Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə31/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   27   28   29   30   31   32   33   34   ...   60

_____________Milli Kitabxana________________ 
170 
 
 
D u r n a. Burax, Muradcan, burax! 
D u r s u n. Zəhrimar Muradcan, Dursuncan desən ölərsən?! 
D u r n a. Burax, Murad, bağrım çatladı. 
D u r s u n (kənara). Qorxuram əlimi çəkəm, məni görüb yazığın ürəyi 
gedə. 
D u r n a. Daha bəsdir, Murad! (Silkinib qalxır.) Bıy Dursun! 
D u r s u n. Biriminci eşqimizə and olsun, lap özüməm ki var. Hörmət 
və ehtiram. 
D u r n a. Dursun, tez ol get burdan! Görən olar, yaxşı düşməz. 
D u r s u n. Görsünlər də... Mənim nəyim Muraddan əskikdir. Sən 
Durna, mən Dursun, adlarımız bir-birinə gör necə yaraşır. Durnası, əl çək 
o boşboğaz aşıqdan. Ondan sənə nə fayda? 
D u r n a. Heç olmazsa sən danışma. Öz adını da, atamın adını da yerə 
vurmusan. 
D u r s u n. Çalışaram, bundan sonra göyə vuraram. 
D u r n a. Məzələlik eləmə. Atamın briqadasında sənin kimilər 
olmasaydı, o el içində bədnam olmazdı. Bir bax gör, Murad necə işləyir. 
İndi hamı ondan danışır. 
D u r s u n. Əlbəttə hamı ondan danışar da... Nöşün ki, onunçün ki, 
ondan ötrü ki, o səbəbə ki, onun briqadasında sənin kimi özü ceyran
yazıq atanın briqadasında isə Lalə kimi üzünü mürdəşir yumuş,  şeytan 
var,  şeytan. Murad baxır sənə,  şairlər demişkən, ilhamını  səndən alıb 
özünü vurur oda, közə... Atan, mən baxırıq Laləyə, ödümüz ağzımıza 
gəlir; bayaq atanla birlikdə bir padpolnı iclas eləyib belə qərara gəldik ki, 
sən gərək Muraddan yerli-dibli əl çəkib keçəsən bizim briqadamıza... 
Qərar qətidir. Şikayət qəbul edilməyəcək! 
D u r n a. Sən allah şit-şit danışıb, ətimizi tökmə! Sənin bu mənasız 
söz-söhbətin axırda məni el-oba arasında hörmətdən salacaq. 
D u r s u n. Hay-hay, tərsinə, hörmətə mindirəcək, ay qız! Nə 
görmüsən onda? Mətləb sazdadırsa sabahdan bir saz alacağam özümçün. 
Kökləyib çalacağam səninçin. Kef-damaq eləyəcəyik özümüzçün.  
Qaldı ki, qəşənglik barədə, Muradla mənim aramda ancaq bircə  təfavüt 
var. O da ibarət olsun onun bığlarından. Neynək, göz üstə, qaş üstə,  
baş üstə. Sabahdan hərifin atasını yandırmaqçın keçəcəyəm bığ qoymağa 
səninçün. Muradın acığına bığımı bir qarış onunkindən uzun eliyəcəyəm 
özümçün. Dayansın bığımın qabağında görüm necə dayanır. Qaldı planı 
doldurmaq, işə can yandırmaq məsələsi, onun çarəsi asandır. 
  
 
 


