- 50 -
gənc istedadlar ya xarici ölkələrə getməli olur, ya da
qalıb paslanırlar.
Eləcə də şahmat yarışlarında 10, 12, 14 yaşa
qədər uşaqlar arasında birinci yerləri asanlıqla tut-
duğumuz halda, yetkin yaşlarda bu qələbələri təkrar
etmək çətinləşir. Çünki genetik intellektual keyfiy-
yətlər gərək müvafiq mühitlə tamamlansın. Bizdə
çatışmayan məhz mühitdir.
Bir dəfə böyük riyaziyyatçı-alim Lütfi Zadə-
nin 75 illik yubileyinə həsr olunmuş bir mərasimdə
hamı Azərbaycan aliminin və hətta Azərbaycan el-
minin böyük nailiyyətlərindən bəhs edərkən sual
verdim ki, axı, Zadə hansı bir təsadüfləysə ABŞ el-
mi mühitinə düşməsə idi, Azərbaycanda qalsa idi,
yenə indiki Zadə ola bilərdimi? Yox... Bəlkə biz
onu heç doktorluq müdafiəsinə də buraxmazdıq.
Ona görə də, beş dəfə azərbaycanlı alim deyəndə,
bir dəfə də gəlin, Amerika elmi mühitini yada salaq.
Haqqında söhbət açdığımız üç böyük alim:
Əbdüs-Səlam, Xudu Məmmədov, Oqtay Sinanoğlu
da məhz xarici elmi mühitdə özlərini təsdiqləyə
bildilər. Lakin onların fərqləndirici cəhəti budur ki,
yüksək milli ruh onları həmişə vətənlə bağlamış,
bütün nüfuzlarını və elmi potensiallarını öz xalqla-
rının elmi intibahı üçün sərf etmişlər. Uzun müddət
xaricdə çalışan Əbdüs-Səlam və Oqtay Sinanoğlu
daha çox elmi nailiyyət əldə etmiş, dünya miqya-
sında daha çox tanına bilmişlər. Xudu Məmmədov
isə gənc yaşlarında böyük şöhrət qazansa da, öz öl-
- 51 -
kəsinə erkən qayıtdığı üçün dünya elm mərkəzlərin-
dən bir növ aralı düşmüş və nə yaxşı ki, böyük elmi
potensialını fəlsəfi yaradıcılığa və elm maarifçiliyi-
nə yönəltməklə millətə heç olmasa, bu istiqamətdə
fayda verə bilmişdir. Onun kristalloqrafiya sahəsin-
də ixtiraları elə o dövrdəcə dünya elmi tərəfindən
mənimsənildiyi və indi bəlkə də köhnəldiyi halda,
ümumiyyətlə elm haqqında, onun təşkilati məsələ-
ləri, ictimai tərəqqidəki rolu haqqında, habelə daha
çox dərəcədə fəlsəfi məzmun daşıyan strukturların
sənətdə və elmdə adekvatlığı barədə yazdığı əsərlər
elmi dünyagörüşünün formalaşmasında öz böyük
əhəmiyyətini indi də saxlayır.
Əbdüs-Səlamın dünyanın ən məşhur elmi
mərkəzlərində tədqiqat aparmaq imkanları olduğu
halda, dönə-dönə vətənə qayıdaraq burada da müəy-
yən bir elmi mühit yaratmaq cəhdləri və nəhayət, bu
da baş tutmadıqda Avropanın ən gözəl guşələrindən
birində (Triyest, İtaliya) inkişaf etməkdə olan ölkə-
lərin gənc fizikləri üçün tədqiqat mərkəzi açdırmağa
nail olması və hər il öz ölkəsindən və digər müsəl-
man ölkələrindən bura onlarla istedadlı gənc alim
cəlb edərək bütövlükdə islam dünyasında elmin gə-
ləcək inkişafı üçün potensial hazırlaması – bütün
bunlar alimin böyük vətəndaşlıq mövqeyinin təcəs-
sümü idi. Həm də bu milli qeyrət hissi təkcə vətən-
daşlıq miqyasında yox, daha böyük miqyasda – bir
müsəlman təəssübkeşliyi şəklində də üzə çıxırdı.
- 52 -
Oqtay Sinanoğluda isə türkçülük daha qüvvət-
lidir. O, dindən də əvvəl dil haqqında, millət haq-
qında düşünür. Türk dünyasında müqtədir bir elm
dilinin formalaşması uğrunda mübarizə aparır. Qa-
zandığı bütün nailiyyətlər, mükafatlar, titullar onun
üçün ancaq millətə xidmət müstəvisində dəyər kəsb
edir.
Bu şəxslərin timsalında bəlkə də təsadüfən alı-
nan ən maraqlı cəhətlərdən biri islamçılıq, türkçülük
və müasirlik ideyalarının vəhdətidir. Bu böyük şəx-
siyyətləri öz konkret tədqiqat sahələrindən kənara
çıxaraq bütövlükdə elm və onun milli tərəqqidə rolu
haqqında düşünməyə, öz ölkələrində elmi mühit və
kadr potensialı yaratmaq üçün çalışmağa vadar edən
də əslində eyni bir səbəbdir – əqidə müəyyənliyi,
milli qeyrət, dövlətçilik ruhu!
“Elm adamları elm haqqında” kitabına ön söz
B., “Çaşıoğlu”, 2010
- 53 -
Şərq-Qərb tədqiqat mərkəzi hansı
ideyadan yarandı?
(Professor Aida İmanquliyeva haqqında)
Bu gün dünya bir
sıra qlobal problemlərlə
üzləşmişdir və Qərb bu
problemləri təkbaşına həll
etmək iqtidarında deyil.
Onun Şərq ruhuna ehtiya-
cı vardır. Aida xanım
haqlı olaraq yazır: «Şərq-
də həyatın təkmilləşməsi
üçün yalnız hissi aləm və
fəlsəfi idrakın dərinliyi bəs olmadığı kimi, hələ mə-
dəni nailiyyətlər və texniki tərəqqi də insanın
mənəvi və sosial dirçəlişi üçün kifayət deyil».
Məhz məsələnin bu cür ənənədən kənar, yeni,
orijinal qoyuluşu Aida xanıma əslində öz zəmanə-
sini qabaqlayaraq Azərbaycan gerçəkliyində Şərq və
Qərbin vəhdəti ideyasını irəli sürməyə imkan ver-
mişdi. Onun nəzərində sadəcə poeziyanın, ruhanili-
yin beşiyi kimi qalmaq indi daha Şərq üçün kifayət
deyildi. Şərq mütləq müasir elmi-texniki nailiyyət-
lərə yiyələnməli idi. Və bunun yolu Qərblə inteq-
- 54 -
rasiyadan keçirdi. Lakin Şərq elm və texnologiyanı
Qərbdən kor-koranə transfer etməklə bu sahədə
böyük uğur qazana bilməzdi. Heç şübhəsiz, o məhz
özünəməxsus dəst-xəttini, üslubunu tapmalıdır. Və
bu üslubun öyrənilməsi, Aida xanımın fikrinə görə,
yeni dövrdə şərqşünaslığın əsas məqsədlərindən,
tədqiqat istiqamətlərindən biri olmalı idi.
Məhz bu məqsədlə Şərqşünaslıq İnstitutu
Aida İmanquliyevanın rəhbərliyi dövründə elm ta-
rixi və elmşünaslıq məsələlərinə böyük maraq gös-
tərirdi. Mənim bu İnstitutla əməkdaşlığım da bu-
nunla əlaqədar başlandı. 1990-cı ildə Şərqşünaslıq
İnstitutunda «Şərq və elmi-texniki tərəqqi» mövzu-
sunda konfrans keçirmək qərara alındı və mən elm-
şünaslıq sahəsində yenicə doktorluq dissertasiyası
müdafiə etmiş gənc mütəxəssis qismində, məruzəçi
kimi dəvət edildim. Bu hadisədən sonra «Şərqdə və
Qərbdə elmin inkişaf xüsusiyyətləri» problemi
mənim elmi-fəlsəfi yaradıcılığımda əsas mövzular-
dan birinə çevrildi. O vaxta qədər Azərbaycanda an-
caq Aida xanımın məşğul olduğu Şərq-Qərb prob-
lematikası məni o dərəcədə cəlb etdi ki, bundan
sonra mən öz tədqiqatlarımı bu yeni sahə ilə: Şərq
və Qərb sivilizasiyalarının müqayisəli təhlili ilə
bağladım. Aida xanımın bu problem üzrə bütöv bir
elmi yaradıcılıq məktəbi yaratmaq arzusu, bu geniş
miqyaslı elmi tədqiqat layihəsi, təəssüf ki, sonralar
Akademiyada davam etdirilmədi. Lakin Aida xanım
elə o vaxt Akademiyada olan və bütövlükdə Res-
Dostları ilə paylaş: |