Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə35/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   31   32   33   34   35   36   37   38   ...   60

_____________Milli Kitabxana________________ 
185 
 
 
D u r s u n 
 
Sən haralısan, haralı, Durna!  
Dursun əlindən yaralı Durna!  
Uca dağların maralı, Durna!  
Maralı, maralı, maralı Durna! 
 
Dursun başını pəncərədən içəri soxanda Laləni görüb qaçır.  
Lalə onun dalınca cumur. 
 
L a l ə. Hara qaçırsan?.. Dayan ay birminci dələduz!  
 
Durna və Qəmər gülüşürlər. 
 
D u r n a. Qəmər, kim nə deyir desin. Mənim Laləyə yazığım gəlir. 
Onu bu bataqlıqdan çəkib qurtarmaq lazımdır. 
Q ə m ə r. O çox bacarıqlı qızdır. Heyf ki, pis adama rast gəlib.  
Onu Dursunun təsirindən ancaq sən qurtara bilərsən. 
D u r n a. Mən bu barədə çox düşünmüşəm. Qəmər, onu öz 
briqadamıza keçirsək necə olar? 
Q ə m ə r. Çox yaxşı olar... yaxşı fikirdir. 
D u r n a. Elə də eləyəcəyəm. 
Q ə m ə r. Onu analığından ayıra bilsək, bəxti açılar. 
D u r n a. Bunu lap düz deyirsən. Onu eliyərəm. 
Q ə m ə r. Mən mane olmayım, gedim Durna! 
D u r n a. Hara belə tələsirsən? 
Q  ə m ə r. Olimpiadaya gedənlərin baxışına. Heyf, heyf ki, sən 
getmirsən. 
D u r n a. Qəm yemə!.. Qocalmamışıq ki... Qəmər, tez-tez gəl! Sənsiz 
yaman darıxıram. 
Q ə m ə r. Gələrəm, Durna, gələrəm. (Gedir.) 
 
Kərim və Nisə gəlir. 
 
K ə r i m. Qızım... bir az əvvəl bizim həyətdən vaz atıb qaçan  
Laləydi? 
D u r n a. Bəli, ata, o idi! 
K ə r i m. O, bura niyə gəlmişdi ki? 
D u r n a. Heç... Elə belə gəlmişdi də. 
 


_____________Milli Kitabxana________________ 
186 
 
  
K ə r i m. Bilmək olmaz niyə gəlmişdi? 
D u r n a. Ata, istəyirəm, laləni öz briqadamıza keçirəm. Dursundan 
uzaqlaşar, onda görərsən necə ağıllı qız olar. 
K ə r i m. Olmaz ki, elə Dursunu da götürəsiniz öz briqadanıza. 
D u r n a. Onsuz sizin briqadanın işi keçməz ki. 
K  ə r i m (hirsli).  Sən nə cürət eləyib mənimlə bu dildə danışırsan. 
Yox, yox, sən  əvvəllər belə deyildin. Görünür, dil verənin var. (İstehza 
ilə) Ay Nisə, (qəzeti göstərir) kim deyir ki, saz pis şeydir. Elə deyil? 
N i s ə. Əlbəttə, a kişi, doğurdan a... Bu aşıq Muradı çağırsana, bizə 
bir qədər saz çalıb oxusun. 
K ə r i m. Əcəb qandın! Buyurun, bu da mənim ömür yoldaşım. 
D u r n a. Mən qandım, ata... Amma bir də belə tikanlı sözlər eşitmək 
istəmirəm. (Acıqlı otaqdan çıxır.) 
K ə r i m. Əlbəttə istəməzsən. Sərf eləmir, axı! Neştər yaraya dəydi? 
Barakallah qız böyüdən! 
N i s ə.  Əlbəttə, barakallah... Əyər,  əskiyi varsa, vur başımı yar! 
Mənciyəz qızımız barədə deyilənlərin bir kəlməsinə də inanmıram. 
K ə r i m. Ay ilana zəhər verən kərtənkələ! 
N i s ə. Qızım səninçin körpə  uşaq deyil. Bir başına vur ki, o gecə 
gündüz qiyabi instituta imtahana hazırlaşır. Əlindən dəftər, kitab düşmür.  
(Miz üstdəki kitabları göstərir). 
K ə r i m (bir kitabı götürüb Nisəyə göstərir). Qiyabi institutda, Leyli 
Məcnun?! 
N i s ə. Nə Leyli Məcnun?! 
K  ə r i m. Görünür, qızımızın birinci imtahanı Leyli Məcnun 
əhvalatından olacaq. 
N i s ə. Leyli Məcnundan olanda nə olar ki?! Onu bilmək də böyük 
işdir. 
K ə r i m. Bəli uzun işdir. Mən indi başa düşürəm ki, ayağımın altını 
qazıyan düşmənim öz evimin içindəymiş. 
N i s a. Səhvin var. Düşmənin öz ürəyinin içindədir. Bir yaxşı fikirləş! 
K ə r i m (hirsli). Nə istəyirsiniz məndən? Ağzından süd qoxusu gələn 
aşığın biri adımı-sanımı çırpdı yerə. 
N i s ə. Eh... qohum bazlıq eləməyəydin. Nəcəfçin keçərsənmiş. 
Dursunçun keçərsənmiş... Bax, axırda belə olarsan. Təqsirlərin hamısı 
özündədir, özündə... 
  


_____________Milli Kitabxana________________ 
187 
 
 
K ə r i m. Heç eybi yoxdur. Mən hələ sağam. Bu günün sabahı da var. 
(Yadına nəyi isə salır.) Yaxşı, bəs sən buna nə deyirsən ki, bütün mahalda 
biabır olmuşuq. 
N i s ə. Yenə nə olub ki? 
K ə r i m. Nə olacaq, heçnə, qulağıma çatıb ki, qızımız o aşıq Muradla 
küncdə-bucaqda, bağda, bağatda, dərədə, təpədə xəlvət-xəlvət görüşürlər. 
N i s ə. Görüşsünlər də... Kişi, bəlkə doğrudan da Murad qızımızı 
istəyir. 
K ə r i m. Qızmızı istəyən qapımıza adam göndərər. 
N i s ə. Kişi, deyirəm bəlkə  qızımızın xasiyyətinə yaxından bələd 
olmaq istəyir. 
K ə r i m. Necə, necə, xasiyyətinə bələd olmaq istəyir? 
N i s ə. Bəs necə! Sənin, mənim zəmanəmiz deyil ki, gözüyumulu qız 
verib, qız alasan... yəqin elə mən deyəndir. 
K ə r i m. Bəli, bəli xasiyyət bələd, bələd xasiyyət, əcəb işdir, yaxşı 
göstərərəm ona xasiyyətimi. Ay arvad, bir də deyirlər ki, biz evdə 
olmayanda o bura gəlir. Heç bilirsən bu barədə nələr danışırlar?! 
N i s ə. Yalan sözdür. Murad çox tərbiyəli oğlandır. Durnaya isə özüm 
tərbiyə verib böyütmüşəm. 
K ə r i m. Onda hekayə tamam oldu. Demək cavanlığında keçdiyin eşq 
yollarını ona da öyrətmisən. 
 
N i s ə 
Bəsdir kişi atdın qıza iftira,  
Heç yapışmaz quru palçıq divara.  
İndi çatıb qız on səkkiz yaşına.  
Necə gəlib eşq həvəsi başına. 
 
K ə r i m 
Dayan arvad, səbrini bas, dayan dur,  
Məncə bu Durnanın işi uzundur.  
Görüşürlər Murad ilə xəlvəti,  
Tapdalanır mən Kərimin qeyrəti. 
 
N i s ə 
Birdəfəlik qoy kəsilsin bu söhbət.  
Qızım qanmır nədir sevgi, məhəbbət. 
 
 


_____________Milli Kitabxana________________ 
188 
 
 
K ə r i m 
 
Yox, yox məni haldan salıb şübhələr.  
Buna çarə tapmalıyam müxtəsər. 
 
N i s ə. Necə çarə? 
K ə r i m 
 
Bir macal ver, bir dayan,  
Edəcəyəm öz qızımı imtahan! 
 
N i s ə. Nə imtahan? 
K ə r i m 
 
Bir macal ver, bir dayan,  
Edəcəyəm öz qızımı imtahan. 
 
(Durnanı səsləyir.) Ay qız Durna, Durna! 
Durna (gəlir). Buyur, ata! 
K ə r m.  Qızım, bayaq qəlbini qırdım. Məni bağışla! 
D u r n a. Nə eybi var ata? 
K ə r i m. Əhsən belə qıza! Durna, sənə bir kiçik sualım var. Əgər düz 
cavab versən, and içirəm, bundan sonra sənə güldən ağır söz demərəm. 
D u r n a. Buyur, ata! 
K ə r i m. Deyirəm o qiyabi kənd təsərrüfatı institutuna girəndə əsas 
imtahanı nədən verəcəksən? 
D u r n a. Mənimçin bütün dərslər əsasdır, ata! 
 
Kərim miz üstündəki "Leyli və Məcnun" kitabını göstərir. 
 
K ə r i m. Deyirəm bəlkə əsas imtahanın bundandır. Leyli Məcnundan, 
eşqdən, məhəbbətdən! 
D u r n a. Füzulinin əsərlərini bilməmək eyibdir, ata! 
K ə r i m. Rəhmətlik Füzuli təkcə bunu yazıb elə? 
D u r n a. Xeyr. Bu onun şah əsəridir. 
K ə r i m. Bəs onun rəiyyət əsəri hansıdır? 
D u r n a. Ata... 
K ə r i m. İndi ki, Leyli Məcnun əhvalatını bilirsən, de görüm, eşqin 
məğzi, cövhəri, mayası, mənası, müəmması nədir? 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə