Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə40/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   36   37   38   39   40   41   42   43   ...   60

_____________Milli Kitabxana________________ 
205 
 
 
N ə c ə f. Bəs necə?.. Bu dəfəlik keç günahından! Bir qələtdir eləyib. 
Daha eləməz. 
K ə r i m. Eləməz? Bu sözü sizdən min kərə eşitmişəm. 
Ş  ə r ə f. Nə olar? Bir də  eşit, olsun min bir kərə. Kərim kişi onun 
günahını bağışla bu əmigəlininə... Bu axır vaxtlarda balaciyəzim özünə 
çox yaxşi bir peşə tapıb. 
K ə r i m. Nə peşə? 
Ş ə r ə f. Qoy o olsun aşıq Murad, bu da aşıq Dursun. Baxıb görərik 
kimdir əsil aşıq. 
K ə r i m. Aşıq? 
N  ə c ə f. Bəli, bəli aşıq... Biz onu imtahandan keçirmişik. Biz də 
özümüzə görə bir şey qanırıq, ya yox. Canınçın evdə  şəbih çıxarır ey... 
uzun işdir! Kefi gələndə bilirsən nə  şədd eləyir. Oğlum, bir ağız de, 
Kərim ərnin də görsün şücaətini. 
D u r s u n. Görsün də. 
Ş ə r ə f. Başla, dünən oxuduğunu. 
D u r s u n. Zakaz-makaz lazım deyil. Özüm biləni oxuyacağam. 
Dədəsi, tez ol züy tut görək! 
N ə c ə f. Bu saat! (Cibindən balaban çıxarıb, çalır.) 
D u r s u n. Bir barmaq aşağı, yox, bir barmaq yuxarı.  (Meydan 
sulayır, gah qabağa, gah dala gedir.) 
 
Nəcəfin başına bax, 
Sərəf tək yoldaşına bax, 
Kərım dayı orden alıb  
Dursunun yaddaşına bax. 
 
(Boğazı tutulur.) Bir yumurta. 
 
Şərəf hindən bir yumurta götürüb sındırır və Dursuna içirir. 
 
D u r s u n. Şərəfin başına bax!..(Yenə səsi tutulur.) Məmə, birini də... 
Nisə. Yox, bu olmadı. 
Ş ə r ə f. Uşağım evdə də yumurtasız oxumur. Hindəki yumurtaların 
hamısı onun boğazına gedir. 
K ə r i m. Onda, gərək hər aşıqdan ötəri bir toyuq ferması açılsın ki.  
N ə c ə f. Uşaq səndən utanır ey... yoxsa evdə bir şəbeh çıxarır ki. 
 
  
 


_____________Milli Kitabxana________________ 
206 
 
 
K ə r i m. İnanıram, inanıram. 
N ə c ə f. Yaxşı, Dursun sabahdan qayıdır kolxoza? 
K ə r i m. Yox, sabahdan Dursun qayıtmır kolxoza. Nahaq təvəqqeyə 
gəlmisiniz. Lap nahaq! Mənciyəz xalq, dövlət işində qohum-filan 
tanımıram. Dursun kimilərə kolxozda yer yoxdur. 
D u r s u n. Kərim dayı, heç mənsiz də kolxoz olar? 
K ə r i m. Görürsünüz ki, olur. Götürək elə o Laləni... Onu kim yoldan 
eləmişdi? Dursun. Onu kim o kökə salmışdı? Dursun! Nəcəf! Sənin bu 
xeyrə, şərə yaramaz oğlun iş adamı deyil. 
D u r s u n. Deyirsən, Lalə iş adamıdır? 
K ə r i m. Nə qədər ki, səninlə oturub-dururdu yaxşı işləmirdi. Amma 
indi onu heç tanımaq olmur. 
N ə c ə f. Yaxşı, bu başı batmışa nə çarə eləyək? 
K ə r i m. Mən həkim deyiləm. 
N ə c ə f. A Kərim ey, deyirəm gedəni evləndirək, bəlkə ağlı başına 
gələ. 
K ə r i m. O özünü saxlaya bilmir, arvadı necə saxlayacaq? 
D u r s u n. Danışdı da... Alsınlar, gör necə saxlayıram. Dədəm 
Nəcəfin, nənəm Şərəfin zapasına nə gəlib. 
 
Durna otaqdan çıxıb pilləkən üstə dayanır. Söhbəta qulaq asır. 
 
K ə r i m. Başında ağlı olan qız ona getməz! 
D u r s u n. Yəni allahın Laləsi də mənə gəlməz? 
K ə r i m. Gəlməz. Çünki indi siz ayrı-ayrı adamlarsınız. 
D u r s u n. Əşi, özü mənə min dəfə deyib, toyumuzu eləməsən zorla 
gedib girəcəyəm atan Nəcəfin xarabasına. Bir də məndan başqa kimdir o 
zəhər tuluğunu alan?! 
L a l ə (pilləkəndən aşağı enir). Kimə deyirsən zəhər tuluğu, ay  
gic-gici! 
D u r s u n. Boy Laləsi... 
L a l ə. Rədd ol, həyasız! 
Ş ə r ə f (onun üstünə cumur). Mənim balama deyirsən həyasız? Hara 
qaçırsan? Dayan görüm! 
 
