Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə32/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   28   29   30   31   32   33   34   35   ...   60

_____________Milli Kitabxana________________ 
173 
 
  
 
M u r a d. Elə səhərdən sizinçin oxuyuram da.  
Q ə m ə r (Durnaya işarə ilə). İndi daha yaxşı oxuyarsan.  
M u r a d. Ay şeytan... Nə deyirəm ki... (Oxuyur.) 
 
Bağlarda əsəndə payız yelləri  
Ağaclar saçını yolmasa olmaz.  
Cananı ürəkdən, candan sevənin  
Gözləri qan-yaşla dolmasa olmaz. 
Qəlbim xəbər verir səadətimdən  
O xumar gözlərə məhəbbətimdən  
Mənim bu sevdalı təbiətimdən  
Könüldə nişana qalmasa olmaz. 
Yar deyib danışan, gülən hər aşıq  
Ürəkdən dərdləri silən hər aşiq,  
Eşqin mənasını bilən hər aşiq  
Yar yolunda qurban olmasa olmaz. 
 
X o r 
 
Mizrabı tellərə vurduqca aşıq Murad  
Var olsun, bu dunya durduqca aşıq Murad.  
Könlümüz açıldı gözəl səsindən,  
Həyata can gəldi xoş nəfəsindən. 
Ayrılmaz ürəyim bahardan, yazdan  
Dillənir könüllər çaldığın sazdan.  
Könlümüz açıldı gözəl səsindən,  
Həyata can gəldi xoş nəfəsindən. 
 
Oxuyub oynadıqdan sonra, kolxozçular dağılışırlar.  
Səhnədə Murad və Durna qalır. 
 
M u r a d. Durnacan, məni çoxdanmı gözləyirdin?  
D u r n a. Bir az var. 
M u r a d. Qoyurlar ki, yol boyu məni ay oxutdular ha...  
D u r n a. Eşidirdim! 
  
 
 
 


_____________Milli Kitabxana________________ 
174 
 
 
M u r a d, Durnacan! Mənim sazımı dilləndirən bu xoşbəxt varlıq öz 
sonsuz gözəlliyilə könülləri oxşayan bu zəngin təbiət və ona əbədi məna 
verən sənsən, sən! Sevgisiz bir həyatın nə mənası? Durnacan! Mən sənə, 
vətənə  və  məni yetişdirən xalqıma qoşduğum mahnıları oxuduqca 
cavanlar səsimə  səs verib bir ağızdan oxuyur, özünü oda, közə vurur. 
Zəhmətin canı eşqdir, eşq! 
D u r n a. Düz deyirsən, Murad! (Fikrə dalır) Ancaq, hərdən atamın 
haqqında fikirləşəndə... 
M u r a d. Başa düşürəm... Atan gərək məndən inciməyə. 
D u r n a. Səndən yox, məndən inciyib... 
M u r a d. Yox, gərək o səndən də inciməyə. Axı hamımız bir əməl 
uğrunda çalışırıq. Biz onun briqadası ilə yarışırıq. Vaxt vardı, Kərim dayı 
mahalın  ən adlı-sanlı briqadiri sayılırdı.  İndi isə o bizdən geridədir. 
Səbəbi də aydındır. Onun briqadasında möhkəm  əmək nizam-intizamı 
yoxdur. Sən ona de ki, mən onun ən yaxın dostuyam. İstəsə ona kömək 
eləməyə hazıram. 
D u r n a. Ona heç bu sözü demək olar?! 
M u r a d. Yaxşı... Onda mən özüm ona deyərəm. 
D u r n a. Yox demə... O, bu ağır günlərdə yaman əsəbiləşib... 
Kənardan da ona bizim barəmizdə  qəribə sözlər deyiblər. Kişini yaman 
özündən çıxarıblar. Qorxuram o bizim bu sevgimizə mane ola. 
M u r a d. Olmaz, Durna, olmaz!.. O, ağıllı kişidir. Heç güman 
eləmirəm ki, atan, bir-birinə  qırılmaz tellərlə bağlı iki qəlbin  əməllərinə 
qarşı çıxsın. 
D u r n a. Orası doğrudur! 
M u r a d. Dediklərimin hamısı doğrudur, hamısı. (Oxuyur.) 
 
And olsun baharın çiçəklərinə,  
Sən mənim qəlbimin gözüsən, Durna!  
Günümsən, ayımsan, səadətimsən,  
Bu cavan ömrümün özüsən, Durna!  
Dilimin ən şirin sözüsən, Durna! 
 
D u r n a 
 
Bu cavan ömrümün mənası sənsən,  
Vuran ürəyimin sevdası sənsən. 
  
 
 


_____________Milli Kitabxana________________ 
175 
 
 
Günüm sənsən, ayım sənsən  
Günümsən, ayımsan, səadətimsən.  
Bu cavan ömrümün özüsən, Murad!  
Dilimin ən şirin sözüsən, Murad! 
 
M u r a d 
 
Sən mənimsən, mən səninəm əzəldən,  
Çiçək açmış çəmənimsən əzəldən. 
 
D u r n a və M u r a d (birlikdə) 
 
Sənsən mənim eşqim, arzum, diləyim,  
Ayrılarmı ürəyindən ürəyim! 
 
D u r n a. Aman ürəyim, canım ürəyim!  
M u r a d. Günüm sənsən!  
D u r n a. Ayım sənsən!  
D u r n a və M u r a d (birlikdə) 
 
Günümsən, ayımsan, səadətimsən. 
Bu cavan ömrümün özüsən, Murad (Durna) 
Dilimin ən şirin sözüsən, Murad (Durna) 
 
D u r n a. Muradcan! Sən bu sözləri hardan tapırsan? 
M u r a d. O xəzinənin açarını  mənə  sənin gözəlliyin, məhəbbətin, 
azad, xoşbəxt vətənimin cah-cəlalı veribdir. Durnacan, indi mənim 
könlümdə bircə arzum var. 
D u r n a. Nə arzu? 
M u r a d. Bu yarışda üstün gəlib dünya xalqlarının ümid ocağı 
Moskvanı görmək. 
 
Səhnə arxasından Murad və Durnanı səsləyirlər. 
 
M u r a d. Nə var, Qəmər? 
Q ə m ə r. Kolxoz sədri deyir ki, briqadasının əmək günü hesabatını 
tez özüyla gətirsin. 
 
 
 


_____________Milli Kitabxana________________ 
176 
 
 
M u r a d. Bu saat! 
Q ə m ə r. Durna, sən də gəl... Sənə sözüm var! 
D u r n a. Nə deyirəmki... 
 
Gedirlər. Hilal çay dəmləyir. Dursun gəlir. Çiynində tüfəng, 
Belində patrondaş var. Təpədən dırnağa ovçu paltarındadır. 
Dudkeş də əlindədir. 
 
D u r s u n (dudkeşi durbin kimi işlədir). Hanı bu Hilal dayı? 
H i l a l (dudkeşi ondan alır). Səhərdən bununçun gəzirdim. 
D u r s u n. Amanın günüdür, Hilal dayı! 
H i 1 a 1. Nə üz verib? 
D u r s u n. Ölmüşəm götür məni yerdən. 
H i l a l (gülür). Nə olub axı?!. 
D u r s u n. Mənə qəşəng yağlı bir qırqovul. 
H i 1 a l. Qırqovulu neyləyirsən? 
D u r s u n. Canana söz vermişəm. Mən ölüm, Hilal dayı, meyitimi 
yerdə qoyma... Mənə qırqovul. 
H i l a l. Özümü səninçün qırqovul eləməyəcəyəmki... Buyur mən 
qırqovul, vur məni! 
D u r s u n. Məni aldada bilməzsən. Sən qırqovula yox, tülküyə daha 
çox oxşayırsan. 
H i l a l. İndi ki, belə oldu... Al payını! Buyur, bax odur, qırqovul 
ağacda...  (Ağacdakı sağsağanı ona nişan verir.) Tez ol, tüfəngini sazla. 
Nişan al! 
D u r s u n. Alım da. Xoşbəxtlikdən patronların hərəsinə bir kilo barıt 
doldurmuşam. Dəysə atasını yandıracaq. 
H i 1 a 1. Dəyər, inşallah! 
D u r s u n. Qayadan, dağdan olsaydı, adam ehtiyat üçün söykənərdi 
ona. 
H i 1 a 1. Qaya, dağ  mən... Söykən mənə.  (Özünə Dursuna dayaq 
eliyir.) 
D u r s u n. Hilal dayı, altı addım geri. Qulaqların batar. Sonra bütün 
qazandığm gedər dava-dərmana. Atıram.  (Dua oxuyur.) Bismillah, 
zabisiraillah və rəhmətullah. 
H i l a l. Nə oxuyursan, adə?! 
D u r s u n. Qorxu duası. Atdım. (Bir güllə atır və özündən gedir.) 
 
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə