Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə14/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   10   11   12   13   14   15   16   17   ...   79

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi 
G.Əbilova 
Bakı şəhəri, 14 aprel 1975-ci il  
 
 
 
SSRİ- XALQ ARTISTI KARANDAŞIN (M.H. 
RUMYANTSEVIN) AZƏRBAYCAN  SSR ALI SOVETI 
RƏYASƏT HEYƏTININ FƏXRI FƏRMANI ILƏ TƏLTIF 
EDILMƏSI HAQQINDA  
 
AZƏRBAYCAN SSR ALI SOVETI RƏYASƏT  
HEYƏTININ FƏRMANI  
Respublikanın zəhmətkeşləri qarşısında müvəffəqiyyətli 
çıxışlarına görə SSRİ xalq artisti Karandaş (Mixail Nilolayeviç 
Rumyantsev)  Azərbaycan SSR Ali Soveti Rəyasət  
Heyətinin Fəxri Fərmanı ilə təltif edilsin. 
  
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri  
Q.Xəlilov  
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi 
G.Əbilova 
Bakı şəhəri, 14 aprel 1975-ci il 
 
 
AZƏRBAYCAN SSR ƏMƏKDAR ARTISTI 
A.Q. ALLEQROV YOLDAŞIN AZƏRBAYCAN  SSR 
ALI SOVETI RƏYASƏT HEYƏTININ FƏXRI FƏRMANI 
ILƏ TƏLTIF EDILMƏSI HAQQINDA 
AZƏRBAYCAN SSR ALI SOVETI RƏYASƏT 
HEYƏTININ FƏRMANI 
Sovet teatr sənəti sahəsində uzun illər səmərəli fəaliyyətinə görə 
və anadan olmasının altmış illiyi ilə əlaqədar olaraq )  Azərbaycan 
SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilsin. 
 


Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri  
Q.Xəlilov  
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi 
G.Əbilova 
Bakı şəhəri, 14 aprel 1975-ci il 
 
 
Mükafatlar təqdim olundu 
  
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətində sənaye, 
kənd təsərrüfatı  əməkçilərindən, mədəniyyət, partiya, sovet, 
həmkarlar iqtifaqı  işçilərindən böyük bir qrupuna ordenlər, 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları, 
Azərbaycan SSR fəxri adları vsrilməsi haqqında fərmanlar təqdim 
olunmuşdur. 
Şair Nəbi Xəzriyə, İttifaq Qaz Maşınları Təmiri Birliyinin 
Bakı eksperimental mexanizm təmiri zavodunun dəmirçilər 
briqadiri A.M.Qazaryana, Azərbaycan-Mülki Aviasiya İdarəsinin 
təyyarə komandiri L.A.Klyauzova Qırmızı  Əmək Bayrağı ordeni 
təqdim edilmişdnr. 
M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera 
və Balet Teatrının solisti Zeynəb Xanlarovaya Azərbaycan SSR 
xalq artisti fəxri adı verilməsi haqqında fərman təqdim edilmişdir. 
Respublika  əməkçilərinin böyük bir qrupuna Azərbaycan 
SSR  əməkdar müəllimi,  əməkdar səmərələşdiricisi,  əməkdar 
həkimi,  əməkdar mədəniyyət işçisi,  əməkdar artisti, əməkdar 
arxitektoru,  əməkdar hüquqçusu fəxri adları verilməsi haqqında 
fərmanlar təqdim olunmuşdur. 
Təltif olunanların böyük bir qrupu Azərbaycan SSR Ali 
Soveti Rəyasət Heyətinin Fəxri fərmanlarını almışdır. 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri 
Q.Ə.Xəlilov mükafatları  təqdim edərək, fərqlənənləri səmimi 
təbrik etmiş, onlara möhkəm cansağlığı  və böyük əmək 
müvəffəqiyyətləri arzulamışdır. 