Lalə həyətdən çıxır.  
 
D u r s u n. Öyrədiblər... İşin yoxdur. 
 
 


_____________Milli Kitabxana________________ 
207 
 
 
K ə r i m (Dursuna). Oğlum, bir bura gəl! Səndə təqsir azdır. 
D u r s u n. Alıram boynuma. 
K ə r i m. Doğru deyiblər ki,balıq başdan qoxuyar. (Nəcəfi göstərir.) 
N  ə c ə f. Nə? Balıq! Gedək oğlum! Heç eybi yoxdur! Mən bir də 
sənin bu qapından içəri girsəm, nakişiyəm, nakişi. 
K ə r i m. Bu təntənəli günümüzdə qanımızı qaraltmaym, görək. Xoş 
gəldiniz! Yol açıqdır. 
Ş ə r ə f (şeylərini yığışdırır), Gedək, heç eybi yoxdur. 
 
Gedə-gedə deyinirlər. 
 
D u r s u n. Məməsi, dədəsi, gedək. 
Ş  ə r ə f. Heç eybi yoxdur. Örkən nə  qədər uzun olsa yenə  gəlib 
doğanaqdan keçəcək. Bundan qabaq xoruz yoxdu, sabah açılmırdı?  
D u r s u n. Qədrimi bilmədilər, heyf məndən, itirdiniz məni. 
 
Gedirlər. 
 
N i s ə. Boy başıma xeyir!.. Dursunu qınama, kişi. Bu qocalarda   
həyadan, abırdan əsər-əlamət yoxmuş, yox. 
K  ə r i m. Gedək, ay arvad; ara yerdə xörəyimiz soyudu. (Otağa 
getmək istərkən, kolxozçular gəlirlər.) 
K ə r i m. Xoş gəlmisiniz! Xoş gəlmisiniz!  
X o r 
 
Sağ ol Kərim, var ol Kərim!  
Biz heyranıq qüdrətinə.  
Bizim ellər qiymət verir  
Bu mənalı zəhmətinə. 
 
Dost ellərin qüvvəti var  
Bükülməyən qollarında.  
Alnın açıq, üzun ağdır  
Qalibiyyət yollarında. 
 
K o l x o z ç u l a r. Sizi ürəkdən təbrik eləyirik!  
K  ə r i m. Mən də sizi təbrik eləyirəm. Bundan da xoş günləriniz 
olsun. 
  
 


_____________Milli Kitabxana________________ 
208 
 
 
Q ə m ə r (qaçaraq gəlir). Gəlirlər, gəlirlər... O da gəlir. 
N i s ə. Başa düşmədik. Gələnlər kimlərdir? O gələn kimdir? 
Q ə m ə r. Durnadan soruşun, desin sizə. Onu hamıdan yaxşı o tanıyır. 
 
Səhnə arxasından Muradın səsi eşidilir. 
 
D u r n a. Odur, o... 
K ə r i m. Qızım, utanma, çıx qabağına. 
N i s ə. Kişi, gələn... Moskovdan mənə salam göndərən oğlandır. 
 
Murad bir dəstə kolxozçu ilə gəlir. Görüşürlər. 
 
M u r a d. Salam, yoldaşlar! 
N i s ə. Niyə belə gec? 
K  ə r i m. Onu qınama. Sən Moskovaya pay-piyada gedib-gəlməyi 
asan bilirsən? 
M u r a d. Salam, Kərim dayı! 
K  ə r i m. Salam! Nisə, axır mən də öz Moskov salamımı aldım. 
Murad, oğlum, qızıl nişanını da ürəkdən təbrik eləyirəm... haqqındır, 
almısan. 
D u r n a. Orda heç bizi yada salırdınmı? 
K ə r i m (gülərək). Bizi niyə, məni desənə! 
M u r a d. Kərim dayı, sizi də, onu da. 
K ə r i m. Daha mənə yox da. Bizi də ona görə. 
M u r a d. Kolxozumuzda nə var, nə yox? 
K ə r i m. Onlardan soruş. 
L a l ə. Niyə, işlərimiz çox yaxşıdır. 
M u r a d. Boy, Lalə! 
L a l ə. Kərim dayının briqadası hamını ötüb. 
M u r a d. Çox şadam! 
D u r n a. Lalə indi başqa qızdır. O, indi bizim briqadamızda işləyir. 
M u r a d. Çox gözəl! Kərim dayı, daha məndən incik deyilsən ki? 
K ə r i m. İncik idim... Daha yox. A Hilal, niyə dayanmısan? Tez keç 
evin dalındakı qoçu kəs, yaxşı bir kabab yeyək. 
H i l a l. Baş üstə! (Gedir.) 
L a l ə. Kərim dayı, qoy Murad bizə Moskvada gördüklərindən 
danışsın. 
  
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə