Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə10/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   6   7   8   9   10   11   12   13   ...   79

 
Azərbaycan KP 
 
Azərbaycan SSR 
AHIŞ-in 
MK 
katibi 
  Nazirlər Sоvetinin sədri 
sədri 
 
H.Əliyev  
 
Ə.İbrahimоv  
 
Z.Hüseynоva 
 
Bakı şəhəri, 29 aprel  1972-ci il, №  132. 
 
ƏDƏBIYYAT, INCƏSƏNƏT VƏ ARХITЕKTURA 
SAHƏSINDƏ 1972-CI IL AZƏRBAYCAN  SSR DÖVLƏT 
MÜKAFATLARININ VЕRILMƏSI HAQQINDA 
AZDRBAYCAN KP MK-NIN VƏ AZƏRBAYCAN SSR   
NAZIRLƏR SOVЕTINII QƏRARI 
  
Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovеti 
ədəbiyyat, incəsənət və arхitеktura sahəsində Azərbaycan SSR 
Nazirlər Sovеti yanında Dövlət Mükafatları Komitəsinin 
təqdimatını nəzərdən kеçirərək 1972-ci il Azərbaycan SSR Dövlət 
mükafatlarını aşağıdakılara vеrməyi qərara almışlar: 
1. Yazıçı, Azərbaycan SSR əməkdar inçəsənət  хadimi   İlyas 
Məmməd   oğlu   Əfəndnyеvə, 
Azarbaycan SSR əməkdar artisti, quruluşçu-rежissor Əlihеydər 
Əbdüləli oğlu  Ələkbərova, Azərbaycan SSR хalq artisti, rəssam 
Nüsrət Möhsün oğlu Fətullayеvə, Azərbaycan SSR хalq artisti 
İsmayıl Yusif oğlu Hacıyеv -Dağıstanlıya, Azərbaycan SSR хalq 
artistkası  Lеyla Ağalar qızı  Bədirbəyliyə, Azərbaycan SSR 
əməkdar artisti Həsən Səttar oğlu Turabova, artistka Amaliya Əliş 
qızı  Pənahovaya — M. Əzizbəyov adına Azərbaycan Dövlət 
Akadеmik Dram Tеatrında «Mahnı dağlarda qaldı» ta-maşası 
üçün. 
2. Azərbaycan SSR əməkdar incəsənət  хadimi, quruluşçu-
rежissor Külcahan Şurulla qızı Güləhmədova-Martınova-ya, 
Azərbaycan SSR хalq artisti Konstantnn Haykoviç Ada-mova, 


Azərbaycan SSR хalq artisti Anatoli Soloponoviç Falkoviçə, 
Azərbaycan SSR əməkdar artistkası Anna İosi-fovna 
Tumarkinaya — Səməd Vurğun adına Azərbaycan Döv-lət Rus 
Dram Tеatrında «Komandorun addımları» tamaşa-sı üçün. 
3. Azərbaycan SSR хalq rəssamı  Səttar Bəhlul oğlu Bəh-
lulzadəyə — «Azərbaycan mənzərələri» işlər silsiləsi üçün. 
  
 
1973 
 
*** 
 
RƏSSAM Q.Ə.XALIQOVA AZƏRBAYCAN SSR 
XALQ RƏSSAMI FƏXRİ ADI 
VERİLMƏSİ HAQQINDA 
 
AZƏRBAYCAN SSR ALI SOVETININ RƏYASƏT 
HEYƏTININ FƏRMANI 
 
Azərbaycan sovet təsviri sənətinin ikişafında böyük хidmətlərinə 
görə  rəssam Qəzənfər  Ələkbər oğlu Xalıqova Azərbaycan SSR 
fəxri adi verilsin. 
 
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri 
Q.Xəlilov 
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi 
G.Əbilova 
Bakı şəhəri, 12 oktyabr 1973-cü il 
 
*** 
 
BƏSTƏKAR S.İ.HACIBƏYOVA SSRİ XALQ ARTİSTİ 
FƏXRİ ADI VERİLMƏSİ HAQQINDA 
 
SSRİ ALİ SOVETİ RƏYASƏT HEYƏTİNİN 


FƏRMANI 
 
Sovet musiqi sənətinin inkişafinda böyük naliyyətlərinə görə 
bəstəkar Soltan Hacıbəyova SSRİ xalq artisti fəxri adı verilsin. 
 
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri  
N.Podqornı 
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin katibi 
M.Georqadze 
Moskva, Kreml. 26 iyul 1973-cü il 
 
 
ŞAİRƏ N.X.RƏFİBƏYLİNİN AZƏRBAYCAN SSR ALİ 
SOVETİNİN FƏXRİ  FƏRMANI  İLƏ  TƏLTİF  ЕDİLMƏSİ 
HAQQINDA 
 
AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT 
HEYƏTİNİN FƏRMANI 
 
Sovet  ədəbiyyatı sahəsində  хidmətlərinə görə  və anadan 
olmasının altmış illiyi ilə  əlaqədar olaraq şairə  Nigar Xudadat 
qızı  Rəfibəyli Azərbaycan SSR Ali Sovetinin fəxri fərmani ilə 
təltif еdilsin.  
 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin  
sədri Q.Xəlilov 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 
katibi G.Əbilova 
 
Bakı şəhəri, 28 iyun 1973-cü il 
 
 
Ə.Y.ZEYNALOV YOLDAŞIN AZƏRBAYCAN SSR 
ALİ SOVETİNİN FƏRİ FƏRMANI İLƏ 
TƏLTİF EDİLMƏSİ HAQQINDA 


 
AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT 
HEYƏTİNİN FƏRMANI 
 
Azərbaycan sovet teatr sənəti sahəsində xidmətlərinə görə  və 
anadan olmasının 60 illiyi ilə  əlaqədar olaraq respublikanın xalq 
artisti  Əli Yusif oğlu Zeynalov yoldaş Azərbaycan SSR Ali 
Sovetinin Fəxri fərmanı ilə təltif edilsin. 
 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri 
Q.Xəlilov 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi 
G.Əbilova 
Bakı şəhəri, 23 aprel 1973-cü il 
 
 
1974 
 
 
 
ƏDƏBİYYAT, İNCƏSƏNƏT və ARXİTEKTURA 
SAHƏSİNDƏ AZƏRBAYCAN SSR DÖVLƏT 
MÜKAFATLARI KOMİTƏSİNDƏN 
 
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində Azərbaycan SSR 
Dövlət Mükafatları Komitəsi 1974-cü il Azərbaycan dövlət 
Mükafatlarını almaq üçün müxtəlif dövlət təşkilatları, ictimai 
təşkilatlar və yaradıcılıq təşkilatları  tərəfindən təqdim edilmiş 
işləri nəzərdən keçirərək müsabiqədə  iştirak etməyə  aşağıdakı 
namizədləri buraxmışdır: 
1.
 
Q.İmamverdiyev – “Nəsimi” poeması. 
Azərbaycan Yazıçılar  İttifaqı, Azərbaycan SSR Elmlər 
Akademiyasının Nizami adına  Ədəbiyyat insitutu tərəfindən 
təqdim edilmişdir.  


2.
 
H.Əfəndiyev (Hikmət Ziya) – Uşaqlar üçün 
“Leylək yuvası” şeirlər kitabı. 
Azərbaycan Yazıçılar İttifaqı tərəfindən təqdim edilmişdir. 
3.
 
F.Əmirov – bəstəkar, musiqinin müəllifi, 
N.Nəzirova – quruluşçu, N.Rzayev – dirijor, 
T.Nərimanbəyov – rəssam, V.Pletnyov, Ç.Babayeva – 
rolların ifaçıları, M.F.Axundov adına Azərbaycan Dövlət 
Akademik Opera və Balet Teatrında “Nəsimi” baleti. 
Azərbaycan Bəstəkarlar 
İttifaqı 
tərəfindən təqdim 
edilmişdir. 
4.
 
N.Zeynalova – Ş.Qurbanov adına Azərbaycan 
Dövlət Musiqi Komediya Teatrında “Hicran” tamaşasında 
Qızbacı rolunun ifaçısı. 
Ş.Qurbanov adınaadına Azərbaycan Dövlət Musiqi 
Komediya Teatrı tərəfindən təqdim edilmişdir. 
5. M.Abdullayev – “Çəltikçi qızlar” diptixi. 
Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təqdim edilmişdir.  
6. C.Qaryağdı – Bakı  şəhərində  Nəriman Nərimanovun 
abidəsi. 
Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təqdim edilmişdir.  
7. H.Məcidov – Metronun “Əzizbəyov” stansiyasının 
arxitekturası: 
H.Ələsgərov,  Ə.Hüseynov – memarlar, İ.Zeynalov, 
C.Qasımov, R.Xələfov – rəssamlar. Metronun “Avrora” 
stansiyasının arxitekturası və bədii tərtibatı: 
Ə.İsmayılov, F.Leontyev – memarlar, A.Ağamalov, 
M.Qafarov – rəssamlar Metronun “Neftçilər” stansiyasının 
arxitekturası və bədii tərtibatı: 
Azərbaycan Arxitektorlar İttifaqı  tərəfindən təqdim 
edilmişdir. 
8. M.A.Dadaşzadə (Məmməd Arif) – “Azərbaycan 
ədəbiyyatı tarixi” kitabı. 
Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına 
Ədəbiyyat İnsitutu tərəfindən təqdim edilmişdir. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə