Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə38/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   34   35   36   37   38   39   40   41   ...   60

_____________Milli Kitabxana________________ 
197 
 
 
 
Nə gözəldir ilk bahar  
Dodağında gülüş var.  
Düzülüb qatar-qatar  
Durnalar gölə gəldi. 
 
Sevin, sevin ey könül,  
Başında rəngbərəng tül  
Əlində bir dəstə gül  
Yar gülə-gülə gəldi. 
 
Sevincim həddən aşdı  
Güldüm gözləri yaşlı.  
Birdən dilim dolaşdı,  
Mənimki belə gəldi. 
 
L a 1 ə. Var olsun, butün yazan da, yazdıran da! 
Q ə m ə r. Yazan, Muraddır. Bəs yazdıran kimdir? 
L a l ə. Yazdıran bax, bu bəxtəvərdir! (Durnanı göstərir.) 
D u r n a. Buy, gör kağız nə vaxt yazılıb? İndi gərək özü burda olaydı 
ki... 
L a 1 ə. Ürəyin suya dönməsin gəlib çıxar. Durna, daha nə yazır? 
D u r n a. Heç nə. 
L a l ə. Gizlətmə, hamısını oxu! Yaxşı indi ki, özün oxumursan, ver 
mən oxuyum. (Məktubu Durnanın  əlindən qapır. Durna məktubu geri 
almağa çalışır.) 
L a 1 ə (məktubu oxuyur.) 
 
Mən gələndə yenə səni  
Üzü gülər görüm, Durna.  
O gün olsun saçlarını  
Öz əlimlə hörüm, Durna! 
 
Qoy ürəyim səndə qalsın,  
Məhəbbətin məndə qalsın.  
Hicran bizdən gendə qalsın,  
Qurban sənə ömrüm, Durna! 
 
(Məktubu Durnaya qaytarır.) 
       D u r n a  və  Q ə m ə r. Sağol, Lalə! 


_____________Milli Kitabxana________________ 
198 
 
  
D u r n a (məktubun gerisini oxuyur). "Kənd təsərrüfatı  sərgisində 
kolxozumuz birinci yeri tutan qabaqcıl kolxozlar cərgəsindədir. Mənə 
qızıl medal veriblər". 
Q ə m ə r. Gözümüz aydın! Mən getdim Muradgilə muştuluğa. 
 
Qəmər gedir. Kərim və Nisə gəlir. 
 
K ə r i m (Durnaya qəzeti göstərir). Hə, qızım, oxumusan? 
D u r n a. Xeyr, ata! 
K  ə r i m. Deyirəm, gözün aydın! Moskvada ondan yazırlar. 
Kolxozumuzun üzünü ağardıb. (Qəzeti Durnaya verir.) Bu da onun şəkli. 
Utanma, bas bağrına. 
D u r n a (utanır). Ata! 
K ə r i m. Deyirəm, qoy bir qayıtsın onunla haqq-hesabı çürüdək.  
Hə, qızım necə oldu? Kim deyən oldu? İudi kim qabaqdadır. Siz, 
yoxsa biz? 
D u r n a. Hələlik siz! Amma dediyiniz kimi bu günün sabahı da var. 
Yarış davam eləyir. 
K ə r i m. Kimi qorxudursan, eləsin də. 
D u r n a. Ata, görürsənmi, nəcəfləri, dursunları özündən uzaqlaşdıran 
kimi işlərini yenidən qura bildin. 
K ə r i m. Mənə dərs vermə! Mən özüm öz səhvimi düzəltdim. 
D u r n a. Atacan, bu inadından, mənəm, mənəm deməyindən  əl 
çəkəsən! (Əlindəki məktub yerə düşür.) 
K ə r i m. O nədir? (Qaldırmaq istəyir. Durna ondan tez tərpənir.) 
D u r n a. Heç. 
K  ə r i m. Necə  yəni heç. Daha niyə gizlədirsən? Ondan kağiz 
almısan? 
D u r n a. Bəli, ata almışam. 
K  ə r i m. Nə olar almısan, alda. Yaxşı  nə yazır? Yoxsa yenə atana 
gülür? 
D u r n a. Xeyr. O qızıl medal alıb. 
K ə r i m. Oxumuşam. Alsın, nə eybi var ki. Bizim briqada isə Keçici 
Qızıl Bayraq alıb. Ay Nisə, həyəti başdan-başa çilçıraqban eləyək ki,  
bir azdan hamı bura tökülüşəcək. Heyf... gərək o da gəlib bizim bu cah-
cəlalı görəydi. Qızım, de görüm, daha nə yazır? (Yavaşdan zarafatla). 
Orda evlənib eləməyib ki? 
 
 
 


_____________Milli Kitabxana________________ 
199 
 
 
D u r n a. Ata... 
K ə r i m. Bir sözdür, dedim də. Daha nə yazır? 
D u r n a. Anama salam yazır. 
N i s ə (sevincək, Kərimə acıq verir). Mənə salam göndərən sağ olsun! 
Kişi, mən elə  əvvəl gündən sənə deyirdim ki, Murad canlara dəyən 
oğlandır. Sən deyirdin yox. Min yaşasın mənə moskovski salam 
göndərən! 
K ə r i m. Mənə necə, salam yazır? 
 
Nisə Durnaya işarəylə bildirir ki, yox desin. 
 
D u r n a. Xeyr, yox, yazmır. 
K ə r i m. Necə, necə?!. Yazmır, yazmasın. Görünür, kağızdakı başqa 
əhvalatlar mənə salam yazmağa mane olub. Yəqin kağızda yer olmayıb... 
heç eybi yoxdur. Gəlib görər ki, Kərimgil burda nə möcüzələr yaradıb. 
N i s ə. Qızım, ona mənim dilimdən yaz ki, ondan ötəri mən də, sən 
də, atan da yaman darıxırıq. 
K ə r i m. Arvad, gəl sən mənim dilimdən vəkillik eləmə! Bəlkə,  
mən darıxmıram. 
N i s ə. Darıxma kişi, darıxma... Qızım, bir söz yaz ki, bütün 
kolxozçular onunçün darıxır. 
D u r n a. Ata, bəs sizdən nə yazım? 
K ə r i m. Məndən heç nə. (Durna otağa tərəf gedərkən onu saxlayır.) 
Yox, dayan, qızım... Ona yaz ki, mənə də salam yazsın. 
D u r n a (gülərək). Ata, sən ki, onu sevmirsən. 
K ə r i m. Ailəmizdən biri sevir, kifayətdir də! 
D u r n a. Ata!.. (Utanaraq evə gedir.) 
N i s ə. Vallah, bu kişinin işindən heç başım çıxmır. Gah deyirsən, 
düşmənim Muraddır, gah da, deyirsən ki, öz qohum-qardaşım. Sənin 
felindən heç kəs baş çıxartmaz, heç kəs! 
K  ə r i m. Yaxşı, yaxşı, baş aparma. Nisə bir məsələ  məni yaman 
çaşbaş eləyib, axı. Sən sandıqda, mən şkafda olanda... 
N i s ə (gülür). Yox, a kişi, mən şkafda, sən sandıqda olanda. 
K  ə r i m. Hə,hə... hərəmiz birində olanda Durnaya eşq dərsi verən 
Muraddı, yoxsa o Dursun? 
N i s ə. Əlbəttə Dursun! Onda biz Dursunu kötəkləmədik? 
K  ə r i m. Döyməyinə Dursunu döydük. Ancaq əvvəlcə  mənim 
gözümə Murada oxşayan bir şey dəydi, axı. 
 
 


_____________Milli Kitabxana________________ 
200 
 
 
 N i s ə. Dursundu, a kişi, Dursun! Murad qızıl kimi oğlandır. 
K  ə r i m. Mənə Muraddan məruzə eləmə. Onu səndən yaxşı  mən 
tanıyıram. Atası yerində dünya görmüş kişiyəm. Böyük-kiçik saymayıb 
mənimlə  kəll-kəlləyə  gəlir. Nə olar? Mən o dikbaşa kim olduğumu 
bildirərəm! 
N i s ə. Səhvin var. O dikbaş deyil, mərddir, mərd. Sən istəyirsən ki, 
Murad da, qohumun Nəcəf və ona oxşayan bir para adamlar kimi sənə 
yaltaqlansın? Qabağında ikiqat olsun? 
K ə r i m. Mən elə demirəm. 
N i s a. Bəs necə deyirsən?! Onu da bil ki, düz adam, təmiz adam 
dünyasında heç kimin, padşahın da, Allahın da qabağında boyun əyməz. 
Muradı mən bu sayaq tanıyıram. 
K ə r i m. Afərin Nisə, afərin!.. Sözlərində həqiqət var. Düz sözə nə 
deyəsən? 
N i s ə. Sözün qısası, qızı Murada veririk, ya yox? 
K ə r i m (gülərək). Yoxsa Moskvadan gələn bürüştə salam saqqızını 
oğurladı. Qız köçürmək dəm-dəm halvasıdır, məgər? Qoy bir papağımızı 
qabağımıza qoyub baş sındıraq, görək nə olur. 
 
Nisə Kərimin papağını başından qapıb miz üstə qoyur. 
 
N i s ə. Buyur, papağını qabağında... Sındır başını görək! 
 
Kərim hirslənib cəld ayağa qalxır. 
 
N i s ə 
 
Utan kişi, heç olmazsa yaşından,  
Boş-boş sözlər çıxartma öz başından.  
Bir qızım var, bu ellərin gözəli,  
Dəyməyibdir əlinə bir yad əli. 
 
K ə r i m 
 
Deyirsən ki, qızı verək Murada  
Sən yaxşı ol, mən pis olum arada?  
Sonra gülüb deməzsən ki, aldatdım,  
Öz fikrimdən çəkilmərəm bir addım. 
 
  


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə