Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə59/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   52   53   54   55   56   57   58   59   60

_____________Milli Kitabxana________________ 
264 
 
 
qədər gedib cəld qayıdır.)  Mən hara gedirəm, hara? (Stola). Bütün bu 
bəlalar mənim başıma səndən ötəri gəlir. Sən gecələr də  məni rahat 
yatmağa qoymursan. Beynimə yerləşib, ordan çıxmırsan ki, çıxmırsan. 
Səndən ayrılıb evə gedəndə ürəyim xarab olur. Elə bilirəm ki, bir də sənin 
üzünü görməyəcəyəm. Bir özgəsi səni mənim əlimdən alacaq, mən yazıq 
qalacağam - kruqli yetim. Doğrudur, vücudun bir batman cansiz, quru 
taxtadan ibarətdir. Amma səndə zorba-zorba hikmətlər, mənalar var. 
Bəzilərini bəzəyirsən, bəziləri də  səni bəzəyir. Mən bədbəxt 
Qorxmazovun bəzəyi ancaq sənsən, sən! (Fikirləşir.) Məndən başqa kim 
burda rəhbərlik eləyə bilər axı? Heç kim, heç kim, mən özüm. Bəsdir bu 
qədər idarələrdə  səyahət elədim, bəsdir! Sən pənahım sən-sən, sən! 
(Fikirləşir.) Bir az da fikirləşsəm, başıma hava gələr, hava... (Portfeli stol 
üstünə atıb oturur). Qoy hamı xəbərdar olsun ki, mən əvəzsizəm, əvəzsiz! 
(Bağırır.) Adə, Dəmirov, qapida möhkəm dayan! (Gah zəngi vurur, gah 
telefon dəstəyini götürür.) Priyomu növbə ilə başlayacağam. Mən 
pastayannıyam, pastayannı!.. Rəhbərliyim davam edir i tağdalı!.. 
 
P Ə R D Ə 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
Qorxmazovun həyəti. Yaydır. Divardan telefon asılmışdır, 
əncir ağacından boks topları sallanmışdır. Həyətin ortasında 
quyu var. Pərdə ağılarkən Dünyanın radioqəbuledici cihazla 
plastinka çaldırdığı görünür. Tez-tez telefon zəng vurur. 
Dünya gah priyonmika, gah telefona sarı gedir. 
 
D ü n y a (dəstəyi götürür). Qulaq asıram. Kimdir danışan? Bir nəfər? 
Bir nəfər olsaydınız, dərdim nəydi ki. Necə? Sənin nə ixtiyarın var ki, 
mənim  ərimin anadan olan gününü təbrik eləyəsən? Həyasız!  (Dəstəyi 
asıb radioya  tərəf gedir.)  Yəqin o karnavalda gordüyüm arvadlardan 
biridir. (Telefon zəngi) Hə, səsini çıxartsana, zəhrimar, çor! (Dəstəyi asır.) 
Bu ev deyil, dəlixanadır! (Yenə də zəng) Qulaq asıram. Köpək qızı, atboy 
verdi. 
Q o r x m a z o v (yüngül paltarda evdən çıxır).  Nə yaman çox 
yatmışam, fizik-kulturamın vaxtnı keçirmişəm...  (Saata baxır.) Arvad, 
deyəsən den rojdeniyama dəm-dəsgah açmısan axı... 
 
  
 


_____________Milli Kitabxana________________ 
265 
 
 
D ü n y a. Sənin anadan olan gününə yekə bir daş düşəydi, daş! 
Bayaqdan adamların telefonu partdatdılar ki... 
Q o r x m a z o v. Arvad, heç olmasa bu gün mənə dolaşma. 
D ü n y a. Şəhərdə bir arvad tapılmaz ki, ona telefon nömrəmizi 
verməmiş olasan. 
Q o r x m a z o v. Dünya, bəsdir Dünya! 
D ü n y a. Yaxşı, uşaq hələ də Nadirin boynunda qalır? 
Q o r x m a z o v. Əlbəttə, öz adamları deyir ki. 
D ü n y a. Bəs niyə o əxlaqsızı atmırsan idarəmizdən bayıra? 
Q o r x m a z o v. Arvad, onlara daha vadar çixan var ey, yoxsa onda 
nə var ki. Məsələ lap bu gün-sabahlıqdır. 
D ü n y a. Görək də. Yaxşı, sənin qonaqların kimlərdir? 
Q o r x m a z o v. Öz səmimi dost-aşnalarım... Dilavər, Bayramalı, 
Dəmirov və tağdali... 
D ü n y a. Bu tağdali kimdir, böyük adamdır? 
Q o r x m a z o v. Yox canım, tağdali adam deyil, yəni və qeyrə və 
qeyrə. 
D ü n y a. De görüm çağırdıqlarım arasında arvad xeylağı da var? 
Q o r x m a z o v. Yox, sakit ol. Adıma qəzet gətirməyiblər ki? 
D ü n y a. Hələ yox. 
Q o r x m a z o v. Həmişə alaqaranlıqda gətirərlər, indi gör bəxtimdən 
ordenlərimizə görə nə yaman apazdat eləyir. 
D ü n y a. Ürəyin suya dönməsin. 
Q o r x m a z o v. Eh, başımı qarışdırdm söhbətə, fizik-kulturam qaldı. 
D ü n y a. Çox ağlm-kamalın vardı. Bunlarla oynayandan sonra bir 
təhər olarsan. 
Q o r x m a z o v. Dünya, beynimin, ürəyimin, kürəyimin - bir söz hər 
şeyimin artmasına bax bu kömək eləyəcək, bu! Al gəldi. (Boks əlcəklərini 
geyib ağacdan asılı toplara vurur. Toplar Dünyanın üzünə dəyir.) 
D ü n y a. Məni vurursan? 
Q o r x m a z o v. Yavaş danışmaq kulturadır, bağırmaq xaltura, al bu 
da sənə fizik-kutura. 
D ü n y a. Ay arsız, gör indi kəsirəm ya yox. (İçəri cumur.) 
Q o r x m a z o v (məşq eləyir). Kultura, xaltura, fizik-kultura. 
D ü n y a (əlində yekə bir mətbəx bıçağı qayıdır). Gör kəsirəm, ya 
yox. 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
266 
 
 
Q o r x m a z o v. İnsafın olsun, Dünya, kəsmə!.. 
D ü n y a. Kəsəcəyəm. (Dünya topları kəsmək istərkən Qorxmazov elə 
bilir ki, Dünya onu bıçaqlamaq istəyir. Əlcəklərlə Dünyanı vurub özünü 
müdafiə eləyir.) 
Q o r x m a z o v. Camaat, kömək eləyin, məni kəsirlər! 
 
Dünya topları kəsir. Qorxmazova tərəf cumur. Qorxmazov yorulub 
yerə sərələnir. Dünya gülə-gülə onun başının üstündə dayanır və 
bıçağı boğazına dayayır. 
 
D ü n y a. Kəsim? 
Q o r x m a z o v. Hara tələsirsən, ay arvad? Qurban bayramına hələ 
çox var. 
D ü n y a. Yazıqsan, qalx ayağa!.. 
Q o r x m a z o v (qapıya tərəf baxır). Aha, deyəsən, qonaqlarımız 
gəlir. Arvad, sən süfrəyə rəhbərlik elə, mən də qonaqlara. 
D ü n y a. Xörəklər yandı deyəsən. (Mətbəxə cumur). 
D i 1 a v ə r (gəlir,  əlində kağıza bükülü bir stol modeli var). 
Salaməleyküm!.. 
Q o r x m a z o v. Hə, kak zdorov? 
D i l a v ə r. Sansız təşəkkür...  (Həyəti nəzərdən keçirir.)  Pəh, pəh, 
ölmə, ölmə. Həyət deyil, guşəyi cənnətdir. Nəzərgahı cəzb eləyir. 
Q o r x m a z o v. Sağ ol. 
D i 1 a v ə r. Sansız təşəkkür. Bu günkü yomialinizə iki hədiyyəmlə 
gəlmişəm. 
Q o r x m a z o v. Özün gəlmisən elə mənə bəsdir. 
D i l a v ə r. Sansız təşəkkür. Biri şəxsən vücud mübarəkinizə ithaf 
etdiyim qəzəl, digəri budur. (Kağızı açıb stol maketini ona verir.) 
Q o r x m a z o v. Bu nədir adə? Özün bilirsən ki,uşağım-
zadımyoxdur. Fikrin odur ki; bu iqruşkalarla yaşımın bu vaxtında mən 
özüm oynayım? Məni dolamısan? Ələ salmısan?! 
D i l a v ə r. Pəh, pəh, xeyr, bunda rəmz var. Burda dərin birməna 
gizlənir. Bunu sizə  təqdim etməkdən amalım odur ki, vücudi alinizi 
həmişə stol dalında rəhbərlikdə görüm. 
Q o r x m a z o v (ağlamsınır). Çox şadam...  Əziz dost. Əvvəlcə 
qanmadım. Məni bağışla, bunsuz məniın bir günüm olmasın. (Maketi 
öpür.) Afərin sənə belə dost! 
 
  
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə