Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə52/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   48   49   50   51   52   53   54   55   ...   60

_____________Milli Kitabxana________________ 
243 
 
 
 
D i 1 a v ə r. Tez niyə olur. Biri öz dostundan soruşur ki, evləndiyiniz 
bir ay olmaz, amma arvad dünyaya bir övlad gətirib, de görək adinı  nə 
qoyaq? Dostu gülüb cavab verir: "Bir uşaq ki, 9 ay 9 günlük yolu bir aya 
sürətlə belə gəlib çıxıb, admı Aynapalan qoysanız məsləhətdir". 
B a y r a m a lı. Nə ağıllı cavabdır... 
 
Nadirlə Gülara göz-gözə gəlirlər. 
 
D i 1 a v ə r. Cavan nəsli ürəkdən təbrik etmək borcumuzdur! Sonsuz 
alqış! (Əl çalır.) 
N a d i r. Təşəkkür. (Eskizlərə, modellərə baxır.) 
D i 1 a v ə r. İxtiranız çox qəribədir, çün məhz məhəbbətin meyvəsi 
gərək belə də ola. Dost-aşnadan gizlu... pah... pah... 
G ü l a r a. Vallah günah Nadirdə deyil, məndədir. Dedik ki, xudmanı 
olsun. 
B a y r a m a lı. Aha... boynunuza alırsınız? 
G ü 1 a r a. Səhvimizi niyə boynumuza almayaq ki? 
D ə m i r o v. Boynunuza almaqda çox ağıllı iş görürsünüz. 
G ü l a r a. Yaxşı, bu dəfə maaş alanda bir də bizdə  yığışarıq, söz-
söhbət qurtarar gedər. Daha orda-burda haqqımızda artıq-əskik söz 
deməzsiniz. 
D  ə m i r o v. Mən kişi kimi söz vermişəm. Lalam... sirr 
dağarcığıyam... hələlik bax üçümüz bilirik. Vay onda ki... 
G ü l a r a. Eh, hamı bilsə nə olar ki. 
D i l a v ə r. Çün o yaxşı olmaz. 
G ü l a r a. Onda xərcimiz bir qədər çox çıxar, onun qorxusu yoxdur. 
D i l a v ə r. Deyirəm körpənizin adını Aynapalan qoysaq yaxşıdır. 
N a d i r. Canım, körpə nədir, ayrapalan nədir? Zarafatı buraxın. 
D ə m i r o v. Uşaq tərəfdən xatircəm olun. Mən razı olmaram ki,  
Gülara xanım əziyyət çəkə. Onun ruhani atalığı mənim boynuma. 
      G ü l a r a. Sağ olsun əvvəldən gələcək körpəmizə belə canyandıran 
dostlar! 
D i l a v ə r. Var olsun Gülara, var olsun Təyyarə! (Əl çalır.) 
N a d i r. Bizi utandırmayın, canım!.. 
D i l a v ə r. 
 
Məncə evlənmək, a Nadir, deyil əlbəttə xata,  
Qoy təbiət eləsin sizlrə bir qız da əta. 
 


_____________Milli Kitabxana________________ 
244 
 
  
(Bayramalıya göz vurur.) 
 
İndi sürətlə olur dəhrdə hər şey hasil  
Getməmiş zaksa görürsən ki, olursan bir ata. 
 
G ü l a r a. Dilavər, yenə kimə söz atırsınız, kimin haqqında 
pıçıldaşırsınız. 
D i 1 a v ə r. Övzayi zəmanədən danışmq. Gedək dostlar, işlərimiz 
tökülüb qaldı. 
 
Gedirlər. 
 
