Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə53/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   49   50   51   52   53   54   55   56   ...   60

_____________Milli Kitabxana________________ 
246 
 
 
 
Q a d ı n. Nə bilim axı... mənim günahım nədir, ay bacı? 
D ü n y a (onun paltarından yapışır). Günahın bax budur, bu!.. 
Q a d ı n. Oğurluq ki deyil, atelya modada özüm tikdirmişəm. 
D ü n y a. Özüm. Axır ki, aldın boynuna, özüm... (Bu zaman eyni 
paltarda bir neçə qadın gəlib keçir. Dünya bu qadını  tərk edir.)  Mən 
nələr görürəm... Bir deyil, iki deyil. Əclaf bütün şəhərdəki adamlarına 
mənim paltarımdan geyindirib... (Oturub  əsəbi tum çırtlayır. Birinci 
pərdədəki milisioner gəlib Dünyanın qabağında dayanır.) 
M i l i s i o n e r. Vətəndaş!.. (Dünya dinmir.) Yoldaş!.. 
D ü n y a (ondan üz çevirir). Eh qadam ağzına elə... 
M i l i s i o n e r. Xanım!.. 
D ü n y a. Ədəblə danışa bilməzsən? 
M i 1 i s i o n e r. Məgər xanım ədəbsizdir? 
D ü n y a. Qoymazlar bir dəqiqə azad nəfəs alaq ki... 
M i l i s i o n e r. Mən sizin qadın olmağınıza hörmət edirəm, yoxsa 
anam... 
D ü n y a. Necə, necə anam? 
M i l i s i o n e r (yumşaq). Xanım. 
D ü n y a. Get, mən sən deyənlərdən deyiləm. 
M i l i s i o n e r. Bu nə danışır canım.  (Dünyaya)  Vətəndaş, iftira 
xanım.  (Fit verir.) Karnaval gecəsi el bağını zibillədiyinə göro 3 manat 
cərimə. 
D ü n y a. Necə, necə, cərimə? Bağ elın, karnaval ərimin, sənə nə hay 
düşüb? (Tum çırtlayır.) 
M i l i s i o n e r (cibindən dəftərçəni çıxarır). Onda mən akt 
bağlamalıyam. 
D ü n y a. Nə dedin? Yenə akt? Görünür dərsin yaxşı verməmişəm. 
Gözünü aç, mənə yaxşı bax! (Müqəvvanı qaldırır, milisioner onu tanıyıb 
diksinir.) 
M i l i s i o n e r. Bu sizsiniz? 
D ü n y a. Bəli mənəm. Niyə duruxdun? Bağlasana aktmı. 
M i l i s i o n e r (kənara). Bağışlayın xanım. Bağda təmizlik 
nümunəsi göstərdiyinizə görə sizə bizim milis idarəsi tərəfindən təşəkkür. 
(Gülərək gedir.) 
D ü n y a. Vallah məndən nə milis naçalniki çıxar.  (İki barmağını 
ağzına salıb milisionerin dalınca fit çalır.) 
 
  
 


_____________Milli Kitabxana________________ 
247 
 
 
Nadir əlində gül, Gülaranı axtararaq gəlir. 
 
N a d i r. Bu Gülara hara getdi? Eh qızlar, qızlar!.. 
D i l a v ə r (gəlir). Aha, Nadir, niyə bikefsən? 
N a d i r. Heç... 
D i l a v ə r. Yox dostum, dərdini bilirəm, sənə ürəkdən acıyıram. 
N a d i r. Gülaranı görməmisiniz ki? 
D i l a v ə r. Niyə görməmişəm, görmüşəm. Onun əli böyüklər 
ətəyindədir. 
N a d i r. Uzatmayın, hardadır? 
D i 1 a v ə r. Bağın tənha bir guşəsində Qorxmazovla şirin-şirin söhbət 
eləyir. 
N a d i r. Qorxmazovla? 
D i l a v ə r. Bəli, doğrudur, Qorxmazov bizim dostumuzdur, amma 
nişanlı bir qıza yaraşmaz axı. Götürək elə bu uşaq məsələsini... 
N a d i r. Nə uşaq məsələsi? 
D i l a v ə r. Əşi biri deyir səndəndir, o biri deyir özgəsindəndir. O biri 
də deyir ki... 
N a d i r. Bu sözü kim çıxarıb, kim? 
D i 1 a v ə r. Uşağın özü, doğrudur hələ uşaq dil açmayıb, ancaq onu 
saxlayaının min dili var. 
N a d i r. O kimdir? 
D i l a v ə r. Dəmirov. 
N a d i r. Sizin başınıza hava gəlib nədir, bu uşaq söhbəti hardan çıxdı, 
canım?! 
D i 1 a v ə r. Qorxmazovun otağından. 
N a d i r. Əl çəkin yaxamdan. 
D i l a v ə r. Biz əl çəkirik, lakin uşaq əl çəkməyəcək. (Gedir.) 
N a d i r. Uşaq nədir? Bu sözlərin mənası  nədir? Niyə Gülaranın 
haqqında belə söhbətlər olsun axı. Təqsir özündə. Kim bilir bəlkə, burda 
həqiqətə yaxın bir şey var, varsa onda eh... 
G ü l a r a (tələsik gəlir). Nadir, hardasan, bayaqdan səni axtarıram. 
N a d i r. Məxfi söhbətinizi qurtardınızmı? 
G ü l a r a. Kiminlə? 
N a d i r. Qorxmazovla. 
G ü l a r a. Bu nə sözdür?! 
 
  
 
 


_____________Milli Kitabxana________________ 
248 
 
 
 
N a d i r. Sözdür də... 
G ü l a r a. Boş sözdür. Görmədin iclasda ona nə toy tutdum. 
D  ə m i r o v (gəlib ağac dalından onlara qulaq aısır. Kənara). 
Qulaqlarım da tutulmağa vaxt tapdı. (Qulağını ovur.) 
N a d i r. Mən bir neçə  dəfə  sənə ciddi demişəm ki, ondan uzaq, 
uzaq... 
G ü l a r a. Mən ondan necə uzaq ola bilərdim ki, o hələlik... 
N a d i r. Əlbəttə uzaq ola bilməzsən, çünki bağlar möhkəmdir. 
G ü 1 a r a. Sən uşaq olmusan nədir? 
N a d i r. Bəli, uşaq olmağına olub, ancaq atası mən deyiləm. 
G ü 1 a r a. Nə ata, nə uşaq? 
N a d i r. Sən yaxşı bilirsən. (Əlindəki gülü yerə çırpıb gedir.) 
G ü l a r a. Heç başa düşmürəm nə olub. Nadir, bir dayan! (Dalınca 
gedir.) 
Dəmirov gülü yerdən götürüb iyləyir, 
Qorxmazov, Dilavər, Bayramalı gəlir. 
 
Q o r x m a z o v. Adə, Dəmirov, Dünya bu aralarda yoxdur ki? 
D ə m i r o v. Xeyr... görməmişəm. 
Q o r x m a z o v. Qorxuram bu qəşəng gecəni mənə haram eliyə. 
D ə m i r o v. İndicə Gülara ilə şekilçəkən cavan... 
Q o r x m a z o v. Qarğaturist? 
D ə m i r o v. Hə, hə, bu ağacın altında. 
Q o r x m a z o v. Aha, öpüşürdülər? 
D ə m i r o v. Xeyr a... vuruşurdular. 
Q o r x m a z o v. Nə üstə? 
D ə m i r o v. Uşaq üstə. 
Q o r x m a z o v. Sonra, sonra? 
D ə m i r o v. Şey, Nadir dedi ki, uşağı al boynuna. Gülara almadı və 
Nadiri qovdu. Sonra o dedi ki, bu gülü mənim tərəfimdən verərsən 
Qorxmazova. 
Q o r x m a z o v (gülü qoxulayır). Can qısqanclıq, can! Afərin mənim 
bu başıma. Gör a... qız birdən nə  dəyışdi. Məndən zəhləsi gedirdi. İndi 
mənə gül göndərir. Can! Can! 
D i l a v ə r. Bütün bunlar nazdır, naz! 
 
  
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə