Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə25/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   21   22   23   24   25   26   27   28   ...   79

SSR Mülki Məcəlləsinin 135-ci maddəsinə uyğun olaraq 
məhkəmə yolu ilə müvafiq haqqı ödənilməklə alına bilər. 
Vətəndaş özünə  məxsus olan tarix və  mədəniyyət 
abidəsindən zəhmətsiz gəlir götürmək üçün müntəzəm surətdə 
istifadə etdikdə, bu abidə Azərbaycan SSR Mülki Məcəlləsinin 
106-cı maddəsinə uyğun olaraq məhkəmə qaydası ilə əvəzsiz alına 
bilər. 
Maddə 31. İstifadəyə verilmiş torpaqlarda yerləşən 
tarix və mədəniyyət abidələrinin qorunmasının təmin edilməsi  
Müəssisələr, təşkilatlar, idarələr və  vətəndaşlar onların 
istifadəsinə verilmiş torpaqlarda yerləşən tarix və  mədəniyyət 
abidələrinin qorunmasını təmin etməyə borcludurlar.  
Maddə 32. Tarix və  mədəniyyət abidələrinin bərpası, 
konservasiyası və təmiri   
Tarix və  mədəniyyət abidələri yalnız dövlət abidələri 
mühafizəsi orqanlarının razılığı il əvə onların nəzarəti altında 
bərpa, konservasiya və təmir edilir.  
Abidələr onlardan istifadə edənlərin və ya abidə 
sahiblərinin habelə dövlət abidələri mühafizəsi orqanlarının 
vəsaiti hesabına bərpa, konservasiya və təmir olunur.  
Göstərilən işlər dövlət abidələri mühafizə orqanlarının cəlb 
etdikləri ixtisaslaşdırılmış elmi-bərpa təşkilatları  və ya digər 
təşkilatlar tərəfindən görülür.  
Tarix və  mədəniyyət abidələrinin bərpası, konservasiyası 
və  təmirinin layihələri müvafiq dövlət abidələri mühafizə 
orqanları ilə razılaşdırılmalıdır. 
Maddə 33. Tarix və  mədəniyyət abidələrinin 
mühafizəsi zonası  
Tarix, arxeologiya, şəhərsalma və arxitektura, manumental 
sənəd abidələrinin mühafizəsini təmin etmək məqsədilə SSR 
İttifaqı  və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunan 
qaydada mühafizə zonaları, tikilişi tənzimetmə zonaları  və 
mühafizə olunan təbii landşaft zonaları müəyyən edilir.  
Göstərilən zonaların hüdudları daxilində SSR İttifaqının və 
Azərbaycan SSR-in müvafiq abidələri mühafizə orqanlarının 


icazəsi olmadan torpaq, tikinti işləri və digər işlər görülməsi, 
habelə təsərrüfat fəaliyyəti qadağan edilir.  
Mühafizə zonaları, tikilişi tənzimetmə zonaları  və 
mühafizə olunan təbii landşaft zonaları müvafiq dövlət abidələri 
mühafizə orqanlarının təqdimi ilə Azərbaycan SSR Nazirlər 
Soveti tərəfindən müəyyən edilir. 
Tarix və  mədəniyyət abidələrinin mühafizə zonaları 
şəhərlərin və digər yaşayış məntəqələrinin baş planlarına, onların 
planlaşdırılması, tikilişi və yenidən qurulması layihələrinə daxil 
edilir.   
Maddə 34.  Tarix və  mədəniyyət abidələrinin 
ərazisindən keçən yol sahələrində  nəqliyyat vasitələri 
hərəkətinin məhdudlaşdırılması 
Tarix və mədəniyyət abidələrinə yaxın olan və ya onların 
mühafizə zonasında keçən yol sahələrində nəqliyyat vasitələrinin 
hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda bu yol 
sahələrində  nəqliyyatın hərəkəti Azərbaycan SSR Mədəniyyət 
Nazirliyinin təqdimi üzrə müəyyən edilmiş qaydada müvafiq yerli 
xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə 
məhdudlaşdırıla bilər, yaxud da qadağan edilə bilər. 
Maddə 35. Tarix-mədəniyyət qoruqlarının mühafizəsi 
Xüsusi tarixi, elmi, bədii və ya digər mədəni  əhəmiyyəti 
olan tarix və  mədəniyyət abidələrinin ansambl və kompleksləri 
“Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə 
haqqında” SSRİ qanununa uyğun olaraq SSRİ Nazirlər Sovetinin 
və ya Azərbaycan SSR Nazirlər Sovetinin qərarları ilə tarix-
mədəniyyət qoruqları elan edilə bilər və bu qoruqlar onların hər 
biri haqqında xüsusi əsasnaməyə görə mühafizə olunur. 
Azərbaycan SSR Nazirlər Sovetinin qərarları ilə tarix-
mədəniyyət qoruqları elan edilmiş abidələrin ansambl və 
kompleksləri həmin qoruqlar haqqında Azərbaycan SSR Nazirlər 
Soveti tərəfindən təsdiq edilən  əsasnamələrə görə mühafizə 
olunur. 
Maddə 36. Yeni aşkara çıxarılan tarix və  mədəniyyət 
abidələrinin mühafizəsi 


Yeni aşkara çıxarılıb tarixi, elmi, bədii və ya digər mədəni 
əhəmiyyəti olan obyektlər onların tarix və  mədəniyyət abidələri 
kimi dövlət uçotuna alınması  məsələsi həll edilənədək “Tarix və 
mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə 
haqqında” SSRİ qanununun və bu qanunun tələblərinə uyğun 
surətdə mühafizə olunmalıdır. 
Göstərilən obyektlərin müvəqqəti mühafizə rejimi dövlət 
abidələri mühafizə orqanları tərəfindən müəyyən edilir. 
Maliyyə orqanları, elmi və ya digər idarələr yeni aşkara 
çıxarılıb tarixi, elmi, bədii və ya digər mədəni  əhəmiyyəti olan 
dəfinələri, yaxud da obyektləri öz sərəncamına aldıqda bu barədə 
müvafiq dövlət abidələri mühafizə orqanlarına məlumat 
verməlidirlər, bu orqanlar isə onları tarix və mədəniyyət abidələri 
kimi dövlət uçotuna götürmək məsələlərini həll edirlər. 
Maddə 37. Ərazisində tarix və  mədəniyyət abidələri 
olan 
şəhərlərin və digər yaşayış 
məntəqələrinin 
planlaşdırılması, tikilişi və yenidən qurulması layihələrinin 
abidələri mühafizə orqanları ilə razılaşdırılması 
Ərazisində tarix, arxeologiya, şəhərsalma və arxitektura, 
monumental sənəd abidələri olan şəhərlərin və digər yaşayış 
məntəqələrinin planlaşdırılması, tikilişi və yenidən qurulması 
Azərbaycan SSR Mədəniyyət Nazirliyi ilə razılaşdırılmalıdır.  
Maddə 38. Tarix və  mədəniyyət abidələrinin 
uçurulmasının, köçürülməsinin, dəyişilməsinin qadağan 
edilməsi 
Daşınmaz tarix və  mədəniyyət abidələrinin uçurulması, 
köçürülməsi, dəyişilməsi qadağan edilir. 
Bu maddənin birinci hissəsində müəyyən edilmiş qaydada 
istisnaya “Tarix və  mədəniyyət abidələrinin mühafizəsi və 
onlardan istifadə haqqında” SSRİ qanununa uyğun olaraq yalnız 
hər bir ayrıca halda Ümumittifaq əhəmiyyətli abidələr barəsində 
SSRİ Nazirlər Sovetinin, respublika və yerlə əhəmiyyətli abidələr 
barəsində Azərbaycan SSR Nazirlər Sovetinin xüsusi icazəsi ilə 
yol verilə bilər. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə