- 70 -
kifayətlənməyərək, zehniyyətimizi də sağaldan və
ona saf mənəvi çeşmələrdən məlhəm qoyan doktor
Cavad Heyətdir. Dilin varlığı, fikrin varlığı və cis-
mani mövcudluqla zehniyyətin dialektik vəhdətinin
varlığı! Və nəhayət, imzalar içərisində imzamızın
varlığı olan “Varlıq” jurnalı və bütün bu varlıqları
özündə təcəssüm etdirən doktor Cavad Heyət!
Cavad Heyət türk dünyasının böyük bir dü-
şünürü kimi, Azərbaycan xalqının indiki dövrdə hər
şeydən əvvəl məhz fəlsəfəyə ehtiyacı olduğunu dərk
edir və onu bizə öz dilimizdə və üslubumuzda çat-
dırmaq üçün yollar axtarır. Onun tariximiz, dilimiz
və ədəbiyyatımızla bağlı araşdırmaları milli özünü-
dərk yolunda mühüm addımlardır. İndi təqdim olu-
nan kitab da klassik fəlsəfi nümunələrlə tanışlığa
xidmət edən dəyərli vəsaitdir. B.Rassel kimi böyük
bir riyaziyyatçı alim dünya fəlsəfi fikrinin öz xal-
qına sadə şəkildə çatdırılmasına nəyə görə ehtiyac
hiss edirdisə, bu gün görkəmli cərrah, təbiətşünas
alim Cavad Heyət də məhz həmin səbəbdən diqqə-
timizi fəlsəfəyə yönəldir.
B.Rasselin riyaziyyat və riyazi məntiq sahə-
sindəki böyük xidmətlərinə rəğmən, onun dünya
miqyasında məşhurlaşması da, Nobel mükafatına la-
yiq görülməsi də əsasən humanitar biliklərin yayıl-
ması, maarif və sülh sahəsindəki xidmətləri ilə bağ-
lıdır. B.Rasselin dindən, təhsildən, sevgidən, insan
xoşbəxtliyindən bəhs edən əsərləri daha çox yayıl-
mışdır.
- 71 -
Azərbaycanda Cavad Heyəti məşhur həkim
kimi tanıyan, onun tibbi xidmətindən istifadə edən-
lər də az deyil. Amma daha geniş təbəqə onu məhz
maarifçilik xidmətinə görə, tariximizi, ədəbiyyatı-
mızı mükəmməl bilən, “dil içində dil bəsləyən”, di-
limizin nəinki istifadəsinə, həm də nəzəri tədqiqinə
yönəli böyük işlər görən vətənpərvər ziyalı kimi
tanıyır. Bu mənada “ensiklopedik zəka sahiblərinin
dövrü keçmişdir” fikri ilə razılaşmaq düzgün ol-
mazdı. Çünki dar ixtisaslaşmanın labüdlüyü ilə ya-
naşı, bütövlük naminə müxtəlif sahələrdəki bilik-
lərin bir araya gətirilməsi də vacibdir. Yoxsa insan
təfərrüatlar içərisində itib-batar, dünyanın ümumi
mənzərəsinin canlanmasında çətinlik yaranar. Təsa-
düfi deyil ki, Cavad Heyətin təqdimatında dil də,
ədəbiyyat da, sənət də, tarix də, fəlsəfə də eyni
müstəviyə gətirilir. Onun “Türklərin tarix və mədə-
niyyətinə bir baxış” kitabı da belə bir təbii inteqra-
siyanın məhsuludur. Cavad Heyət yaradıcılığında
isə müxtəlif sahələrdəki biliklər eyni bir ideya xətti
boyunca ipə-sapa düzülür.
Ümuminin zirvəsindən baxanda, xüsusilər da-
ha aydın görünür. Yəqin ona görədir ki, Cavad
Heyətin yazdığı “Ədəbiyyatşünaslıq” kitabı çağdaş
ədəbiyyatçılarımızın hələ də qalxa bilmədiyi yüksək
nəzəri təfəkkür səviyyəsində qərar tutur və klassik
nümunə rolunu oynayır: aydın, yığcam, sistemli... O
- 72 -
saat görünür ki, müəllif yazdıqlarına fəlsəfi fikir
səviyyəsindən baxa bilir.
Bir daha tərcümə məsələsinə qayıtsaq, bu ki-
tab belə bir zərurəti təkrarən vurğulamağa ehtiyac
yaradır ki, hər hansı bir əsərin doğma dilimizdə ye-
nidən doğula bilməsi üçün əvvəlcə dilin özü, müva-
fiq terminologiya yetərincə inkişaf etməlidir. Bunun
üçün isə həmin dildə orijinal əsərlər yazılmalıdır.
Yəni biz milli fəlsəfi fikrimizi müasir düşüncənin
tələbləri səviyyəsində yaşada bilməsək və bununla
bahəm dilimizi də fəlsəfi məfkurə yönündə inkişaf
etdirə bilməsək, başqa xalqların fəlsəfi yaradıcılı-
ğını mənimsəmək də çətin olacaqdır. Bu baxımdan,
bir daha vurğulamaq istəyirəm ki, Cavad Heyətin bu
addımı bir tərcümə xidməti olmaqdan daha çox,
Azərbaycan fəlsəfəsinə bir dirçəliş, oyanış çağı-
rışıdır: “Gəlin, milli fəlsəfi düşüncə ənənələrini bər-
pa edək, dünyaya öz gözlərimizlə baxmağı öyrənək
və başqa xalqların böyük filosoflarını da öz düşüncə
auramıza daxil edək!”
“525-ci qəzet”, 3 avqust 2013-cü il
- 73 -
Ədəbiyyatdan fəlsəfəyə
(Filosof-tənqidçi Yaşar Qarayev haqqında)
Yaşar Qarayev nə yazıçı,
nə də şairdir. O, hər şeydən əv-
vəl fikir sahibidir. Lakin onun fi-
kirləri bədii bir ahənglə ipə-sapa
düzülür. Elmi fikir bədiiləşir.
Yaşar Qarayev elm aləmi-
nin şairi, ədəbi-bədii aləmin ali-
midir. Onun təfəkkürü bədii du-
yumla rasional düşüncənin üzvi
vəhdətindən yoğrulmuşdur. O,
yəqin ki, hər iki istiqamətdə: həm elmi, həm bədii
yaradıcılıq sahəsində uğur qazana bilərdi. Lakin Ya-
şar Qarayev intellektual poeziya nümunələri yarat-
maq deyil, poeziyada intellektual məqamları araş-
dırmaq yolunu tutmuşdur. O, tədqiqat predmeti ola-
raq elmi deyil, ədəbiyyatı, sənəti seçmişdir. Lakin
sənət dünyasının araşdırılmasına elmi rasional dü-
şüncə potensialı ilə qatılmışdır.
Ədəbiyyatçılar içərisində ifrat rasionallığı və
mürəkkəb düşüncə tərzi ilə seçilən və bədiilik
elementlərindən intellektin ancaq yüksək pilləsində
istifadə edənYaşar Qarayev doğmalar içərisində yad
adam təsiri bağışlayır. Tədqiqat predmetlərinin ey-
- 74 -
niyyəti, mövzu yaxınlığı şəraitində bu yadlıq təəs-
suratı, görünür, intellektual məsafə fərqindən doğur.
Azərbaycan xalqının milli inkişafında ədəbi-
bədii fikrin rolu həmişə böyük olmuşdur. Obrazlı
düşüncə bir təfəkkür tərzi kimi rasional elmi dü-
şüncəni həmişə üstələmişdir. Xalqımızın milli-fəl-
səfi fikri də çox vaxt öz əksini elmi traktatlar
monoqrafiyalarda deyil, bədii ədəbiyyatda tapmış-
dır. Ona görə də elmi düşüncəyə və fəlsəfi təfəkkürə
gedən yolda əsasən ədəbiyyatdan keçmişdir. Obrazlı
deyimlərin rasional elmi dilə «tərcümə edilməsi»
xüsusi yönümlü bir istedad tələb edir. Ona görə də
rasional idrak vərdişinə malik olan insanların ədə-
biyyat aləminə müraciət etməsinə böyük ehtiyac
vardı. Bu baxımdan böyük elmi rasional düşüncə
potensialına malik olan Yaşar Qarayev kimi şəxslə-
rin təbiətşünaslıqla deyil, ədəbiyyatşünaslıqla məş-
ğul olması bizim milli maraqlarımıza daha çox
uyğundur. Çünki bu zaman o, ancaq bir şəxsin fərdi
rasional düşüncəsinin bəhrəsini verməklə məhdud-
laşmayıb, əsrlər boyu yazıb-yaratmış böyük ədiblə-
rimizin ədəbi-bədii yaradıcılığındakı rasional dü-
şüncə məqamlarının da çağdaş oxucuya çatdırılma-
sına nail olur.
Bu sahədə Yaşar Qarayevin xidmətinin üç is-
tiqamətində nəzərdən keçirmək olar. Birinci istiqa-
mətdə ədəbiyyatda infrastrukturu və funksiyaları
araşdırılır. Tədqiqatçı bu və ya digər konkret ədəbi
canrın ümumiyyətlə bəddi ədəbiyyatda, ədəbiyyatın
Dostları ilə paylaş: |