Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə56/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   52   53   54   55   56   57   58   59   60

_____________Milli Kitabxana________________ 
255 
 
 
F a t m a. Salam qızım, salam! 
G ü l a r a. Qorxmazov hələ gəlməyib? 
F a t m a. Xeyr qızım, niyə belə bikefsən? 
G ü l a r a. Heç xala... Atelya modamızın körpəsi necədir? 
F a t m a. Uşaqdan nigaran qalma. Ona öz doğma balamız kimi baxrıq. 
Ancaq biraz... 
G ü l a r a. Başa düşürəm... (Ona pul verir.) Al. Ancaq ondan muğayat 
ol, körpədə günah yoxdur. Günah bizdədir ki, bu cinayəti işləyib, sonra 
ört-basdır etməkçin məsum körpələri əldən-ələ salırıq. 
F a t m a. Cavanlıqdır qızım, bir işdir olub da... Qızım, bəs o körpnin 
əsil atası kimdir? Məndən gizlətmə... də. 
G u 1 a r a. Deməyə çox çətinlik çəkirəm, Fatma xala. Kimin üstünə 
atasan ki... 
F a t m a. Bıy, başıma xeyir... allah günahınızdan keçsin qızım, o 
dünyada nə cavab verəcəksiniz? 
G ü 1 a r a. Mən niyə? Qoy təcrübəsiz qızları yoldan eləyən 
vicdansızlar cavab versin. 
F a t m a. Haqlısan, görəsən o dələduz daha kimli bədbəxt eləyəcək? 
Qoy bu sizə ömürlük dərs olsun. 
G ü l a r a. Bu ağıllı sözdür. Sağ ol, Fatma xala. (Gedir.) 
F a t m a. Yazıq qız, tutduğu  əməldən yaman peşman olub. (Fatma 
stolu təmizləyir. Papiros kötüklərini toplayır. Sonra divara söykədilmiş 
şəkli çevirir. Təmizləyir.) Qorxmazov bu idarəyə gələni aləmi zibilləyib. 
Bunu da yaman toz basıb. (Şəkilə tüpürür və silir. Qorxmazov gəlir, 
heyrətlə Fatmaya baxır.) Tfu, tfu... 
Q o r x m a z o v. Adə, düşməni ayrı yerdə niyə axtarıram. Budur, 
hazır durub qabağımda. Fatma, mənim üzümə tüpürürsən? 
F a t m a. Bıy, salaməleyküm! Üzündəki çirki təmizləmək istəyirdim. 
Q o r x m a z o v. Xeyr, kələyin baş tutmaz. De görüm səni kim 
öyrədib? 
F a t m a. Eh, boş-boş danışma. 
Q o r x m a z o v. Neceə 
F a t m a. Daha bəsdir.  Ərim bir yandan, sən bir yandan canımı 
boğazıma yığdınız... Səhərdən axşamacan işləmək bir yana dursun, 
üstümüzə bir uşaq da atdınız. 
Q o r x m a z o v. Yaxşı, yaxşı... uşağın halı necədir? 
F a t m a. Yaman şıltaqdır. 
 
 
 


_____________Milli Kitabxana________________ 
256 
 
 
Q o r x m a z o v. Yəqin atası qırışmala çəkib. 
F a t m a. Necə, atası tapılıb? 
Q o r x m a z o v (diksinir), Hələ yox. 
F a t m a. Atası  əclafda insaf, vicdan olsaydı, öz gül kimi uşağına 
sahib çıxıb onu yad əllərə tapşırmazdı. 
Q o r x m a z o v. Bəli, bəli... 
F a t m a. Vallah, Qorxmazov qardaş, atası rastıma gəlsəydi, tutardım 
onun yaxasından, bax belə... (Qorxmazovun yaxasından yapışır.) Üzünə 
bir parça tüpürüb deyərdim ki: ey dələduz! (Tüpürür, Qorxmazov dadlı-
dadlı getdikcə Fatma onu təqib edir.) Ay binamus! Ay əclaf! 
Q o r x m a z o v. Buraxsana yaxamı, onun atasından mənə nə. 
F a t m a. Bu sözləri sənə yox ki, uşağın əsil atasına deyirəm də. 
Q o r x m a z o v. Heç ona da demə...  Ədəblə danişmaq kulturadır, 
ədəbsiz danışmaq xaltura, Fatma xala! 
F a t m a. Əlbəttə quldur-muldur belə  iş görə bilər, kül o biqeyrət 
atanın başına ki... 
Q o r x m a z o v. Sus, atasının yox, anası Gülaranı söymək lazımdır, 
Gülaranı. Ana da öz uşağından boyun qaçırar? Zalımın qızı, bəlkə bu uşaq 
böyüyüb zorba bir incinar olacaq, doktor olacaq... 
F a t m a. Dərzi olacaq... 
Q o r x m a z o v. Yox, yox atası buna razı olmaz. 
F a t m a. Qoy olmasın, olmasın... Hə, onu deyirəm ki, az qalmışdı 
yadımdan çıxsın.... Dünən Dünya xanım bizə gəlmişdi. 
Q o r x m a z o v. Sizə gəlmişdi? (Kənara) Evim yıxıldı. 
F a t m a. Bəli, körpənin göz-qaşına, burun-qulağına çox diqqətlə 
baxdı. 
Q o r x m a z o v. Yoxsa burun-qulaq doktoru olub? Fatma xala, 
səndən çox xoşum gəldi.  (Pul verir.) Al bu pulu... Uşağa yaxşı qulluq 
eləyin. 
F a t m a. Görüm əlin kimi ürəyin də açıq olsun. Bayaq Gülarada 
uşaqçın bir az xərclik verdi. 
Q o r x m a z o v. Aha, uşağı aldı boynuna? 
F a t m a. Alan kimi oldu... ancaq atasını demədi ki, demədi. Yaxşı, 
Qorxmazov qardaş, baş-gözünüz niyə belə gömgöydür? Olmaya yıxılıb 
eləmisiniz? 
Q o r x m a z o v. Xeyr, Fatma xala, bunlar karnaval frontunun 
meyvəsidir. 
F a t m a. Yaxşı, mən getdim işimə. (Gedir.) 
  
 


_____________Milli Kitabxana________________ 
257 
 
 
Q o r x m a z o v (gəzişir). Yaxşı Gülara... nə  qədər ki, bu uşaq 
məsələsi var, sən mənim  əlimdəsən,  əlimdə! Öl desəm öləcəksən, qal 
desəm qalacaqsan... Məni sev desəm sevəcəksən...  (Rəhilə içəri girir.) 
Aha... Axır ki, gəldin, görürsən hörmətini? Demişəm səni mənim yanıma 
bez daklad buraxsınlar. 
R ə h i l ə. Mən balamı istəyirəm, balamı! 
Q o r xm a z o v. Şərtini dünən demişəm. Cəmisi bir dəqiqəlik əziyyəti 
var. 
R  ə h i 1 ə. Vicdanım iftira atmağı  qəbul etmir. Balamı qaytarın 
mənə... 
Q o r x m a z o v. Aha...balamı...Dediyim  şərtdən başqa bir yolu 
yoxdur. Onu da sənə  xəbər verim ki, Dünya ilə bu gün-sabah 
üzülüşəcəyəm. 
R ə  h i 1 ə. Onun daha mənə dəxli yoxdur. 
Q o r x m a z o v. Çox dəxli var. Telefonda sənə dediyim şərtə razısan, 
ya yox? 
R ə h i l ə. Yox, yox, qaytarın mənim balamı özümə. 
Q o r x m a z o v. Aha, qoy sənə düzünü deyim. Balan Nadirdədir, 
Nadirdə. Verdim ona oğulluğa... bu dəqiqə... (Zəngi basır.) 
R ə h i l ə. Bu nə işdir mən düşdüm. 
 
Dəmirov gəlir 
 
Q o r xm a z o v. Tez Nadiri çağır gəlsin... Sonra o biri işçilərimə də 
xəbər elə yanıma gəlsinlər... (Dəmirov gedir.) 
R ə h i l ə. Görəcək günlərim varmış. 
Q o r x m a z o v (qışqırır). Necə, necə? Sən mənim kadrolarımı 
ləkələyirsən? 
N a d i r (gəlir). Mənə aid qulluq! 
R ə h i l ə (onun üstünə atılır). Nadir, Nadir... 
N a d i r. Məndən nə istəyirsiniz? 
N a d i r. Nə bala? 
R ə h i l ə. Günahların hamısı məndədir. 
 
Bu dəmdə Gülara, Dilavər, Bayramalı, Dəmirov gəlir. 
 
N a d i r. Bu nə komediyadır?  
R ə h i 1 ə. Ayaqlarına düşürəm, ver mənim balamı.  
Q o r x m a z o v. Ay qız... mənim kabinetimi zaqsa döndərmə 
deyirəm sənə! 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə