Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə22/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   18   19   20   21   22   23   24   25   ...   79

abidələri mühafizə orqanlarını  əvvəlcədən xəbərdar etməklə yol 
verilir. Abidələr satılarkən onların satın alınmasında üstünlük 
dövlətə məxsusdur. 
Tarixi, elmi, bədii və digər mədəni  əhəmiyyəti olan 
əşyalar, onların sahibi olmadıqda və ya sahibi məlum olmadıqda, 
yaxud da sahibi qanuna görə həmin əşyalara hüququnu itirdikdə, 
qanunla başqa  şərt nəzərdə tutulmursa, dövlətin mülkiyyətinə 
keçir. 
Maddə 6. Tarix və mədəniyyət abidələrinin növləri 
Tarix və  mədəniyyət abidələrinə bu qanunun 1-ci 
maddəsinə uyğun olaraq aşağıdakılar aiddir: 
tarix abidələri – xalqın həyatında çox mühüm tarixi 
hadisələrlə, cəmiyyətin və dövlətin inkişafı ilə, inqilabi hərəkatla, 
Böyük Oktyabr sosialist inqilabı, vətəndaş müharibəsi və Böyük 
vətən müharibəsi, sosializm və komunalizm quruculuğu, 
beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi ilə, habelə elm və 
texnikanın, xalqların mədəniyyət və  məişətinin inkişafı ilə, 
görkəmli siyasi dövlət və hərbi xadimlərin xalq qəhrəmanlarının, 
elm,  ədəbiyyat və incəsənət xadimlərinin həyatı ilə  əlaqədar 
binalar, qurğular, xatirə yeriləri və əşyalar; 
arxeologiya abidələri – qədim  şəhər yerləri, kurqanlar, 
qədim məskənlərin, istehkamların, istehsalatların, kanalların, 
yolların qalıqları, qədim qəbiristanlar, daş heykəllər, qayaüstü 
təsvirlər, qədim  əşyalar, qədim yaşayış  məntəqələrinin tarixi 
mədəni təbəqəsinin sahələri; 
şəhərsalma və arxitektura abidələri – arxitektura 
ansamblları, kompleksləri, tarixi mərkəzlər, məhəllələr, 
meydanlar, küçələr,  şəhərlərin və digər yaşayış  məntəqələrinin 
qədim planlaşdırılmasının və tikilişinin qalıqları; mülki, sənaye, 
hərbi, dini arxitektura, xalq memarlığı qurğuları, habelə bunlarla 
əlaqədar manumental, təsviri, dekrativ-tətbiqi, bağ-park sənət 
əsərləri, təbii landşaftlar; 
incəsənt abidələri – monumental, təsviri, dekorativ-tətbiqi 
və başqa növ sənət əsərləri; 


sənədli abidələr – dövlət hakimiyyəti və dövlət idarə 
orqanlarının aktları, digər yazılı  və qrafik sənədlər, kino-foto 
sənədləri və  səsyazıları, habelə  qədim və digər  əlyazmaları  və 
arxivlər, folklor və musiqi yazıları, nadir çap nəşrləri. 
Tarixi, elmi, bədii və ya digər mədəni  əhəmiyyəti olan 
başqa obyektlər də tarix və  mədəniyyət abidələrinə aid edilər 
bilər. 
Maddə 7. Tarix və mədəniyyət abidələrinin mühafizəsi 
və onlardan istifadə sahəsində dövlət idarəetmə işləri 
Tarix və  mədəniyyət abidələrinin mühafizəsi və onlardan 
istifadə sahəsində dövlət idarəetmə işlərini “Tarix və mədəniyyət 
abidələrinin mühafizəsi və onlardan istifadə haqqında” SSRİ 
qanununa uyğun olaraq SSRİ Nazirlər Soveti, Naxçıvan MSSR 
Nazirlər Soveti, Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları 
Sovetinin  İcraiyyə Komitəsi, rayon, şəhər, kənd və  qəsəbə xalq 
deputatları Sovetlərinin icraiyyə komitələri, habelə SSR İttifaqı və 
Azərbaycan SSR qanunvericiliyinə müvafiq surətdə buna xüsusi 
vəkil edilmiş dövlət abidələri mühafizə orqanları həyata keçirirlər.  
Maddə 8. Tarix və  mədəniyyət abidələrinin mühafizə 
üçün xüsusi vəkil edilmiş dövlət orqanları 
Azərbaycan SSR-də abidələri mühafizə üçün xüsusi vəkil 
edilmiş dövlət orqanları Azərbaycan SSR Mədəniyyət Nazirliyi, 
Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsi və 
onların yerlərindəki orqanlarıdır.  
Maddə 9. Tarix və mədəniyyət abidələrinin mühafizəsi 
və onlardan istifadə sahəsində yerli xalq deputatları Sovetlərin 
icraiyyə komitələrinin səlahiyyəti 
Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları 
Sovetinin  İcraiyyə komitəsi, rayon, şəhər, kənd və  qəsəbə xalq 
deputatları Sovetlərinin icraiyyə komitələri Sovetin ərazisində 
yerləşən tarix və  mədəniyyət abidələrinin aşkara çıxarılmasını, 
uçota alınmasını, mühafizə edilməsini və onlardan istifadə 
olunmasını öz hüquqları  çərçivəsində  təmin edir, abidələrin 
mühafizəsi, onlardan istifadə edilməsi və onların təbliği sahəsində 
tədbirlər görülməsinə ictimaiyyəti cəlb edir, müəssisə, təşkilat və 


idarələrin onlar üzərində hamiliyini təşkil edir, tarix və 
mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə 
haqqındakı qanunvericiliyə əməl olunmasını təmin edirlər. 
Maddə 10. Xüsusi olaraq vəkil edilmiş dövlət abidələri 
mühafizə orqanlarının səlahiyyəti  
Xüsusi olaraq vəkil edilmiş dövlət abidələri mühafizə 
orqanlarının səlahiyyəti SSR İttifaqı  və Azərbaycan SSR 
qanunvericiliyi ilə, habelə həmin orqanlara dair müəyyən edilmiş 
qaydada təsdiq olunan əsasnamələrlə müəyyən edilir.  
Maddə 11. Xüsusi olaraq vəkil edilmiş tarix və 
mədəniyyət abidələrinin mühafizə orqanlarının göstərişlərinin 
məcburiliyi 
Azərbaycan SSR Mədəniyyət və Azərbaycan SSR Nazirlər 
Soveti yanında Baş Arxiv İdarəsinin səlahiyyətinə aid edilmiş 
tarix və  mədəniyyət abədələrinin mühafizəsi və onlardan istifadə 
məsələləri barəsində onların göstərişləri bütün nazirliklər və baş 
idarələr, müəssisələr, təşkilatlar və idarələr üçün habelə 
vətəndaşlar üçün məcburidir. 
Maddə 12. Tarix və  mədəniyyət abidələri ilə  əlaqədar 
olan  ətraf təbii obyektlərinin mühafizəsi və onlardan istifadə 
edilməsi 
Tarix və  mədəniyyət abidələri ilə  əlaqədar olan təbiət 
abidələrinin və digər ətraf təbii mühit obyektlərinin mühafizəsi və 
onlardan istifadə edilməsi lazımi hallarda Azərbaycan SSR 
Nazirlər Sovetinin Dövlət Təbiəti Mühafizə Komitəsi ilə və digər 
əlaqədar orqanlarla razılaşdırılmaqla, dövlət abidələri mühafizə 
orqanları tərəfindən həyata keçirilir. 
Maddə 13. Tarix və  mədəniyyət abidələrinin 
mühafizəsi və onlardan istifadə üzərində dövlət nəzarəti 
Tarix və  mədəniyyət abidələrinin mühafizəsi və onlardan 
istifadə üzərində dövlət nəzarətində  məqsəd abidələrin 
mühafizəsinin, abidələrdən istifadə edilməsinin, onların uçota 
alınmasının və  bərpa olunmasının müəyyən edilmiş qaydasına, 
habelə SSR İttifaqı  və Azərbaycan SSR qanunvericiliyi ilə 
nəzərdə tutulan digər qaydalara əməl etmək vəzifələrinin bütün 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə