Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə49/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   45   46   47   48   49   50   51   52   ...   60

_____________Milli Kitabxana________________ 
234 
 
 
G ü l a r a. Xalqı aldatmaqla hörmət qalxmaz. Hörmət qazanmaq üçün 
ağıl, bilik, namus, vicdan gərəkdir. 
Q o r x m a z o v. Qənişnə... 
D ə m i r o v (gəlir). Salam, necəsən? 
Q o r x m a z o v. Adə, səni kim çağırdı bura? 
D ə m i r o v. Qulağıma zəng səsi gəldi. (Gedir.) 
Q o r x m a z o v. Gülara, vallah hər səni görəndə özümü itirirəm. 
G ü l a r a. Yəni o qədər qorxuluyam? 
Q o r x m a z o v. Qorxudan yox ki... ayrı şeydən... necə mənim sağ 
əlim... səni dünyalar qədər istəyirəm. Sənin xüsusi jizninlə çoxdan 
interesavatsa oluram. 
G ü l a r a. Nə üçün? 
Q o r x m a z o v. Mən bir rəhbər kimi istəyirəm səninçin yaxşı şərait 
yaradım, biləm görəm nəyin var, nəyin yox, kimin var, kimin yox. 
G ü l a r a. Atamda var, anam da... 
Q o r x m a z o v. Daha... 
G ü l a r a. Özüm varam. 
Q o r x m a z o v. Onu bilirəm, patom, patom... 
G ü l a r a. Nişanlım var... 
Q o r x m a z o v. Bəla elə bundadır ki, cavanlar tez nişanlanıb özlərini 
bədbəxt eləyirlər. 
G ü l a r a. Bədbəxt niyə? 
Q o r x m a z o v (gəhqəhə çəkir). Özüdə kimə nişanlanıb. Nə bilim o 
çalağanturistdir, nədir ona. 
G ü l a r a. Nadir çox ağıllı, bacarıqlı oğlandır. 
Q o r x m a z o v. Bir başa düş, bu rəssamdır, bu şairdir, bu artistdir, 
nədir, yaman şorgöz tayfadır. Yüz qızı, birdən sevirlər, birdən... 
G ü l a r a. yanılırsınız. 
Q o r x m a z o v. Xeyr, vallah deyirəmki, hansı müdirin belə bir zamı 
var, hansı zamın mən kimi adamı var! Doğrus, qurbandır bütün atelya 
modamın var-yoxu sənə. Mən ölməmişəm ki... beş gün dünyadır. 
G ü l a r a. Bir az ədəbli danışın, yoldaş Qorxmazov. 
Q o r x m a z o v. Ədəbsiz sənin o adamındır ki, var. Məndə sübut var, 
sübut! 
G ü l a r a. Bu iftiradır. 
Q o r x m a z o v. Yox, həqiqətdir.  İnanmırsan buyur. (Stolun 
gözündən hir konvert çıxarıb içindəki kağızı nəzərdən keçirir.) 
 
  
 


_____________Milli Kitabxana________________ 
235 
 
 
G ü l a r a. O nədir? 
Q o r x m a z o v. Naməlum bir vicdanlı şəxsin Nadirin tərbiyəsizliyini 
sübut eləyən canlı, şanlı məktubu. 
G ü l a r a (onun əlindən almaq istəyir). Ver baxım. 
Q o r x m a z o v. Mətləbi bildin, kifayətdir. Al... (Cırıb səbətə atır.) 
G ü l a r a. Mən sizinlə ayrı yerdə danışaram. Bunlara imza atın! (Ona 
sənədlər göstərir). 
Q o r x m a z o v. Harda danışırsan danış. Mənim dalım möhkəmdir, 
möhkəm. 
G ü l a r a (gedir). Baxarıq! 
D ə m i r o v (gəlir). Zaddır... evimiz yıxıldı. 
Q o r x m a z o v. Adə pajar-zad olmayıb ki... 
D ə m i r o v. Pajar yaxşıdır, ancaq arvad milisionerlə əlbəyaxa olub. 
Q o r x m a z o v. Arvad? Onda yenə min şükür bizim arvada... 
Görəsən bu hansı arvadağız kişinin arvadıdır? (Bu vaxt zəng vurulur.) Nə, 
nə? Süründürürlər? Sən kimsən ki, belə böyük-böyük danışırsan? Necə? 
Şair Xəyal Rza? İstəyir lap qərib İmam Rza ol, məni qorxuda bilməzsən. 
Vallah mən də sizin kimi bekar olsam ildə  nədir, lap gündə bir kitab 
bağlaram. 
Bu dəmdə Dünya xanım pəncərədən içəri atılır.  
Dalınca da milisioner fit çala-çala içəri girir. 
 
Q o r x m a z o v. Daha mənim kitabım bağlandı. 
D ü n y a. Havaxtdan bu xarabanın qapısı mənim üzümə bağlanıb, ağa 
Qorxmazov? 
Q o r x m a z o v. Sakit, yavaş, danışmaq kulturadır, bağırmaq xaltura, 
Dünya xanım. 
D ü n y a. Xaltura sən özünsən, tez al, səhvini al boynuna, yoxsa... 
Q o r x m a z o v. Mənim səhvim odur ki, anadan olmuşam. 
D ü n y a. Olan gününə daş düşəydi, daş! 
Q o r x m a z o v. Avtoritetimi gözlə, arvad! 
M i l i s i o n e r. Yoldaş direktor, şəxsi davanızı evdə eləyərsiniz. 
Ancaq mən bu vətəndaşı rayondan aparmalıyam.  İcazə verin telefonla 
köməyə bir milisioner çağırım. 
Q o r x m a z o v. Hay-hay, bir polk da çağırsan bacarmazsan, get 
işinə. 
M i l i s i o n e r. Xeyr, mən çağırmalıyam. 
 
  
 


_____________Milli Kitabxana________________ 
236 
 
 
D ü n y a. Xox, qorxdum elə! (Ayna qabağında özünü düzəldir.) 
Q o r x m a z o v. Bir məni başa salın görüm nə olub axı? 
M i 1 i s i o n e r. Mən bu gün bu qonşuluqdakı kolxoz bazarında 
növbətçiyəm. Bir az əvvəl bu vətəndaş bir neçə kisə qovun-qarpız gətirib 
töküb bazarın lap ortasına. 
Q o r x m a z o v. Mən bir ölən günümü bilmirəm. Dünya, səni 
qınamayan olsa məni də bazara çəkib heçə-puça satarsan. 
D ü n y a. Heçə-puça getsaydin, indi səni çoxdan satmışdım. 
M i l i s i o n e r. Nəhayət, bu vətəndaş, qovun-qarpızmı 
bəyənməyənə, almayana yağış kimi küçə söyüşləri yağdırıb. Mən onu 
intizama çağıranda məni də vəzifə başında təhqir edib hədələyir. 
D ü n y a. Yox bir dayanıb baxacaqdım səninçin. 
M i l i s i o n e r. Bu vətəndaşı rayona aparmaq mənim vəzifəmdir. 
D ü n y a. Rayona xuliqanları aparırlar. 
M i l i s i o n e r. Yoldaş direktor, rica edirəm xanımınızı intizama 
çağırasınız. 
Q o r x m a z o v. Rəhmətlik... nə qoyub, nə axtarırsan. Sən beli 
tapançalı onunla bacarmayandan sonra, mən yazıq  əli-beli boş ona 
neyləyə bilərəm! 
M i l i s i o n e r. Məsələ bununla qurtarır. Xanımınız o biri otaqda 
işçilərinizin və müştərilərinizin yanında mənə əl qaldırmaq istəyirdi. 
Q o r x m a z o v. Yaxşı qurtarmısan, yoldaş milisioner. Mənə əvvəl 
elə  gəlirdi ki, milisionerlər fışqırığı kefi köklükdən çalırlar. Amma indi 
görürəm ki... 
D ü n y a. Kişi, əmr elə milisioner rədd olub getsin! 
M i 1 i s i o n e r. Mən akt bağlamışam gedən deyiləm. 
Q o r x m a z o v. Əşi, onda mən gərək bunun əlindən gündə yüz akt 
bağlayam ki... Get işinə, sən çox yüngül qurtarmısan... 
D ü n y a (getmək istəyir). Kişi, sonra gələrəm. 
M i l i s i o n e r (fit verir). Dayan! 
Q o r x m a z o v. Mən ölüm barışın getsin. (Pul göstərir.) Al bu da 
arvadın ştrafı. 
M i l i s i o n e r (pulu onun üzünə  çırpır). Qalsın xanımınıza, 
xərclərsiniz. Mən buna görə də sizdən akt bağlamalıyam. 
D ü n y a. Qaragün, gör kimə pul təklif eləyir a!.. 
Q o r x m a z o v (var-gəl edir. Fiklrləşir, sonra), Yoldaş milisioner, 
görünür sizin iş-gücünüz qurtarıb ki, arvad-uşaqla məşğul olursunuz. 
 
  
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə