Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə47/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   43   44   45   46   47   48   49   50   ...   60

_____________Milli Kitabxana________________ 
228 
 
 
 
Pəncərədən başlar uzanır. Dəmirov onları kənar edir. 
 
D ə m i r o v. Yoldaş qırğom, tovariş qırğom... atam qırğom, bacım 
qırğom. 
Q o r x m a z o v. Dilavər, başın nitqimi yazmağa qarışıq olsa da, 
gərək mənim anadan olan günümə  qədər bu şəklimin altı üçün bir-iki 
kəlmə qəribə bir qəzəl deyəsən... 
D i l a v ə r 
 
De görüm dayaz olsun qəzəl, ya dərin olsun.  
Təndir tək isti olsun, hovuz tək sərin olsun?  
Müsahibdir sanma ki, atelyamda küllənir,  
Məzəli bir şairəm, bundan xəbərin olsun... 
 
Q o r x m a z o v. Xəbərim var, dostum, var. 
D i l a v ə r. Buyurun görək hansı qafiyələri işə salım, məsələn, bir var 
kamiyab, afitab, kəbab, şərab, bir də var, tellər, sellər, bellər, yellər... 
Q o r x m a z o v. Ayaqlar. 
D i 1 a v ə r. Xeyr, ədəbiyyata yamaq vurma. Yaxud, kaman, aman, 
çoban, daban... 
Q o r x m a z o v. Pencə. 
D i 1 a v ə r. Xeyr, pencənin qafiyəsi mütləq gəncə, ya da ki, səncə, 
məncə olmalıdır. 
Q o r x m a z o v. Çox dərinə getmə... Bir az lorı yaz. Elə ordenli 
şairimiz Nizami də prostoy dildə yazıb. 
D i l a v ə r (gülür). Pəh, pəh, ölmə, ölmə!.. Siz ədəbiyyat tarixini də 
çox gözəl bilirsinizmiş... 
Q o r x m a z o v. Sən məni nə bilmisən. Mənim bu sinəm xəzinədir
xəzinə. Bax, Xəyyamov burda yatır, Füzulov burda yatır. Seyid Əzimov 
burda yatir. Əliağa Vahidov burda yatır, Dilavər burda yatır. 
D i l a v ə r (gülür). Bu qədər yorğan-doşəyi hardan tapırsınz? 
Q o r x m a z o v. Gülərsən... bəli biz beləyik, yoldaş Dilavər... Qaldı 
şəklimin altı üçün bir bürüştə qəzəli yadından çıxarma ha! 
D i l a v ə r. Baş üstə... 
 
Bu zaman Dəmirov tələsik dalı-dalı içəri girib şəklə baxır. 
 
Q o r x m a z o v. Yenə nə var, adə?..  
D ə m i r o v. Salaməleyküm... Sizin o əyal... 


_____________Milli Kitabxana________________ 
229 
 
 
  
Q o r x m a z o v. Hm, dedim ki, məşğulam. Bir də bir kərənlik onu 
bilməlisiniz ki? hər yanıma gələn adamı kabinetimin qapısında saatlarla 
gözləməyə məcbur etməsəm, rəhbərliyimi hiss etməzlər. Deyin getsin! 
 
Dəmirov Qorxmazovun yenə də şalvarının tozunu çırpır. 
 
D i l a v ə r. Afərin... Düz buyurursunuz. Hicransız vüsalın nə ləzzəti...                       
Qoy yanına gələnlər hicran oduna yansınlar, sonra...  
Q o r x m a z o v. Afərin.  
D i l a v ə r 
Həqiqi aşiq, əlbəttə, dözər hicrana, Qorxmazov,  
Yesə bu dərdi-qəmlə qəlbini müryana, Qorxmazov.  
O kəs ki, mübtəladır bir gözəl canana, əlbəttə,  
Vəfalı yara yetməkçün gedər Tehrana, Qorxmazov. 
 
Q o r x m a z o v. Tehrana niyə, lap Mərəzəyə  də gedər. Yaxşı, ey 
atelya modamın modnı  şairi, bu qabiliyyət ki, səndə var, niyə pisatelski 
soyuza yazılmamısan? 
D i l a v ə r. Çün o qapını min kərə döymüşəm, sədd heyf üzümə 
açmayıblar... 
Q o r x m a z o v. Olardan əskiksən məgər? 
D i l a v ə r. Xeyr... çün onlar sənin, mənim qandığımız eşq aləminə 
biganə kəslərdir. 
Q o r x m a z o v. Qəm yemə dostum... gün gələr qəbrinin üstündə 
heykəlini özüm öz xərcimə bu əllərimlə dikəldərəm. 
 
Bayırdan Dəmirovun səsi gəlir. 
 
D ə m i r o v. Yoldaş qırğom, tovariş qırğom. 
 
Gülara müştərisi ilə içəri girir. 
 
M ü ş t ə r i. Canım belə də atelya moda olar? Belə də paltar tikərlər? 
Q o r x m a z o v. Səssiz-səmirsiz, əngəlsiz, cəncəlsiz. 
G ü l a r a. Yoldaş Qorxmazov, bu yoldaş  şikayət edir ki, kostyum 
onun əyninə tikilməyib... Usta isə bu paltarı bunun əyninə, ölçüb biçdiyıni 
iddia eləyir. Məncə yoldaş haqlıdır. 
  
 


_____________Milli Kitabxana________________ 
230 
 
 
 
Q o r x m a z o v. Ay qiz, sən bir dayan. A yoldaş, de görüm nə olub?               
M ü ş t ə r i. Bu kostyum mənim əynimə tikilməyib.  
Q o r x m a z o v. Kostyum gözümə çox əntiqə görünür. Gəl bir ayna 
qabağında gey görək. 
Ayna qabağında pencəyi zorla müştərinin əyninə keçirirlər. 
Müştəri qollarını qaldıran kimi pencək daldan ikiyə bölünür. 
M ü ş t ə r i. Çox əntiqədir, yoldaş müdir, çox. 
G ü l a r a. Mən ustalarımızın yerinə xəcalət çəkirəm. 
Q o r x m a z o v. Usta, de görək bu niyə belə olur axı?.. 
U s t a. Bilirsinizmi, günah məndə deyil... (Qulağına pıçıldayır.) 
Q o r x m a z o v. Aha... Yoldaş, siz bu kostyumu nə vaxt zakaz 
vermisiniz. 
M ü ş t ə r i. Doqquz ay əvvəl. 
Q o r x m a z o v. Doqquz ay əvvəl harda işləyirdiniz? 
M ü ş t ə r i. Su idarəsində. 
Q o r x m a z o v. Aha... indi harda işləyirsiniz? 
M ü ş t ə r i. Bunun mətləbə nə dəxli var? 
Q o r x m a z o v. Çox dəxli var. Cavab ver görək indi harda 
işləyirsınız! 
M ü ş t ə r i. Ət kombinatında. 
Q o r x m a z o v. Pasluşi, görünür həddindən çox yemişsiniz. 
M ü ş t ə r i. Bu təhqirdir. 
Q o r x m a z o v. Pencək cəhənnəmə, yaxşı ki, özünüz 
partlamamısınız. Ustanın dediyinə görə siz bu kostyumu zakaz verəndə 
arıq, cılız bir adammışsınız. İndisə şişib dama dönmüsünüz. 
M ü ş t ə r i. Bilmirəm mən məhkəmə qarşısındayam, yoxsa atelya 
moda müdirinin?.. 
Q o r x m a z o v. Hələlik atelya moda müdirinin. 
G ü l a r a. Yoldaş Qorxmazov, sizin müştərilərlə belə rəftar etməyə 
ixtiyarınız yoxdur. 
Q o r x m a z o v. Sən dinmə. 
M ü ş t ə r i. Mənim kostyumuma bir əlac. 
Q o r x m a z o v. Əlacı odur ki, təzədən gedin girin su idarəsinə, çerez 
9 ay sonra gəlib kostyumunuzu bizdən təhvil alın. 
M ü ş t ə r i. Mən sizi məhkəmə məsuliyyətinə çəkməli olacağam. 
 
  
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə