- 12 -
sında əriyir”
1
. Amma bu heç də həmişə mümkün
olmur. Belə ki, insan qeyri-şüuri şəkildə də olsa,
özünü həmişə başqalarından ayırır. Sadəcə olaraq
əsl dostluq zamanı dostunu da “başqaları”, yəni
yadlar cərgəsində yox, “öz”ü tərəfdə hesab edir.
“Mən” və “başqaları” münasibəti “biz” və “başqa-
ları” münasibəti ilə əvəz olunur.
Məlum atalar sözündə belə deyilir: “ Dost
dosta tən gərək, tən olmasa, gen gərək”. Əlbəttə, bu
ancaq eyniyyətdən, yaxınlıqdan irəli gələn münasi-
bətlərə aiddir. Amma bu atalar sözü münasibətlərin
ancaq bir formasını, növünü nəzərə alır. Halbuki
fərq özü də dostluq üçün şərt ola bilər. Yəni insanlar
məhz fərqlərinə görə bir-birini tamamlaya bilirlər.
Necə ki, məhəbbət iki cür olur, yəni yaxınlıqdan,
eyniyyətdən doğan məhəbbətlə yanaşı, fərqdən
doğan məhəbbət də vardır, eləcə də dostluğun iki
əsas forması vardır. Fərqli adamla yoldaşlıq inkişaf
üçün impuls verir. Yəni başqası sənin bilmədiklərini
bilir, sənin edə bilmədiklərini edir və nəticədə iki
adam birləşəndə daha çox şey bacarır, daha güclü
olur. Eyniyyətdən doğan dostluq halında isə iki ada-
mın bir yerdə olması əlavə heç nə vermir; əvəzində
eyni bir keyfiyyət daha da vurğulanmış olur. Bir
adamın düşüncəsi, mövqeyi bütün dostlar üçün üst-
üstə düşür.
1
Кант И. Лекции по этике. М., Республика, 2000. с.184.
- 13 -
Dostluq hansı ehtiyacdan yaranır? Hansı cə-
hətlərdə fərq, hansı cəhətlərdə eyniyyət daha önəm-
lidir? Əqidənin, dini mənsubiyyətin, adət-ənənənin
üst-üstə düşməsi dostluq üçün nə dərəcədə önəm-
lidir? Bəs ixtisasların, bilik və qabiliyyətlərin necə,
eyni, yoxsa fərqli olması daha yaxşıdır? Eyni dildə
danışmayanlar dost ola bilərlərmi?
Əbu Turxan deyir: “ Yolları eyni olmayanlar
yoldaş ola bilmədikləri kimi, zövqləri, məqsədləri,
amalları eyni olmayanlar da dost ola bilməzlər.”
“Biz” və “başqaları” bölgüsünün təməlində
hansı meyarlar dayanır? Bu suallara cavab axtaran-
da xeyli dərəcədə aydınlaşır ki, fərq əqidə və mənə-
viyyat yox, intellekt və əməli vərdiş sahələrində
məqbul sayılır. Tərəflərdən biri fiziki cəhətdən, o
biri intellektual cəhətdən üstündürsə, bu cür birlik
işin xeyrinə də ola bilər. Amma biri nəcib, o biri na-
nəcibdirsə... Bir sözlə, “biz” ola bilmək üçün məhz
mənəvi birlik tələb olunur.
Azərbaycanda “dar günün dostu”, “gen gü-
nün dostu” ifadələri əslində “dost” anlayışını nisbi
başa düşməkdən irəli gəlir. Məhz bu cür yanaşma-
nın nəticəsidir ki, əksər adamlar “ dəvəsi düzə çı-
xanda” daha dar günün dostlarını axtarmırlar. Yəni
hər mühitin özünə binəm dostları olması bir real-
lıqdır. Bu cür yanaşma dostluq ideyasından uzaq
olub yoldaşlıq mənasında başa düşülməlidir. “Dar
günün dostları” çox vaxt əyləncə, eyş-işrət məclis-
ləri üçün “işə yaramırlar”. Necə deyərlər, hərənin öz
- 14 -
təyinatı var. Ona görə də belə kontekstlərdə “dost”
kəlməsindən istifadə etməmək məsləhətdir.
Yaxud B.Franklin deyir: “ Düşməninə həm də
dost kimi bax, çünki bir çox səhvlərini ancaq ondan
öyrənə bilərsən”. Amma həqiqi dost məhz qüsurları
deyən dostdur. Bu başqa məsələ ki, dost guya qü-
surları görməyə də bilər. Amma biz düşünürük ki,
insanda özünütənqid hissi varsa, dosta da tənqidi
münasibət bəsləmək və onun qüsurlarını aradan
qaldırmaq üçün səy göstərmək mühüm keyfiyyətdir.
Elm aləmində tənqid, diskusiya, obyektivlik,
prinsipiallıq kimi keyfiyyətlər dostluğa görə tərəf-
keşliyi istisna edir. Əksinə, xeyirli dost özü razı ol-
mamalıdır ki, dostu onun xətrinə həqiqətdən uzaq-
laşsın. Həqiqətin, ədalətin pozulmasını tələb edən
münasibət əsl dostluq sayıla bilməz.
Müasir dövrdə insanların həyat tərzinin dəyiş-
məsi “dostluq” məfhumuna da xeyli yeni mənalar
gətirmişdir. İndi canlı ünsiyyət üçün məsafə qət
edib görüşməyə ehtiyac qalmır. İnternet vasitəsilə
də əlaqə saxlamaq olur. Bu, dostların işini asanlaş-
dırmaqla yanaşı, yeni tipli dostların da əmələ gəl-
məsinə səbəb olur. Məsələn, “ Facebook dostluğu”
yeni hadisədir. Burada söhbət əslində tanışlıqdan və
ünsiyyətdən gedir. İnsanlar bir-biri ilə fikirlərini
bölüşür və sanki həmfikir axtarırlar. Lakin fikir-
lərin, maraqların, zövqlərin uyğunluğu hələ dostluq
üçün yetərli deyil. Zəmanə isə bu cür münasibətləri
daha çox aktuallaşdırır.
- 15 -
Ümumiyyətlə, müasir zaman ünsiyyətin də,
dostluğun da xarakterini dəyişir və onların yenidən
dəyərləndirilməsinə ehtiyac yaranır.
- 16 -
Müasiri olmadığım müasirim
(Akademik Heydər Hüseynov haqqında)
Sənət adamları və riyaziyyat-
çılar şöhrət çələngini tez geyinir-
lər. Müdriklik isə adətən ömrün
yetkin çağında gəldiyindən fəlsəfə-
də gənc yaşlarından uğur qazanan
insanları barmaqla saymaq olar.
31 yaşından (1939-cu il) başlaya-
raq Azərbaycanda fəlsəfə və icti-
mai-siyasi elmlərə rəhbərlik edən,
37 yaşında (1945-ci il) akademik
olan, Azərbaycan Elmlər Akademiyasının əsasını
qoyan və onun ilk vitse-prezidenti seçilən Heydər
Hüseynovun hikmət çırağı, nə yaxşı ki, tez şölələndi
və xalqımızın milli ideya tarixinin ən çətin bir
dövrünə işıq saldı. Repressiyalardan sarsılmış Azər-
baycan mlli məfkurəsinin yeni dövrün nəbzini tuta
bilən yeni dühalara ehtiyacı var idi. Belə çətin bir
məqamda milli şüurun tarım çəkilmiş və incəlmiş
varislik körpüsünü dağılmaqdan xilas etmək üçün
tale Azərbaycana Heydər Hüseynov şəxsiyyətini
bəxş etdi.
Dostları ilə paylaş: |