_____________Milli Kitabxana________________ 
171 
 
 
Sən bir bürüştə  hə de, dönüm səninçün qırğıya, sığırçına, bildirçinə, 
sağ-sağana, qarğaya. 
D u r n a. Sən allah burda ovçu bazarı açma görək! 
D u r s u n. Ovçu dedin yadıma düşdü. Üstəlik qəribə ovçuluğum da 
var ey... Elə bu gün işə  çıxmamağımın səbəbi qurd dərəsinə ova 
getməyimdir. 
D u r n a. Qorxmadın ki? 
D u r s u n. Dursun hara, qorxdu hara?! 
D u r n a. Ova tək getmişdin, yoxsa tulayla? 
D u r s u n. Tulanı neyləyirəm. Özümə nə gəlib. 
D u r n a. Nə ovladın? 
D u r s u n. Çox şey. 
D u r n a. Məsələn? 
D u r s u n (kənara). Dilim-dilim olasan dilim. (Durnaya)  Mən indi 
nədən danışırdım? 
D u r n a. Ovdan. 
D u r s u n. Hə, hə. Ovçuluq hər adamın işi deyil. Ovçuluğun ən vacib 
şərti odur ki, gərək çənədən möhkəm olasan, özünçün. Başını 
ağrıdıram, gərək ovçunun dili də tüfəngi kimi güllə ata, zalp ata. 
(Samovarın başından dudkeşi götürüb tüfəng kimi oynadıb tuşlayır.) 
Müxtəsər,  əlimdə, on iki lülə, on beş açılan pulemyot, tfu.. bağışla... 
Pulemyot yox, tüfəng...  Əsə-əsə, əsə-əsə, əsə-əsə. 
D u r n a. Daha əsə-əsə niyə? 
D u r s u n. Sən imanın mən əsə-əsə dedim, yoxsa tələsə-tələsə... 
D u r n a. Yaxşı sonra. 
D u r s u n. Mən indi nədən danışırdım? 
D u r n a. Ovdan, ovdan. 
D u r s u n. Bəli, qurd dərəsində  tələsə-tələsə canavar axtarıram, 
özümçün. Vurub sərirəm yerə səninçin. Bu dəmdə bir mağaranın ağzında 
nəyə rast gəlsəm yaxşıdır? 
D u r n a (gülərək). Qırqovula. 
D u r s ıı n. Savadsız danışma!.. Bir sürü canavara. Canın üçün, eləmə  
tənbəllik, düşdüm bu canavarların canına.  (Meydan sulayır.) O canavar 
sənin, bu canavar mənim. Bu canavar sənin, o canavar mənim. O canavar 
Nisənin, bu canavar Kərimin. Bu canavar Şərəfin, o canavar Nəcəfin. O 
canavar mənim, (göyü göstərir) bu canavar onun... 
D u r n a (gülür). Gözə gəlmiyəsən belə ovçu! 
 


_____________Milli Kitabxana________________ 
172 
 
 
D u r s u n. Sonsuz təşəkkür. 
D u r n a. Sonra... 
D u r s u n. Hə? Sonra... Yaxşı, indi mən nədən danışırdım? 
D u r n a. Ovdan. 
D u r s u n. Elədir... Ovdan... 
D u r n a (kənara). Bunu necə başımdan rədd eləyim. (Dursuna)  
A Dursun! 
D u r s u n (sözünü dudkeşlə deyir). Can Dursun! 
D u r n a. Qoy canavarlar bir yanda dursun. İndi ki, belə mahir 
ovçusan, olmaz ki, mənə bir qəşəng qırqovul ovlayıb gətirəsən! 
D u r s u n (özünü itirir), Qırqovul? Elə bu dəqiqə? 
D u r n a. Elə bu dəqiqə! 
D u r s u n (kənara). Dilim-dilim olasan dilim. (Durnaya) Nə deyirəm 
ki, elə bu dəqiqə olsun. Məni gözlə ha!.. (Dudkeşi də özüylə aparır.) 
 
Bir ovçuyam bu dağlarda
Adım Dursun, özüm Dursun, 
Sevgilimə göz dikəni 
Görüm gürzə ilan vursun, 
Sağ ol Dursun, var ol Dursun!.. 
 
Səhnə arxasından Muradın səsi eşidilir

 
M u r a d 
 
Gözəl həyatımın nəfəsi sənsən,  
Könlümün arzusu, həvəsi sənsən. 
 
D u r n a 
 
Bu təmiz eşqimin nəfəsi sənsən  
Ömrümün mənalı nəğməsi sənsən. 
 
Murad kolxozçularla birlikdə oxuyaraq gəlir. 
 
X o r 
Aşıq bir ağız de, açılsın könül  
Mahnı dilə gəlsin, saz dilə gəlsin.  
Səsinə səs versin sevdalı bülbül,  
Bahar dilə gəlsin, yaz dilə gəlsin. 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə