- 17 -
Dövrün faciəsi
XX əsr Azərbaycanın dövlətçilik tarixində ən
mürəkkəb, çətin və eyni zamanda ən şərəfli dövrlər-
dən biridir. Bu dövrdə siyasi həyatın təbəddülatları
ictimai-siyasi fikrin də oyanışı, böhranı və sıçrayışlı
inkişaf məqamları ilə zəngin olmasını şərtləndirmiş-
dir. Milli fikrin oyanışı ilə siyasi repressiyalar və
ideoloji məhdudlaşdırmalar eyni dövrə təsadüf et-
diyindən siyasi, ictimai və fərdi şüurdakı ziddiyyət-
lər bir çox fərdi faciələrin də səbəbinə çevrilmişdir.
Böyük şəxsiyyətlərin faciəsi də böyük olur.
Ötən əsrin əvvəllərində Azərbaycanda gedən milli
oyanış və milli-siyasi özünüdərk prosesləri ictimai
şüurda böyük iz qoymuş və iki illik demokratik
cümhuriyyət müddətində inkişaf tapmış milli döv-
lətçilik şüuru ilə birləşərək milli-siyasi şüurun for-
malaşması üçün əlverişli zəmin hazırlamışdı. İyir-
minci illərdə ədəbi-bədii yaradıcılığın və milli məf-
kurənin oyanış və inkişaf dalğaları öz siyasi haki-
miyyətini və ideologiyasını ictimai həyatın bütün
sahələrinə transformasiya etməyə çalışan bolşevizm
ilə üzləşməli oldu. Otuzuncu illərdəki siyasi repres-
siyaların Azərbaycanda həm də bütövlükdə ziyalıla-
ra qarşı bir irtica səciyyəsi daşıması bu amil ilə
bağlı idi. Belə ki, məhz Bakı hələ çar Rusiyası döv-
ründən yeni iqtisadi münasibətlərə keçid və milli
burjuaziyanın yaranması, milli fikrin oyanışı sahə-
sində digər bölgələrdən kəskin şəkildə seçilirdi və
buradakı repressiyalar da SSRİ-nin başqa ərazilə-
- 18 -
rindəkindən fərqli olaraq, siyasi ideoloji mülahizə-
lərdən başqa, həm də milli-siyasi və mədəni-mənəvi
məzmun daşıyırdı.
Otuzuncu illərdə ictimai-siyasi həyata təzəcə
qədəm basan gənclər isə kommunist ideologiyasının
açdığı yolla irəlilədiyindən təhlükəli görünmürdülər.
Lakin uşaqlıq illərində formalaşmış milli qürur,
dövlətçilik və xalqına sədaqətli xidmət hissiyyatı o
dövrdə yetişən gənclərin bir qisminin zehnində, təh-
təlşüur qatında hələ qalmaqda idi.
Sosialist quruluşunun yaratdığı bütün imkan-
lardan istifadə edərək xalqına xidmət göstərmək,
milli-fəlsəfi fikir tarixini, ədəbi-bədii və milli-mənə-
vi dəyərləri öyrənməklə xalqın genetik yaddaşını
bərpa etmək, siyasi-ideoloji müstəvidə qadağan
olunmuş milli dövlətçilik məfkurəsini, heç olmazsa,
bədii ədəbiyyat, mənəvi mədəniyyət prizmasından
keçirərək yaşatmaq – bütün bu istəklər ötən əsrin
iyirminci-otuzuncu illərindəki elitar gəncliyin zeh-
ninə və qəlbinə hopmuşdu. Səməd Vurğun, Rəsul
Rza, Heydər Hüseynov, Mirzə İbrahimov kimi
gənclər ictimai-siyasi və milli-mənəvi həyata artıq
sosializm cəmiyyətində qədəm qoyduqlarından və
bu cəmiyyətin tələblərini mənimsəmiş olduqların-
dan daxili aləmlərindəki ziddiyyətləri mümkün qə-
dər büruzə vermədən fəaliyyət göstərmək məcburiy-
yətində idilər. Babaların gen yaddaşını qırmızı bol-
şevik dəbilqəsində yaşatmaq və yeni nəsillərə təq-
dim etmək kimi çətin bir vəzifəni icra etməli olan
- 19 -
bu şəxsiyyətlərin faciəsi – dövrün faciəsi idi. Hələ
əsrin əvvəllərində özünü təsdiq etmiş, yaradıcılıq
istiqaməti və üslubu formalaşmış Mirzə Cəlil kimi,
Hüseyn Cavid kimi şəxsiyyətlər yeni dövrə uyğun-
laşa bilməyərək, onunla üz-üzə dayanmaq məcbu-
riyyətində idilər. Daha doğrusu, dövr, ictimai-siyasi
mühit özü onlarla üz-üzə dayanmışdı.
Nisbətən sonrakı nəsl üçün isə başqa bir aqi-
bət hazırlanmışdı. Bu aqibəti yaşamaq məcburiyyə-
tində olanlardan biri də Heydər Hüseynov idi. Yeni
cəmiyyətin «yetişdirməsi» olan, kommunist ideolo-
giyasının, marksist-leninçi fəlsəfənin mərkəzində
dayanan, lakin milli varlığına bağlılığı qəlbindən
çıxarıb ata bilməyən, sosialist cəmiyyətinin verdiyi
bütün imkanlardan məhz millət üçün, xalq üçün is-
tifadə etməyə çalışan, milli mənəviyyatımız, mə-
dəni-mənəvi dəyərlərimiz, əbədi-bədii və fəlsəfi
abidələrimiz kommunist ideologiyasının labirintlə-
rindən keçirib yaşatmaq uğrunda çalışan və bu
sahədə böyük uğurlar qazanan Heydər Hüseynovun
daxili ziddiyyəti, görünüşü ilə mahiyyəti arasındakı
fərq günlərin bu günü bolşeviklərin diqqətini cəlb
etsə də, artıq o öz işini görmüşdü. Milli məfkurənin
estafeti yeni nəslə ötürülmüşdü. Əlbəttə, əslində çox
gənc olan, yaradıcılıq enerjisi aşıb-daşan 42 yaşlı
akademik millət üçün hələ çox işlər görə bilərdi.
Lakin onun cismani həyatı dayandırıldıqda əsas
missiya artıq yerinə yetirilmişdi. Milli mənəviyya-
tın, ictimai fikir tarixinin, dövlətçilik şüurunun, ədə-
- 20 -
bi-bədii və fəlsəfi dəyərlərin qırmızı terror baryerin-
dən keçirilərək yeni nəslə ötürülməsi ilə mənəvi ta-
rixin kəsilməzliyi təmin olunmuşdu. Bu proseslərin
ictimai təşkilatlanması da artıq başa çatmışdı: ka-
fedralar, fakültələr, elmi-tədqiqat institutları yara-
dılmış, Akademiyanın ictimai və humanitar elmlər
bölməsinin fəaliyyəti mütəşəkkil və müntəzəm xa-
rakter almışdı BDU-nun nəzdindəki fəlsəfə fakültə-
sinin ilk məzunları ilk milli kadrlar olaraq təkcə
marksist-leninçi fəlsəfənin deyil, həm də Azərbay-
canın fəlsəfi və ictimai-siyasi fikir tarixinin tədqiqi-
nə cəlb etmişdi.
Bununla belə, şəxsiyyətin yoxluğu sonrakı da-
ha böyük vəzifələrin həyata keçirilməsinə imkan
vermədi…
Millətin faciəsi
Millət özünüdərk səviyyəsinə qalxa bilmədik-
də, milli hissiyyat rasional düşüncəyə və oradan ic-
timai-praktik fəaliyyətə yönəldilə bilmədikdə, ancaq
ayrı-ayrı böyük şəxsiyyətlərin məfkurəsində yaşa-
yan milli ruhun geniş ictimai təbəqələrə ötürülməsi
və ictimai şüurun strukturunda qərarlaşması müm-
kün olmadıqda millətin faciəsi qaçılmazdır.
İctimai şüurla, kütlənin hissiyatı ilə istədiyi
kimi manipulyasiya edə bilmək üçün milli ruhun
təklənmiş daşıyıcılarına qarşı repressiya imperiya
siyasətinin ayrılmaz tərkib hissəsidir. Lakin bu
repressiya çox vaxt Mərkəzin əli ilə deyil, milli
Dostları ilə paylaş: |