Kürdəmirdə, Zərdabda, Ucarda, Laçında, Zaqatalada, 
Qaxda, Balakəndə  və Şamaxıda Ümumittifaq sosializm yarışında 
qazanılmış müvəffəqiyyətlərə görə  təltif edilmiş  kənd 
əməkçilərinə SSRİ orden və medalları təqdim olunmuşdur. 
Ucar rayonundakı  “Şəfəq” kolxozunun briqadiri Bayram 
Beydullayev, Kürdəmir rayonundakı Fuzuli adına kolxozun 
briqadiri Sabir Qasımov, Zərdab rayonundakı M.Qorki adına 
kolxozun briqadiri Səmərrux Kazımova, Zaqatala rayonundakı 
“Bakı  fəhləsi” kolxozunun üzvü Şəmsiyət Məmmədova,  Şamaxı 
rayonundakı M.Ə.Sabir adına sovxozun direktoru Əkrəm 
Məmmədov Lenin ordeni almışlar. 
Qabaqcılların böyük bir qrupuna Oktyabr İnqilabı, Qırmızı 
Əmək Bayrağı, “Şərəf Nişanı”, üçüncü dərəcəli  Əmək  Şöhrəti 
ordenləri, habelə  “Əmək ikillnyinə görə” və  “Əməkdə 
fərqlənməyə görə” medalları təqdim edilmişdir. 
Mükafatları  təqdim edən Azərbaycan SSR Ali Soveti 
Rəyasət  Heyətinin üzvləri M.Q.Ohançanyan, Q.B.Hacıyeva, 
respublika Ali Sovetinin deputatı,  Şamaxı Rayon Partiya 
Komitəsinin birinci katibi S.A.Sailov, Azərbaycan SSR Ali 
Sovetinin deputatı, Qax Rayon Partiya Komitəsinin birinci katibi 
S.H.Dibirova fərqlənənləri səmimi təbrik etmiş,  əməkdə yeni-
yeni müvəffəqiyyətlər  arzulamışlar. 
 
 
AZƏRBAYCAN SSR ƏMƏKDAR ARTISTI 
A.Q.ALLEQROV YOLDAŞIN AZƏRBAYCAN SSR ALI 
SOVETI RƏYASƏT HEYƏTININ FƏXRI FƏRMANI ILƏ 
TƏLTIF EDILMƏSI HAQQINDA AZƏRBAYCAN SSR ALI 
SOVETI RƏYASƏT HEYƏTININ FƏRMANI 
 
Sovet teatr sənəti sahəsində uzun illər səmərəli fəaliyyətinə 
görə  və anadan olmasının altmış illiyi ilə  əlaqədar  olaraq 
Azərbaycan SSR əməkdar artisti Aleksandr Qriqoryeviç Alleqrov 
yoldaş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri 
Fərmanı ilə təltif edilsin. 


Azarbaycan SSR Ali Soveti Rəyasat Heyətinin sədri 
Q.Xəlilov 
Azarbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi 
G.Əbilova 
Bakı şəhəri, 14 aprel 1975-ci il. 
 
1976 
 
 
RESPUBLIKA KINO SƏNƏTI IŞÇILƏRINƏ 
AZƏRBAYCAN SSR FƏXRI ADLARININ 
VERILMƏSI HAQQINDA 
 
AZƏRBAYCAN SSR ALİ SOVETİ RƏYASƏT 
HEYƏTİNİN FƏRMANI 
 Sovet 
kino 
sənətinin inkişaf etdirməkdə xidmətlərinə görə 
və Azərbaycan kinosunun 60 illiyi ilə  əlaqədar olaraq 
aşağıdakılara fəxri adlar verilsin: 
 
AZƏRBAYCAN SSR 
XALQ ARTİSRTİ 
 Dadaşov Muxtar Baba oğlu – kino rejissoru. 
 Seyidbəyli Həsən Mehdi oğlu – ssenarist, kino rejissoru. 
 Tağızadə Tofiq Mehdiqulu oğlu – kino rejissoru. 
 
AZƏRBAYCAN SSR 
ƏMƏKDAR İNCƏSƏNƏT 
XADİMİ 
 Hüseynov 
İsa Mustafa oğlu – ssenarist . 
 
İbrahimbəyov Rüstəm Məmmədibrahim oğlu – ssenarist. 
 
İsmayılov Rasim Rza oğlu – kino operatoru. 
 
Quliyev Eldar Tofiq oğlu – kino rejissoru. 
 Mahmudbəyov Şamil Fərəməz oğlu – kino rejissoru. 
 
Rzayev Anar Rəsul oğlu – ssenarist. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə