Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə33/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   29   30   31   32   33   34   35   36   ...   60

_____________Milli Kitabxana________________ 
177 
 
 
H i l a l. Adə Dursun, qalx ayağa. (Dursunu yoxlayır). Bu murdar  
oldu ki... (Tələsik gedib samovardan stəkan qaynar su alır və Dursuna 
içirir.) 
D u r s u n. Vay, vay... Yandım ki. 
H i l a l. Qışqırıq salma... Get qırqovulunu götür. Halaldır, özün 
vurmusan. 
 
Dursun yanmış dilini bayıra çıxarmış vəziyyətdə səhnədən çıxır.  
 
H i l a l. Anan ölməsin, belə ovçu! 
 
Dursun ölü sağsağanla gəlir. Oynayaraq oxuyur. 
 
D u r s u n 
 
Birminci sevgim Durna,  
Dərdimə həkim Durna,  
De ki, adaxlanmışam  
Soruşsa hər kim Durna! 
 
(Durna görünür. Dursun onun qabağında oynayır.) 
 
Qapında bir qulam qul,  
Mərd oğulam, mərd oğul.  
Eşqinlə vurmuşam mən  
Ən birminci qırqovul. 
 
Durnası, bax, bu qırqovulu birminci eşqimin biriminci gülləsilə vurmuşam. 
 
D u r n a. Bu nədir, dedin? 
D u r s u n. Qırqovul, Durna, yox ey Durna qırqovul. 
D u r n a. Bu ki alacadır. 
D u r s u n. Balacadır?.. Düz deyirsən... Bunların nəsli getdikcə 
cırlaşır. 
D u r n a. Balaca yox alaca... 
D u r s u n. Hilal dayı allah şahididir ki, mən qırqovul vurmuşam, 
qırqovul. 
D u r n a. Yenə nə içmisən? (Ondan kənara çəkilir.) 
 
 


_____________Milli Kitabxana________________ 
178 
 
 
D u r s u n. Tut suyu... Ağ ciyərə xeyri var. Vallah bilmirəm, nə 
görmüsən o aşıq Muradda. Mən isə... 
D u r n a. Bu barədə bir kəlmə də... Eşitdinmi? 
D u r s u n. Bir kəlmə nədir ki, min kəlmə deyəcəyəm. Bir "hə" de, 
nəinki araq, yerli-dibli heç su da içməyim. 
D u r n a. Eh, içki olan-olmaz ağlını da beynindən yuyub aparıb. 
D u r s u n. Durnacan! Bilirəm, o aşıqdır, sənə deməyə cürbəcür bic-
bic sözlər tapır. Sən də inanırsan ona. Heç eybi yoxdur. Bu yaxınlarda 
onun adını adımla, səsini səsimlə batırmasam, lap bambılıyam, bambılı. 
 O söz aşiqidirsə, mən  əsil birminci məhəbbət aşiqiyəm. Eşqimizə and 
olsun! (Ayaqlarına düşür.) 
D u r n a. Əl çək. Utanmaz! 
 
Lalə gəlir. Dursun özünü itirir. 
 
L a l ə. Ay birminci bihəya!.. Kimin ayaqlarına düşmüsən, hə? 
D u r s u n. Sənə nə? Sən kim, mən kim?! 
L a l ə. Necə, necə? 
D u r s u n. Ay qız, bərkə qalsa, mən heç səni kökündən tanımıram. 
L a l ə. Ah, birminci vicdansız! 
D u r n a. Lalə, sən, bu birminci məhəbbətini götürüb aparsan, səndən 
çox razı qalaram. 
L a l ə. Sən razı qalarsan? Heç inana bilmirəm. Muradı göz altı 
eləməyin bəs deyil, indi də mənimkinə əl atırsan. 
D u r n a. Səhvin var, Lalə, mən sənin o birminci məhəbbətini tanımaq 
belə istəmirəm. 
D u r s u n. Nə dedin? Gec-tez mən özümü sənə tantdıraram, görərsən. 
L a l ə. Yenə harda içmisən, ay gic-gici! 
D u r s u n (yaltaqlanır). Hardan bildin?! Cici-cici. 
 
Az içsəydim olardı haram,  
Ötürmüşəm beş yüz qram. 
 
L a l ə. Tez ol, düş qabağıma! 
D u r s u n. Ey, məni arvad yanında tək görüb üstümə kişilənmə! 
(Tüfəngini Laləyə doğru tutur.) 
 
 
 
 


_____________Milli Kitabxana________________ 
179 
 
 
Lalə tüfəngini onun əlindən qapır. 
 
L a l ə. Düş qabağıma! 
D u r s u n (əllərini yuxarı qaldırır). Mən təslim! Ancaq nahaq kefini 
kök eləyirsən. Bir patron vardı, allaha şükür onu da atmışam. 
 
Gedirlər. 
 
D u r n a. Adam öz-özünün düşmənidir. Yazıq Lalə!.. Mən səni onun 
əlindən qurtarmalıyam. 
 
Murad gəlir. 
 
M u r a d. Bağışla, Durnacan!.. Gecikdim. İndicə burdan gedən 
Dursundu? 
D u r n a. Oydu! Əl çəkmirki, çəkmir. 
M u r a d. Nə deyir axı? 
D u r n a. Deyir ki, ölürəm dərdindən... Nə bilim, sevirəm səni, 
birminci və axırımıncı məhəbbətimsən. 
M u r a d (gülərək). Kişini niyə süründürürsən, cavabını versənə! 
D u r n a (zarafatla). Hələ fikirləşirəm. 
 
Gülüşürlər. 
 
M u r a d. Qoy bizi görək. Özü cəhənnəmə... O, Laləni dəbədbəxt 
eləyib. Eh Durna, bu torpağın üstündə möhkəm dayana bilməyən adamlar 
hələ də var. 
D u r n a. Elədir, Murad! 
M u r a d. Durnacan! Bəzən səni qollarım arasına alıb yüksəklərə 
uçmaq və oradan bu ucsuz-bucaqsız gözəl dünyamızı  sənə göstərmək 
istəyirəm. (Onu qolları arasına almaq istərkən birdən Dursun gəlib çıxır.) 
 
D u r s u n 
 
Aha, keçmisiniz xəlvətə.  
Podpolnı məhəbbətə? 
 
(Çayçının dudkeşini qapıb haray salır.)  Ay haray, birminci 
məhəbbətimi oğurladılar. 
 


_____________Milli Kitabxana________________ 
180 
 
 
M u r a d. Rədd ol burdan. Sərxoşun biri sərxoş!  
D u r s u n. Sərxoş özünsən ki, gündüz günorta çağı birminci sevgilimi 
qucaqlayırsan. (Muradla əlbəyaxa olur.)  
M u r a d. Səsini kəsəcəksən, ya yox?  
D u r s u n. Boğuldum, kömək eləyin. 
 
Səsə kolxozçular gəlirlər. 
 
X o r 
 
Nə olub, nə olub.  
Nə olub, deyin bizə.  
Nə dərd üz verib sizə?  
Baharın xoş çagında,  
Güllərin qucağında. 
 
Heç savaşarmı insan,  
Heyranıq buna heyran!  
Çalın, oynayın, gülün,  
Ömrün qədrini bilin! 
 
D u r s u n 
 
Vallah bu Dursun canı,  
Gördüm öpür Durnanı, 
 
M u r a d və D u r n a (birlikdə) 
 
Təqsir o nadandadır,  
Əqilsiz insandadır. 
 
X o r 
 
O, nə qanır baharı,  
Bu gözəl laləzarı.  
Aşıq durma, sazı al,  
Oynamaq havası çal. 
 
Rəqs edirlər. 
  


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə