qulağına 
pıçıldayır.) Bir sən bil, bir də mən. 
D i l a v ə r. Əcaibdir, əcaib. Çün piş əzvaxt tifil görəsən kimdəndir, 
kimdən? 
D  ə m i r o v. Allah bilir. Amma öz aramızda, çox tez əmələ  gəlib
çox... 
 
  


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə