- 46 -
İ.Vekua maşınları həmin institutun yanından sürmə-
yi xahiş edir. Baxıb görürlər ki, gündüz adamsız
olan otaqların çoxunda gecə işıq yanır. Məlum olur
ki, tədqiqatçılar məhz «iş vaxtı» adlanan müddətdə
deyil, onlara yaradıcılıq üçün hansı vaxt münasib-
dirsə, o vaxtda işləyirlər. İşçilərə verilən bu sərbəst-
lik elmi işlərin səmərəsini daha da artırır. Onların
hər kvartalda konkret nəticə tələbindən xilas edil-
məsi, onlara etimad göstərilməsi və şərait yaradıl-
ması diqqəti daha böyük problemlərə yönəltməyə,
elmin təkcə bu günü üçün deyil, həm də sabahı üçün
çalışmağa imkan yaradıb.
Elmdə formal hesabat sisteminin tətbiq edil-
məsi nəinki məsuliyyət hissini artırmır, hətta əsl el-
mi meyarları pərdələməklə qarışqanı fil, fili qarışqa
etməyə imkan yaradır, elm sahəsində «pripiska»nın
yayılmasına səbəb olur. Əksər elmi-tədqiqat insti-
tutlarında və xüsusən ali məktəb kafedralarında plan
üzrə görülən illik elmi iş dedikdə makinada səliqə
ilə çap edilmiş müəyyən həcmli (yenə də kəmiyyət
meyar kimi çıxış edir) yazı nəzərdə tutulur. Onun
elmi dəyərini isbat etmək üçün istənilən iki nəfərdən
rəy almaq kifayətdir. Nəticədə hamı bir-birinin işinə
gözəl rəylər yazır və «tədqiqat işləri» müəllimin ça-
lışdığı şöbədə və ya kafedrada «müzakirə olunur».
Rəqabət prinsipi işləməyən yerdə heç kim öz yol-
daşına qarşı «bədxahlıq» etmək niyyətinə düşmür.
Əgər tək-tək istisnalar varsa, bunlar da elmi prinsi-
piallıqdan yox, şəxsi münasibətdən doğur. Çünki el-
- 47 -
mi rəqabət mühiti və dəqiq elmi meyarlar olmayan-
da dəyərsiz «tədqiqatları» tərifləmək, həqiqi elmi
sanbalı olan tədqiqatları isə «alt-üst» etmək müm-
kündür.
Ali məktəbdə çalışan yüksək ixtisaslı elmi
kadrlar elmi tədqiqat işi üçün lazımi şərait əldə edə
bilmirlər. Ali məktəblərin elmi tədqiqat bölmələrin-
də əsasən tədris fəaliyyətinə cəlb olunmamış, bu və
ya digər səbəbdən müəllim kimi ixtisara düşmüş və
ya "ehtiyat qüvvəyə" daxil olan adamlar çalışırlar
ki, bu da ən böyük elmi potensiala malik olan pro-
fessor-müəllim heyətinin yenə də fəal elmi tədqiqat-
dan kənarda qaldığına dəlalət edir. Nəticədə nəinki
professor-müəllim heyətinin elmi tədqiqat imkanları
reallaşmır, həm də bu imkanları tədricən itirməklə
onlar yaradıcı müəllim kimi də çox şey itirmiş olur-
lar.
Qərb dünyasında elm haqqında yazılan, onun
mahiyyəti və funksiyalsrı ilə bağlı olan əsərlər çox-
dur. Şərq ölkələrində isə poeziya haqqında, musiqi
haqqında yüzlərlə əsər yazılsa da, elm haqqında
əsərlərə çox nadir hallarda rast gəlmək mümkündür.
Xudu Məmmədovun “Qoşa qanad” əsəri isə daha
çox dərəcədə yerli mühiti və mentaliteti də nəzərə
almaqla yazıldığından bizim üçün qat-qat dəyərlidir.
Düşünürük ki, milli mentaliteti bizə uyğun olan
adamların elm haqqında fikirləri yerli şəraitdə elmə
münasibətin formalaşması və elmun optimal təşki-
latlanması işində daha çox yardımçı ola bilər.
- 48 -
Əbdüs-Səlam, Xudu Məmmədov və Oqtay
Sinanoğlu haqqında
O vaxtlar – Xudu Məmmədovun bizə dərs
dediyi 70-ci illərdə və universiteti bitirdikdən sonra
müntəzəm xarakter almış görüşlərimiz zamanı biz
kristalloqrafiyadan, təbiət hadisələrindən maddələ-
rin quruluşundan daha çox, insan təbiətindən, cə-
miyyətin quruluşundan bəhs edərdik. Kristalların və
milli ornamentlərin strukturu, təbiətin yaddaşı ilə
milli təfəkkür arasında eyniyyət məsələləri fəlsəfi
yaradıcılıq yolunu seçmiş gənc fizik üçün maraqlı
olmaya bilməzdi. Bizi bağlayan məhz təbiətə və in-
san həyatına fəlsəfi səviyyədə yanaşma tərzi idi.
Mübahisələr də çox olurdu. Bir dəfə mən isbat et-
məyə çalışdım ki, biz Qərbin neçə yüz illər ərzində
qalxdığı səviyyəni qısa bir müddətdə mənimsəyib
onlarla yarışa bilmərik; ona görə də optimal bir yol
seçmək lazımdır. Bu yol isə Qərbdən hazır elmi nə-
ticələri götürərək onların daha tez tətbiqinə nail ol-
maqdır. Görünür, mən həm də Yaponiya təcrübə-
sinə istinad edirdim. Lakin gözlədiyimin əksinə ola-
raq Xudu müəllim bu fikrə etiraz etdi və dedi ki, hər
bir xalq dünya sivilizasiyasına nə qədər pay verirsə,
ancaq o qədər də götürə bilər.
O vaxtdan neçə illər keçmişdir və bizim ümu-
mi məhsuldan, dünya sivilizasiyasından daha çox
pay götürmək iddialarımızın həmişə tərsinə çevrildi-
- 49 -
yinin şahidi olmuşam. Nəyi isə əvəzsiz almaq ancaq
illüziya imiş. Elmi-texniki sahədə aldıqlarımızın bə-
dəlini sən demə mənəviyyatımızla ödəyirmişik.
Bəs çıxış yolu nədədir?
Bunun üçün, əlbəttə, orta əsrlərdə islam dün-
yasının indiki Qərb ölkələrinə nisbətən çox irəlidə
olmasına rəğmən, tədricən geri qalmasının səbəblə-
rini müəyyənləşdirmək lazımdır. Elmin ön cəbhə-
sindəki ayrı-ayrı nümunələr, yəni müsəlmanların
normal elmi mühitdə çalışarkən, heç kimdən geri
qalmayaraq böyük uğurlar qazanması faktları göstə-
rir ki, hər şey ictimai mühitlə bağlıdır. Yəni söhbət
islami dünyagörüşünün guya elmin inkişafı üçün əl-
verişli olmaması haqqında yaradılmış mifin dağıdıl-
masından gedir. Problem cəmiyyətin təşkilatlanması
və onun strukturunda elm üçün normal şərait yara-
dılması ilə bağlıdır. İngiltərədə təhsil alan və
İtaliyada, özünün yaratdığı nəzəri fizika mərkəzində
çalışan Əbdüs-Səlamın, ABŞ-ın ən məşhur universi-
tetlərindən olan Yel universitetində çalışan Oqtay
Sinanoğlunun, habelə cəmi bir neçə il Moskvada və
bir il İngiltərədə çalışdıqdan sonra vətənə dönən
Xudu Məmmədovun timsalında biz bir daha bunun
şahidi oluruq.
Məktəb olimpiadalarında gənc fiziklərimizin,
riyaziyyatçılarımızın, bioloqlarımızın uğurları, hər il
neçə-neçə məktəblinin vətənə qızıl medalla qayıt-
ması artıq bir ənənəyə çevrilmişdir. Bəs sonra? Son-
ra əlverişli elmi mühitin yoxluğu ucbatından bu
Dostları ilə paylaş: |