N a d i r. Onları qonaq çağıracaqsan ki, söz verdin.  
G ü l a r a. Bir sözdür dedim də. Əlindəki nədir, Nadir?  
N a d i r. Şeir kitabçasıdır. (Ona göstərir.)  
G ü l a r a. Mən bunu çoxdan axtarırdım. 
N a d i r. Gözəl şeirlərdi, gəncliyin qəlbinin incə hisslərini tərənnüm 
edir. Hicrandan, vüsaldan danışır...  
G ü l a r a. Görək şair nə deyir: 
 
Gözəlim, gəncliyimi mən sənə qurban etdim,  
Sənin hicranını öz dərdimə dərman etdim.  
Sevirəm söylədin, axırda vəfasız çıxdın,  
Ağladım, lalə kimi bağrımı al qan etdim.  
Mərhəmət yox bu gözəllərdə, vəfa yox, deyərək  
Gecəni, gündüzü dərya kimi tüğyan etdim.  
Sənin uğrunda başım xeyli bəla, dərd çəkdi;  
Özüm öz qəlbimi öz eşqimə zindan etdim.  
Başqa bir gənclə səni qol-qola gördükdə aman,  
Yox bu dünyada vəfa söyləyib, üsyan etdim. 
 
N a d i r. Necədir, Gülara, xoşuna gəldimi?  
G ü l a r a. Yox.  
N a d i r. Niyə? 
G ü l a r a. Bir qız öz sevgilisinə vəfasızlıq etmişsə, başqa qızların nə 
günahı? 
 
  
 
 


_____________Milli Kitabxana________________ 
245 
 
 
N a d i r. Öz aramızdır, qızlarda günah daha çoxdur. Bir də 
mübaliğəsiz şer olmaz ki... Məncə şair haqlıdır. 
G ü 1 a r a. Mən bu şairin yerinə olsaydım, vəfasızlıqda qızları yox, 
oğlanları təqsirləndirərdim. 
N a d i r. Yox, bu olmadı... Gülara, de görüm, mən heç sənə vəfasız 
çıxmışammı? 
G ü l a r a. Yox.. bəs mən necə? 
N a d i r. Sən də yox. Onu bil ki, ayrılıq cürət edib bizim səmimi 
eşqimizə yaxın düşə bilməyəcək. Bizim eşqimizin döyünən bir ürəyi var. 
Onu ikiyə bölsək yaşamaz. Barmağındakı o nişan üzüyünü görürsənmi?  
O bizim... 
G ü l a r a. Üzük cansız bir şeydir, bunsuz da keçinmək olar. Mən 
sənin qəlbini görürəm. 
N a d i r. Mən də sənin mənə qarşı məhəbbət dolu, ləkəsiz, pak qəlbini 
büllur ayna kimi əks etdirən o mənalı, mavi səmavi gözlərini görürəm. 
Mən o gözlərdə öz bəxtimizi görürəm. 
G ü 1 a r a. Mən də görürəm, Nadir! 
N a d i r. Gedək, Gülara. 
 
Gedirlər. Dünya mələk qanadlı paltarda gəlir. 
 
D ü n y a. Bağrım çatladı. 
M ü q ə v v a s a t a n  q ı z. Müqəvva, müqəvva. Püşk ilə, püşk ilə. 
D ü n y a. Ay qız. Çərən-pərən danışma... Torbanı  bəri ver görüm. 
(Müqəvva satan qız qorxa-qorxa torbanı Dünyaya tərəf uzadır. Dünya 
torbadan nömrə çıxarır.) Tez ol 9 nömrəli müqəvvanı ver bura! 
Q ı z (ona it müqəvvası verir). Buyurun... 
D ü n y a (müqəvvanı taxır),  Bu  da  mən. Gəzək görək başımıza nə 
gəlir. (Skamyada oturub tum çırtlayır. Rəqs edənlər gəlib onun 
qabağından keçirlər. Orada Dünyanın geydiyi paltarda bir qadın 
görünür.) Məni qara basır, yoxsa doğrudan belədir? (Qadını saxlayır.) Ay 
arvad, bir dayan! Bu paltar səninçin hardan? 
Q a d ı n. Ərim tikdirib. 
D ü n y a. Qorxmazov? 
Q a d ın. Bıy, Qorxmazov kimdir? 
D ü n y a. Tez ol xoşluqla al boynuna, yoxsa səni rüsvayi-cahan 
elərəm. De görüm, Qorxmazov hara əkildi? 
 
  
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə