Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə11/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   7   8   9   10   11   12   13   14   ...   79

9. E.Abbasova, K.Səfərəliyeva, D.Danilov, L.Karagiçeva 
Bretaniskaya – “Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət 
Konservatoriyası” kitabı. 
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət 
Konservatoriyası, Azərbaycan Bəstəkarlar  İttifaqı  tərəfindən 
təqdim edilmişdir. 
Azərbaycan SSR Dövlət mükafatına təqdim edilmiş  işlərlə 
geniş tanış olmaq üçün radio və televiziya verilişləri təşkil 
ediləcək, tamaşalar göstəriləcəkdir. 
Təqdim olunmuş  işlərin ictimaiyyət və  mətbuat orqanları 
tərəfindən fəal müzakirəsi Azərbaycan SSR Dövlət Mükafatları 
Komitəsinə böyük kömək olacaqlar. Komitə yaradıcılıq 
təşkilatlarından, elmi idarələrdən və 
mədəni-maarif 
müəssisələrindən, habelə kütləvi informasiya vasitələrindən 
xahiş edir ki, göstərilən işlərin də müəllif kollektivləri 
tərkiblərinin ictimai müzakirəsini bu il aprelin 1-dək təşkil 
etsinlər. 
Namizədlər haqqında rəylər, ictimai müzakirələrə aid 
materiallar komitəyə, bu ünvana göndərilməlidir: Bakı, Xaqani 
küçəsi, 25. 
 
Bakı şəhəri, 1974-cü il 
 
 
N.S.TİXANOV YOLDAŞA AZƏRBAYCAN SSR XALQ 
ŞAİRİ ADI VERİLMƏSİ HAQQINDA 
 
AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT 
HEYƏTİNİN FƏRMANI 
 
Azərbaycan sovet ədəbiyyatının inkişafında və  təbliğ 
edilməsində böyük xidmətlərinə görə  şair Nikolay Semyonoviç 
Tixonova Azərbaycan SSR xalq şairi adı verilsin. 
 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri 


Q.Xəlilov 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi 
G.Əbilova 
Bakı şəhəri, 17 yanvar 1974-cü il. 
 
  
RESPUBLIKANIN INCƏSƏNƏT IŞÇILƏRINƏ 
AZƏRBAYCAN SSR-IN  
FƏXRI ADLARININ VERILMƏSI HAQQINDA 
 
AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN  
FƏRMANI 
  
SOVET TEATR SƏNƏTİNİN İNKİŞAFINDA 
XİDMƏTLƏRİNƏ GÖRƏ VƏ AZƏRBAYCAN DRAM 
TEATRININ 100 İLLİYİ İLƏ ƏLAQƏDAR OLARAQ 
AŞAĞIDAKILARA FƏXRİ ADLAR VERİLSİN: 
 
AZƏRBAYCAN SSR  
XALQ ARTİSTİ 
Bəsirzadə-Vazirova Sofya Bəsir qızı — M. Əzizbəyov adına 
Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti. 
Dadaşov Məlik Yusif oğlu — M. Əzizbəyov adına Azərbaycan 
Dövlət Akademik Dram Teatrının artisti. 
Quliyev Məmməd Allahverdi oğlu — C. Məmmədquluzadə 
adına Naxçıvan Dövlət Dram Teatrının artisti. 
Kazımov Tofiq Səmədmənsur oğlu — M. Əzizbəyov adına 
Azərbaycan Dövlət Akademik Dram Teatrının baş rejissoru.  
Məlikova Nəcibə Haşım qızı — M. Əzizbəyov adına 
Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti. 
Sarnatskaya Nina Dmitriyevna — S. Vurğun adına Azərbaycan 
Dövlət Rus-Dram Teatrının artisti. 
Şeyxzamanov Məmməd İsa oğlu — M. Əzizbəyov adına 
Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti. 
 


AZƏRBAYCAN SSR  
XALQ RƏSSAMI 
 
 
Əfqanlı-Cəfərova Bədurə Məlik qızı — teatr rəssamı. 
  
AZƏRBAYCAN SSR 
ƏMƏKDAR İNÇƏSƏNƏT 
XADİMİ 
 
Hüseynov Rahib Abuzər oğlu—M. Əliyev adına Azərbaycan 
Dövlət İnçəsənət İnstitutunun 
rektoru. 
Quliyev Əşrəf Haçı oğlu — M. Əzizbəyov adına Azərbaycan 
Dövlət Akademik Dram Teatrının rejissoru. 
 
AZƏRBAYCAN SSR  
ƏMƏKDAR ARTİSTİ 
 
Əliyeva Zemfira Məmmədəli qızı — C. Məmmədquluzadə 
adına Naxçıvan Dövlət Dram Teatrının artisti. 
Amzoyan    Suren   Arşakoviç — M. Qorki adına Stepanakert 
Dövlət Dram Teatrının artisti. 
Aslanov Siyavuş Məmmədağa oğlu — Ş. Qurbanov adına 
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının artisti. 
Bağırov Haçıbaba Ağarza oğlu — Ş. Qurbanov adına 
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının artisti. 
Behbudova Nəçibə Məçid qızı — Ş. Qurbanov adına 
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının artisti. 
Hüseynov Sadıq Ömər oğlu—M. Əzizbəyov adına Azərbaycan 
Dövlət Akademik Dram Teatrının artisti. 
Zeynalov Eldəniz Məmməd oğlu — M. Əzizbəyov adına 
Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti. 
İbrahimova Səfurə Ağabala qızı — M. Əzizvəyov adına 
Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti, 


Məmmədbəyov Lütfi Şahbaz oğlu — M. Əzizbəyov adına 
Azərbaycan Dövlət Akademik Dram  Teatrının  artisti. 
Məmmədov Ağa Əskər oğlu — C. Cabbarlı adına Kirovabad 
Dövlət Dram Teatrının ar-tisti. 
Məmmədova Şəfitə Haşım qızı — M. Əzizbəyov adına 
Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti. 
Pənahova Amaliya Əliş qızı — M. Əzizbəyov adına 
Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti.     
Razumovskaya Tamara Fyodorovna — M. Qorki adına 
Azərbaycan Dövlət Kənc Tamaşaçılar Teatrının artisti. 
Rzayev Səməndər Mənsim oğlu — M.Əzizbəyov adına 
Azərbaycan Dövlət Akademik Dram Teatrının artisti. 
Yagizarov Hacımurad Hacıəhmədoviç — S. Vurğun adına 
Azərbaycan Dövlət Rus Dram Teatrının artisti. 
 
AZƏRBAYCAN SSR  
ƏMƏKDAR MƏDƏNİYYƏT   
İŞÇİSİ 
 
Əmirov Məmməd Şahverdi oğlu — Ə. Haqverdiyev adına 
Ağdam Dövlət Dram Teatrının direktoru. 
Genin Yakov Markoviç — V. İ. Lenin adına sarayın bədii 
quruluş hissəsinin rəhbəri. 
İsmayılov İskəndər Ağəli oğlu — M. Əzizbəyov adına 
Azərbaycan Dövlət Akademik Dram Teatrı dekorasiya sexinin 
müdiri. 
İsmayılov Əli Şahəli oğlu — Azərbaycan SSR Mədəniyyət 
Nazirliyi Teatr və Musiqi Muəssisələri İdarəsinin rəisi.  
Lerman Vera Yefimovna — S. Vurğun adına Azərbaycan 
Dövlət Rus Dram Teatrının kitabxanaçısı. 
Mirzəyev Həsən Süleyman oğlu — M. Əzizbəyov adına 
Azərbaycan Dövlət Akademik Dram Teatrı quruluş hissəsinin 
müdiri. 
  
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə